AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ Azərbaycan Dövlət İqtisad Universiteti



Yüklə 396,79 Kb.
səhifə1/8
tarix29.12.2016
ölçüsü396,79 Kb.
  1   2   3   4   5   6   7   8


pic67532


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Azərbaycan Dövlət İqtisad Universiteti
Magistratura Mərkəzi
Əlyazması hüququnda
İbadbəyli Fəridə Vilayət qızının

Azərbaycanda ÜDM və onun komponentlərinin beynəlxalq müqayisəliliyi”


mövzusundan
MAGİSTR DİSSERTASİYASI

Fakultə: Uçot - iqtisad
İxtisasın şifri və adı: 060406 – STATİSTİKA

Kurs: III

Qrup: 2772

Elmi rəhbər: İqtisad üzrə fəlsəfə

doktoru Yusifov Y.X.

Magistr proqramının rəhbəri: Dos.V.E. Teymurova

Kafedra müdiri: Prof. S.M. Yaqubov

BAKI 2016
M Ü N D Ə R İ C A T
GİRİŞ.........................................................................................................................3
I Fəsil. MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR VƏ MİLLİ HESABLAR SİSTEMİNDƏ ÜDM-İN ROLUNUN NƏZƏRİ ƏSASLARI …………………..6


    1. Ümumi daxili məhsul anlayışı və onun dünya təsərrüfatının inkişafının əsas göstəricisi kimi xarakteristikası..........................................................................6

    2. Ümumi daxili məhsulun komponentləri və hesablanması metodları, Real və nominal ümumi daxili məhsul, ÜDM-nin deflyatoru ............................................15

II Fəsil. ÜMUMİ DAXİLİ MƏHSULUN GÖSTƏRİCİLƏR SİSTEMİ VƏ İQTİSADİ-STATİSTİK TƏHLİLİ.......................................................................26
2.1.Azərbaycanda ÜDM-nin strukturuna və inkişaf dinamikasına milli iqtisadiyyatda quruluş dəyişikliklərinin təsiri və onun iqtisadiyyatın sahələri üzrə təhlili..............26
2.2.ÜDM-də gizli iqtisadiyyatın həcminin statistik təhlili ......................................43

III Fəsil. ÜMUMİ DAXİLİ MƏHSULUN VƏ ONUN KOMPONENTLƏRİNİN BEYNƏLXALQ MÜQAYİSƏSİ .........................................................................65


    1. ÜDM-nun alıcılıq qabiliyyəti pariteti əsasında hesablanması və onun əhəmiyyəti........................................................................................................65

    2. ÜDM-un həcminə görə Azərbaycan iqtisadiyyatının regionda və dünyada rolunun qiymətləndirilməsi ...........................................................................................74

    3. Beynəlxalq aspektdə iqtisadi və sosial inkişaf konsepsiyasına və makroiqtisadi proqnoz göstəricilərinə əsasən ümumi daxili məhsul istehsalı.............................................................................................................77

NƏTİCƏ VƏ TƏKLİFLƏR................................................................................87

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT..................................................................91

GİRİŞ
Mövzunun aktuallığı. Ölkəmiz müstəqilliyini qazandıqdan sonra fərqli prizmadan inkişaf etməyə başlamış, dünya arenasında istər mədəniyyəti, istər iqtisadi inkişafı, islahatları, hərtərəfli irəliləyişləri ilə nəzərə çarpmağa başlamış, xarici dövlətlərin həm investisiya yönümlü, həm də bu və ya digər tərəfdən əməkdaşlıqları üçün maraq sahəsinə çevrilmişdir.

Bazar münasibətlərinə keçidlə əlaqəli son dövrlərdə Azərbaycanın bütün statistika və uçot sistemi dəyişikliyə məruz qalmışdır. Bu qeyd edilənlər, standartların ölkənin statistika və uçot təcrübəsində tətbiqini zəruri etdi, bu isə beynəlxalq müqayisəni həyata keçirməyə imkan verir. Bunun üçün edilən vacib işlərdən biri isə Milli Hesablar Sisteminin qurulmasıdır.

Əvvəllər Milli Hesablar Sistemi Milli Gəlirin statistikası bazasmda yaranmışdır. Bununla müxtəlif metodlarla Milli Gəlirin (məhsulun) qiymətləndirilən göstəricilərinin vahid sistemə inteqrasiyası həyata keçirilmişdir. Bu inteqrasiya Milli Gəlirin müxtəlif metodlarla hesablanmasmm əsasmda duran qaydalarm uzlaşdırılması və harmonizasiyası demək idi. Növbəti mərhələdə MHS - nin inkişafı və təkmilləşdirilməsi iqtisadi proseslərin müxtəlif aspektlərini xarakterizə edən makroiqtisadi informasiyanm müxtəlif bölmələrinin (sahələrarası əlaqələr, xarici iqtisadi əlaqələr, milli sərvət, maliyyə vasitələri ilə əməliyyatlar) göstəricilərinin ümumi sistemə inteqrasiyası və sistemin əsas göstəriciləri (Ümumi Daxili Məhsul və Milli Gəlir) ilə harmonizasiyası istiqamətində olmuşdur. MHS - nin bu cür quruluşu onun analitik imkanlarmı əhəmiyyətli şəkildə artırır və ayrı- ayrı makroiqtisadi dəyişənlər arasmdakı əlaqələri müəyyənləşdirməyə imkan verir ki, bu da iqtisadiyyatdakı dəyişiklikləri şərtləndirən amilləri aşkar etmək üçün vacibdir.

MHS-nin müasir xüsusiyyəti ondan ibarətdir ki, o, yalnız bütövlükdə iqtisadiyyatm deyil, həm də onun mühüm struktur bölmələrinin - sahələr və institusional sektorlarm vəziyyətini və inkişafmı səciyyələndirməyə, bu struktur bölmələri arasmdakı qarşılıqlı əlaqələri aşkar etməyə imkan verir.

Milli Hesablar Sisteminin analitik imkanlara malik olması müasir dövrdə statistik təhlilin konseptual əsası kimi onun əhəmiyyətini daha da artırır. Magistr işinin mövzusu da məhz bunlarm konteksində əsaslandırılmışdır.

Tədqiqatın işimin predmeti və obyekti. Dissertasiyada ÜDM, onun komponentlərin, onların sosial-iqtisadi inkişafa təsiri imkanların və onunla əlaqəli olan bir sıra sahələrin təhlili aparılmışdır. Belə ki, dissertasiya işimin predmetinə uyğun olaraq makroiqtisadi səviyyədə maliyyə münasibətləri, onların iqtisadi münasibətlər sistemində rolu, müəssisələrdə, dövlət səviyyəsində fondların yaradılması, bölgüsü və yenidən bölgüsü prosesində yaranan iqtisadi əlaqələr, Neft fondunda, investisiya sahəsində aparılan işlərin təsviri əks olunmuşvə təhlili aparılmışdır. Tədqiqatın predmeti ÜDM, tədqiqat obyekti isə onunla əlaqəli birinci dərəcəli sahələrdir.

Tədqiqat işinin məqsədi Milli Hesablar Sisteminin analitik imkanlarmı araşdırmaq və onun əsasısnda ölkənin sosial - iqtisadi inkişafını statistik təhlil etməkdir. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi zəruri hesab edilmişdir.

-iqtisadiyyatm makroiqtisadi statistik modeli kimi Milli Hesablar Siste- minin statistik təhlil və proqnozlaşdırmada yeri və rolunu araşdırmaq,

- Milli Hesablar Sisteminin qurulmasmm məqsədini, prinsiplərini və analitik imkanlarını araşdırmaq,

-hesablarm əsas növlərini və onlarm təyinatmı araşdırmaq,

-Milli hesablar Sistemində istifadə edilən təsnifatları və onlarm təyinatmı öyrənmək,

-Ölkədə kiçik, xarici və birgə sahibkarlığın cari vəziyyətini araşdırmaq,

- Ümumi Daxili Məhsulun dinamikasını və quruluşunu statistik təhlil etmək,

- gəlirlərin yaranması, ilkin bölgüsü, təkrar bölgüsü və istifadəsi hesablarmı statistik təhlil etmək,

- bəzi makroiqtisadi göstəricilərin xüsusiyyətlərini araşdırmaq,

- dünya təsərrüfatı ilə iqtisadi əməliyyatları statistik təhlil etmək.

Tədqiqatın işimin informasiya bazası və işlənilməsi metodları. Dissertasiya işi yazılarkən AR Mərkəzi Bankının, AR Maliyyə Nazirliyinin, AR Vergilər Nazirliyinin, AR Dövlət Statistika Komitəsinin, AR Dövlət Neft Fondunun saytında yerləşdirilən hesabatlarından , eləcə də, kitab və dərsliklərdən istifadə edilmişdir. Ədəbiyyatlarda, dərsliklərdə, hesabatlarda dərc olunan rəqəmlər qrafik, diaqram və nəticələrdə əks etdirilmişdir. Disertassiya işində statistikanın nəzəriyyəsinin ümumi metodlarından - nisbi və orta kəmiyyətlər, dinamika sıralarının təhlili və s. metodlarından istifadə edilmişdir.

Tədqiqatın elmi yeniliyi aşağıdakılardan ibarətdir:

- sosial - iqtisadi proseslərin statistik təhlilində Milli Hesablar Sisteminin yeri və rolu müəyyənləşdirilmişdir,

-ölkədə institusional fəaliyyətin cari vəziyyəti statistik təhlil edilmiş və onun inkişaf xüsusiyyətləri müəyyənləşdirilmişdir,


  • rəsmi statistikanın məlumatları əsasında gəlirlər axını statistik təhlil edilmiş və inkişaf meylləri aşkar edilmişdir,

  • mühüm makroiqtisadi göstəricilərin formalaşmasında ÜDM rolu müəyyənləşdirilmişdir,

- regional Ümumi Daxili Məhsulun həcminin qısamüddətli proqnozu verilmişdir,

- beynəlxalq asperktdə iqtisadi inkişafa ÜDM təsiri qiymətləndirilmişdir.



Magistr işində elmi yenilik olaraq onu qeyd etmək istərdim ki, qoyulan məsələlərin düzgün həlli üçün maliyyə ehtiyatlarının və onu təşkil edən elementlərin mahiyyətinə, məqsəd və istifadə edilmə mexanizminə sistemli yanaşmaq vacib olduğu qədəri ilə, respublikamızda şəffaf büdcə sisteminin yaradılması üçün səmərəli fəaliyyət göstərən büdcə orqanlarına malik olan xarici dövlətlərin təcrübəsinin öyrənilməsinin böyük əhəmiyyəti vardır.

Magistr dissertasiyanın quruluşu və həcmi. Dissertasiya giriş,üç fəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısıdan ibarətdir. Onun ümumi həcmi 92 səhifədir. İşdə 7 cədvəl və 6 qrafik verilmişdir. İstifadə olunmuş ədəbiyyat siyahısmda 29 adda ədəbiyyat adı vardır.

I Fəsil MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR VƏ MİLLİ HESABLAR SİSTEMİNDƏ ÜDM-un ROLUNUN NƏZƏRİ ƏSASLARI


    1. Ümumi daxili məhsul anlayışı və onun dünya təsərrüfatının inkişafının əsas göstəricisi kimi xarakteristikası

İqtisadi problemlər bilavasitə hər birimizə toxunduğu üçün kütləvi informasiya vasitələri onlara daha çox diqqət ayırırlar. İndiki dövrdə milli və dünya iqtisadiyyatının vəziyyəti haqda statistik məlumatlar olmayan qəzet tapmaq mümkün deyildir. Statistika iqtisadiyyatda məcmu gəliri (ÜDM), qiymətlərin orta artım səviyyəsini (inflyasiya), məşğul olmayan işçi qüvvəsi hissəsini (işsizliyin səviyyəsi), ticarət şəbəkəsində satışların ümumi həcmini (pərakəndə ticarətin həcmi) və digər ölkələrlə ticarətdə uyğunsuzluqları (ticarət balansının kəsri) ölçməyə imkan verir. Bütün bunlar makroiqtisadi göstəricilər adlanır və konkret firmanın yaxud ev təssərrüfatının deyil, iqtisadiyyatın ümumilikdə vəziyyətini əks etdirirlər.

Cəmiyyətin iqtisadi rifahının ən sadə göstəricisi kimi nəzərdən keçirilən ÜDM çox vaxt statistik hesabatlarda istifadə olunur.

Əgər sizə hər hansı bir şəxsin maddi rifahını qiymətləndirmək təklif olunsa siz ilk növbədə onun gəlirlərinə diqqət yetirəcəksiniz. Yüksək gəlirləri olan şəxslər öz təlabatlarının çoxunu ödəmək və yüksək həyat səviyyəsindən (yaxşı yaşayış şəraiti, keyfiyyətli tibbi xidmət, son model avtomobil və bahalı kurortlarda istirahət) həzz almaq imkanına malikdirlər.

İqtisadiyyatın ümumi vəziyyətinin qiymətləndirilməsi zamanı analoji yanaşmanın istifadəsi məntiqə uyğun olardı. Dövlətin iqtisadiyyatının yaxşı, yaxud pis fəaliyyət göstərməsini müəyyən etmək üçün bütün təsərrüfat subyektlərinin gəlirlərinin cəmini tapmağa cəhd etmək təbiidir. Bu problem ümumi daxili məhsulun (ÜDM) müəyyən olunması çərçivəsində həll olunur.

ÜDM eyni zamanda həm bütün təssərrüfat subyektlərinin ümumi gəlirini, həm də istehsal olunan əmtəə və xidmətlərin istehlakının həcminin cəmini ölçür. Belə ikili hesabın mənası ondan ibarətdir ki, hər iki göstərici üst-üstə düşməlidir. Ümumilikdə iqtisadiyyat üzrə gəlirlərin ümumi həcmi xərclərin ümumi həcminə bərabər olmalıdır.

Bu müddəanın məntiqliyi nədən əmələ gəlir? Məsələ ondadır ki, hər bir sövdələşmə aktında iki tərəf: alıcı və satıcı iştirak edir və onlardan birinin xərclədiyi hər dollar, digərinin gəlirinə çevrilir. Məsələn, bağçadakı otları təmizləmək üçün Karen Duquya 100$ ödədiyi situasiyanı nəzərdən keçirək. Bu zaman Duqu xidmətin satıcısı, Karen isə alıcısı kimi çıxış edir. Tərəflərin sövdələşməsi xərclərin və gəlirlərin ümumi həcminə eyni məbləği əlavə edir və nəticədə ÜDM 100$ artır.

Sadələşdirilmiş iqtisadi modeldə pullar fasiləsiz olaraq ev təssərrüfatlarından firmalara və əksinə dövr edirlər, ÜDM isə ya ev təssərüfatlarının xərclərinin cəmi kimi, yaxud istehsal amillərinin ödənilməsi üzrə firmaların xərclərinin cəmi kimi ölçülür. İqtisadiyyatın belə şərhi zamanı bir tərəfin xərcləri bütövlükdə digər tərəfin gəlirlərinə çevrildiyi üçün ÜDM-un ölçüləri onun hesablanması üsullarından asılı deyildir.

ABŞ-ın ticarət nazirlyi üç aydan bir ÜDM haqqında məlumatları təqdim etdikdə hesabatlarda gəlirlərin bəzi digər göstəriciləri də istifadə olunur. Bu göstəricilər bir-birindən hesablanma üsulları ilə fərqlənirlər. Onlardan ən mühüm üçü aşağıdakılardır.

Xalis milli məhsul (XMM) amortizasiya (avadanlıqların və istehsal binalarının köhnəlmə dəyəri) xərclərinin məbləğini çıxmaqla ölkə vətəndaşlarının ümumi gəlirlərini ifadə edir. Ticarət Nazirliyinin hesabatlarında amortizasiya ayırmaları «əsas fondların istifadəsi» kimi nəzərə alınır.

Şəxsi gəlir – bütün ev təssərrüfatları və şəxsi qeyri -səhmdar müəssisələrin gəlirlərinin cəmi kimi müəyyən olunur.

ÜDM və XMM –dən fərqli olaraq bölüşdürülməmiş gəlirlər, yəni səhmdarlara dividendlər ödənildikdən sonra müəssisələrin ixtiyarında qalan səhmdar cəmiyyətlərin mənfəətinin bir hissəsi daxil deyildir. Bundan əlavə burada dövlətin qiymətli kağızlarından əldə olunan faizlər eləcə də dövlət sosial müavinətləri də nəzərə alınır.

Sərəncamda qalan şəxsi gəlir – dövlət qarşısında bütün maliyyə borcları ödənildikdən sonra (vergi və qeyri-vergi ödəmələri (məsələn, lisenziyanın əldə edilməsi)) bütün ev təssərrüfatları və xüsusi qeyri –səhmdar müəssisələrin sərəncamında qalan gəlirlərin cəminə bərabərdir [3].

Məcmu gəlirin müxtəlif göstəriciləri bir-birindən nəzərə çarpacaq dərəcədə fərqlənsələr də onların hər biri ümumilikdə iqtisadiyyatdakı vəziyyəti kifayət qədər obyektiv əks etdirirlər. ÜDM-un artması, yaxud azalması uyğun olaraq digər göstəricilərdə də özünü göstərir, buna görə də iqtisadiyyatın vəziyyətinin təhlili zamanı onlardan hər birinə əsaslanmaq olar.

Ümumi daxili məhsulun hesablanması

İndi isə ÜDM-un mənasını ümumi şəkildə müəyyənləşdirdikdən sonra onun hesablanması üsullarının üzərində dayanaq. Beləliklə, ÜDM-un müəyyənləşdirməsinə qayıdaq.

Ümumi daxili məhsul (ÜDM) müəyyən müddət ərzində ölkə daxilində istehsal olunan bütün son əmtəə və xidmətlərin bazar qiymətidir.

Bu tərif ÜDM-u çox sadə ifadə edir, əslində isə onun hesablanması zamanı ilk baxışda nəzərə çarpmayan problemlər meydana çıxır. Buna görə də əvvəlcə tərifin ayrı-ayrı hissələrini nəzərdən keçirək. ÜDM — istehsalın ümumi həcmini, məcmu buraxılışı xarakterizə edən aqreqasiya göstəricisidir. Onun dəyərinə yalnız rəsmi bazar sövdələri, yəni alqı-satqı prosesini keçmiş və rəsmi olaraq qeydiyyatdan keçmiş sövdələr daxil edilir. Ona görə də ÜDM-ə aşağıdakılar daxil edilmir:

  • insanın əməyi öz üzərinə götürməsi (insan özünə ev tikir, mənzilini təmir edir, sviter toxuyur, televizorunu və ya avtomobilini təmir edir, saçını düzəldir və s.);

  • təmənnasız əmək (məsələn, dost yardımı – qonşunun hasarını tikmək, dost üçün təmir və s.);

Kölgə iqtisadiyyatının istehsal etdiyi mal və xidmətlərin dəyəri. Halbuki gizli istehsal olunan məhsulun da satışı bazar sövdəsidir, lakin rəsmi olaraq qeydiyyatdan keçmir və milli statistika və vergi orqanları tərədindən uçota alınmır. Kölgə iqtisadiyyatına təkcə qeyri-qanuni fəaliyyət növlərini (məsələn, narkobiznes) deyil, həm də tamamilə leqal, lakin mənfəəti vergilərdən yayınan növlər də aid edilir. Bu sektorun istehsal həcmi inkişaf etmiş ölkələrdə məcmu buraxılışın üçdə bir hissəsindən yarısına qədərini təşkil edir. Kölgə iqtisadiyyatının payının qiymətləndirilməsi birbaşa hesablama metodları mövcud olmadığından dolayı metodlardan istifadə olunur ki, bunlara rəsmi istehsalı təmin etmək üçün zəruri olduğundan artıq elektrik enerjisinin əlavə sərfi və rəsmi sövdələrə xidmət üçün lazım olduğundan artıq miqdarda pul xərclənməsi kimi aiddir.

Ümumi daxili məhsul konkret zaman vahidi, adətən bir il, yaxud rüb ərzində istehsal olunan məhsulun kəmiyyətini əks etdirir.

Dövlət ÜDM-un rüb üzrə göstəricisini elan etdikdə adətən onun ölçüsü «illik hesablanma» ilə verilir. Bu o deməkdir ki, təqdim olunan rəqəmlər 3 ay ərzində bütün xərclərin və gəlirlərin məbləğinin 4 mislini əks etdirir. Belə yanaşma rüblük və illik ÜDM-un rəqəmlərinin daha əyani tutuşdurulması üçün istifadə olunur. Bundan əlavə bir rüb üzrə ÜDM-un səviyyəsi mövsümü düzəlişi nəzərə almaqla təqdim olunur. Mövsümi düzəliş il ərzində əmtəə və xidmətlərin istehsalı və istehlakındakı qeyri bərabərlikləri məsələn, yeni il qabağı satışlar zamanı əhalinin xərcləri ən yüksək həddə çatdığı zaman, aradan qaldırmağa imkan verir. İqtisadçılar və siyasətçilər üçün ölkə ərazisində vəziyyət barədə obyektiv informasiyaya malik olmaq çox vacibdir, buna görə də rəsmi dərc olunan ÜDM-un qiymətinə həmişə mövsümü düzəliş də daxil olunur. Bu şərtə müvafiq olaraq, bu il istehsal olunmayan bütün mallar ÜDM hesablanarkən nəzərə alınmır, belə ki, müvafiq ilin dəyərində artıq nəzərə alınmışdır.

ÜDM konkret dövlətin sərhədləri daxilində istehsal olunan məhsulun dəyərini hesablayır. Əgər Kanada vətəndaşı müvəqqəti ABŞ-da işləyirsə, bu zaman onun əməyinin nəticəsi ABŞ-ın ÜDM-unun bir hissəsi olur. Amerikalı Haitidə fabrik sahibi olursa, bu fabrikin məhsulu ABŞ-ın deyil, həmin ölkənin ÜDM-na daxil olur. Beləliklə, dövlətin ÜDM-una istehsalçının vətəndaşlığından asılı olmayaraq həmin dövlətin ərazisində istehsal olunan bütün əmtəə və xidmətlər daxildir.

ÜDM-a bütün yenidən istehsal olunan əmtəə və xidmətlər daxil edilir və nəzərdən keçirilən dövr ərzində satılmış, lakin keçmişdə istehsal olunmuş əmtəələr çıxarılır.[13] Məsələn, əgər General Motors korporasiyası yeni avtomobil istehsal edir və satırsa onun qiyməti ÜDM-a daxil edilir. Lakin əgər bir nəfər öz köhnə avtomobilini başqasına satırsa sövdələşmənin dəyəri ÜDM-a daxil edilmir.

Bununla ümumi daxili məhsul göstəricisi – ÜDM ( Gross Domestic Product — GDP) ümumi milli məhsuldan – ÜMM-dən ( Gross National Product — GNP) fərqlənir. ÜDM ölkə ərazisində istehsal olunan bütün mal və xidmətlərin məcmu bazar dəyərini əks etdirir. ÜDM müəyyən edilərkən meyar kimi ərazi faktoru çıxış edir. ÜMM isə ölkə vətəndaşlarının onlara məxsus istehsal faktorlarının köməyi ilə istehsal etdikləri bütün mal və xidmətlərin məcmu bazar dəyəridir. ÜMM müəyyən edilərkən meyar kimi milli mənsubiyyət faktoru çıxış edir. İnkişaf etmiş ölkələrin çoxunda ÜDM-in ÜMM-dən fərqi 1%-i üstələmir.

ÜDM kəmiyyətcə ÜMM-dən xaricdən xalis faktor gəlirinin ölçüsü ilə fərqlənir ki, bu da bu ölkənin vətəndaşlarının başqa ölkələrdə milli faktorlardan (iqtisadi resurslardan) istifadə etməklə aldıqları gəlirlə xarici vətəndaşların özlərinə məxsus faktorlardan (xarici) istifadə etməklə bu ölkədə qazandıqları gəlirin fərqinə bərabərdir:

Xaricdən xalis faktor gəliri = Başqa ölkələrdə milli faktorlardan olan gəlir — Həmin ölkənin ərazisində olan xarici faktorlardan olan gəlir.

ÜDM-a mümkün qədər bütün qanuni istehsal olunan və satılan əmtəə və xidmətlər alma və portağallardan kitab və filmlərə; bərbərin kəsdiyi saçdan həkim və vəkilin məsləhətlərinə qədər daxil olunmalıdır.

ÜDM mənzil kirayəsinin bazar dəyərini də nəzərə alır. İcarəyə verilən yerlər üçün o, çox asanlıqla ya icarədarların xərclərinin məbləği kimi, ya da icarəyə verənlərin gəlirlərinin məbləği kimi müəyyən edilir. Lakin insanların çoxu öz şəxsi evlərində yaşayırlar və deməli, heç bir icarə xərcləri ödəmirlər. Dövlət vətəndaşların bu qrupunun ÜDM-a əlavəsini nəzərə alaraq, onun tərkibinə bu vətəndaşların «icarə ödəmələrinin» bazar qiymətlərinə uyğun ölçülmüş xəyali məbləğini daxil edir. Əslində ÜDM-a həm mənzil sahiblərinin «icarədar» kimi ehtimal edilən xərcləri, həm də icarəyə verənlər kimi onların gəlirlərinin xəyali məbləği də daxildir.

Dəyərinin ölçülməsinin çətinliyi ilə əlaqədar olaraq ÜDM-a daxil edilməyən bir qrup əmtəələr mövcuddur. Bunlara qeyri -qanuni yollarla istehsal olunan və satılan (məsələn, narkotik maddələr) ya da yalnız ailənin təlabatını ödəmək üçün ev təssərrüfatları tərəfindən istehsal olunan əmtəələr aiddir. Buna görə də ÜDM-da mağazadan alınan tərəvəzlər nəzərə alınır, lakin həyətyanı sahədə becərilib ailə tərəfindən istehlak olunanlar isə nəzərə alınmır.

Belə kənara çıxmalar bəzən paradoksal vəziyyətlərə gətirib çıxarır. Bağçadakı otları təmizləməyə görə kimsə kiməsə haqq ödədikdə onun əməyinin nəticələri ÜDM-a daxil edilir. Lakin onlar evlənərsə vəziyyət tamamilə dəyişir. Bu zaman əmək bazarında reallaşmayan otları təmizləyənin əməyi ÜDM-a daxil edilmir. Beləliklə, demək olar ki, onların ailə qurması ölkənin ÜDM-nun azalmasına gətirib çıxara bilər.

İqtisadiyyatda istehsal olunan bütün məhsullar son və aralıq məhsullarına bölünür. Son məhsul ( final goods) — hər hansı makroiqtisadi agentə istehlak üçün gedən və növbəti emal və satış üçün nəzərdə tutulmayan son məhsuldur. Aralıq məhsul ( intermediate goods) sonrakı istehsal və satış prosesinə göndərilən məhsuldur. Aralıq məhsula xammal, materiallar, yarımfabrikatlar və s. aid edilir. Lakin istifadə üsulundan asılı olaraq, eyni mal həm son, həm də ara məhsul ola bilər. Məsələn, evdar qadının borş üçün aldığı ət son məhsul ola bilər, belə ki, son istehlak üçün alınıb. “Makdonalds” restoranı tərəfindən alınan ət isə ara məhsuldur, belə ki, emal ediləndən sonra çizburgerin içinə qoyularaq son məhsul olacaq.

ÜDM-ə yalnız son məhsulun daxil edilməsi ikiqat (təkrar) hesabdan ( double accounting) qaçmağa imkan verir. Məsələn, avtomobilin dəyərinə polad hazırlanacaq dəmirin, prokat alınacaq poladın, avtomobilin hazırlanacağı prokatın dəyəri daxil olur.

Həmin səbəbdən bütün alqı-satqılar da ÜDM-ə daxil edilmir, belə ki, onların dəyəri artıq bir dəfə son istehlakçı tərəfdən alındığı zaman nəzətə alınmışdır.

Son məhsulun bu dəyəri onun ara və ya son məhsul olduğunu demək mümkün olmadığı səbəbindən bilavasitə hesablana bilmədiyi üçün, onu əlavə dəyər (value added) üzrə hesablayırlar. Bu metod ona əsaslanır ki, son məhsulun məcmu dəyəri məcmu əlavə dəyərə bərabərdir. Bunu aşağıdakı misalla göstərək.

Zənn edək ki, fermer taxılı  yetişdirmiş, onu dəyirmançıya 5 dollara satmış, dəyirmançı onu üyüdüb una çevirmişdir. Dəyirmançı unu çörək bişirənə 8 dollara satmışdır. Çörək bişirən məhsulunu 17 dollara bulka satana satmış, o da öz növbəsində çörəyi alıcıya 25 dollara satmışdır. Taxıl dəyirmançı, un çörək bişirən, xəmirdən hazırlanan məmulat isə bulka satan üçün aralıq məhsuldur, çörək isə satıcı üçün son məhsuldur.

Hər bir istehsalçının (firmanın) əlavə etdiyi dəyər  satışdan gələn qazancdan başqa istehsalçılardan alınmış xammal və materialların fərqinə bərabərdir ki, bu da hər bir istehsalçının (firmanın) məcmu buraxılış həcminə payını ifadə edir.

Firmanın  əlavə dəyəri = Satışdan qazanc — Başqa firmalardan alınmış xammal və materialların dəyəri

Firmanın bütün daxili məsrəfləri (əmək haqqının verilməsi, amortizasiya, kapitalın icarəsi, yer icarəsi və s.), həmçinin, firmanın mənfəəti əlavə dəyərə daxil edilir.

Bizim misalda fermerin əlavə  etdiyi dəyər 5 dollara, (5 — 0 = 5), dəyirmançının əlavə etdiyi dəyər — 3 dollara. (8 — 5 = 3), çörək bişirənin əlavə etdiyi dəyər — 9 dollar (17 — 8 = 9), bulka satanın əlavə etdiyi — 8 dollara (25 — 17 = 8) bərabərdir. Məcmu əlavə dəyər, yəni bütün istehsalçılar tərəfindən əlavə edilən dəyət 25 dollar (5 + 3 + 9 + 8 = 25) təşkil edir və son alıcının ödədiyi dəyərə bərabərdir (son məhsulun dəyəri). Ona görə də, ÜDM ölçülən zaman son məhsulun dəyəri əlavə dəyəri üzrə hesablanır və bütün istehsalçıların (firmalar tərəfindən) əlavə etdikləri dəyərlərin cəmi kimi verilə bilər:

Son məhsulun məcmu dəyəri =Bütün firmaların əlavə dəyərlərinin məbləği

və ya iqtisadiyyatda bütün satışların (total output) və aralıq məhsulun məcmu dəyərinin fərqi. Bizim misalda: 55 — 30 = 25 (dollar).

Kataloq: application -> uploads -> 2016
2016 -> Təqdimatların hazırlanması (Powerpoint, Word, Excel)
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda
2016 -> «magиstratura mяrkяzи»
2016 -> Övlяt иqtиsad unиversиtetи «magиstratura mяrkяzи» Abbasov Cavid Sadiq o
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda
2016 -> İmtahanın keçiriləcəyi tarix «15» may 2016-cı il Otaq 412
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ
2016 -> 2016-cı il Otaq 412 Sıra№-si
2016 -> AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m
2016 -> Bayramov Rəşid Mahir oğlu «Dövlətin sosial siyasətinin maliyyə təminatında büdcənin rolu»

Yüklə 396,79 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə