2Al + 6H2O → 2Al(OH)3 + 3H2
Alüminium amfoter xassə daşıdığına görə bütün qələvi məhlulları ilə qarşılıqlı təsirdə olaraq hidro-oksoalüminatlara çevrilir.
2Al + 6NaOH + 6H2O → 2Na3Al(OH)6 + 3H2
Alüminium duru turşulardan hidrogeni çıxarır.
2Al +6HCl → 2AlCl3 + 3H2
2Al + 3H2SO4 → Al2(SO4)3 + 3H2
Alüminium duru nitrat turşusunda asanlıqla həll olur.
8Al + 30HNO3 → 8Al(NO3)3 + 3N2O + 15H2O
Qatı sulfat və nitrat turşuları alüminiumu passivləşdirir, çünki üzərində oksid təbəqəsi əmələ gəlir. Buna görə də, bu turşuları alüminium qablarda daşımaq və saxlamaq mümkündür. Lakin qızdırdıqda qatı sulfat turşusunda həll olur.
6Al + 6H2SO4 → Al2(SO4)3 + 3SO2 + 6H2O
Alüminium güclü reduksiyaedicidir. Onun reduksiyaedicilik xassəsi 1899-cu ildə Beketov tərəfindən aşkar edilmiqdir. Alüminium tozu ilə maqnetitin qarşığı termit adlanır ki, ondan dəmiryol xətlərinin qaynaq edilməsində istifadə olunur. Termitin yanması aşağıdakı tənliklə ifadə olunur:
8Al + 3Fe3O4 → 9Fe + 4Al2O3
Alüminium-oksid ağ rəngli, çətin əriyən (20500C), suda həll olmayan maddədir, bərkliyi almaza yaxındır və təbiətdə korund mineralı şəklində rast gəlinir. Onu laboratoriyada aşağıdakı üsullarla alırlar:
Dostları ilə paylaş: |