4Mg + 10HNO3 → 4Mg(NO3)2 + N2O + 5H2O.
Lakin nitrat turşusu çox duru halda (10-15%) götürüldükdə maqnezium azotu ionuna qədər reduksiya edir.
4Mg + 10HNO3 → 4Mg(NO3)2 + NH4NO3 + 3H2O
Maqnezium fluorid turşusunda həll olmur, qızdırıldıqda qatı sulfat turşusunda həll olur ki, prosesin sonunda H2S adlınır.
Maqnezium oksidi çətin əriyən (30000C), ağ rəngli, toz halında maddədir. Oksidi təmiz halda maqnezitin termiki parçalanmasından alırlar.
MgCO3 → MgO + CO2
Maqnezium oksid suda pis həll olur. Hidroksidini almaq üçün onun suda həll olan duzlarına qələvi məhlulları ilə təsir edirlər. Maqnezium hidroksid orta qüvvətli əsasdır, suda pis həll olur.
MgSO4 + 2NaOH → Mg(OH)2 + Na2SO4
Maqnezium oksid və maqnezium hidroksid əsasi xassəli birləşmələr olduğundan yalnız turşularda, maqnezium hidroksid isə həm də amonium duzlarında həll olur.
MgO + H2SO4 → MgSO4 + H2O
Mg(OH)2 + 2HCl → MgCl2 +2H2O
Mg(OH)2 + 2NH4Cl → MgCl2 + 2NH3 + 2H2O
Maqnezium oksid və maqnezium xloridin qatı məhlulunu qarışdırdıqda tez bərkiyən maddə alınır. Buna maqnezial sement və ya Sorel sementi deyilir.
Dostları ilə paylaş: |