Azərbaycanın təbii sərvətləri



Yüklə 12,06 Kb.
tarix13.03.2022
ölçüsü12,06 Kb.
#53712
sərbəst iş


Azərbaycanın təbii sərvətləri

Təbii sərvətlər - bəşəriyyətin varlığı üçün zəruri olan və təsərrüfatda istifadə olunan təbiət elementləri. Azərbaycan çox qədim zamanlardan öz təbii sərvətləri ilə dünyanın diqqətini cəlb etmişdir. Ümumiyyətlə təbii ehtiyat dedikdə insanların həyat və təsərrüfat fəaliyyətində istifadə etdiyi bütün təbiət komponentləri başa düşülür. Təbii sərvətlər aşağıdakı növlərə bölünür: 1.Tükənməyən: Günəş, geotermal, külək, nüvə enerjiləri, iqlim, qabarma - çəkilmə, dəniz cərəyanları. 2.Tükənən: A) Bərpa olunmayan: bütün faydalı qazıntılar. B) Bərpa olunan: Torpaq, bioloji ehtiyatlar, su enerjisi.

Respublikamızın ərazisində 2 iqlim növü(9 iqlim tipi) mövcuddur. İqlim və ya aqroiqlim ehtiyatları deyərkən iqlim elementlərinin iqtisadiyyatın və sosial həyatın müxtəlif sahələrində istifadə olunan maddi və enerji miqdarı başa düşülür. Bu ərazidə 82 adda və növdə torpaqlar yayılmışdır. Ölkəmizin vahid torpaq fondunun sahəsi 8641,5 min ha olub təyinatına görə 7 kateqoriyaya bölünür. Kənd təsərüfatına yararlı torpaqlar - 4745,6 min ha, şumluq torpaqlar – 1835,7 min ha, otlaqlar və biçənəklər – 2682,9 min ha, xüsusi qorunan ərazilərin torpaqları – 193,7 min ha təşkil edir. Respublikanın iqlim ehtiyatları onlardan kurort müalicəsi və istirahət üçün əlverişli istifadə imkanları yaradır. Azərbaycanın formalaşmış və tanınmış əsas kurortları Abşeron, İstisu, Lənkəran və Naftalanda yerləşir. O cümlədən, Azərbaycanda müalicəvi əhəmiyyətli neftin möcüzəsi haqqında da danışmamaq olmaz. Dünyada məşhur olan Naftalan nefti əsasında bir sıra xəstəliklər müalicə edilir. Həmçinin günəşli çimərliklərlə zəngin Abşeron, çoz nadir meşə-dəniz kompleksi olan Nabran-Yalama zonası, mülayim iqlimi, təmiz dağ havası, qiymətli mədən suları olan Şuşa-Turşsu zonası, İstisu kurortu, zəngin kükürdlü mədən suları və dəniz-dağ iqlimli Lənkəran-Astara zonası, təbiətdə nadir tapılan mədən suyu, əlverişli iqlim şəraiti olan Qalaaltı kurortu, Gəncə-Hacıkənd-Göy-Göl, Quba-Xaçmaz-Nabran, Zaqatala-Şəki zonaları, müxtəlif tərkibli bol mədən suları və müalicəvi duz mağaraları ilə zəngin Naxçıvan və s. Bəzi məlumatlara əsasən Respublika ərazisində 12000 turizm-rekreasiya, balneoloji komplekslər mövcuddur.

Azərbaycan müxtəlif növ təbii ehtiyatlarla zəngin olsa da, hazırda ən mühümü neft-qaz ehtiyatları hesab edilir. Azərbaycan ərazisi dünyanın ən qədim neft çıxarılan bölgələrindən biridir. Zəngin neft və qaz yataqları olan bu torpaqlarda gedən bir çox savaşların da kökündə həmin amil dayanmışdır. Azərbaycan ərazisi 2/3 hissəsi neft və qaz yataqları ilə də zəngindir. Belə ki, son dövrdə iki böyük neft yatağının kəşf olunmuşdur. «Şahdəniz » platformasında 4 istismar quyu qazılmış və onlardan biri fəaliyyət göstərir. “Ümid” yatağının üzən qazma qurğusu vasitəsilə 9 quyu qazılıb. Kəşfiyyat quyusunun qazılması Dövlət Neft Şirkəti tərəfindən “Ümid-1” platformasında aparılmışdır. Ən çox neft və qaz yataqları Abşeron yarımadasında, Xəzər dənizinin şelf zonasında, Bakı və Abşeron arxipelaqlarındadır. Bundan başqa, cənub-şərqi Şirvan, Mərkəzi Aran, Qobustan, Ceyrançöl, Acınohur, Siyəzən zonası da neftlə zəngindir.

Ölkənin yanar faydalı qazıntıları neft, qaz, şist, torf və başqalarıdır. Bunlardan neft və qaz sənaye əhəmiyyətlidir. Neft həm qurudakı yataqlardan, həm də Xəzər dənizi yataqlarından çıxarılır. Hələ e.ə. VII-VI əsrlərdə Abşeronda neft çıxarılmış və bir çox ölkələrə daşınmışdır. 1985-ci ilədək Azərbaycanda təqribən 1,2 mlrd. ton neft (25%-i dəniz neft yataqlarından) hasil edilmişdir. Bu neft yüksək keyfiyyətli, azkükürdlü və azparafinlidir. Respublikada çıxarılan yanar qazlar karbohidrogen tərkiblidir. Onlar neftin tərkibində həll olmuş, sərbəst, xalis qaz halında olur. Son 30-50 il ərzində çoxlu qaz-kondensant yatağı kəşf olunub, istifadəyə verilmişdir. Azərbaycan Respublikasında hazırda 8 neftli-qazlı (Abşeron, Şamaxı-Qobustan, Aşağı Kür, Bakı arxipelaqı, Gəncə, Yevlax-Ağcabədi, Quba-Xəzəryanı, Kür-Qabırrı çaylararsı) və 2 perspektivli (Acınohur və Cəlilabad) rayon ayrılır. Ən böyük neft-qaz-kondensant yataqları Abşeron, Bakı arxipelaqları və Aşağı Küryanı rayonlarındadır. Respublika ərazisində Maykop-Abşeron yaşlı çöküntülərdə bir sıra yanar şist və liqnit-qonur kömür təzahürləri aşkar edilmişdir.

Filiz şəklində çıxan faydalı qazıntılar (dəmir, alüminium, xromit, qızıl, gümüş, mis, qurğuşun, sink kobalt, molibden filizləri və s.) respublikanın əsasən dağlıq hissələrində müxtəlif tip yataqlar əmələ gətirirlər. Dəmir filizləri ilə zəngin Daşkəsən, cənubi Daşkəsən və “Dəmir” yataqları sənaye əhəmiyyəti kəsb edir. Daşkəsən dəmir filizi qrupu yataqlarının sənaye ehtiyatı 250 mln. tondur. Qafqaz regionunda Daşkəsən dəmir filizi yatağı ehtiyatlarına görə dünyada Çindən sonra 2-ci yeri tutmuşdur.

Qızıl yataqları və təzahürləri əsasən Kiçik Qafqazın ərazisində: Söyüdü, Qızılbulaq, Dağ Kəsəmən, Veynəli, Qoşa, Gədəbəy, Çovdar; Naxçıvan MR-da Şəkərdərə, Pyəzbaşı, Ağyurt, Baskənd yataqları yayılmışlar. Bu yataqlarda həmçinin sənaye əhəmiyyətli gümüş, mis və s. qarışıqlar var. Hazırda qızılın çoxsaylı təzahürləri aşkar edilmişdir. Əlincəçay və Kürəkçay hövzəsində aşkar edilmiş səpinti qızıl yataqlarında qiymətləndirmə işləri aparılmış, ilkin ehtiyatları hesablanmış və sənaye əhəmiyyətliliyi müəyyən edilmişdir. Xromit yataqları və təzahürlər əsasən Kəlbəcər və Laçın rayonları ərazisindədir.

Azərbaycan ərazisində mis filizləri mis-kolçedan və mis-porfir formasiyalıdır. Mis-kolçedan formasiyalı filizlərin mineral tərkibi, əsasən, pirit və xalkopiritdən ibarətdir. Çox vaxt filizin tərkibində sfalerit və qalenitə də rast gəlir. Mis-porfir formasiyalı filizlərin tərkibində misdən əlavə molibden, az miqdarda qiymətli metallar olur. Hər iki formasiyanın filizləri Gədəbəy filiz rayonunda törəmə kvarsitlərdə yerləşir. Mis-porfir filizləşməsi daha geniş yayılmışdır. Qaradağ və Xarxar yataqlarından (Gədəbəy filiz rayonu) başqa bu rayonda mis-porfir filizləşməsinin bir çox təzahürləri də var. Gədəbəy rayonunda ştok formalı ehtiyatı tükənmiş eyni adlı mis-kolçedan yatağı da məlumdur. Mehmana filiz rayonunda mis-porfir təzahürləri (Dəmirli və Xançınçay) mövcuddur.Böyük Qafqazın cənub yamacında Alt Yura yaşlı terrigen çöküntülərdə bir sıra mis-sink yataq və təzahürləri (Çıxıx-Saqator, Mazımçay, Karabçay və s.) məlumdur.

Naxçıvan MR ərazisində də mis-porfir tipli filizləşmə, əsasən, Mehri-Ordubad qranitoid batolitinin ekzo və endotəmas zolağında (Diaxçay, Göygöl, Göydağ və s.) yerləşir. Bunlardan başqa Xalxal mis-kolçedan, Göygöl, Ağrıdağ mis, Nəşirvaz, Kilit-Kətəm mis-kobalt, Nəgirvaz mis-polimetal təzahürləri məlumdur.

Alüminium filizinin (alunit) ən böyük yatağı Daşkəsən rayonundadır (Zəylik alunit yatağı). Alunit təzahürləri Şəmkir və Ordubad rayonlarında da məlumdur. Zəylik alunit yatağı 1960-cı ildən istismar edilir. Bu yataq Avropada ən böyük yataqdır. Gəncə Alüminium Zavodunda bu filizdən alüminium-oksidlə bərabər kalium kübrəsi, soda, sulfat turşusu və s. alınır.

Naxçıvan MR-nın qərb hissəsində Perm çöküntülərinin yayıldığı sahələrdə alüminiumun ən yaxşı xammalı olan boksit filizinin təzahürləri (Sədərək-Şərur rayonlarında) məlumdur.

Civə filizi yataqları və təzahürləri Kiçik Qafqazın mərkəzi hissəsində (Kəlbəcər-Laçın zonası) geniş yayılmışdır. Ən böyük yataqlarının - Ağyataq, Şorbulaq, Levçay (Kəlbəcər rayonu), Çilgəzçay və Narzanlı (Laçın rayonu) ehtiyatı hesablanmışdır. Civə filizləşməsi (kinovar) hiperbazitlərin və Miosen-Pliosen yaşlı turş maqmatik süxurların yayıldığı sahələrdə müxtəlif yaşlı və tərkibli süxurlarda, ən çox Üst Təbaşirin vulkanogen-çökmə və vulkanogen süxurlarda rast gəlinir. Kinovar filizlərdə pirit, xalkopirit, antimonit, maqnetit, hematit, sfalerit və s. minerallarla assosiasiya təşkil edir. Naxçıvan MR-da Badamlı-Aşağı Kişlaq təzahürləri məlumdur. Volframın şeyelit mineralı şəklində kiçik təzahürləri Ordubad və Kəlbəcər rayonlarında Mehri-Ordubad, Dəlidağ qranitoid plutonlarının təmasında müşahidə edilmişdir.

Qeyri-filiz mənşəli faydalı qazıntılar Azərbaycanın mineral xammal ehtiyatlarının ümumi balansında mühüm rol oynayır. Tikinti sənayesinin mineral-xammal bazasını təşkil edən 300-dən artıq müxtəlif növ qeyri-filiz və tikinti materialı yataqları kəşf edilmişdir (Yusifov E. və b.,2004). Bu qrupa daşduz, gips, anhidrit, gəc, bentonit gilləri, tikinti materialları, pirit, barit, yarımqiymətli və rəngli daşlar, dolomit, Islandiya şpatı və s. daxildir. Daşduz yataqları Naxçıvan MR-da (Nehrəm, Düzdağ, Pusyan) yerləşir. Yataqlar Miosenin qumdaşı, gil, əhəngdaşı, mergel çöküntülərindədir. Gips, anhidrit yataqları Goranboy rayonunu Yuxarı Ağcakənd və Mənəş kəndləri sahəsində Təbaşir çöküntüləri içərisində hemogen yolla əmələ gəlmiş və ayrı-ayrı ştoklardan ibarət olaraq ümumi ehtiyatları 65-70 mln. ton təşkil edir.

Bentonit gillərinin çoxlu yatağı və təzahürü (Qobustan, Goranboy, Şəki və s.) məlumdur. Ən böyük yatağı Qazax rayonunda (Daş Salahlı) müəyyən edilmişdir. Yataq əsasən hidrotermal məhlulların Santon yaşlı vulkanitlərə təsirindən əmələ gəlmiş və sənaye ehtiyatı 84553 min ton təşkil edir. Tikinti materialları Azərbaycan Respublikası ərazisində çoxdur. Mişar daşı yataqlarının (Qaradağ, Güzdək, Dövlətyarlı, Dilağarda, Şahbulaq, Naftalan, Mərdəkan, Daş Salahlı, Zəyəm və s.) hələlik müəyyən edilmiş sənaye ehtiyatı 295836 min ton, üzlük daşının ehtiyatları (Gülbəxt, Daşkəsən, Şahtaxtı, Gülablı, Musaköy, Söyqlu və s.) 23951 min m³ təşkil edir. Qaradağ sahəsində sement istehsalına yararlı (Şahqaya əhəngdaşları, Qaradağ gil və s.) xammal yataqları mövcuddur. Kərpic, keramika və qazmada işlənilən çoxsaylı gil yataqları və təzahürləri istismar edilir. Siyəzən rayonu ərazisində ehtiyatı 8,3 min m³ olan flyus və karbid istehsalına yararlı əhəngdaşı yatağı müəyyən edilmişdir. Abşerondakı göllərinin müalicəvi palçıqları və suları, Naftalanın müalicəvi nefti, Naxçıvanın duz mağaraları respublikamızın balneoloji ehtiyatlarına aiddir. Abşerondakı göllərinin müalicəvi palçıqları və suları, Naftalanın müalicəvi nefti, Naxçıvanın duz mağaraları respublikamızın balneoloji ehtiyatlarına aiddir.

Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyinin Bioloji Sərvətlər və Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri şöbəsinin məlumatlarına əsasən respublikamızın ərazisində 4 milli park (Ağ-Göl, Ordubad, Şirvan, Hirkan), 13 qoruq (Göy-Göl, Zaqatala, Qızıl-Ağac, Türyançay, Pirqulu, Şirvan, Bəsitçay, Qarayazı, İsmayıllı, İlisu, Qara-Göl, Şahbuz, Altı-Ağac) və 17 yasaqlıq (Laçın, Bəndovan, Korçay, Şəmkir, Şəki, Gil Adası, Bərdə, İsmayıllı, Abşeron, Züvənd, Qubadlı, Qızıl-Ağac, Daşaltı, Qızılcan, Qəbələ, Arazboyu, Qax) mövcuddur. Dövlət təbiət qoruqlarının və Milli parkların əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aid edilir. Azərbaycanda bioloji ehtiyatların mühüm tərkib hissəsi sayılan rəngərəng heyvanat aləmi var. Bura Xəzərin, çaylarımızın, su anbarlarımızın balıq ehtiyatları, əsasən dağlıq ərazilərdə yayılan müxtəlif növ heyvanlar, düzən ərazilərdə yayılan sürünənlər (xüsusilə, çox qiymətli zəhəri olan Qafqaz gürzəsi), çoxlu sayda quşlar və s. daxildir. Yuxarıda sadalanan zəngin ehtiyatlar və çox əlverişli təbii şərait, yaxın gələcəkdə Respublikamızın güclü inkişaf etmiş dövlətə çevrilməsinə imkan yaradır.

Azərbaycanın ümumi yerüstü su ehtiyatları müxtəlif hesablamalara görə 28,1-31,7 kub km-dir. Yerüstü su ehtiyatlarını çaylar (8359 çay), göllər (450), su anbarları (əsas 5) və buzlaqlar (9) təşkil edir (1). İstifadəyə yararlı yeraltı suların illik ehtiyatları isə 9 kub km-dir. Çaylarımızın hidroenerji ehtiyatı 37 mlrd. Kvt. təşkil edir ki, bu da Qafqazda Gürcüstandan sonra 2-ci yerdir. Respublikada müxtəlif kimyəvi tərkibli mineral su ehtiyatları da vardır. Zənginliyinə görə Azərbaycan ərazisi “mineral sular muzeyi” adlandırılır. Respublikanın mineral-xammal bazası təkcə karbohidrogen ehtiyatları ilə bitmir. Ölkənin 450-dən artıq qara, əlvan və nəcib metal filizləri, qeyri-filiz xammalı və tikinti materialları, yeraltı şirin, mineral, termal və yodlu-bromlu sənaye suları və s.ehtiyatlarına malikdir. Kəlbəcər rayonundakı Istisu, Naxçıvandakı Badamlı, Sirab, Şuşada – Turşsu və Şirlan, Dəvəçidə - Qalaaltı və Vayxır mineral suları həmçinin Respublikadan uzaqlarda məşhurdur. Çaylar Azərbaycan ərazisində irili-xırdalı 8550-dən artıq axar sudan ibarət çay sistemi vardır ki, onların bütövlükdə ümumi uzunluğu 33665 km. təşkil edir. Bütün bu çayların su toplayıcı sahəsi 85600 km² qəbul edilir. Çayların 7550-sinin uzunluğu 5 km-dən az olan çaylardır. Qalan 800 çaydan yalnız 65-nin uzunluğu 50 km-ə qədər, 735-nin uzunluğu isə 6 km ilə 50 km arasında dəyişir. Azərbaycan ərazisindən axan ən iri çaylar Kür və Araz çaylarıdır. Çayları bir-birindən fərqləndirən iki böyük qrupa bölmək olar: dağ çayları və düzənlik çayları.

Azərbaycan ərazisində ümumi sahəsi 395 km² olan 450 göl var. Azərbaycan göllərindən 10 gölün sahəsi 10 km²-dən böyükdür. Bunların əksəriyyəti kiçikdir. Sarısu, Masazır, Candargöl və s. nisbətən böyük göllərdir. Sarısu gölü, Azərbaycan Respublikasının ən böyük gölüdür və Kür-Araz ovalığında yerləşir.[1]
Yüklə 12,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin