Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
kollegiyasının 25 aprel 2013-cü il tarixli
16 saylı qərarı ilə təsdiq edilmişdir
AŞAĞI ƏTRAF VENALARININ
XRONİK POZĞUNLUQLARININ
DİAQNOSTİKA VƏ MÜALİCƏSİ ÜZRƏ
KLİNİK PROTOKOL
Bakı - 2013
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
54.102
A 94
A 94 Aşağı ətraf venalarının xronik pozğunluqlarının diaqnostika
və müalicəsi üzrə klinik protokol, 2013 – 52 səh.
2
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
3
Klinik protokolun redaktoru:
C. Məmmədov Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar
Mərkəzinin direktoru, t.f.d.
Klinik protokolun tərtibçilər heyəti:
M. Kərimov Azərbaycan Tibb Universiteti, Ümumi
cərrahiyyə kafedrasının professoru, t.e.d.
N. Abışov M.
Topçubaşov adına Elmi Cərrahiyyə
Mərkəzi, Damar cərrahiyyəsi şöbəsinin
müdiri, professor, t.e.d.
D. Məmmədov
HB “Güven” klinikasının həkim-konsultantı,
professor, t.e.d.
A. Şəmsəddinski Səhiyyə Nazirliyi Angioloji və
Mikrocərrahiyyə Mərkəzinin direktoru, t.f.d.
G. Hüseynova
İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Tibbi
keyfiyyət standartları şöbəsinin sabiq müdiri
Rəyçi:
M. Nəsirov
Azərbaycan Tibb Universiteti,
Cərrahi xəstəliklər kafedrasının müdiri,
professor, t.e.d.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
4
Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri
Sübutların
etibarlılıq
dərəcəsi
Sübutların mənbələri (elmi tədqiqatların tipləri)
Ia
Sübutlar meta-analiz, sistematik icmal və ya
randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT)
alınmışdır
Ib Sübutlar
ən azı bir RKT-dən alınmışdır
IIa
Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət
edilən, randomizasiya olunmamış tədqiqatdan
alınmışdır
IIb
Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-
eksperimental tədqiqatdan alınmışdır
III
Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli,
korrelyasion tədqiqatlar, ayrı-ayrı halların
öyrənilməsi) alınmışdır
IV
Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə
əsaslanmışdır
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
5
Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası
Tövsiyənin
etibarlılıq
səviyyəsi
Tövsiyənin əsaslandığı sübutların etibarlılıq
dərəcəsi
A
RKT-lərin yüksək keyfiyyətli meta-analizi, sistematik
icmalı və ya nəticələri uyğun populyasiyaya şamil
edilə bilən, sistematik səhv ehtimalı çox aşağı olan
(++) irimiqyaslı RKT.
Sübutların etibarlılıq dərəcəsi Ia.
B
Kohort və ya klinik hal – nəzarət tipli tədqiqatların
yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud
Sistematik səhv riski çox aşağı olan (++) yüksək
keyfiyyətli kohort və ya klinik hal – nəzarət tipli
tədqiqat, yaxud
Nəticələri uyğun populyasiyaya şamil edilə bilən,
sistematik səhv riski yüksək olmayan (+) RKT.
Sübutların etibarlılıq dərəcəsi Ib və IIa.
C
Nəticələri uyğun populyasiyaya şamil edilə bilən,
sistematik səhv riski yüksək olmayan (+) kohort və ya
klinik hal – nəzarət tipli və ya nəzarət edilən,
randomizasiya olunmamış tədqiqat, yaxud
Nəticələri uyğun populyasiyaya bilavasitə şamil edilə
bilməyən, sistematik səhv riski çox aşağı olan və ya
yüksək olmayan (++ və ya +) RKT.
Sübutların etibarlılıq dərəcəsi IIb.
D
Klinik hallar seriyasının təsviri, yaxud
Nəzarət edilməyən tədqiqat, yaxud
Ekspertlərin rəyi.
Yüksək səviyyəli sübutların mövcud olmamasının
göstəricisidir.
Sübutların etibarlılıq dərəcəsi III və IV.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
6
İxtisarların siyahısı:
AATE – ağciyər arteriyasının trombemboliyası
BDV
– böyük dərialtı vena
DVT
– dərin venaların trombozu
FDV
– flebotrop dərman vasitəsi
FPK
– fasiləli pnevmatik kompressiya
HER – hidroksietilrutozidlər
XBT
– Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu baxış
XVÇ – xronik venoz çatışmazlığı
İVUS – intravaskulyar ultrasəs sonoqrafiyası
KDB – kalsium dobezila
KDV – kiçik dərialtı vena
KEAP – Klinik təsnifat, Etioloji təsnifat, Anatomik təsnifat,
Patofizioloji
təsnifat (CEAP – Clinical classification,
Etiologic classification, Anatomic classification,
Pathophysiologic classification)
KT
– kompüter tomoqrafiyası
QSİƏP – qeyri-steroid iltihab əleyhinə preparatlar
MFF – mikronizə edilmiş flavonoid fraksiyası
MRT
– maqnit rezonans tomoqrafiya
PQ
– prostoqlandinlər
PTS
– posttrombotik sindrom
PVESD – perforant venaların endoskopik subfassial disseksiyası
RNT
– randomizasiya olunmuş nəzarət tədqiqatları
SMC – sinusoidal modullaşmış cərəyan
TEKV – tibbi elastik kompressiya vasitələri
US
– ultrasəs
USDQ – ultrasəs doppleroqrafiyası
TEKV – tibbi elastik kompressiya vasitələri
VX
– varikoz xəstəliyi
VXX – venaların xronik xəstəlikləri
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
7
Protokol ürək-damar cərrahları, ümumi cərrahlar, terapevtlər, ailə
həkimləri üçün nəzərdə tutulub.
Pasiyent qrupu: aşağı ətraf venalarının xəstəliyi olanlar.
Protokol sübutlu təbabətə əsaslanan müasir metodik tövsiyələrin
verilməsi ilə aşağı ətraf venalarının xronik xəstəliklərinin
diaqnostika və müalicə metodlarının təkmilləşdirilməsi;
ağırlığından asılı olaraq səhiyyə xidmətlərinin müvafiq
səviyyəsində müalicənin təmin edilməsi;
fəsadların və ölüm hallarının azaldılması;
aşağı ətraf venalarının xronik xəstəlikləri olan şəxslərdə həyat
keyfiyyətinin yaxşılaşdırılması məqsədini daşıyır.
ÜMUMİ MÜDDƏALAR
Venaların xronik xəstəlikləri ( VXX) – venoz sistemin bütün
morfoloji və funksional pozulmalarıdır. VXX-nin əsas nozoloji
formaları aşağı ətrafların varikoz xəstəliyi, aşağı ətrafların
posttrombotik sindromu (xəstəliyi), angiodisplaziyalar (flebo-
displaziyalar) hesab olunur. Böyüklərdə tez-tez rast gələn
teleangiektaziyalar xəstəlik hesab edilmir.
Varikoz xəstəliyi (VX) – səthi venaların birincili varikoz
transformasiyası ilə xarakterizə olunan xəstəlikdir.
Posttrombotik sindrom (PTS) (xəstəlik) – keçirilmiş tromboz
nəticəsində dərin venaların orqanik zədələnməsi ilə şərtlənən
xəstəlikdir.
Angiodisplaziyalar – damar sistemi inkişafının anadangəlmə
qüsurlarıdır.
Xronik venoz çatışmazlıq (XVÇ) – venoz axının pozulmaları ilə
şərtlənən, xarakter simptomlarla (ödem, dəridə dəyişikliklər və trofik
xoralar) təzahür edən patoloji vəziyyətdir.
Flebopatiya – venoz dövranda orqanik zədələnmə olmayan
şəxslərdə XVÇ əlamətlərinin və ya subyektiv simptomların (ağrı,
ağırlıq, yorğunluq və s.) əmələ gəlməsidir.
Venaların xronik xəstəlikləri geniş yayılma dərəcəsinə görə
böyük sosial iqtisadi əhəmiyyətə malik olan xəstəlikdir. Venoz
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
8
pozğunluqların retikulyar varikoz, teleangiektaziyalar kimi yüngül
formaları əhalinin 80-85%-də müşahidə olunur, varikoz venalar
kişilərin 10-20%-də, qadınların 25-33%-də, topuq ödemi kişilərin
7%-də, qadınların 16%-də rast gəlinir. Ekzema, piqmentasiya,
lipodermatoskleroz və venoz xoralar kimi daha ağır xroniki venoz
əlamətləri 5% təşkil edir. Aktiv venoz xoralar böyüklərin 0,05%-də
rast gəlinir, 0,6-1,4%-də isə sağalmış xoralardır. Varikoz venalar
ümumi populyasiyanın 20%-dən çoxunda aşkar olunur. Xronik
venoz xəstəliklərinin yayılma dərəcəsi yaşdan asılı olaraq artır.
XVÇ-nin meydana çıxması üçün ən ciddi risk faktoru dərin
venaların keçirilmiş trombozudur (25%).
XVÇ-nin inkişafı zamanı ağrıların artması, fizioloji funksiyanın
və hərəkətliliyin azalması, depressiyalar və təcrid olunmalar
müşahidə olunur. Həyat keyfiyyəti venoz xəstəliyin təzahür dərəcəsi
ilə əlaqədardır.
Risk faktorları
Ahıl və qoca yaş
Dərin venaların keçirilmiş trombozu
İrsiyyət
Təkrar hamiləlik
Qadın cinsi
Artıq çəki
Uzunmüddətli ayaq üstə dayanma (əmək şəraiti)
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
9
XBT-10 ÜZRƏ TƏSNİFAT
I80
Flebit və tromboflebit
I80.0 Aşağı ətrafların səthi damarlarının flebit və tromboflebiti
I80.1 Bud venasının flebit və tromboflebiti
I80.2 Aşağı ətrafların digər dərin damarlarının flebit və
tromboflebiti
I80.3 Aşağı ətrafların dəqiqləşdirilməmiş flebit və tromboflebiti
I82
Digər venaların emboliya və trombozu
I83
Aşağı ətrafların varikoz genəlməsi
I83.0 Aşağı ətraf venalarının xora ilə birgə təsadüf olunan varikoz
genəlməsi
I83.1 Aşağı ətraf venalarının iltihabi proseslə birgə rast gəlinən
varikoz genəlməsi
I83.2 Aşağı ətraf venalarının xora və iltihabi proseslə birgə rast
gəlinən varikoz genəlməsi
I83.9 Aşağı ətraf venalarının xora və iltihabi proses müşahidə
olunmadan rast gəlinən varikoz genəlməsi
I87.0 Postflebitik (posttrombotik) sindrom
I87.2 Xronik periferik venoz çatışmazlıq
Q27 Periferik damar sisteminin digər anadangəlmə
anomaliyaları
Q27.8 Periferik damar sisteminin dəqiqləşdirilmiş anadangəlmə
anomaliyaları
Q27.9 Periferik damar sisteminin dəqiqləşdirilməmiş anadangəlmə
anomaliyası
Q28 Qan-damar sisteminin digər anadangəlmə anomaliyaları
(inkişaf qüsurları)
Q28.8 Qan-damar sisteminin dəqiqləşdirilmiş digər anadangəlmə
anomaliyaları
Q28.9 Qan-damar sisteminin dəqiqləşdirilməmiş anadangəlmə
anomaliyası
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
10
VENALARIN XRONİK POZĞUNLUQLARININ TƏSNİFATI
VƏ DİAQNOZUN QOYULMASI
Dünyanın hər yerində praktik olaraq KEAP təsnifatından istifadə
olunur (Amerikan Venous Forum, 1995).
Telangiektaziyalar – diametri 1,0 mm-ə qədər olan genişlənmiş
dəridaxili (intradermal) venulalar.
Retikulyar venalar – diametri 1-3 mm-dək olan genişlənmiş,
qıvrılmış subdermal venalar. Dərisi açıq rəngli insanlarda normada
görünən venalar nəzərə alınmır (güclənmiş venoz şəkil).
Varikoz venalar – ayaqüstü vəziyyətdə 3 mm və daha çox diametrli
genişlənmiş dərialtı venalar. Adətən düyünlü (kisəşəkilli), qıvrılmış
görünüşə malik olurlar.
Corona phlebectatica – topuq və pəncə nahiyəsində kiçik dəriiçi
venalar toplusundan əmələ gəlmiş sıx şəbəkə.
Ödem – interstisial mayenin həcminin artması hesabına ətrafların
vizual və palpator müəyyən oluna bilən böyüməsi.
Hiperpiqmentasiya – qəhvəyi çalar intensivliyinin müxtəlif
dərəcələrinin əmələ gəlməsi ilə baldır dəri örtüyünün rənginin
dəyişməsi. Adətən baldırın aşağı üçdə birində lokalizasiya olunur,
amma baldırın digər seqmentlərinə və pəncəyə də yayıla bilər.
Lipodermatoskleroz – dəri və dərialtı toxumanın məhdudlaşmış
bərkiməsi (fibrozu).
Ekzema – ayağın dərisində suluqların, sulu və ya qabığı soyulan
səpkilərin əmələ gəlməsinə qədər proqressivləşən eritematoz
dermatit. Daha çox varikoz venaların yaxınlığında lokalizasiya
olunur, lakin aşağı ətrafda istənilən yerdə ola bilər.
Ağ atrofiya – dəri örtüklərinin ağ (açıq) rəngli, bir qayda olaraq
hiperpiqmentasiya zonasında yerləşmiş, dairəvi formalı kiçik
sahələri. Xoraönü vəziyyət kimi qiymətləndirilir.
Venoz trofik xora – XVÇ nəticəsində inkişaf edən dəri və dərində
yerləşən toxumaların defekti. Daha çox baldırın aşağı üçdə birində
medial səthdə əmələ gəlir.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
11
Klinik təsnifat
(K)
– pasiyentin klinik statusunun
qiymətləndirilməsi:
C0 – VXX-nin görünən və ya palpasiya olunan əlamətləri
yoxdur
C1 – telangiektaziyalar və ya retikulyar venalar
C2 – varikoz dəyişilmiş dərialtı venalar (diametri 3 mm və
daha
çox)
C3 – ödem
C4 – dəri və dərialtı toxumaların trofik dəyişiklikləri
hiperpiqmentasiya və/və ya venoz ekzema
lipodermatoskleroz və/və ya dərinin ağ atrofiyası
C5 – sağalmış venoz xora
C6 – açıq venoz xora
Əgər xəstəliyin obyektiv əlamətlərindən başqa subyektiv (ağrılar,
ağırlıq, yorğunluq, göynəmə, yanğı hissləri, əzələ qıcolmaları)
əlamətləri də aşkar olunursa, klinik sinfin ifadəsinə S (simptomatik
gediş) hərfi əlavə olunur.
Etioloji təsnifat (E) Xəstəliyin etiologiyasını təsvir edərkən
VXX-nin formaları haqda danışmaq məqsədəuyğundur:
Ec – anadangəlmə xəstəlik
Ep – birincili xəstəlik
Es – ikincili xəstəlik
En – etioloji amili təyin etmək mümkün olmur
Anatomik təsnifat (A) patoloji dəyişikliyin aşağı ətrafların
venoz sisteminin hansı hissəsində aşkar olunması göstərilir.
As – səthi venalar
Ap – perforant venalar
Ad – dərin venalar
An – venoz sistemdə dəyişikliklərin lokalizasiyasını müəyyən
etmək mümkün olmur
Zədələnmə bir (məsələn, Ad) və ya bir neçə sistemdə eyni
zamanda (As, p, d) lokalizasiya oluna bilər.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
12
Patofizioloji təsnifat (P) Venoz hemodinamika pozulmalarının
xarakterinin təsviri üçün nəzərdə tutulub.
Pr – reflüks
Po – oklüziya
Pr,o – reflüks və oklüziya
Pn – venoz sistemdə patofizioloji dəyişiklikləri
müəyyənləşdirmək mümkün olmur
DİAQNOSTİK MÜAYİNƏLƏR SƏVİYYƏSİ (L)
LI
– klinik müayinələr +/– ultrasəs doppleroqrafiya
LII
– klinik müayinələr + ultrasəs angioskanerləmə +/–
pletizmoqrafiya
LIII – klinik müayinələr + ultrasəs angioskanerləmə +
fleboqrafiya və ya flebotonometriya və ya spiral kompüter
tomoqrafiya və ya maqnit-rezonans tomoqrafiya.
KEAP TƏSNİFATINA ƏSASƏN DİAQNOZ NÜMUNƏSİ
Pasiyenti 21.09.2011 tarixdə həkimə müraciət etmişdir. Sol aşağı
ətrafda varikoz dəyişilmiş venaların olmasından, günün ikinci
yarısında baldırın distal şöbələrinin ödemi, baldır əzələlərində
ağrıdan və ağırlıqdan şikayət edir. Ultrasəs angioskanerləmə
aparılmışdır:
Dərin venalarda patoloji dəyişiklik yoxdur, budda böyük dərialtı
venanın qapaq çatışmazlığı, budun orta üçdə birində perforant
venaların yararsızlığı aşkar edilmişdir.
XBT-10 təsnifatına görə diaqnozun qoyulması:
I83.9 Aşağı ətraf venalarının xora və iltihabi proses müşahidə
olunmadan rast gəlinən varikoz genəlməsi
KEAP təsnifatına görə diaqnozun qoyulması:
Əsas variant. Sol aşağı ətrafın venalarının xronik xəstəliyi: C3S,
Ep, As,p, Pr; 21.09.2011; LII
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
13
Dostları ilə paylaş: |