Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Texniki Universiteti. Kafedra: Kimya. Fakültə: Maşınqayırma və Robotexnika Laboratoriya işi 4. Qrup: 582A. İxtisas: Mexanika mühəndisliyi Müəllim: Rəkidə Nərmin. Tələbə: Məmmədov Nadir
LABORATORİYA İŞİ №4.
Maqnezium, alüminium
Maqnezium
Maqnezium nisbətən geniş yayılmış element olub, yer qabığının çəki ilə 2,1%-ni təşkil edir. o, təbiətdə aşağıdakı minerallar şəklində yayılmışdır:
MgCO3
|
maqnezit
|
MgCO3CaCO3
|
dolomit
|
MgSO4 3H2O
|
kizerit
|
KCl MgCl2 3H2O
|
kainit
|
KCl MgCl2 6H2O
|
karnalit
|
MgCl2 6H2O
|
bişofit
|
3MgO 4SiO2 H2O
|
talk
|
CaO 3MgO 4SiO2
|
asbest
|
Alınması:
Maqnezium amalqama şəklində 1808-ci ildə H.Devi tərəfindən alınmışdır. Təmiz halda maqnezium isə 1829-cu ildə Byussi tərəfincdən alınmışdır.
Hal-hazırda maqneziumu aşağıdakı üsullarla alırlar.
1. Maqneziumu elektrometallurgiya üsulu ilə susuzlaşdırılmış ərinmiş karnaliti elektroliz etməklə əldə edirlər. Elektrolitin ərimə temperaturunu azaltmaq və elektrikkeçiriciliyini artırmaq üçün ona natrium xlorid əlavə edilir. Prosess 720-7500C-də aparılır.
2. Maqneziumu termiki üsulla da alırlar. Onun karbonatlı filizlərini parçalayaraq alınmış MgO silisium, koks və ya CaC2-lə reduksiya edirlər.
MgCO3 MgO + CO2
MgO + C → Mg + CO
2(MgCO3 CaCO3) 2(MgO CaO) + 2CO2
2(MgO CaO) + Si → Ca2 SiO4 + Mg
Xassələri:
Maqnezium – gümüşü, ağ, yüngül və plastik metaldır; istiliyi və elektriki yaxşı keçirir. Havada qaldıqda səthi qoruyucu oksid təbəqəsi ilə örtülür. Maqneziumun xüsusi çəkisi 1,74 , ərimə temperaturası isə 6510C-dir.
Maqnezium aktiv metal olub, soyuq suyu çətin və qaynar suyu asanlıqla parçalayır. Bu zaman əmələ gələn maqnezium-hidroksid isti suda həll olduğundan reaksiya asan gedir
Mg + 2H2O → Mg(OH)2 + H2
Maqnezium duru xlorid və sulfat turşusunda həll olur.
Mg + 2HCl → MgCl2 + H2
Mg + H2SO4 → MgSO4 + H2
Maqnezium duru nitrat turşusunda həll olur və proses aşağıdakı şəkildə gedir.
Dostları ilə paylaş: |