Azərbaycan Tibb Universiteti Qidalanma və kommunal gigiyena kafedrası



Yüklə 109,73 Kb.
səhifə6/6
tarix16.05.2022
ölçüsü109,73 Kb.
#58097
1   2   3   4   5   6
2ci is Azərbaycan Tibb Universiteti Qidalanma və kommunal gigiyena kafedrası

20 milyondan artıq vərəm xəstəsi vardır və bunların 7 milyonu açıq formalı vərəmdir. Hər il 3.5 milyon insan vərəmlə xəstələnir və 1 milyon insan bu xəstəlikdən ölür. Hər dəqiqə təxminən 2 insan vərəmdən dünyasını dəyişir. XX əsrin əvvəllərində insan ölümlərinin 20 faizi vərəmdən baş verirdi.

Hazırda Azərbaycanda rəsmi statistikaya görə, 8 minə yaxın vərəmli xəstə var.

Vərəmi «tuberkulozis» də adlandırırlar. Bu sözün latın dilindən tərcüməsi qabarcıq deməkdir. Vərəmin törədicisi isə onu aşkar edən alimin şərəfinə «kox» çöpləri adlandırılır.

Təzə sağılmış südün tərkibində olan laktenin, eləcə də lizosim bakterisid xüsusiyyətə malik olduğu üçün müəyyən mikroorqanizm növlərini məhv edir və ya onların inkişafının qarşısını alır. Qeyd edək ki, südün öz bakterisid xüsusiyyətini qoruması müddəti bakteriosid faza adlanır. Südün sanitar tələblərə uyğun şəraitdə sağılması və saxlanması bakteriosid fazanın müddətini artırır. Bu müddət həm də südün mikroflorasındakı mikroorqanizmlərin sıxlığından asılıdır.

İnsanlar üçün südün qida dəyəri həm də ondan hazırlanan məhsullarla ölçülür. Bu məhsullar pasterizə olunmuş südün qursaq fermenti (rennin) və ya süd-turşu bakteriyaları ilə fermentləşdirilməsi yolu ilə əldə olunur. Xama, qatıq, pendir, kəsmik, asidofilli süd, kefir, kumıs və digər süd məhsulları probiotik təsirə malik olub, insanlarda bağırsaq mikroflorasına və maddələr mübadiləsinə stimulyasiyaedici təsir göstərir.

Südün yaşından asılı olmayan bütün insanların orqanizminə çox böyük xeyri var. Onu heç bir zaman 47 dərəcə temperaturdan yuxarı qaldırmaq olmaz, çünki 54 dərəcədə bütün onun içindəki fermentlər məhv olur.Ona görə də heç vaxt pasterizə süd qəbul etmək məsləhət görülmür.Keçini sağan kimi südünü içmək lazımdır. Keçi südünü yalnız 2 gün soyuducuda qapaqlı qabda saxlamaq olar. Körpə üçün ən xeyirli ana südüdür. Bu gün ana südündə, şiş əleyhinə effektli üç maddənin olduğu təsdiqlənib: laktoferrin, poli doymamış yağ turşuları və alfa-laktalbumin. Laktoferrin şiş hüceyrələrinin böyüməsinin və metastazının qarşısın ala bilmə qabiliyyətini sübut edib. Ana südündə olan poli doymamış yağ turşuları (olein, linolen, qammalinolen turşuları) şiş hüceyrələrini kənarlaşdırma xassəsinə malikdir ki, bu da in vitro və heyvanlar üzərində təcrübələrdə nümayiş etdirilib.

İstifadə olunmuş mənbələr:

https://az.wikipedia.org/wiki/Bruselyoz

https://az.wikipedia.org/wiki/S%C3%BCd

https://az.wikipedia.org/wiki/V%C9%99r%C9%99m



https://afsi.gov.az/az/media/maariflendirme/sudun-terkibi-ve-bioloji-xususiyyetleri
Yüklə 109,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin