Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə1/95
tarix11.04.2023
ölçüsü1,49 Mb.
#96395
  1   2   3   4   5   6   7   8   9   ...   95
3df5370fd11da385a7ca4c7397cda023



Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri 
nizamnaməsinin təsdiq edilməsi haqqında 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 
Azərbaycan Respublikasının Milli Məclisi 
qərara alır:
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi təsdiq 
edilsin və 1995-ci il yanvarın 1-dən qüvvəyə minsin.
 
Azərbaycan Respublikasının Prezidenti 
Heydər ƏLİYEV.
Bakı şəhəri, 23 sentyabr 1994-cü il.
№ 886.


Azərbaycan Respublikasının 1994-cü il 
23 sentyabr tari
xli, 886 saylı Qanunu ilə 
TƏSDİQ EDİLMİŞDİR 
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri 
Nizamnaməsi 
Bu Nizamnamədə qarnizon və qarovul xidmətlərinin təşkili və həyata keçirilməsi qaydaları 
izah edilir, həmçinin qarnizonun vəzifəli şəxslərinin, bu xidmətləri yerinə yetirən hərbi 
qulluqçuların hüquqları və vəzifələri müəyyən olunur. 
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikası 
qanunvericiliyində nəzərdə tutulmuş digər qoşunların bütün hərbi hissələri, hərbi məktəbləri, 
qərargahları, idarə, müəssisə və təşkilatları bu Nizamnaməni rəhbər tutmağa borcludurlar. 
 
 


Birinci bölmə: 
Qarnizon xidmətinin təşkili və yerinə yetirilməsi 
  
I fəsil. 
Ümumi müddəalar 
1. Qarnizon yaşayış məntəqəsində və ya ondan kənarda daimi və yaxud müvəqqəti 
yerləşən hərbi hissələr, hərbi məktəblər və müəssisələrdən təşkil edilir. 
Adətən daha böyük qarnizon tərkibinə ona ən yaxın yaşayış məntəqələrində yerləşən bütün 
hərbi hissələr, hərbi məktəblər və müəssisələr daxil edilir. 
2
. Hər bir qarnizonda qarnizon və qarovul xidmətləri təşkil edilir. 
Qarnizon xidməti qarnizonun şəxsi heyəti arasında yüksək hərbi intizamı təmin etmək, 
qoşunların gündəlik həyat və hazırlığı üçün lazımi şərait yaratmaq, onların iştirakı ilə qarnizon 
tədbirlərini keçirmək məqsədini güdür. 
Qarovul xidməti döyüş bayraqlarının, silahların, döyüş texnikasının və digər texnikanın, 
döyüş sursatının, partlayıcı maddələrin, başqa əmlakın saxlandığı yerləri, digər hərbi və dövlət 
obyektlərini etibarlı mühafizə və müdafiə etmək üçün, həmçinin hauptvaxtda və intizam xarakterli 
hərbi hissədə saxlanan həbs edilənləri və məhkumları mühafizə etmək üçün nəzərdə tutulur. 
3. Qarnizon xidmətinin təşkil edildiyi ərazinin sərhədləri Azərbaycan Respublikası Silahlı 
Qüvvələri Baş Qərargahı (bundan sonra — Baş qərargah adlandırılacaqdır) rəisinin əmri ilə 
müəyyən edilir. Bu sərhədlərə qoşun hissələrinin yerləşdiyi məntəqələrdən əlavə, qarnizon hərbi 
hissələrinə təsərrüfat və mədəni xidmət üçün yaxınlıqdakı mühüm əhəmiyyətli bəzi yaşayış 
məntəqələri də daxil edilə bilər. 
Qarnizonun sərhədləri onun bütün şəxsi heyətinə yaxşı məlum olmalıdır. 
4. Qarnizon ərazisində qarnizon və qarovul xidmətlərinə qarnizon rəisi rəhbərlik edir. 
Daxili və sərhəd qoşunlarında qarovul xidmətinə bu qoşunların rəisləri rəhbərlik edirlər. 
Tabeliklərində olan qoşunlarda qarnizon və qarovul xidmətlərinin vəziyyətinə cavabdehlik 
bütün birbaşa rəislərə həvalə edilir. 
Bütün birbaşa rəisləri tabeliklərində olan qoşunlarda qarnizon və qarovul xidmətlərinin 
vəziyyətini müntəzəm yoxlamalı, həmçinin qarnizonların rəisləri və komendantları ilə qarnizonda 
hərbi intizamın və qayda-qanunun hərtərəfli yaxşılaşdırılmasına yönəldilən zəruri tədbirlər 
görməlidirlər. 
Qarnizon rəisinin bu xidmətlər üzrə sərəncamlarını Azərbaycan Respublikası Silahlı 
Qüvvələrinin qarnizon ərazisində (qarnizonun sərhədləri daxilində) yerləşən hərbi hissələri, hərbi 
məktəbləri, müəssisələri, komandaları və ayrı-ayrı hərbi qulluqçuları dəqiq yerinə yetirməlidirlər. 
Hərbi Dəniz Qüvvələri hissələrinin, idarələrinin və müəssisələrinin üstünlük təşkil etdiyi 
qarnizonlarda qarnizon və qarovul xidmətlərinə Hərbi Dəniz Qüvvələrinin komandanı rəhbərlik 
edir. 


5. Müharibə dövründə hərbi birləşmə hüdudunda (ərazisində) yerləşən qarnizonlarda 
qarnizon və qarovul xidmətlərinə hərbi birləşmə komandiri rəhbərlik edir. 
6. Qoşunlar təlim mərkəzlərində və düşərgələrində yerləşdirilərkən, hərbi intizamın 
gözlənilməsi, təlim mərkəzlərinin və ümumdüşərgə obyektlərinin mühafizəsi tədbirləri 
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin daxili xidmət nizamnaməsinin və bu 
Nizamnamənin müddəalarına uyğun surətdə həyata keçirilir. 
7. Qarnizon və qarovul xidmətlərinə qarnizon tərkibinə daxil olan hərbi hissələr cəlb 
edilirlər. 
Qarnizonda qarnizon və qarovul xidmətlərinə cəlb edilməyən hərbi hissələrin siyahısını Baş 
Qərargah rəisi müəyyənləşdirir. 
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin hərbi hissələri qarnizonlarda 
qarovul xidmətinə cəlb edilmirlər. 
Qarnizondakı hərbi hissələr arasında qarnizon və qarovul xidmətlərinin yerinə yetirilməsi 
növbəsini qarnizon rəisi onların tərkibindən və təyinatından asılı olaraq müəyyənləşdirir. 
Hərbi məktəblər qarnizonda qarnizon və qarovul xidmətlərinə tədris planında bu məqsəd 
üçün nəzərdə tutulan müddətdə cəlb edilir. 
8. Hər bir hərbi qulluqçu qarnizon və yaxud qarovul xidməti yerinə yetirən şəxslərə kömək 
etməyə borcludur. Patrul yaxud qarovul heyətində kiminsə xidməti pozduğunu görən hərbi 
qulluqçu bu barədə qarnizon komendantına, qarovullar (hərbi hissə, gəmi, təlim mərkəzi, 

şərgə toplanışı) növbətçisinə, yaxud qarovul rəisinə və özünün bilavasitə rəisinə dərhal 
məlumat verməlidir. 

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin