Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti. Kafedra: Kimya. Fakültə: Maşınqayırma və Robotexnika Laboratoriya işi Qrup: 582A. İxtisas: Mexanika mühəndisliyi Müəllim: Rəkidə Nərmin



Yüklə 60,27 Kb.
səhifə1/7
tarix19.05.2023
ölçüsü60,27 Kb.
#116920
  1   2   3   4   5   6   7
Ayxan.lab4


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Texniki Universiteti. Kafedra: Kimya. Fakültə: Maşınqayırma və Robotexnika Laboratoriya işi 4. Qrup: 582A. İxtisas: Mexanika mühəndisliyi Müəllim: Rəkidə Nərmin. Tələbə: Məmmədov Nadir


LABORATORİYA İŞİ №4.
Maqnezium, alüminium


Maqnezium

Maqnezium nisbətən geniş yayılmış element olub, yer qabığının çəki ilə 2,1%-ni təşkil edir. o, təbiətdə aşağıdakı minerallar şəklində yayılmışdır:





MgCO3

maqnezit

MgCO3CaCO3

dolomit

MgSO4  3H2O

kizerit

KCl  MgCl2  3H2O

kainit

KCl  MgCl2  6H2O

karnalit

MgCl2  6H2O

bişofit

3MgO  4SiO2  H2O

talk

CaO  3MgO  4SiO2

asbest



Alınması:

Maqnezium amalqama şəklində 1808-ci ildə H.Devi tərəfindən alınmışdır. Təmiz halda maqnezium isə 1829-cu ildə Byussi tərəfincdən alınmışdır.


Hal-hazırda maqneziumu aşağıdakı üsullarla alırlar.
1. Maqneziumu elektrometallurgiya üsulu ilə susuzlaşdırılmış ərinmiş karnaliti elektroliz etməklə əldə edirlər. Elektrolitin ərimə temperaturunu azaltmaq və elektrikkeçiriciliyini artırmaq üçün ona natrium xlorid əlavə edilir. Prosess 720-7500C-də aparılır.


2. Maqneziumu termiki üsulla da alırlar. Onun karbonatlı filizlərini parçalayaraq alınmış MgO silisium, koks və ya CaC2-lə reduksiya edirlər.
MgCO3 MgO + CO2
MgO + C → Mg + CO
2(MgCO3  CaCO3) 2(MgO  CaO) + 2CO2
2(MgO  CaO) + Si → Ca2 SiO4 + Mg


Xassələri:


Maqnezium – gümüşü, ağ, yüngül və plastik metaldır; istiliyi və elektriki yaxşı keçirir. Havada qaldıqda səthi qoruyucu oksid təbəqəsi ilə örtülür. Maqneziumun xüsusi çəkisi 1,74 , ərimə temperaturası isə 6510C-dir.
Maqnezium aktiv metal olub, soyuq suyu çətin və qaynar suyu asanlıqla parçalayır. Bu zaman əmələ gələn maqnezium-hidroksid isti suda həll olduğundan reaksiya asan gedir


Mg + 2H2O → Mg(OH)2 + H2
Maqnezium duru xlorid və sulfat turşusunda həll olur.


Mg + 2HCl → MgCl2 + H2
Mg + H2SO4 → MgSO4 + H2

Maqnezium duru nitrat turşusunda həll olur və proses aşağıdakı şəkildə gedir.



Yüklə 60,27 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin