Qrup: 100 A2 FƏNN: materiALŞÜnasliq müƏLLİM


VievMet mikroskopunun quruluşu və iş prinsipi



Yüklə 232,94 Kb.
səhifə3/6
tarix06.01.2022
ölçüsü232,94 Kb.
#51032
1   2   3   4   5   6
M LAB 2

VievMet mikroskopunun quruluşu və iş prinsipi

Bu mikroskop optik mikroskopdur və proqram təminatı ilə çalışır. Mikrosko-pun optik sisteminə mikroskopun böyütməsini təmin edən obyektiv, okulyar və başqa köməkçi hissələr (prizmalar, güzgü, lupa) daxildir.Obyektiv mürəkkəb lupalar (ədəsə-lər) sistemindən ibarət olub, şlifin mikrostrukturunun həqiqi böyüdülmüş tərs təsvirini verir.Okulyar isə,bir neçə lupalardan ibarət olub,onun vəzifəsi obyektivdən alınan təs-viri böyütmək və həm də onu tərs halından düzünə çevirməkdir.

Şəkil 2-də VievMet markalı mikroskopun ümumi görünüşü verilmişdir. Mik-roskopun işıqlandırıcı sisteminə işıq mənbəyi,lupalar seriyası,işıq süzgəcləri (filtirləri) və diafraqma daxildir.İşıq mənbəyi alçaldıcı transformator vasitəsi ilə, cərəyana bir-ləşdirilmiş elektrik lampasıdır (17-20)V. Mikroskopda əldə edilən nəticələr xüsusi rə-qəmsal kamera (4) vasitəsi ilə kompüterə də ötürülə bilər.

Kompüterə ötürülən nümunənin mikrostrukturunu analiz etmək mümkündür. Burada dənələr arası məsafəni,böyütməni, diafraqma əyrilərini və digər əməliyyatları tam avtomatik qaydada həyata keçirmək olar.Əldə olunmuş nəticələr dəqiq və səlis ol-duğundan bu metalloqrafik analizlər üçün əlverişli hesab olunur. Alınmış mikrostruk-turların şəkillərini rəqəmsal olaraq kompüterdə saxlamaq və çap etmək imkanları da mövcuddur.

(18) lampasından şüalanan işığın bir hissəsi (şəkil 3), (17) kollektorundan və (19) işıq süzgəcindən kiçib (20) güzgüsünə ondan isə (16) lupası vasitəsi ilə,(15) aper-tur diafraqmasına, (14) lupasına, (12) sahə diafraqmasına, (11) beşbucaqlı prizmaya, sonra (10) lupasına, oradan isə (7) əksetdirici lövhəyə düşür. (7) lövhəsi yarımşəffaf-dır,odur ki,o işıq selinin 2/3-ni buraxır və yalnız 1/3 qədərini (8) obyektivinə əks etdi-rir. (8) obyektivi də şüaları (9) mikroşlifinin səthinə fokuslaşdırır. Obyektdən əks olu-nan şüalar (8) obyektivindən keçib (7) paralel lövhəsinə, oradan (6) axromatik lupası-na,sonra (5) güzgüsündə əks olunaraq (4) okulyarına və oradan baxılan gözə dü-şür.Şəkil çəkmək lazım gəldikdə tubus (4) okulyarı (5) güzgüsü ilə birlikdə yerləşmə istiqamətində arxaya hərəkət etdirir. Bu halda obyektdən əks olunan şüalar (3) foto-okulyarlarından keçib (1) güzgüsünün səthinə düşür,oradan fotolövhəyə və ya (2) do-nuq şüşəyə əks olunur.Şəkilin çəkilməsi (13) fotobağlayıcısı vasitəsi ilə yerinə yetiri-lir.



VievMet markalı mikroskopun ümümi görünüşü

1-okulyarla birlikdə baxış tubusu, 2-görüntünü tənzimləmək üçün dəstək, 3-gövdə, 4-rəqəmsal kamera, 5-görüntünü kompüterə ötürmək üçün dəstək, 6-tərpənən işçi stol, 7- işçi stolu üfüqi istiqamətdə (sağa-sola) hərəkətə gətirən dəstək, 8-işçi stolu aşağı-yuxarı hərəkətə gətirən dəstək, 9-obyektivlər, 10-nümunəni stola sıxmaq üçün qurğu, 11-nümunə, 12-işıq lupaları və filtirləri, 13- lampa, 14-kameranı kompüterlə əlaqələndirən naqil



VievMet mikroskopunun optik sistemi

1-güzgü, 2-kamera, 3-fotokulyar, 4-okulyar, 5-güzgü, 6-axromatik lupa, 7-yarımşəffaf əksetdirici lövhə, 8-obyektiv, 9-mikroşlif, 10-lupa, 11-beşbucaqlı prizma, 12-sahə diafraqması, 13-fotobağlayıcı, 14-lupa, 15-apertur diafraqması, 16-lupa, 17-kollektor, 18-elektrik lampası, 19-işıq süzgəci, 20-güzgü

Mikroskopun mexaniki sisteminə makrovint, onun bağlayıcı qurğusu, mikro-vint,iki vintli əşya stolu,gövdə, ştativ və başqa elementlər daxildir. Mikroskopun iş prinsipi isə aşağıdakı ardıcıllıqla aparılır.

Mikroskop elektrik şəbəkəsinə qoşulur və nümunə (11) (şəkil 2) mikrosko-pun işçi stoluna (6) yerləşdirilir.Sonra lampaya (13) müvafiq közərtmə verilir. İşçi sto-lun qaldırıcı mexanizminin köməyi (2) ilə makrovintini sərbəst fırlatmaqla işçi stolu qaldırıb və ya endirərək fokuslama təmin olunur.Mikroşlifin səthinin foks müstəvisinə yaxınlaşması görüş dairəsinin işıqlanması və mikrostrukturun təsvirinin görünməsi ilə xarakterizə olunur.Bu proses fasiləsiz olaraq okulyardan baxmaqla müşahidə olu-nur.Sonra sağ əl ilə makrovinti saxlayıb,sol əl ilə bağlayıcı bərkidilir və (2) mikrovin-tini fırlatmaqla mikroşlif dəqiq foksa gətirilir. Əşya masasını (7) vintinin köməyi üfüqi müstəvi üzrə qarşılıqlı perpendikulyar istiqamətlərdə hərəkət etdirməklə mikroşlifin müxtəlif sahələri öyrənilir.Diafraqmanı və işıq süzgəclərini tənzimləyərək işığa elə in-tensivlik və konstraslıq vermək lazımdır ki,mikrostrukturun təsvirinin keyfiyyətli alın-ması təmin edilsin.

Aşılanmış mikroşlifin öyrənilməsi metal və ərintilərin mikrostruktur qurulu-şunun təhlilində müəyyən məsələləri həll etməyə ikan verir.Mikroanaliz yalnız meta-lın strukturunun keyfiyyətini tədqiq etməyə yaradıcı kimi eyniz zamanda o struktur təşkiledicilərinin kəmiyyətini də öyrənmək üçün istifadə olunur.Mikrostrukturda hər hansı ölçünü təyin etdikdə obyekt-mikrometr və okulyar-mikrometrdən istifadə olunur.


Yüklə 232,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin