Qrup: 100 A2 FƏNN: materiALŞÜnasliq müƏLLİM


Polad dənəsinin ölçüsünün təyinetmə metodikası



Yüklə 232,94 Kb.
səhifə6/6
tarix06.01.2022
ölçüsü232,94 Kb.
#51032
1   2   3   4   5   6
M LAB 2

Polad dənəsinin ölçüsünün təyinetmə metodikası

Polad 40-dan temperaturu 9500C olan sobada 10,60 və 100 dəqiqə qızdırıl-mış üç nümunədən şlif hazırlamalı.Həmin şliflər pardaxlan-dıqdan sonra pikrat turşu-sunun suda doymuş məhluluna 19q akril sulfat əlavə edilmiş reaktivdə aşılamalı və əvvəlcə su,sonra isə spirtlə şlifin işçi səthini yumalı və su çəkən kağız ilə, qurutma-lı.Alınan şlifi aşılamış səthi üzrə mikroskopun əşya stolu üzərinə qoyub,foksladıqda sonra şlifin səthində olan okulyar 7* okulyar şkalasından (okulyar-mikrometr) istifadə edib dənənin ölçülərini tapmalı.

Birinci növbədə okulyar mikrometrin bölgüsünün qiymətini Qok təyin etməli. Qok təyinetmə metodikası yuxarıda verilmişdir.

Əgər obyekt-mikrometrin 20 bölgüsü (0,2) okulyar şkalasının 40 bölgüsünə uyğun gəlirsə,obyekt mikrometrin bölgüsünün ölçüsü 0,01 mm-dirsə,onda Qok=0,2/40=0,005mm, yəni okulyar şkalasınınbir bölgüsü müşahidə olunan səthin 0,005 mm uzunluğunu ölçür. Okulyar-mikrometrin bölgüsünün qiymətini isə, aşağıda-kı düsturla təyin edirlər.

Burada, A-obyekt-mikrometrin okulyarla uyğun gələn bölgülərinin sayı

Qob-obyekt mikrometrinin bir bölgüsünün qiyməti olub, 0,01 mm-ə bərabər-dir.

B-okulyar mikrometrin (okulyarın) obyektivə uyğun gələn bölgülərinin sayı



Sonra obyekt-mikrometri götürüb mikroskopun üzərinə tədqiq olunan şlifi olunan şlifi qoymalı,mikroskopun fokusunu düzəltməli və yuxarıda verilən üsulla polad dənələri-nin orta xətti ölçüsünü üfüqi istiqamətdə aşağıdakı düsturla təyin edirlər.

Burada, K-okulyar-mikrometrin bölgülərinin sayıdır

Qok-istifadə olunan obyektivdə okulyar mikrometrin bölgüsü-nün qiyməti

M-okulyar mikrometrin (k) hissəsində kəsişən dənələrin sayıdır (məsələn,10-15 dənə).



İş həmin qayda ilə dənələrin xətti ölçülərini şaqluli isiqamətdə İş tapmalı və dənənin orta ölçüsünü aşağıdakı kimi təyin edirlər.

Dənənin orta xətti ölçüsünü,onun orta diametri qəbul edib,sahəsinin orta qiy-mətini aşağıdakı düsturla hesablanır.

İŞİN NƏTİCƏSİ

1.Mikroşlifin hazırlanma texnikası haqqında qısa məlumat

2.Metalloqrafik mikroskopun quruluşu barədə qısa məlumat

3.VievMet mikroskopunda şüanın yolu və onun qovşaqlarını işarə etməklə sxemi

4.Hər hansı şlifin mikrostrukturunun əl ilə çəkilmiş təsviri

5.Dənənin ölçüsünü təyinetmə metodunu yazmaq

6.Okulyar şkalasının bölgüsünün qiymətini və şlifdə dənələrin ölçüsünü mk2-ilə hesa-batı

7.Tədqiqatın nəticələri yazılmış cədvəl (Cədvəl 3)

8.Nəticə

Polad 40-dan hazırlanmış nümunələrdə dənənin ölçüləri




Yüklə 232,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin