Azərbaycan Tibb Universiteti Qidalanma və kommunal gigiyena kafedrası



Yüklə 109,73 Kb.
səhifə1/6
tarix16.05.2022
ölçüsü109,73 Kb.
#58097
  1   2   3   4   5   6
2ci is Azərbaycan Tibb Universiteti Qidalanma və kommunal gigiyena kafedrası
ANAT.X-ST-

Azərbaycan Tibb Universiteti Qidalanma və kommunal gigiyena kafedrası

Mövzu: Süd, Südün qidalanmadakı rolu və əhəmiyyəti

Fənn: Qidalanmanın əsasları

Qrup: 220A 7b

Tələbə: Dünya İmanova



Süd.

Süd - süd vəzisi hüceyrələri tərəfindən qanla gətirilən maddələrdən sintez olunan süd vəzisi sekretidir (şirəsi).

Südü əvəzolunmaz qida növü kimi səciyyələndirən əsas xüsusiyyətlər onun yüksək bioloji dəyərə malik olması ilə bağlıdır. Belə ki, südün tərkibində insan orqanizmi üçün vacib olan bütün qida maddələrinə (bu qida komponentlərinin sayı 100-dən artıqdır) rast gəlinir. Bu sıraya yağları, zülalları, fermentləri, immun cisimləri, süd şəkərini (laktoza), vitaminləri (A, D, E, C, B qrupu),  makro və mikroelementləri (başlıca olaraq Ca və P, eləcə də Mg, Na, K, Fe, Cu, Cl, Zn, Se və b.), piqmentləri (karotinoidlər), hormonları və digərlərini şamil etmək olar. Südün tərkibindəki qida maddələri zərif dispers (suda yaxşı həll olan) şəkildə olduğundan insan orqanizmi tərəfindən yaxşı (95-98 %) mənimsənilir.

Südün tərkibi heyvanın növü, cinsi, yaşı, laktasiya dövrü, yemin tərkibi, yemləndirmənin tipi, saxlanma şəraiti, ilin fəsli və digər amillərdən asılı olaraq dəyişir. Qeyd edək ki, inək südü daha çox istifadə olunur. İnək südünün tərkibində 12,5 % quru maddə vardır ki, onun 3,5 %-i qiymətli zülallardan (kazein, laktoalbumin, laktoqlobulin, laktoferrin və s.) təşkil olunub.




Yüklə 109,73 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə