Təcrübə 2. Alüminiuma qələvilərin təsiri Sınaq şüşəsinə bir qədər alüminium yonqarı töküb, üzərinə 2-3 ml qatı qələvi məhlulu əlavə edin. Sınaq şüşəsini azacıq qızdırıb, reaksiya nəticəsində alınan qazı yanar çöplə yoxlayın. Reaksiyanın tənliyini yazın.
Təcrübə 3. Alüminium hidroksidin alınması və xassələri Sınaq şüşəsinə alüminium duzu məhlulu üzərinə çöküntü alınana qədər 0,1 n qədəvi məhlulu əlavə edin. Alınan çöküntünü iki hissəyə bölün. Birinci hissəyə bir qədər HCl, ikinci hissəyə isə qələvi məhlulu əlavə edin. Nə müşahidə edilir? Müvafiq reaksiyaların tənliklərini yazın.
Təcrübə 4. Alüminium duzlarının hidrolizi Sınaq şüşəsinə 2-3 ml Al2(SO4)3 məhlulu töküb, onu universal indiukatorla yoxlamalı. Nə müşahidə olunur? Reaksiyanın bütün mərhələlərdə molekulyar və ion tənliyini yazmalı.