AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ
İCTİMAİ SƏHİYYƏ VƏ İSLAHATLAR MƏRKƏZİ
Respondentin adı,
soyadı ________________________________
Tarix _______________
Hörmətli respondent,
İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən
anemiya üzrə keçirilən müayinə Azərbaycanda
qadın və uşaqlar arasında bu problemin olub-
olmadığını müəyyənləşdirməyə kömək edəcəkdir.
Müsahibəyə, Sizin və uşağınızın anemiya testi
üzrə yoxlanılmasına razılıq verdiyiniz üçün Sizə
çox minnətdarıq!
Əməkdaşlığınıza görə Sizə təşəkkür edirik!
SİZİN VƏ UŞAĞINIZIN ANEMİYA ÜZRƏ
TESTİNİN NƏTİCƏLƏRİ BU KİTABÇADA
QEYD OLUNUR.
Anemiyanın səbəbi nədir?
Anemiyanın səbəbləri:
qanın aşağıdakı səbəblərə görə itirilməsi:
parazitlər, xüsusilə də qansoran
bağırsaq qurdları
həddən artıq menstrual itkilər
mədə yarası və ya vərəm kimi xroniki
xəstəliklər
qidada dəmirin çatışmazlığı
orqanizm tərəfindən qidada olan dəmirin
mənimsənilməməsi
Hamilələr və körpələr tərkibində dəmir
olan həb və ya sirop qəbul etməlidirlər.
Dəmirlə zəngin olan qida qəbul edin
– misal üçün, tünd yaşıl rəngli tərəvəz
(göyərti), ciyər, ət və ya balıq,
C vitamini ilə zəngin olan meyvələr.
Körpə uşaqlara çay içizdirməyin.
Çay və ya qəhvəni xörəklə içməyin.
Bağırsaq qurdunun qarşısını alın və
müalicə edin.
Doğuşlar arasında intervalı artırın.
Anemiyanın qarşısı
necə alına bilər?
Anemiya nədir?
Anemiya qanda qırmızı qan hüceyrələrinin
(eritrositlər) və ya hemoqlobinin
çatışmazlığı ilə müşahidə edilən ciddi
xəstəlikdir.
Hemoqlobin beyinə, əzələlərə, xəstəliklərlə
mübarizə aparan orqanlara və bədənin
digər hissələrinə oksigeni çatdıran
maddədir. Dəmir hemoqlobinin yaradılması
üçün zəruridir.
Anemiyanın SİMPTOMLARI
hansılardır?
Anemiyanın simptomları aşağıdakılardır:
yorğunluq
baş ağrıları
baş gicəllənməsi
iştahsızlıq
tez-tez ürək döyüntüləri
nəfəsin çatmaması
Anemiya nə üçün
TƏHLÜKƏLİDİR?
Anemiya aşağıdakı səbəblərə görə
təhlükəlidir:
infeksiyalara qarşı müqaviməti azaldır
kəskin anemiya ürək çatışmazlığına
gətirib çıxara bilər
doğuş zamanı son dərəcə güclü qanax-
malarda həyat üçün təhlükəlidir
anemiyası olan uşaqlar az çəkili doğulur,
digərlərinə nisbətən pis qavrama
qabiliyyətli və infeksiyalara qarşı az
müqavimətli olurlar
Testin nəticələri nə
göstərdi?
Kəskin anemiya:
Sizin qanınızın hemoqlobin səviyyəsi
çox aşağıdır. Siz müalicə üçün dərhal
öz həkiminizə və ya tibb müəssisəsinə
müraciət etməlisiniz.
Orta dərəcəli anemiya:
Siz anemiyadan müalicə olunmalısınız.
Siz tezliklə öz həkiminizə və ya tibb
müəssisəsinə müraciət etməlisiniz.
Yüngül dərəcəli anemiya:
Siz gündəlik yeməyinizdə daha çox dəmirlə
zəngin olan qida məhsullarından istifadə
etməlisiniz.
Dəmirlə zəngin
olan qidalar
tünd yaşıl rəngli tərəvəz (göyərti)
ət, ciyər və ya balıq
Dəmirin yaxşı mənimsənilməsi üçün
daha çox C vitamini ilə zəngin olan
meyvələr yeyin:
portağal
limon
manqo
Tarix ____________________
Qadın
______________________________
Uşaq I
________________________
Uşaq II _____________________________
Hemoqlobinin səviyyəsi
Qadın
Uşaq I
Uşaq II
____ q/dl
____ q/dl
____ q/dl
Müayinənin nəticəsi
(birini dairəyə alın)
Qadın*
Uşaq I
Uşaq II
Kəskin anemiya
(7.0 q/dl-dən
aşağı)
Kəskin anemiya
(7.0 q/dl-dən
aşağı)
Kəskin anemiya
(7.0 q/dl-dən
aşağı)
Orta dərəcəli
anemiya
(7.0-9.9 q/dl)
Orta dərəcəli
anemiya
(7.0-9.9 q/dl)
Orta dərəcəli
anemiya
(7.0-9.9 q/dl)
Yüngül dərəcəli
anemiya
(10.0-11.9 q/dl)
Yüngül dərəcəli
anemiya
(10.0-10.9 q/dl)
Yüngül dərəcəli
anemiya
(10.0-10.9 q/dl)
Normal
(12.0 q/dl-dən
yuxarı)
Normal
(11.0 q/dl-dən
yuxarı)
Normal
(11.0 q/dl-dən
yuxarı)
*Qadın
hamilədirsə, qanının hemoqlobininin səviyyəsi
11.0 q/dl və ya yuxarı olarsa, normaldır, 10 və 10.9 q/dl
arasında olarsa, anemiya yüngül dərəcəlidir.
TESTİN NƏTİCƏLƏRİ