AZƏRBAYCAN TARİXİ
Ümumi məlumat
|
Fənnin adı, kodu və kreditlərin sayı
|
AZEH150, Azərbaycan tarixi, (3 kredit)
|
Departament
|
“Tarix və Arxeologiya” departamenti
|
Proqram (bakalavr, magistr)
|
Bakalavr
|
Tədris semestri
|
Yaz 2014
|
Fənni tədris edən müəllim (lər)
|
Nəsiman Yaqublu
|
E-mail:
|
nasiman_yaqublu@mail.ru
|
Telefon:
|
(012) 421-79-16 (departament)
|
Mühazirə otağı/Cədvəl
|
VI gün, saat 10:30-11:50
12:00-13:20
|
Məsləhət saatları
|
Tələbələrlə razılaşdırılan vaxtlarda
|
Prerekvizitlər
|
|
Tədris dili
|
Azərbaycan dili
|
Fənnin növü
(məcburi, seçmə)
|
Məcburi
|
Dərsliklər və əlavə ədəbiyyat
|
Əsas dərsliklər: * işarəsi ilə göstərilmiş kitablar cədvəldə verilmişdir.
1. *Azərbaycan tarixi (uzaq keçmişdən 1870-ci illərə qədər). Red. Prof. Süleyman Əliyarlı. Bakı, 1996 və başqa nəşrlər
2. *Azərbaycan tarixi, I cild (Ən qədim zamanlardan XX əsrədək).
Z. Bünyadovun və Y. Yusifovun redaktəsi ilə. Bakı, 1994 və başqa nəşrlər
3. *İsmayıl Məmmədov. Azərbaycan tarixi. Bakı, 2005
4. *Süleyman Məmmədov. Azərbaycan tarixi. Bakı, 2007.
5. XX əsr Azərbaycan tarixi, II cild, Red. Y.B. Yusifov və T.T. Vəliyev. Bakı, 2004.
Əlavə dərsliklər, vəsaitlər və elmi monoqrafiyalar:
6. Azərbaycan tarixi. Red. İqrar Əliyev. Bakı, 1993.
7. Kərim Şükürov. Azərbaycan tarixi, 2-ci hissə, Bakı, 1998.
8. Azərbaycan tarixi. Yeddi cildlik. V cild. Bakı, 2001. VII cild. Bakı, 2003.
9. Qafqazda Sovet totalitarizmi (1920-30-cu illərdə). Elmi Konfrans. Xəzər Universitəsi, 1998.
10. M.Ə.Rəsulzadə və ictimai-siyasi ideallar. Bakı, Xəzər Universitəsi, 2005.
11. Tadeuş Svyatoçovski. Rusiya və Azərbaycan . Bakı, Xəzər Universitəsi, 2000.
12. Araz Aslanlı. Qarabağ problemi, (tarixi, mahiyyəti, həll prosesi). Bakı, 2009.
13. Oqtay Əsədov. Heydər Əliyev. Bakı, 2008.
14. N. Cəfərov, D. Osmanlı. Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə, Bakı 2004
15.Nəsiman Yaqublu. Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası.Bakı, 2013.
Kitabları Universitetin kitabxanasından və “Tarix və Arxeologiya departamenti”ndən əldə etmək olar.
İnternet saytları
www.azerbaijan.az; www.aztarix.azeriblog.com;
www.azerbaycanli.org www.history.az
|
Tədris metodları
|
Mühazirə
|
Tədris prosesində aşağıdakılar nəzərdə tutulur:
-
mühazirələr
-
mövzu ətrafında müzakirələr
-
xəritələr, video və digər əyani materiallardan istifadə
-
müəyyən mövzularla əlaqədar olaraq muzey və qoruqlara ekskursiyaların təşkil edilməsi (Azərbaycan tarixi muzeyi, Şirvanşahlar sarayı, İncəsənət muzeyi və s.)
- bəzi mövzularla əlaqədar olaraq tanınımış alim
və mütəxəssislərin dərslərə dəvət edilməsi
|
Qrup müzakirəsi
|
Praktiki tapşırıqlar
|
Praktiki məsələnin təhlili
|
Digər
|
Qiymətləndirmə
|
Komponentləri
|
Tarix/son müddət
|
Faiz (%)
|
Aralıq imtahanı
|
Fevral və mart aylarında keçirilən dərslər əsasında noyabr ayında imtahan verilir.
|
40 bal
|
Praktiki məsələ
|
|
|
Fəallıq
|
Dərslərdə,diskussiyalarda, prezintasiyalarda və elmi seminarlarda iştirak etmək –5b. (presentasiya mövzuları əlavə olunur)
Aralıq imtahan qabağı sınaq işi – 5 b.
Final imtahan qabağı sınaq işi – 5 b.
|
15 bal
|
Tapşırıq və testlər
|
|
|
Kurs işi (Layihə)
|
|
|
Prezentasiya/Qrup müzakirə
|
|
|
Final imtahanı
|
Aprel və may aylarında keçirilən mövzular əsasında yanvar ayında final imtahan verilir.
|
45 bal
|
Digər
|
|
|
Yekun
|
|
100 bal
|
Kursun təsviri
|
|
Kursun məqsədləri
|
Fənnin məqsədi
Azərbaycan tarixi kursu qədim zamanlardan son günlərədək vətən tarixini əhatə edir. Son illər konseptual dəyişmələr baş verdiyindən, bir sıra məsələlərə baxış əvvəlkindən kəskin şəkildə fərqlənir. Bəzi tarixi hadisələr yeni faktlarla zənginləşib, müəyyən dövrlərdəki boşluqlar doldurulmaqdadır. Tədris proqramının tərtibi zamanı bütün bu amillər nəzərə alınmış, tarixin qaranlıq səhifələrinə diqqət artırılmışdır. İş planı Azərbaycan tarixi barədə bitkin və dolğun təsəvvürün formalaşmasına imkan verir.
|
Tədrisin (öyrənmənin) nəticələri
|
Fənnin tədrisinin nəticəsi
Fənnin ümumi tədrisi prosesində tələbələrdə:
-
Azərbaycan tarixi haqqında bitkin, dolğun və obyektiv təsəvvür yaranacaq
-
Azərbaycanın qədim dünya sivilizasiyasının ocaqlarından biri və Şərq dünyasının ayrılmaz hissəsi olmağı haqda məlumatları daha da genişlənəcək
-
Azərbaycan etnosunun təkraredilməz və avtoxton olduğuna dair geniş təsəvvür yaranacaq
-
Vətən tarixinə, mədəniyyətinə, mənəvi dəyərlərinə sevgi və hörmət hissini daha da artıracaq və vətənpərvərlik ruhunu daha da yüksəldəcəkdir
Qazanılmış təcrübə
-
tarixi hadisələrin analizi
-
tarixi hadisələrə tənqidi və obyektiv yanaşma
-
Azərbaycanın mədəni-tarixi inkişaf mərhələlərinin araşdırılması və Azərbaycanın müasir dövrdə dünya miqyasında rolu və yerinin müəyyənləşdirilməsi.
|
Qaydalar (Tədris siyasəti və davranış)
|
Qaydalar
Davamiyyət
Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. 20%-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.
Dərsə gecikmələr və ya digər dərs pozuntuları
Dərsə 5 dəqiqədən artıq gecikən tələbə dərsə buraxılmır. Buna baxmayaraq, tələbə ikinci dərs saatına buraxıla bilər.
Yoxlama işi
Sənədlə təsdiq edilən üzrlü səbəbə görə yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.
İmtahanlar
Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.
Aralıq və yekun imtahanı mövzuları tələbələrə imtahandan öncə verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmırlar.
İmtahan qaydalarının pozuntuları
Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişini pozmaq və köçürülmələr qadağandır. Bu qaydaya riayət etməyən tələbələrin imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymət ilə imtahandan kənarlaşdırılır.
Fənni bitirmək qaydası
Universitənin qaydalarına müvafiq olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60% və yuxarı hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.
Tələbələrin davranış qaydaları
Dərs zamanı dərs prosesini pozmaq və etik qaydaları pozmaq qadağandır. Həmçinin tələbələr arasında icazəsiz müzakirələr və mobil telefonlardan istifadə qadağandır.
|
Cədvəl (dəyişdirilə bilər)
|
Həftə
|
Tarix
(planlaşdırılacaq)
|
Fənnin mövzuları
|
Dərslik/Tapşırıqlar
| -
|
4
15.02.2014
|
Giriş. Tələbələri Azərbaycan tarixi fənninin iş proqramı və onların qarşısında duran vəzifələr ilə tanış etmək. Azərbaycan tarixi nədən bəhs edir; onun analizi, öyrənilməsi, başlıca dövrləri, tarixi qaynaqlar.
Azərbaycanda ibtidai-icma dövrü. Azərbaycanın etnosiyasi xəritəsi. Azərbaycan ərazisində erkən cəmiyyət, ilk dövlətlərin, qurumların yaranması (Aratta, Lullubi, Kuti). Manna dövləti.
|
[1, bölüm1-3,
s.8-76;];
[2, fəsil 1-2, s.20-125];
[4, fəsil 1,2,
s.6-24]
| -
|
4
22.02.2014
|
Atropatena və Alban dövlətləri ( siyasi tarix, təsərrüfat, mədəniyyət). Azərbaycan erkən orta çağda, yeni ictimai münasibətlər. Alban dövləti III-VII əsrlərdə. Sasani işğalı və hökmranlığı. Siyasi tarix. Mədəniyyət.
|
[1, bölüm 4-5, s.77-129];
[2, fəsil 3-5,
s.126-219];
[4, fəsil 2-3,
s. 25-43]
| -
|
4
01.03.2014
|
Azərbaycanda xilafət ağalığı və ona qarşı mübarizə. Xürrəmilər hərəkatı.
Etnogenez problemi. Azərbaycan xalqının formalaşması.
IX-cu yüzilliyin ikinci yarısı – XI yüzilliyin birinci yarısında Azərbaycan feodal dövlətləri. Şirvanşahlar dövləti. Saci və Salari dövlətləri, Rəvvadi və Şaddadi dövlətləri.
|
[1, bölüm 6-8, s.130-213];
[2, fəsil 6-8,
s. 220-305];
[4, fəsil 3,
s.43-50]
| -
|
4
15.03.2014
|
Azərbaycan Səlcuq imperatorluğunun tərkibində. Şirvanşahlar dövləti Kəsranilər sülaləsi dövründə. Eldənizlər dövləti. X-XII yüzilliklərdə Azərbaycan mədəniyyəti.Azərbaycan Monqol ağalığı dövründə.
|
[1, bölüm 8-9,
s. 214-299];
[2, fəsil 9-10,
s.306-361];
[4, fəsil, 3-5,
s.50-74]
| -
|
4
22.03.2014
|
Azərbaycan XIV yüzilliyinin sonu- XV-ci yüzillikdə. Ölkənin ictimai siyasi həyatı. Şirvanşahlar dövləti. Toxtamış və Teymurun Azərbaycana yürüşləri. Hurufilik.
Qaraqoyunlu dövləti. Ağqoyunlu dövləti. Sosial- iqtisadi vəziyyət, xarici siyasət.
|
[1, bölüm 10-11, s. 300-363];
[2, fəsil 11, s.362-408];
[4, fəsil 5,6,
s.75-101]
| -
|
4
29.03.2014
|
Azərbaycan XVI yüzillikdə. Mərkəzləşdirilmiş Azərbaycan Səfəvi dövlətinin yaranması. Daxili və xarici siyasət. Azərbaycan XVI yüzilliyin sonu - XVII yüzilliyin əvvələrində. Şah Abbas hakimiyyəti. Mədəniyyət.
Azərbaycan Səfəvi dövlətinin zəifləməsi və Azərbaycanın beynəlxalq rəqabət meydanına çevrilməsi (XVII yüzilliyin sonu - XVIII yüzilliyin 20-30-cu illəri).
|
[1,bölüm 12-14,
s.364-507];
[2, fəsil 12-13,
s. 409-547];
[4, fəsil 7,8,9,
s.102-195]
| -
|
4
05.04.2013
|
Azərbaycanda dövlət müstəqilliyi uğrunda mübarizə. Azərbaycan xanlıqlarının yaranması, idarəçilik sistemi, təsərrüfat həyatı, xarici siyasəti.
|
[1, bölüm 15,
s.508-569];
[2, fəsil 14,
s. 548-595];
[4, fəsil 10,11,
s.196-239]
|
Aralıq imtahanı
| -
|
4
12.04.2014
|
Azərbaycan beynəlxalq münasibətlərdə (XVIII əsrin sonu - XIX əsrin əvvəli). Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsi. Gülüstan və Türkmənçay müqavilələri.
XIX-cu yüzilliyin birinci yarısında Şimali Azərbaycanda ictimai - siyasi həyat. İqtisadi durum. Müstəmləkə zülmünə qarşı üsyanlar. Cənubi Azərbaycan.
Şimali Azərbaycan XIX-cu yüzilliyini ikinci yarısında. Kapitalist münasibətlərin yaranması və inkişafı. Bakının dünya neft mərkəzi kimi yüksəlişi.
|
[1,bölüm 16-18,
s. 570-771];
[2, fəsil 15-22,
s. 596-668];
[4, fəsil 12,13,
s.240-265]
| -
|
4
19.04.2014
|
Şimali Azərbaycan XX əsrin əvvəllərində. Demokratik və milli hərəkatın başlanması. Güney Azərbaycanda demokratik hərəkat.
Azərbaycan Birinci dünya müharibəsi illərində. Azərbaycan Rus inqilabı illərində (fevral – oktyabr 1917-ci il).
Azərbaycan Demokratik Respublikası. Azərbaycanın istiqlaliyyət uğrunda mübarizəsi. ADR-in daxili siyasəti. Azərbaycanın beynəlxalq vəziyyəti. Aprel işğalı. ADR-in süqutu.
|
[4,fəsil 15,16,
s. 273-299];
[5, fəsil 1-4,
s.3-145; fəsil 7-8, s.182-270]
| -
|
4
26.04.2014
|
Azərbaycan SSR. Azərbaycan 1920-1930-cu illərdə. Azərbaycan SSR-in ZSFSR və SSRİ-yə daxil edilməsi. Sovet hakimiyyətinin qurulması. Sosialist təsərrüfatçılığın yaranması. Mədəni inqilab. İctimai və siyasi vəziyyət. Azərbaycanda Sovet totalitarizmi. 30-cu illərin repressiyaları.
Azərbaycan SSR İkinci Dünya müharibəsi illərində.
Güney Azərbaycan İkinci Dünya müharibəsi illərində.
Milli azadlıq hərəkatı - 21 Azər.
|
[4, fəsil,17,18,
s.300-319];
[5, fəsil 10-13,
s. 291-374]
| -
|
4
03.05.2014
|
Azərbaycan SSR müharibədən sonrakı illərdə (1946-1980-ci illərin ortaları). Sosial-iqtisadi vəziyyət. Totalitar rejimin möhkəmlənməsi. Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası. M.C.Bağırov hakimiyyətinin devrilməsi.
İ.Mustafayev. V.Axundov. Azərbaycan SSR rəhbərliyində dəyişikliklər. H.Əliyev. Respublika “yenidənqurma” yolunda.
Azərbaycan SSR 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində. Sosial-siyasi həyatın canlanması. Milli demokratik hərəkat. “Dağlıq Qarabağ problemi”nin ortaya atılması. Yeni siyasi partiyalar, ictimai təşkilatlar. AXC-nin yaranması və onun rolunun artması.
|
[4, fəsil,19,20,
s.320-336];
[5, fəsil 14-15,
s.374, 374-442]
| -
|
4
10.05.2014
|
Azərbaycanıların Ermənistandan deportasiyası. Daxili vəziyyətin kəskinləşməsi. 1990-cı il 20 Yanvar faciəsi.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi. Müstəqil Azərbaycan Respublikasının inkişaf problemləri. Daxili və xarici vəziyyət.
Ayaz Mütəllibovun siyasi xəttinin iflası. Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ müharibəsinin başlanması, Xocalı soyqırımı. Respublikada ictimai - siyasi böhran, torpaqların işğalı. Hərbi uğursuzluqlar.
|
[4, fəsil 20,21, s.337-344];
[5, fəsil 16-17,
s. 442-488]
| -
|
4
17.05.2014
|
Xalq hərəkatının yüksəlişi. Elçibəy - AXC iqtidarı. Siyasi və iqtisadi islahat təşəbbüsləri. Gəncə qiyamı (1993, 4 iyun). AXC iqtidarının devrilməsi.
Prezident səlahiyyətlərinin Heydər Əliyevə verilməsi; 1993-cü il prezident seçkiləri. Heydər Əliyevin yeni siyasi kursu. Siyasi sabitliyə doğru. Azərbaycan - Ermənistan münasibətləri. Atəşkəs. Neft siyasəti. Əsrin müqaviləsi. Heydər Əliyevin 5 illik prezidentlik fəaliyyətinin yekunları.
|
[4, fəsil 21,22,
s. 344,349];
[5, fəsil 17-18,
s. 488-546; 14];
[13,14]
| -
|
4
24.05.2014
|
Yeni prezident seçkiləri (1998-ci il). Heydər Əliyevin əvvəlki kursunun davam etdirilməsi. Beynəlxalq münasibətlərin genişlənməsi. Daxili və xarici siyasət. Azərbaycan dövlətçiliyi. Azərbaycan Respublikasının
neft strategiyası.
İlham Əliyevin prezident seçilməsi (2003-cü il, 15 oktyabr ). 2008-ci il dövlət idarəçiliyinin təkmilləşdirilməsi. 2013-cü il, növbəti dəfə prezident seçilməsi. Ümumilli lider Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi.
|
[4, fəsil 22,
s. 344-349];
[5, fəsil 17-18,
s. 488-546; 15];
[13,14]
| -
|
4
31.05.2014
|
İlham Əliyevin daxili və xarici siyasətinin uğurları. Dağlıq Qarabağ uğrunda aparılan diplomatik mübarizə.
|
[12,14,15]
|
|
|
Final imtahanı
|
|
Nəsiman Yaqublu – Azərbaycan tarixi
Prezentasiya mövzularının siyahısı:
1)Azərbaycan qədim abidələr diyarıdır.
2)Babək və xürrəmilər hərəkatının Azərbaycan tarixində yeri və rolu.
3)Şah İsmayıl Xətai: şair, sərkərdə və dövlət xadimi.
4)Azərbaycan tarixi baxımından I Şah Abbasın şəxsiyyətinin dəyərləndirilməsi.
5)Gülüstan və Türkmənçay müqavilələrinin təhlili.
6)Müsəlman Şərqində ilk demokratik respublika: Azərbaycan Xalq Cümhuriyyəti
7)Nəriman Nərimanovun ictimai-siyasi fəaliyyətinə fərqli baxışlar.
8)Ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı siyasəti.
9)Cənubi Azərbaycanda milli hərəkat.
10) M.Ə.Rəsulzadənin Azərbaycan dövlətçilik tarixində rolu.
11)Sovet rejimi dövründə repressiyalar.
12) M.Ə.Rəsulzadənin Azərbaycan Parlamentində fəaliyyəti
13) Azərbaycan xalq Cümhuriyyəti dövrü haqqında Azərbaycanda nəşr edilən ilk kitablar
14) Azərbaycanın dünyaya tanıdılması; Versal Sülh Müqaviləsində Azərbaycan nümayəndə Heyətinin fəaliyyəti(!919-1920-ci illər)
15) Ə.M.Topçubaşovun siyasi fəaliyyəti
16)Azərbaycanda ilk xeyriyyə təşkilatlarının yaranması və tanınmış ziyalıların orada fəaliyyəti (“Nicat”, “Nəşri-Maarif”, “Səadət”,”Müsəlman Xeyriyyə Cəmiyyəti” və s)
17) XIX əsrdə Azərbaycanda mədəni- maarafçilik hərəkatının tanınmış xadimləri
18) Azərbaycan cəmiyyətinin mədəni-maariflənmə istiqamətində inkişafında H.Zərdabinin xidmətləri
19) Azərbaycanda ilk siyasi partiyalrın yaranması vı fəaliyyəti
20) 1905-1907-ci illərdəki Rusiya inqilabının əhəmiyyətli məqamları
21)1917-ci il Fevral Burjua inqilabının Azərbaycanda siyasi həyatın inkişafına təsiri
22) 28 May Azərbaycan İstiqlalının tariximizdə rolu və əhəmiyyəti
23) 1918 ci ilin 31 Mart soyqırımı elmi-tədqiqatlarda
Dostları ilə paylaş: |