MgO + MgCl2 +H2O → 2Mg(OH)Cl
Sorel sementi asan cilalanan, turşu və qələvilərə davamlı olan qeyri-üzvi polimerdir.
H – O – MgO(– Mg – O –)nMgCl
Təcrübi hissə
Təcrübə 1. Maqneziumun turşularla qarşılıqlı təsiri
İki sınaq şüşəsinin birinə 3-4 ml duru xlorid turşusu, ikincisinə isə duru HNO3 töküb hər birinə maqnezium yonqarı daxil edin. Nə müşahmdə olunur? Reaksiyaların tənliyini yazın.
Təcrübə 2. MgO-ın su ilə qarşılıqlı təsiri
Sınaq şüşəsinə bir qədər MgO töküb, üzərinə su əlavə edin və qaynadın. Məhlul soyuduqdan sonra üzərinə bir neçə damcı fenolftalein əlavə edin. Nə müşmhidə olunur? Reaksiyanın tənliyini yazın.
Təcrübə 3. Maqnezium hidroksidin alınması
Sınaq şüşəsinə 2-3 ml Mg duzu məhlulu töküb, üzərinə çöküntü əmələ gələnə qədər qələvi məhlulu əlavə edin. Çöküntünün turşuda həll olmasını yoxlayıb, reaksiyanın ion və molekulyar tənliyini yazın
Alüminium
Alüminium yer qabığının çəki ilə 8,8%-ni təşkil edir. O, metallar arasında birinci, bütün elementlər arasında isə oksigen və silisiumdan sonra üçüncü yeri tutur. Mühüm mineralları aşağıdakılardır:
Al2O3
|
korund
|
Al2O3 nH2O
|
boksid
|
Na3AlF6
|
kriolit
|
|
Dostları ilə paylaş: |