Üçüncüsü, akademik yazıda hər zaman orfoqrafiya qaydalarına, punktuasiyaya və qrammatik standartlara əməl edilməlidir. Düşüncənin ifadə olunmasında fikir aydınlığını qoruyub saxlamaq və ikimənalılıqdan uzaq olmaq üçün punktuasiya, eyni zamanda qrammatik qaydalar akademik yazıda böyük önəm daşıyır.
Akademik kommunikasiyada bir sıra tələblərə əməl olunmalıdır ki, bu da kommunikasiya mədəniyyətinin mühüm hissəsini təşkil edir. Bunlar, əsasən, aşağıdakılardır:
1. Ünsiyyət zamanı dil normalarını gözləmək.Dildə norma dedikdə, ədəbi dil başa düşülür. Ədəbi dil fonetik, leksik və qrammatik qaydaları əhatə edir ki, kommunikasiya prosesində bu, ən vacib şərtlərdəndir. Ünsiyyət zamanı sözlərin düzgün tələffüzü, kobud sözlərdən, dialektlərdən və jarqondan istifadə edilməməsi, cümlənin düzgün qurulması, düzgün söz sırası və s. norma hesab olunur.
2. Mədəni nitqin tələblərinə əməl etmək.Mədəni nitqin tələbləri içərisində bir neçə istiqaməti- anlaşıqlılığı, ifadəliliyi, sadəliyi, yığcamlığı və s. göstərmək olar.
MƏNBƏ
http://static.bsu.az/w23/kafedralar/Dip/1122.pdf
Allahverdiyeva A. İşgüzar yazıĢmalar. Bakı, 2016, 281s.
Cəfərov V. Diplomatik etiket və nitq mədəniyyəti. Bakı, 2009,178s.
Cəfərov V. Diplomatik yazıĢma. Bakı, 1997, 150 s.
Məmmədov K., Tağıyeva T., Abbasova S. ĠĢgüzar yazıĢmalar və etiket. Dərs vəsaiti. Bakı, 2019, 124 s.