1
Azərbaycan Türkcəsində Deyimlər
M. Ə. Fərzanə
Bütün dillərdə olduğu kimi, Azərbaycan Türkcəsində də böyük ölçüdə, cür bə cür sabit söz birləşəmələri var.
Quruluş və anlam cəhətdən dilin zəngin frazeoloji, ya sabit söz birləşəmələri adı qazanan deyiməlr, ən azı
iki sözün bir- birinə söyəkənib qonuşmada ya yazıda sözün anlatma gücünü artıran sabit söz birləşəməlri,
dildə azad söz birləşəmələrinin əkəsinə olaraq, dilin söz xəzinəsinə girir və lüğətdə də özünə yer açır.
Bizdə öncə uzun illər boyu deyim sözü yerinə istilah, təəbir, kinayə kimi ünvanlar işlədilirdi. Deyimlərin ən
qabarıq xüsusiyyəti onun iki ya neçə ardıcıl sözün yaranmasından əlavə , bu deyimdə işələdilən sözlərdən
bəzən biri və bəzən hətta neçəsi bütünlükdə anlam qaymasına (züyüşməsinə) uğrar və sözlərin əsəl
(nominatif) mənasından yaxın ya uzaq məcazı və təşbihi bir anlam qazanır, məslən:
ağzı işdə olmaq
daimən yeməkdə və gevşəməkdə olmaq.
ağzından əl çəkmək
ağzına gələni söyləmək.
göz verib, işiq verməmək
aman vermədən birini sıxışdırmaq.
iynə salmağa yer olmamaq
çox şuluqluq və qalabalıq olmaq
dünyanı iki əlli tutmaq
pul və gəlir fikirində olmaq, xoş geçinmək
Deyimlərin çox hissəsi bizdə ən əski dövrlərdən hələ bu günə qədər də ata sözləri ilə birgə sıralanır.
Halbuki, deyim və atalar sözü yığcamlıq baxımından bir- birlərinə yaxın olsalar da, anlam cəhətdən
deyimlər atalar sözündən ayrılırlar. Deyimlər ümumiyyətlə bir ifadə aydınlığı və sözün məna çalarlığını
artırası söz biçimi olduğu halda, atalar sözü bir hökəmü və bir təcrübədən yaranan inancı bildirən söz
birliyidir. Atalar sözü uzun uzadı sınaqlardan və idrakla hamaş olan baxişin və düşüncənin hasılı olan, bir
hökm ya bir baxişi və sınağı aydınlaşdırıb, ümumilşədirən, bir çox olaylardan ibrət almağı, bir sıra əxlaqı-
məişəti öyrətməyi, bir çox rəsm- rüsum və inanışları ölçüb- biçər, halbuki, deyim dildə olmayan kəlimələrin
yerini qapsayır və dilə canlılıq verir.
Atalar sözündə hökm cümlə içində bütövləşir:
əcələ şeytan işidır.
min ölç, bir biç.
çox gəzən çox bilər.
açıq ağız ac qalmaz.
az söyələ, çox dinlə.
dalıdan atılan daş topuğa dəyər...
Deyimlər hər dilin qat- qat boyalı- cizgili səpməlri, işləmələri və süsləmələrindən biridir. Gündəlik
qonuşmalarda insanlar deyimlərin canlı, bərkətli havası ilə qonuşanda həm özlərini dərin dinləyir və həm
də duyğu və düşüncələrini daha yığcam və daha anlayışlı söyləyirlər.
əldə- başda dolandırmaq,
sovrulmamış alçı durmaq,
dildən- dilə düşəmək,
xoş gunu qapılarda keçmək...
2
Deyimlər
a
aba (əba) altından zopa göstərmək
zahirdə yumuşaq görsənməklə bərabər, tərəfi hədələmək, qorxutmaq.
abrısını ətəyinə bükmək (əlinə vermək)
hörmətdən salmaq, abrısını tökmək.
abrısını satın almaq
abrısını qorumaq (birinin)
abrını yeyib, həyanı belinə bağlamaq
həyasızlığa qapılmaq, risvayçılıq salmaq.
abnabatlıqdan düşüb, azvaya dönmək
yaxşılığı unudub, yamanlığa qapılmaq.
at arıq, mənzil uzaq (iraq)
istəyinə əl çatmaqda çətinliyə uğramaq.
atasından (dədəsindən) xəbəri olmamaq
atası məlum olmamaq (söyüş yerinə)
at almamış töylə basdırmaq
işin başlanişinı düşünmədən nəticəyə fikirləşmək.
at izi it izinə qarışmaq
qatma- qarişiqlıq olmaq.
atdan düşüb (yenib) eşşəgə minmək
yuxarı durumdan aşağyıa düşmək.
atdığını vurmaq, tutduğunu qoparmaq
olduqca çevik və iş bacaran olmaq.
at qaçdı, palan düşdü
arada yaman qalabalıq oldu.
at görəndə axsar, su görəndə susar
hər gördüyündən pay umar.
atı itirib, noxtasını axtarır
böyük imkanı əldən buraxıb.
atını (sağa- sola) hər tərfə çapmaq
öz başınalıq eləmək.
acığından zəncir gəmirmək( çeynəmək)
olduqca qəzəbli olmaq.
acığını udmaq (basmaq, boğmaq)
hirsinə üstün gəlmək, özünü ələ almaq.
acından qurut qapmaq
əlacsızlıqdan və ya ehtiyacdan hər işə əl atmaq.
açaram sandığı, tökərəm pambığı
deyilməyəcək sözlərin üstünü açaram.
açmamış qapı qoymamaq
məqsədini aramaq üçün hər yerə baş vurmaq.
açıq qıfıla açar salmaq
faydasız işə əl atmaq.
axırı bir yana çıxmamaq
aydın və yararlı nəticəyə çıxmamaq, yersiz istəyə çatmamaq.
axırına daş atmaq
dıbını çıxartmaq, bir şeyi qurtarmaq.
adam, adam əti yeyir
aclıq və qıtlıq həddindən aşıb.
adam olub, adamlara qoşulmaq
işlərində adam ağıllı davranmaq.
3
adam içı görməmək
yaramaz hərkətlərə əl atmaq, gobud və yaramazcasına davranmaq.
adı it dəfətərində olmamaq
cəməiyyət arasında adı- sanı olmamaq.
adı dildən dilə (dillərə) düşmək
ad- san qazanmaq, yaxşı ad çıxarmaq.
adı qulağına dəymək
özündən razı olmaq, yersiz lovğalanmaq.
adın eşit, özün görmə
kim olduğun bil, lakin onunla üz- üzə çıxma!
adını özgəsindən (başqasından) soruşmaq
işin çoxluğundan dolma- dolaşıq düşmək.
adı var, özü yox
cismi arada olmadığı halda, xəyalı yaşadılır.
arada yeyib, ortada gəzmək
heç bir işi- gücü olmadan aralıqda olmaq.
ara qarişib, məssəb(məzhəb) itdi
yaman qatma- qarişiqlıq oldu.
aranda tutdan olmaq, dağda qurutdan
heç yerdə əli bir işə çatmamaq.
aralarından qıl keçməz
biri- biri ilə olduqca yaxın və səmimi dirlər.
araya it ölüsü atmaq
iki adam arasında dava- dalaşa səbəb olmaq.
araya fitə atmaq
arada yaranmış anlaşılmazlığı aradan qaldırmağa çalışmaq.
araya (ortaya) söz qatmaq (salmaq)
ortada yaranan mətləbi yumaq üçün başqa bir sözü ortaya atmaq.
azına çoxuna baxmamaq
əlində olanla yetinmək (geçinmək).
arpası artıq düşmək
özünü itirmək, özündən çıxmaq.
arxasını yerə gətirmək (vurmaq)
yerə vurmaq (gürəşdə), məğlub etmək.
arvad hamamına dönmək
çox qalabalıq və səs- küylü olmaq.
arı yuvasına çöp uzatmaq
özündən tez çıxan adamı daha da əsbiləşdirmək.
azacıq aşım, ağrımaz(qovğasız) başım
əlindəkinə qane olub, başını qovğaya salmamaq.
azını çox hesablamaq
verilən bir hədiyə ya göz aydınlığı az da olsa çox kimi saymaq.
ağrımaz başına saqqız salmaq
yersizcə özünə dərdisər açmaq.
ağzı işdə olmaq
həmişə yeməklə məşğul olmaq.
ağzı qulağının dibinə getmək
bütün varlığı ilə gülmək.
ağzı var, dili yox
çox əlsiz- ayaqsız olmaq, danişiğını bacarmamaq.
ağzına it başı (qıçı) almaq
ağzına gələn söyüşü çəkinmədən demək.
ağzına çullu dovşan yerləşəməmək
həddindən artıq lovğa olmaq.
4
ağzına gələni demək (söyləmək)
çirkin və yaramaz sözlər söyləmək.
ağzına yoğurd (qatıq) almaq
hər cür zülmə və zuorakılığa qatlaşmaq.
ağzını açıb, gözünü yummaq
ağzına gələni demək.
ağzını allah yoluna açmaq
ağzını xeyirliyə açmaq. çəkinmədən danışmaq.
ağzının dadı getmək (pozulmaq)
xoşluq və rifahini itirmək.
ağzının suyu açılmaq
hansı bir şeyi sevmək.
altından çıxmaq (qaçmaq)
boyun qaçırmaq, inkar etmək.
altından girib, üstündən çıxmaq
bir işin hər tərəfini bilmək.
ayaq basmağa (qoymağa) yer olmamaq
çox şuluq və qalabalıq yer olmaq.
ayaqları özünün olmamaq (sözünə baxmamaq)
həddindən çox yorğun olmaq.
ayağının bıiri bu dünyada, biri o dünyada olmaq
dünyadan köçmək günlərinə yaxın olmaq.
ayağına qarasu yenmək (gəlmək)
çox yeriməkdən ya ayaq üstə dayanmaqdan yorulmaq.
ayağının altına sabun çəkəmək
birinin əlinə iş vermək.
ayranı qabarmaq
qəzəblənib özündən çıxmaq.
ayı boğan (çezdirən)
iri- yarı və gobud adam.
ayaq üstü
dayanmadan, əcələ ilə.
ayağı büdrəmək (çaşmaq)
yalnış və yaramaz işə əl atmaq.
ayağı alışmaq
bir yerə davamlı get- gəl eləmək, dadanmaq.
aya deyir sən doğma (çıxma) mən doğum (çıxım)
gözəl və yaraşıqlı birisini tərifdə
söyələnir.
e
erməni kasıbı
nə dünyası və nə axirəti olmayan kimsə .
erməni kəndi, hamam burğusu
iki uyuşmaz şey bir- biri ilə yanaşı.
5
ə
əcəl mayallaq olmaq
əcəli çatmadan ölmək.
əcəli cəhrə əyirmək
özünü xətərə salmaq, ölümə qarşı getmək.
əzib suyunu (şirəsını ) çıxarmaq
bərk əzişdirmək, istismar etmək.
əl aparıb- gətirmək
araşdırıcılıq eləmək.
əl altından çıxmaq
ustad əli altında öyrənmək, təcərübə qazanmaq.
əl ayağa dolaşmaq
işdə müzahimət yaratmaq.
əl- ayağı suslaşmaq (soyumaq)
əli işə yönəlməmək, ruhdan düşmək.
əl-ayağını yığışdırmaq
qabağını almaq, özbaşınalığa yol verməmək.
əl ilə verib, ayaq ilə axtarmaq
bir şeyi verib geri almaqda çətinlik çəkmək.
əl bə yaxa olmaq
biri- birinin yaxasından yapışmaq, bərk vuruşmaq.
əl tərpətmək
işi qurtarmağa çalışmaq.
əldən dildən düşmək
yorulmaq.
əl saxlamaq
görünüləcək işi durdurmaq, dayandırmaq.
əldə- başda gəzdirmək (dolandırmaq)
bugun sabaha salmaq, ələ salmaq.
ələ baxım
möhtac, başqasından asılı.
ələ sərimək (dolamaq)
aldatmaq, oynatmaq.
əlləri dalında gəzmək
işsiz- gücsüz gəzəmək, avara dolanmaq.
əlli- ayaqlı itmək (yoxa çıxmaq)
birdən birə itmək.
əli ayağından uzun
boş əl ilə, heç bir şey əldə etmədən.
əli boşa çıxmaq
istədiyinə çatmamaq, bir şey əldə edə bilməmək.
əli diş (dinc) durmamaq (qalmamaq)
sakit oturmamaq, əl ilə buna- ovna öcəşmək.
əli hər yerdən üzülmək
heç kəsə ümidi qalmamaq, çarəsiz olmaq.
əli qulağında, qulağı əlində
tezliklə baş tutası, olmaq halına gəlmək.
əlimin içindən gəlir
könlüm belə istəyir, yaxşı eyləyirəm.
əlindən tutmaq (yapışmaq)
yardım əli uzatmaq, birinə maddi yardım etmək.
əlindən zara (zinhara) gəlmək
təngə gəlmək, cana gəlmək.
6
əlini ağdan qaraya vurmamaq
heç bir iş görməmək, bekar durmaq.
əlini döşünə (sinəsinə) vurmaq
özünü öymək.
əlini gözünün üstünə qoymaq
itaət etmək, bir işi yerinə yetirməyi qəbul etmək.
əlini kola- kosa atmaq
özünü qurtarmaq üçün əl önündə olan hər bir şeyə sığınmaq.
əlinin dalı- qabağını tanımamaq
olduqca sadə və xam adam olmaq.
əlinın dalısını yerə vurmaq
1
- təslim olmaq.
2
- gördüyü işdən peşman olmaq.
əməyini əlinə vermək
yaxşılıq qarşısında nankorluq göstərmək.
əngini yormaq (laxlatmaq)
ağzını yormaq, boş boğazlıq eləmək.
ənginin altına salmaq
çox danışıb dinləyəni zara gətirmək.
əriyib yerə girmək
utandığından itib yox olmaq.
ərkək eşşək altından qoduq axtarmaq
baş tuta bilməyəcək işə əl atmaq.
ətəyindən tutmaq (yapışmaq)
yalvarmaq, himayə gözləmək.
ətəyini belinə vurmaq
işə girişməyə hazırlanmaq.
əti dırnaqdan ayırmaq (eləmək)
iki əzizin birliyini pozmaq.
əti sənin, sümükləri mənim
keçmişdə uşağı iş öyrənəməyə qoyanda deyərdilər.
əl üzünü bir mama yuyub, bir də mirdəşır yuyacaq
kinayə kimi həmişə əl- üzü yuyulmamışlara deyilir.
əli işədəh, gözü oynaşda
işə diqqət yetirməyən kimsə haqqında söylənir.
ələyib kəpəyinə qatmaq
boş və heç faydası olmayan iş tutmaq.
ö
öpüb gözünün üstünə qoymaq
hörmətlə qəbul etmək.
öz adını özgədən soruşmaq
huşu başında olmamaq, həvassı dağınıq olmaq.
öz adını özəgəsinə quymaq
yaramaz işlərini özəgəsinə nisbət vermək.
öz bildiyini dədəsinə verməmək
öz nəzəri üstə inad göstərmək, özgəsinə qulaq verməmək.
öz canının hayına qalmaq (hayında olmaq)
təkcə özünü ağır vəziyətdən qorumağa çalışmaq.
öz xoşuna qoymaq
azad buraxmaq.
7
öz qabağından yeməmək
öz qismətinə qane olmayıb, özgələrin qismətinə göz tikmək.
öz qulaqlarına inanmamaq
inanılmaz sözlər eşitmək.
özü ilə qəbirə (gora) aparmaq
dünya malına həddindən çox həris olmaq.
özü deyib, özü eşitmək
sözü anlaşılmaz dərəcədə astadan demək.
özündən çıxmaq
əsəbilşəmək, coşmaq.
özündən dəm vurmaq
özünü tərifləmək, lovğalanmaq.
özündən düzəltmək (toxumaq, çıxartmaq)
yalan danışmaq, uydurma söz danışmaq.
özünü ortaya (araya) atmaq
özünə mərbut olmayan işə qarışmaq.
özünü o yana (o yerə) qoymamaq
bir işə ahəmiyyət verməmək, özünü eşitəməməzəliyə vurmaq.
özünə iş açmaq
yersizcəsinə özünü zəhmətə salmaq.
öz hayına (qeydinə ) qalmaq
təkcə özü üçün fikirləşmək.
ölüb- ölüb ölümlərdən qurtarmaq (qayıtmaq)
ağır və öldürücü xəstəlikdən qurtulmaq.
ölüb dirilmək
ağır işi başa çatdırmaqda can qoymaq.
ölümü gözü ilə görmək
dəhşətli təhəlikədən qurtulmaq.
ölümlə gızln- paç oynamaq
özünü ölüm doğuran xətərlərlə üz bə üz qoymaq.
u
uc- uvca düyünləmək
çətinliklə yollandırmaq.
ucu- bucağı görünməmək
başlanışı və sonu gözlə görünməyən genişlik haqqında.
ucun alıb ucuzluğa getmək
mətləbi yersizcə uzatmaq, sözünün dalı- qabağını bilməmək.
uzağa getmək istəməz, uzağa niyə gedirsən
göz önündə olan məsələni şahid gətirməkdə deyilir.
uzaqdan- uzağa baxmaq
yaxından ilişməmək, işə qarışmamaq.
uzun sözün qısası
sözün xülasəsı, bir sözlə.
usta tərpənmək (davranmaq)
zirəklik göstərmək, zirək tərpənmək.
uşaqlığı yadına duşmək
kinayə üzündən uşaq ədası göstərən böyük adam haqqında.
ulduzları barışmamaq
bir- biri ilə dil tapa bilməmək, yola getəməmək.
8
ulduzu batmaq (sönmək, axmaq)
baxtı yatmaq, gözdən düşmək.
ulduz- ulduzu çağırır, ulduzlar çəhəçəh vurur
gecə ulduzların par- par parıldaması haqqında.
i
ipə- örknə gəlməmək (yatmamaq)
nacür yük götürmək, mənasız yekə söz danışmaq.
it ilındə.
it də getdi, ip də getdi.
itdi- batdıya salmaq.
it ılxısı, köpək sürüsü.
it kökündə (günündə ) yaşamaq.
it yerinə qoymamaq.
it yesə gözləri ağarar.
itimin qurd dayısı.
itin quduran yeri.
itin götünə suxub çıxartmaq.
işi başından aşmaq.
işi bəndə (düyünə) düşmək.
işin içində olmaq.
işinin üstündə olmaq.
işıqlığa çıxmaq.
isti aşına soyuq su qatmaq.
ilan yeyib, əjdaha olmaq.
ilanı seyid Əhməd əlilə tutmaq.
ilanın quyruğunu ayaqlamaq.
inanan daşa dönsün.
iyi burnundan getməmək.
9
isti- soyuğa düşmək.
işdə (işin içində) barmağı olmaq.
işi allaha qalmaq.
ilan ağzından qurtulmaq.
iynə yemiş itə dönmək.
iynəsi tikiş tutmaq.
igənə salmağa yer yuxdur.
iynə ilə gor qazmaq.
iki ayağını bir başmağa soxmaq.
iki əlli yapışmaq.
iki yol ayrımında qalmaq.
b
babalarının yanına getmək.
babalı deyənlərin boynuna.
batlaqlıqdan çəkib çıxartmaq.
batırmamış (sıçmamış) ocaq başı qoymamaq.
bacadan düşmə.
başına and içmək.
başına it oyunu gətirmək.
başına iş (oyun ) açmaq.
başına tanbakı oyunu gətirmək.
başına çıxartmaq (mindirmək).
başına daş salmaq.
başına girməmək (batmamaq).
başında turp (soğan) əkmək.
10
başından- canından keçmək.
başından yekə danışmaq.
başının tükü ayağına salama gəlmək.
başının üstünü kəsmək.
başını başlara qoşmaq (qatmaq).
başını bir yerə yığmaq.
başını qaşımağa macalı olmamaq.
başını qanadının altına çəkmək.
başını sındırıb, ətəyinə qoz tökmək.
başını küt pıçağa sürtmək.
başını götürüb getmək (qaçmaq).
başmaqları da razı olmaq.
başmaqlarını qabağına cütləmək.
bağrı çatlamaq (yarılmaq).
bağrı qana dönmək (qan olmaq).
bağrını qana döndərmək (qan eləmək).
baltası daşa dəymək.
baltanı dibindən (kökündən) vurmaq.
bal yeyib, bəlasını çəkmək.
baha oturmaq (başa gəlmək).
burun- qulağına qurd düşmək.
burun tovu vermək.
bərkdə əli olmamaq.
bu qulağından alıb, o biri qulağından ötürmək.
büküb buxçaya qoymaq.
bugun- sabah eləmək.
belinə çöpdən dirək.
11
beş barmağı kimi tanımaq.
bir şahını güllə ilə vurmaq.
bir ayağı bu dünyada, bir ayağı o dünyada.
burnunu hər deşiyə (dəliyə) soxmaq.
burnunun ucundan uzağı görməmək.
burnunun yeli ilə xərmən süvarmaq.
bir budağa çıxıb, min bir budağı silkələmək.
bir- birinin əlindən qapmaq.
boğazından artırmaq (kəsmək).
boğazını yırtmaq.
buğdan (bığdan) götürüb (kəsib), saqqla qoymaq.
boyun əti olmaq.
boyuna almaq (götürmək).
boynuna qoymaq.
boynuna yıxmaq, boynundan atmaq.
bu xına o xınalardan deyil.
burnundan gətirmək.
beynini aparmaq (qazmaq).
beynini doldurmaq.
bir atımlıq barıtı olmaq.
bir ayağı burda, bir ayağı gorda.
bir oxunan iki nişan vurmaq.
bəli deyib, bəlaya düşmək (tuş olmaq).
bir daş altdan, bir daş üstdən.
bir şahıya dünbək çalmaq.
bir köynək çox yırtmaq.
bir göyüldən, min göyülə aşıq olmaq.
12
birinin toyuğuna kiş deməmək.
birini bilirsən, birini bilmirsən.
bığının altından keçmək.
p
papağını (börkünü) qabağına qoyub fikirləşmək
yaxşı- yaxşı düşünmək, götür- qoy eləmək.
papağını (börkünü) göyə atmaq
çox razı qalmaq, çox sevinmək.
papağını (börkünü) yanakı (əyri) qoymaq
xatircəm olmaq, özünü qayğısız hiss etmək.
paçalarını çırmalamaq
işə girişməyə əzmli olmaq.
pasını açmaq:
birinin iç üzünü açmaq.
pambıqla baş kəsmək
yumuşaqlıqla istədiyi işi qabaqdan aparmaq.
pay verib dərdindən ölmək
gözü birinə verdiyi şeyin dalıca qalmaq.
pətəsi suya düşmək
gizli işləri ələni olmaq.
pələsək vurmaq
özünü oyan- buyana vurmaq.
poxu tulambarda yanmamaq
heç bir işə yaramamaq.
pox yediyinə peşman olmaq
gördüyü işdən peşmanlıq çəkmək.
pul kimi qızarmaq
utancından qızarmaq. (pul sikkələri keçəmişdə misdən olurdu)
pulu xoruz səsi eşitəməmək
əndazədən çox gizli pulu olmaq.
pıçaq (bıçaq) bəndə (sümüyə) dayanmaq
çətin vəzəiyətə düşəmək, cana gəlmək.
pıçı- pıçı araza itin qıçı
biri- biri ilə ağız qulağa danışan adamlar haqqında deyilən.
pis- pis qabaxdan gəlməlik də edir
hələ bir şey də tələbkardır.
pis yollara çəkib aparmaq
çirkin işlərə birini sövəq etmək.
pişik öldürüb, göz qorxutmaq.
pişmiş toyuğun gülməyi gəlir.
pişik nərdivanı buraya gətirdi.
pişiyim- pişiyim ilə saxlamaq
yağlı vədələr ilə birini saxlamaq.
13
piyini canına çəkəmək
görüləcək işin nəticəsini qəbul etmək.
t
tabut zinqırovu
ömrün sonlarında qazanılan uşaqlara deyilir (kinayə kimi).
tapmaca demək
mənasız və anlaşılmaz sözlər söyələmək.
taxta para üstündə oturmaq
hadsələrlə qarşı- qarşyıa durmaq.
tamah dişini çəkəmək
ələ gətiriləcək bir şeydən göz örtmək.
tanrısına təpik atmaq
nayın korluq eləmək, həq- say bilməmək.
tazadan dünyaya gəlmək (anadan olmaq
özü ilə ölüm qoxusu gətirən bir hadisədən qurtulmaq.
tərazı (tərəzi) dibi yerə vurmaq.
təkədən pendir tutmaq
.
tüpürdüyünü yalamaq
dediyi sözün üstündə dayanıb- durmamaq.
tutmacası tutmaq
birdən birə hirsələnmək, coşmaq.
tütəyinin dilini (içəri) çəkəmək
danışığını kəsmək, susmaq.
tutduğunu buraxmamaq
öz dediyindən əl çəkəməmək, istədiyini eləmək.
tüf deyirsən yerə düşür
çox şiddətli soyuqdur.
tülkü tozanağı salmaq
aranı şuluq eləmək, tozanaq qoparmaq.
toqqanın altını bərkitmək
yaxşıca yemək, qarnını doyurmaq.
tük salmaq
bərk qorxmaq, dəhşətlənmək.
tükü tükdən seçmək
ən incə mətləbi başa düşmək, hər şeyi tez başa düşmək.
tükü yatımına (xabına sığallamaq)
bir işi yumuşaqlıqla, mübahisəsiz başa aparmaq.
tuluğu çox su tutmaq
əli işdə olmaq, sözü hər yerdə keçmək.
tövbalatma vermək
gözünün otun almaq, bərk tənbih etmək.
toyuq bir qiçlıdı ki, bir qıçlıdı
sözünün üstündə inad eləyib səhvini boynuna almayan adam haqqında
deyilir.
tikan üstündə oturmaq
çox narahat halda və nigranlıqda olmaq.
14
ting- tova tutmaq
gününü qara eləmək.
c
canamaz suya çəkəmək.
can bir qalıb olmaq.
can ciyər olmaq.
candı badmcan deyyl!
can deyib, can eşitmək.
can damarından tutmaq (yapışmaq).
can yananlıq göstərmək.
canımın dərdindən.
canımı hara qoyum?
canını boğazına yığmaq.
canını dişinə tutmaq.
canının hayında olmaq.
cilov gəmirmək.
cilovunu yığışdırmaq (çəkmək).
cücə banından durmaq.
cütünə bir səqqə vurmaq.
ceyran belinə minmək.
cızığından çıxmaq.
ciblərini doldurmaq.
cibişdana buraxmaq.
cibinin pambıqları əlinə gəlmək.
cidanı çuvalda gizəltmək.
cikk- bökkünə bələd olmaq.
15
cılığı çıxartmaq.
cin atına minmək.
cındırından cin hürkür.
cinə dəmir göstərmək.
cınqırı çıxmamaq.
ciyərinə xal düşmək.
ciyərini şişə taxmaq.
cum- cum dəryası.
cin ayrı , şeytan ayrı.
ç
çaxır səpmək
töhmətləndirmək
çadrasızlıqdan evdə qalmaq
imkansızlıqdan özünü göstərə bilməmək.
çaş- baş düşmək
pırtlaşıq düşmək, əl- ayağını itirmək.
çağrılmamış bayatı
ortaya çıxmamış söz, sabiqəsi olmayan iş.
çaşqa- çuşqa olmaq
bir- birinə çox yaxın olmaq.
çala- çala bir havaya bənzətmək
bir işi ya hərəkəti təkrar etməklə bir şeyə oxşatmaq.
çal çatlasın, vur patlasın
çal ha çal, vur ha vur salmaq.
çanağı başında çatlatmaq (sındırmaq)
birinın başına uyun açmaq.
çaya çatmamış çırmanmaq
vaxtı gəlib çatmadan işə əl qoymaq, işdə əcələ eləmək.
çaydan balıq yan gedər, açma yaram qan gedər
çox dəymə düşər və tez inciyən adam haqqında.
çayda balıq sövdası
görüləcəyi çətin ya mümkun olmayan iş haqqında.
çaydan keçəndə göt- götə dəyiblər
bir- birləri ilə çox uzaq qohumluqları var.
çənə yarışdırmaq
mübahisə etmək, söz gülşdirmək.
çənəsi qızışmaq
həddindən çox danışmaq, danışığına ara verməmək.
çop uzatmaq (eləmək)
yersiz müdaxilə etmək, baş qoşmaq.
16
çürüyünü çıxartmaq
bir işi həddindən çox təkrarlamaqla tərəfi bıxdırmaq.
çörək borc vermək
çörəyi çeynəyib ağzına qoymaq
işi safa çıxarıb nəticəsini birinin əlinə vermək.
çörəyi qeybdən pişmək
maaşını məlum olmayan yollarla yollandırmaq.
çörəyində çiyi olmamaq
hər cür hilədən- kələkdən iraq olmaq.
çöl quşu, biyaban daşı
həmişə səfərdə olub, ev üzü görməyən adam haqqında.
çöməbəlməyincən hürə bilməmək
həddindən çox işdən düşmək.
çomağın o biri başın çevirmək
çıplaq götdən tuman oğurlamaq
çox tamahkar və ac göz olmaq.
çım altdan qurbağa baxır
çinədanı boş olmaq
çiy süd əmmiş
d
dabanları çəkmək (tü dabana demək)
qaçmaq, aradan çıxmaq.
daban dabana zidd olmaq
aralarında aşırı dərcədə ziddiyyət olmaq.
dara qısnamaq
bərkə qoymaq, sıxışdırmaq.
darda qalmaq
çətinlik çəkmək, ağır vəziyətdə olmaq.
dada yetmək (çatmaq)
haraya gəlmək, kömək etmək.
dadı heç yana (yerə) çatmamaq
heç kimdən kömək ala bilməmək.
dar dibindən qurtulmuş
məhləkədən nicat tapmış, böyük xətərdən qurtulmuş.
daş atıb başını altına tutmaq
özü üçün dərd- sər yaratmaq.
daş olub quyuya düşmək
yox olmaq, yoxa çıxmaq.
daş- baş eləmək
ayrı yollarla pul ya mal ələ gətirmək.
daş- daş üstə qalmamaq
tamamilə dağılmaq, uçub aradan getmək.
daşın böyügündən (yekəsındən ) yapışmaq
bacara bilmədiyi bir işdən yapışmaq.
17
daş kimi düşmək
ağır yuxuya getmək.
daşlar dilə gəldi
bir hadisənin faciəli olduğunu bildirir.
daşını bir dəfəlik atmaq
bir dəfəlik unutmaq.
dava dağarcığı
dava- dalaş axtaran adam.
dağa- daşa düşmək
çox ağır bir işin öhdəsindən gəlmək.
dağdan gəlib bağdakını qovmaq
sonra gəldiyi halda yerliləri bəyənməmək.
dağı dağ üstə qoymaq
çox ağır bir işin öhdəsindən gəlmək.
dalı- qabağını düşünməmək
fikirləşmədən bir işə əl atmaq.
dalını dağa söykəmək
möhkəm bir yerə dayanmaq, kimsədən çəkinməmək.
dərə xəlvət tülkü bəy
hərki- hərkilik hökm sürən yer.
dəryada balıq sövdası eləmək
əldə olmayan bir şey üstə al- ver eləmək.
dərisini sudan çıxarmaq
bir təhər özünü qurtarmaq.
dodaqları yer süpürmək (yerlə getmək)
qaş- qabaq tökmək.
dəvə oynayanda qar yağar
yaşına ya vəziyətinə uyuşamayan (yaramayan) hərkətlər baş verən adam
haqqında.
dəvəni çömçə ilə suvarmaq
böyük işi kiçik alətlə yerinə yetirmək.
dəvəni yükü ilə yemək
əlinə keçəni bir yerdə içəri çəkəmək.
dondan dona girmək
hər saat bir rəngə düşmək.
doşab almişiq, murabba çıxıb
gözlənilməzdən yaxşı çixmiş adam ya şey haqqında deyilər.
dovşana qaç, tazyıa tut demək
iki üzlülük eləmək.
dörd əlli tutmaq
möhəkəm yapişib buraxmamaq.
dörddə alacağı (alacağım ) yox, beşdə verəcəyi (verəcəyim)
dərdsərsizlik, qayğısızlıq mənasında.
dörd divar arasında qalmaq (oturmaq, yaşamaq, başa aparmaq)
çox qapalı şəraitdə yaşamaq, başqaları ilə
rabitədə olmamaq.
dövrəsinə qələm çəkəmək
bir adamı ya bir şeyi unutmaq.
döşünə düşmək (yatmaq)
xoşuna gəlmək, urəyinə yatmaq.
döyməmiş qapı qoymamaq
bir ehtiyacdan sarı hər yerə baş vurmaq.
düdüllü vermək (gəlmək)
yalan vədələrlə birinin başını sərimək.
18
dünya başına dar olmaq
böyük qəmə, fəlakətə uğramaq.
dünyadan əl çəkmək
dünya işləri ilə maraqlanmamaq.
dünyanı iki əlli tutmaq
dünya malına suvaşıb qalmaq.
dünyanı başına götürmək (almaq)
çox qışqır- bağır etmək, hay- havar salmaq.
dibinə daş atmaq
bir şeyin olub- qalanından heç nə qoymamaq.
dırnaq yeri tapmaq
əl ilişdirmək üçün fürsət axtarmaq.
diri- diri qəbirə qoymaq (soxmaq)
birinə həddindən çox işkəncə verib ölümə yaxınlaşdırmaq.
diş ilə, dırnaq ilə
əzabla, əziyyətələ, çətinliklə.
dişi bağırsağını kəsmək
həddindən artıq qəzəbəlnmək.
dişinin dibindən çıxanı demək
ağzına gələni demək, bərk söymək.
dil öyrətmək (qoymaq)
söz öyrətmək, yol- yolacaq göstərmək.
dili ağzında diş (dinc) durmamaq
yersiz sözlərlə özünə dərd- sər açmaq.
dili ilə ilanı yuvasından çıxartmaq
dil tökməkdə çox usta olmaq.
dilində tük bitmək
bir mətləbi dəfələr deyib nəticə almamaq.
dilini qarnına qoymaq
susmaq danışmamaq.
dilinin ucunda olmaq
demək istədiyi sözü deyə bilməmək.
divara dirəmək (qısnamaq)
birini çıxılmaz vəziyətə salmaq, sıxışdırmaq.
divarını kənardan qoymaq
özünü qırağa çəkmək, hesabını ayırmaq.
s
saç- saqqalı bir- birinə qarışmaq.
saç- saqqalı dəyirmanda ağartmaq.
saçı uzun, ağlı güdə.
saçından- saqqalından utanmamaq.
sağ yeri qoltuq altdadı.
sarımsağı döyülü qalmaq.
19
saatına düşmək.
sağına- soluna baxmaq.
saqqalım yoxdu, sözüm keçmir.
saqqalını uşaq- muşaq əlinə vermək.
saqqızını oğurlamaq.
saman altından su yeritmək (yürütmək)
kimsəyə bildirmədən hiylə işləmək.
sayır- bayır danışmaq.
səsinin yoğun yerinə salmaq.
səlam verdik, borclu çıxdıq.
sən deyən olsun, qal yatsın.
səninkin yeyək, mənimkin oynadaq.
süpürgə çəkmək.
soyuq təndirə çörək yapmaq.
soyuq təndirdən isti çörək.
sürüşquluya (süsü quluya) dəm vermək.
süd gölündə üzmək.
südüyü köpüklənmək.
sürt- pürt eləmək.
süsü vermək (gəlmək).
su içim saatda.
su ilə od arasında qalmaq.
su başdan bulanlıqdır.
su, sudan tərpənməmək.
susuz aparıb, susuz gətirmək.
su quyusundan çıxarıb, pox quyusuna salmaq.
suları bir arxa getməmək.
sular baş yuxarı axır.
20
suyu bahasına (ələ gətirmək).
suyu püfləyə- püfələyə içmək.
suyu sovərulmuş (kəsilmiş) dəyirmana oxşamaq.
suyu süzülə- süzülə getmək (qayıtmaq).
suyu küzədə, günü bacada görmək.
suyun şırıltısına qulaq vermək (asmaq).
sümük sındırmaq.
sümükləri çıxmaq.
sümükləri sürmə olmaq.
sümüyünə qədər işələmək.
söz aparıb gətirmək.
söz arasına söz qatmaq.
söz altında qalmamaq.
söz başına keçməmək.
söz burada qalsın.
söz güləşdirmək.
sözü ağzında pişirıb çıxartmaq.
sözün üstünü açmaq.
sözün var söz danış.
sözün çürüyün çıxartmaq.
sözünü ağzında qoymaq.
sözünü şəkərlə kəsirəm.
sözünü yerə salmaq.
sözünün üstündə durmaq.
sözünün üstünə çıxmaq.
sözə quyruq bənd eləmək (bağlamaq).
sözləri tərsə gəlmək.
21
su görndə susuzar, at görəndə axsar.
süngə çıxmaq.
sovurmamışdan alçı durmaq.
soyub, soyub quyruğunda murdar eləmək.
suyun lam axanı, adamın yerə baxanı.
sıçan olmamış dağarcıq dibi dəlmək.
sıçan dəliyini (deşiyini) satın almaq.
sıxıb suyunu çıxartmaq.
sırıq çəkmək.
sillə ilə üz qızartmaq.
sinədəftər olmaq.
səsi yeddi evli qonşuya getmək.
ş
şadlığına şitlik (şivənlik) eləmək
sevincindən şıltaq işlərə əl atmaq.
şatırı işdən çıxmaq
işdən düşmək, iş bacarığını itirmək.
şaftalı gəlməmiş, tabağı gəlib
bir yığıncaqda yerini bilməyib ortalıqda oturan kimsə haqqında deyylir.
şal sallamaq
ilin son çərşənbəsində töhfə almaq üçün evin bacasından qurşaq şalı sallamaq.
şaha barxana gedir, yayxana- yayxana gedir
kinayə kimi suyu çox şorbanın qabda yayxandığına deyilir.
şah gəldisindən keçdi
çox gecikən və uzanan bir gəliş barəsində işlədilir.
şətəl atmaq
cığallıq və utanmamazlıq ilə bir şey saldırmaq.
şəraba salmaq
birindən alınmış pul ya hər nəyı verməyib uzundurmaya salmaq.
şərti şuxumda kəsmək
işə başlamazdan qərar- qaydanı məlum etmək.
şeir deyib, qafiyəsində qalmaq
işə başlayıb, qabağa aparmasında çətinlik çəkmək.
şələsini bağlamaq (tutmaq, bağlamaq)
hər yol ilə olur olsun varlanmaq.
şələ- küləsini dalına (qoltuğuna) vermək
işdən çıxartmaq.
22
şorba qızdırmaq
yaltaqlanmaq.
şorbanın suyunu çoxaltmaq
evə qonaq çağrılarsa, tarif kimi deyilir.
şüşəki salmaq
ələ salmaq, lağa qoymaq.
şirə vermək
tamaha salmaq, dən səpmək.
şişə çəkmək (taxmaq)
çox incitmək, işkəncə vermək.
şeytan atına minmək
inad eləmək, birini incitməkdə utanmazlığa qapılmaq.
şeytan ilə darı əkmək
nadürüst adamla ortaq olmaq.
şeytana dərs verir
çox hiyləgər və şarlatandır.
şeytan fəhləsi olmaq
yorulmadan müftə işləmək.
şeytana papış tikmək
çox hiyləbaz və fırıldaqçı adam olmaq.
şədərədə su daşımaq
səmərəsiz və nəticəsiz işlə məşğul olmaq.
şüvərən məzac
hər bir səliyqəyə uyuşan adam.
q
qabaq çiçəyi kimi çatlamaq
utancaqlıqdan, çəkingənlikdən birdən- birə çıxmaq.
qabına sığmamaq
daşğın davranmaq.
qabağına daş dığırlatmaq
qabağını saxlamaq, əngəl yaratmaq.
qabağında tir- tir əsmək (titərəmək)
birindən çox qorxmaq.
qabağında şer kimi durmaq
birindən qorxub çəkinmədən qabağında möhəkəm dayanmaq.
qabaqdan gələni qapır, dalıdan gələnə təpik (şıllaq) atır
hər kəsi bir cür incidir.
qapaz altında qalmaq (canı çıxmaq)
həqsizliyə uğramaq, qaxınc görmək, alçaldılmaq.
qapısı açıq olmaq
əli açıq və qonaq sevər olmaq.
qapısı bağlanmaq (çırpılmaq)
ev- eşiyi dağılmaq, ailəsi məhv olmaq.
qapını dabanlıqdan eləmək və çıxartmaq
çox gəlib- getməklə birini təngə gətirmək.
qara sudan qaymaq tutmaq
hər şeydən öz şəxsi xeyrinə faydalanmaq.
qaranlığa daş atmaq
həds və gümanla bir işə qapılmaq.
23
qarışqa yuvasına su calamaq
cəməiyyət arasında izdham törətmək.
qabıq bağlamaq
yaranın üstü közməklənmək.
qapı- qapı gəzmək (dolanmaq)
bir istəkdən sarı hər yerə baş vurmaq.
qapıdan qovursan bacadan gəlir
üzlü və ütanmaz adam haqqında işələnir.
qapısını it açar, pişik örtər
olduqca alışmayan və çəkingən adam dır.
qapını qoyub pəncərədən gəlmək
düz yolu qoyub əyri yoldan yönəlmək.
qapı dalına (daldasına) düşmək
boynuna götürdüyü işi yerinə yetirmədiyindən utanıb, çəkinmək.
qapısı açıq
əli açıq, səxavətli.
qapını dabanlıqdan çıxartmaq (eləmək)
bir istəkdən sarı təkrar- tkrar baş vurmaq.
qat- qat ət tökmək
çox utanmaq, xəcalət çəkmək.
qabağına aş qüoydum, iki əlini boş qoydum
başını qatmaqla işi əlindən çıxardım.
qabağına daş dığırlatmaq
birisinə işdə çətinlik və çıxılmazlıq yaratmaq.
qabağında tir- tir əsmək (titrəmək)
birindən olmayan qədər qorxmaq.
qabağında dört qat olmaq
birisinin qabağında əyilmək, birinə çox yaltaqlanmaq.
qabaqdan gələni qapır, dalıdan gələnə təpik atır
kimsə ilə yollanmır, hamını sancır.
qara sudan qaymaq tutmaq
hər şeydən öz xeyrinə faydalanmağa çalışmaq.
qara göz oyunu
işdə kəlkbazlıq.
qaravaş əlinə ciyər duşub
görməmiş adam istədiyinə əl tapıb.
qarın ağrısı olmaq
birinə müzahim olmaq, birinin boynundan asılmaq.
qarnının ağrısını bilməmək
çəkinmədən əlinə gələni yemək.
qarışqa yuvası kimi qaynaşmaq
adamın çoxluğundan qalabalıq halda olmaq.
k
kasıblığın daşını atmaq
yüxsulluqdan qurtarıb rifaha çatmaq.
kafı kuf anlamaq
mətlbi aydış- uyduş başa düşmək.
kəbinim həlal, canım azad
qadının ərindən ayrılmaq arzusunu bildirn ifadə.
24
kəbininə yazılmaq (kəsilmək)
daim boynunda olmaq, boynuna yazılmaq.
kəfgir qazanın təkinə dəyəmək.
kələfçənin başını itirmək.
küp dibində yatmaq.
küt duşmək.
körpü altda dəlik tapmaq.
kürkünü sudan çıxartmaq.
kürkünə birə düşmək.
kürkünü tərsə geyib, alnına ayna taxmaq.
kökündən vurmaq (qoparmaq, baltalamaq).
küləkli gündə pambıq atmaq.
kölgəsindən qorxmaq (hürkmək).
köhənə bazara taza nırx qoymaq.
küllükləri eşələmək.
keçən xərmənləri sovurmaq.
kefi doxsan doqquzu vurmaq.
kefi hüşdürümü (bistini) vurmaq.
kefi sazalmaq (durulmaq).
kefinə (əhvalına) soğan doğramaq.
kisəsinin dibinə daş atmaq.
kirpiyi ilə od götürmək.
g
gah nala, gah mıxa vurmaq
kinayəli sözlər danışmaq.
gəl bu daşları ətəyindən tök
əl altmaq istədigin işlərdən əl çək.
gəmidə oturub, gəmiçi gözü çıxartmaq
birindən faydalanıb, ona nankorluq göstərmək.
25
gəmiləri qərq olmaq
qəmə- kədərə dalmaq.
göbəlk kimi yerdən çıxmaq
birdən- birə və gözlənilmədən çoxalmaq.
güdaza vermək
birini məhləkəyə salmaq.
götür- qoy eləmək
hər tərəfini düşünmək.
görməmişlikdən iydəyə qaqa demək.
göz açıb özünü görmək.
göz açıb, yumum saatda.
göz üstə (üstündə) yerin (yeriniz) var.
göz bəbəyi kimi qorumaq
çox müvazibət eləmək.
gözdə- qulaqda olmaq
sayıq olmaq.
göz gəzdirmək.
göz verib, işıq verməmək.
gözü yolda, qulağı səsdə olmaq.
göz yumum, açım saatda.
gözdən tük qapmaq.
gözdən sürməni qapmaq.
gözləri batmaq (çuxura getmək).
gözləri dolmaq.
gözləri qan çanağına dönmək.
gözləri kəlləsinə (təpəsinə) çıxmaq.
gözəlrinə inanmamaq.
gözü bağlıcı oyununa oxşamaq.
gözü (gözləri) ayağının altını görməmək.
gözü (gözləri) dörd olmaq.
gözü (gözləri) yol çəkmək.
gözünü yumub, ağzını açmaq.
gözünün (gözlərinin) qorasını sıxmaq (axıtmaq).
26
göylünü ələ almaq (gətirmək).
göylü- gözü tox (adam).
gec gəlib, tez örgənmək.
gizlən- paç oynamaq.
gününü göy əskiyə tutmaq.
günü günə satmaq.
günahı deyənlərin boynuna.
gün ilə (gün ilən) batıb, gün ilə (gün ilən) çıxmaq.
gün verməmək, gününü qara eləmək.
gönünü dabbağxanada tanımaq.
göydə alışdırmaq (qapmaq).
göyə (göylərə) çıxarmaq (qaldırmaq).
göy gəlib yerə dayansa da.
m
matına salmaq.
matı meyxanası.
mazamata mindirmək.
maqqabı darı üstə qoymaq.
madda bağlamaq.
malı öz boğazından aşağa getməmək.
maya baş çıxmaq.
məhkəmə şayırd.
mərdi qova- qova namərd eləmək.
müştəri gözü ilə baxmaq.
məşərutəsini alıb.
27
məərkə qoparmaq.
məğltə salmaq.
məkkədən gözü palçıqlı gəlib.
məmədcan qalıbı (olmaq).
məmə yeyəndən, pəpə yeyənə qədər.
meydan oxumaq.
meydan gəzdirmək.
meydana qoymaq.
meydanda tək (yalqız) qalmaq.
meydanı boş görmək.
mitili açılmaq.
mitilini küçəyə (çölə, bayıra) atmaq.
mırta salmaq.
mırsığını sallamaq.
mızıqıllı keçmək.
milçəkdən fıl (dəvə ) düzəltmək.
min illik xərmənləri sovurmaq.
min bir fırıldaqdan çıxmaq.
min cırına bir cır cırmaq.
min dərənin suyunu bir- birinə qatmaq.
min küzəyə qıp qoymaq.
mindiyini saymamaq.
məyə mən ovcumun içini iyləmişdim?
məyə mənim zərrabxanam var.
h
28
hadaran-- padaran danışmaq
aydış- uyduş danışmaq.
havada vurmaq
bicliklə baş bağlamaq.
havası özündə olmamaq
huşu dağınıq olmaq.
havayı danışmaq
boş- boşuna danışmaq.
hər ağızdan bir avaz (səs) gəlmək
hər kəs bir tərfdən nəzər vermək.
hər itə bir çörək borclu olmaq
ağır borc altında olmaq.
hər şeyi bir söz eləmək
hər bir boş sözdən bir məna çıxartmaq.
hər şeyə burnunu uzatmaq
hər işdə dəxalət etmək.
hər necə çalsalar, elə də oynar
öz düşüncəsi ilə yox, hər işi başqaların sözü ilə görər.
hələ görməli günlərim var
bundan ağır günlərdə qabaqda ola bilr.
hələ yuğunu yorğan altındadır
bu başlanışıdır, işin əsli daldan gəlir.
həm özündən, həm özgədən eləmək
bir işdə həm özünün, həm də özgəsinin faydalanmasına mane olmaq.
həm nala vurur həm də mıxa.
hürkütməyincə saymaq (sanamaq) olmur
kinayə kimi çox uşaqlı ailə haqqında işlədilir.
huşunu başına yığmaq:
hoydu- hoyduya götürmək
cür bə cür səslər çıxartmaqla birini lağa qoymaq, ələ salmaq.
heç tatın dəfətərində adı olmamaq
adsız- sansız olmaq.
heç kim heç kimin ərizəsini oxumur
yaman öz başınalıqdır, qanuna boyun qoyan yoxdur.
heç kimin burnu da qanamadı
hadisə çox xətərli olsa da aramişlə sovuşdu.
himi bir yerə qoymaq
gizli qərara gəlmək, əl bir olmaq.
y
ya dövəlt başa, ya quzğun ləşə
olursa olsun, olmazsa təhlikəsinə qatlaşmalı (boyun qoymalı).
yaxa qurtarmaq
nəcat tapmaq, özünü xətərdən qurtarmaq.
yaxası ələ keçmək
girə keçmək, tuttlmaq.
yaxasını ələ verməmək
özünü qurtarmaq, girə geçməmək, quyruq ələ verməmək.
29
yağ- bal içində üzmək
bolluqda yaşamaq, rifahda keçinmək.
yağışdan qurtulub yağmura düşmək
bir ağır şəraitdən qurtulub daha ağır şəraitə düşmək.
yalvar- yaxar etmək
iltimas etmək, dil tökmək.
yaman günə (kökə, hala) düşmək (qalmaq)
ümumi cəhətdən pis və çıxarılmaz hala düşmək, pis gətirmək.
yan- yövrəsini qapmaq
ətrafındakılarla qaba rəftar eləmək, gobüdluq göstərmək.
yanı ilə yağa (quymağa) düşmək
bolluq və nemət içində qərar tapmaq, rifahda yaşamaq.
yarasını tazalamaq
birinin dərdini yadına salmaq, yara üstdən yara vurmaq.
yarpaq kimi əsmək (titrəmək)
qorxudan ya soyuqdan titrəmək, yarpaq kimi titrəmək.
yaşından yuxarı danışmaq
yekə- yekə danışmaq.
yol gözləmək
bir adamın gəlməsini gözləmək, intizarda olmaq.
yol üstündə olmaq
səfərə getməyə hazırlanmaq.
yola nərdivan qoymaq
yolu söhbətlə qısaltmaq.
yoldan çıxartmaq (eləmək)
pis yola aparmaq, düz yoldan caydırmaq.
yoluna salmaq (qoymaq)
adı halına salmaq, qaydaya salmaq.
yuxuya qalmaq
vaxtında yuxudan dura bilməmək.
yumurta yükü aparmaq
çəkinmək.
yumurtası tərsə düşmək (gəlmək)
bir yerdə aram tutmamaq.
yumuşaq yerin beldari
asan işlərə yapışıb, çətin işlərdən çəkinən adam haqqında.
yuyulmamış qaşıq kimi özünü araya atmaq
yersizcə özünü işlərə qatmaq.
yüzaltına dünbək çalmaq
yoxsulluqla əl bə yaxa olmaq.
yerin əyridir, düz otur demək
güldən ağır söz deməmək.
yerini xoş görmək
olduğu yerdən getmək istəməmək.
yer yerinə oldu, su suyuna
çaxnaşmadan sonra hər şey öz yerini aldı.
yeddi dəyirmanın suyunu bir- birnə qatmaq
ayrı- ayrı məsələləri bir- birinə qatmaq.
Dostları ilə paylaş: |