4Al(NO3)3 2A2O3 + 12NO2 + 3O2
2Al(OH)3 A2O3 + 3H2O.
Alüminium-oksid amfoter xassəli olduğundan qələvilər soda və potaşla Na2CO3, K2CO3 əridildikdə müvafiq alüminatlara çevrilir.
2Al2O3 +2NaOH → 2NaAlO2 + H2O
Al2O3 +Na2CO3 → 2NaAlO2 + CO2
Alüminium oksid suda həll olmadığından onun uyğun hidroksidini suda həll olan duzlarına qələvi məhlulu ilə təsir etməklə əldə edirlər.
Al2(SO4)3 + 6NaOH → 2Al(OH)3 + 3Na2SO4
Alüminium hidroksid ağ rəngli maddə olub, qızdırıldıqda susuzlaşır və suda həll olmur. O, amfoter xassəli olduğundan turşu və qədəvilərlə müvafiq duzlar əmələ gətirir.
Al(OH)3 + 3HCl + 3H2O → Al(H2O)6Cl3
Al(OH)3 + NaOH = NaAlO2 + 2H2O (əritdikdə)
Al(OH)3 + 3NaOH = Na3Al(OH)6 (məhlulda).
Alüminium hidroksid uduculuq qabiliyyətinə malik olduğundan ondan suyu təmizlətmək üçün istifadə olunur.
Təcrübi hissə
Təcrübə 1. Alüminiuma turşuların təsiri
Üç sınaq şüşəsinin birinə 3-4 ml xlorid turşusu, ikincisinə qatı sulfat turşusu, üçüncüsünə isə qatı nitrat turşusu töküb, hər birinə bir qədər Al yonqalı daxil edin. Reaksiya bütün hallarda gedirmi? Müvafiq reaksiyaların tənliklərini yazın.
Dostları ilə paylaş: |