E. M. MƏMMƏdov



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə1/33
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#42765
  1   2   3   4   5   6   7   8   9   ...   33
44 Eltechizat



 

E.M. MƏMMƏDOV

 

 

 

 

 

 

   SƏNAYE ELEKTRİK TƏCHİZATI 

 

 

 

 

 

 

Bakı 2015 


~ 1 ~ 

 

 



 

Elşad  Məhərrəm  oğlu  Məmmədov.  “Sənaye  elektrik  təchizatı”  Bakı-2015  AzTU 

“Elektrik təchizatı və izolyasiyası” kafedrası 

 

Dərs  vəsaiti  ali  məktəblərin  050608  “Elektroenergetika  mühəndisliyi”  ixtisası  üzrə 



təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. 

 

                                           



 

 

 

 

 

 

 

 

 

 

 

SƏNAYE ELEKTRİK TƏCHİZATI 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı 2015 


~ 2 ~ 

 

1. SƏNAYE MÜƏSSİSƏLƏRİNİN ELEKTRİK YÜKLƏRİ 



1.1.Sənaye elektrik təchizatının xüsusiyyətləri 

 

Sənaye  müəssisələrinin  elektrik  təchizatı  sistemi  sənaye  işlədicilərinin 

(istehlakçılarının) elektrik enerjisi ilə qidalandırılmasını təmin edir. Elektrik təchizatı 

sistemi  dedikdə,  elektrik  enerjisinin    istehsalı,  ötürülməsi  və  paylanması  üçün  tələb 

olunan  elektrik  qurğuları  nəzərdə  tutulur.  Sənaye  elektrik  təchizatı  işlədicilərinə 

müxtəlif növ maşın və mexanizmlər, elektrik mühərrikləri, müxtəlif növ dəzgahlar , 

ventilyatorlar, elektrik qaynaq qurğuları, elektrik sobaları, işıqlandırma qurğuları  və 

digər  avadanlıqlar  aiddir.  Sənaye  elektrik  təchizatı  müxtəlif  növ  işlədiciləri  elektrik 

stansiyalarında istehsal olunan elektrik enerjisi ilə təmin edilir. Elektrik işlədicilərinin 

əksəriyyəti  elektrik  enerjisini  energetika  sistemlətrindən  alır.  Eyni  zamanda  bəzi 

müəssisələrdə  İstilik  Elektrik  Mərkəzləri  (İEM)  vasitəsilə  istehlakçıların  elektrik 

enerjisi  ilə  və  eləcədə  istilik  enerjisinə  olan  təlabatı  ödənilir.  Elektrik  enerjisinin 

istehsalında zəruriyyət aşağıdakı səbəblərlə izah edilir: 

1. Texnoloji  məqsədlər  üçün  istiliyə  olan  təlabat  və    bu  zaman  elektrik  enerjisi 

istehsalının əlverişli olması. 

2. Vacib elektrik işlədiciləri üçün ehtiyyat qidalandırılmasının  olması.  

3. Enerji ehtoyyatlarının istifadəsinin tələb olunması. 

4. Bəzi sənaye müəssisələrinin energetika sistemindən uzaqda yerləşməsi

Elektrik  enerjisinə  olan  təlabat  elektrik  təchizatı  sistemlərinin  müasir 

avadanlıqlarla təchiz olunmasını tələb edir. Bəzi hallarda elektrik təchizatı sisteminə 

elektrik şəbəkələri, paylayıcı şəbəkələr,  İEM-lər də əlavə  edilir.  Elektrik  enerjisinin 

istehsalının,  ötürülməsinin,  qəbulunun  və  paylanmasının  fasiləsiz  olması 

avtomatlaşdırma  sistemlərinin  tətbiqinə  zərurət  yaradır.  Elektrik  enerjisi  müəyyən 

keyfiyyət  göstəricilərinə  malik  olmalıdır.  Onun  əsas  keyfiyyəti  göstəricilərinə  tezlik 

və gərginliyin sabitliyi, gərginlik və cərəyanın sinosiodallığı və eyni zamanda dəyişən 

cərəyan    sistemində  gərginliyin  simmetrikliyi  aiddir.  Sənaye  müəssisələrində 

texnoloji  proseslərin    dəyişməsi  ilə  əlaqədar  elektrik  təchizatı  sistemlərinin  idarə 

olunması,  onların  vəziyyətlərinə  nəzrət  mühafizə  və  avtomatika  qurğularının  işi 

haqqında  toplanan  məlumatların  dəqiqiliyi  əsasında  fasiləsiz  və  etibarlı  elektrik 

təchizatını təmin edilir.    Sənaye müəssisələri gücə görə üç qrupa bölünür: 

1.  Kiçik güclü sənaye müəssisələri. 

2.  Orta güclü sənaye müəssisələri. 

3.  İri güclü sənaye müəssisələri.  



~ 3 ~ 

 

Kiçik  güclü  sənaye  müəssisələrinin  qidalandırılmasında  istifadə  olunan 



şəbəkələrdə  əsasən  6-10  kV  gərginlikdən  istifadə  olunur.  Orta  güclü  sənaye 

müəssisələrini  qidalandırmaq  üçün  35-110  kV.  İri  güclü  sənaye  müəssisələrini 

qidalandırma qüçün isə 220 kV-luq nominal gərginlik tətbiq edilir.  

Sənaye 


müəssisələrinin  elektrik  enerjisi  ilə  təchizatı  sistemlərin 

layihələndirilməsi  zamanı  nəzərə  alınmalıdır.  Bunun  üçün  layihələndirmənin  ilkin 

mərhələsində elektrik yükləri təyin edilməlidir. Elektrik yüklərinn qiymətlərinə görə 

isə  elektrik  təchizatı  sisteminin  avadanlıqları  seçilir  yoxlanılır  və  onlardakı  güc  və 

enerji itkiləri təyin edilir.  Sənaye müəssisələrində istifadə olunan bütün avadanlıqlar 

güclərinə,  tiplərinə,  iş  rejimlərinə,  gərginliyinə  və  cərəyan  sisteminin  növünə  görə 

qruplarda  birləşdirilir.  Sənaye  müəssisələrinin  tərkibinə  aid  olan  müxtəlif  elektrik 

qurğuları və avadanlıqları elektrik enerjisi işlədiciləridir. 

 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə