1. Mikroorqanizmlərin mühitin su rejiminden aslılığı. Osmofiller ve hallofiller



Yüklə 19,73 Kb.
səhifə1/6
tarix18.05.2023
ölçüsü19,73 Kb.
#116096
  1   2   3   4   5   6
mikro


1. Mikroorqanizmlərin mühitin su rejiminden aslılığı . Osmofiller ve hallofiller. Rütubətin təsiri . Su mikroorqanizmlərin həyatında mühüm amillərdəndir . Mikroorqanizmlərə qida maddələrinin daxil olması və qalıq maddələrinin hüceyrədən kənar edilməsi üçün mühitdə sərbəst su olmalıdır . Rütubət çox az olduqda , mikrobların metabolizmi ləngiyir , sonra isə dayanır . Mikroorqanizmlər rütubətə olan həssaslığı ilə bir - birindən fərqlənir . Bu xüsusiyyətlərinə görə mikroorqanizmləri üç qrupa bölmək olar : 1. Rütubətə çox həssas olanlar ( hidrofil ) buraya sirkə turşusu bakteriyaları , nitratlaşdırıcı bakteriyalar , azotobakterlər , bir çox kif göbələkləri və s . aid edilir . 2. Nisbətən az rütubətli mühit sevənlər ( mezofil ) - bunlar quraqlıq şəraitdə həyat fəaliyyətini bir neçə həftə və ya aylarla saxlaya bilir . Məsələn , vərəm çöpləri , bəzi aktinomisetlər , göbələklər . 3. Quraqlığa davamlı mikroorqanizmlər ( kserofil ) çox az rütubətli mühitdə on illərlə tələf olmadan yaşayır , çünki belə mikroblar quraqlıq şəraitdə spor halına keçirlər. Koqun ( 1966 ) fikrincə hüceyrədaxili su 4 vəziyyətdə ola bilər : 1 ) Mühitin nəmliyi 20 % -dən artıq olarsa , su hüceyrəni tam doldurur . Belə vəziyyətdə bütün biokimyəvi reaksiyalar normal gedə bilər ; 2 ) Nəmlik 20 % -dən az olduqda hüceyrə kolloidi gel ( çöküntü ) əmələ gətirir ki , bu da hüceyrədə fermentativ reaksiyaları çətinləşdirir ; 3 ) Nəmlik 5-10 % olduqda , su hüceyrənin tam deyil , müəyyən sahələrinə yayılır . Bu hissələrdə su molekulu mübadiləsi gedir , lakin fermentativ reaksiyaslar tamamilə dayanır ; 4 ) Nəmlik 5 % -dən az olduqda su hüceyranin ayrı - ayrı quruluş elementlərində toplanır . Hüceyrənin susuzlaşması zamanı , su tərkibində həll olan maddələrlə hüceyrənin mərkəzindən kənarına keçir . Qurudulmuş bakteriyaların bir qismi anabioz hayat tərzinə keçir , bir qismi isə tələf olur . Mikroorqanizmlərin kifayət qədər nəmlik olmadığı şəraitdə inkişaf edə bilməməsindən qida məhsullarının xarab olmasının qarşısını almaqda istifadə olunur . Osmotik təzyiqin təsiri.Mühitin osmotik təzyiqinin mikroorqanizmlərin həyatında mühüm rolu vardır.Osmotik təzyiq mühitdə həll olan maddələrin qatılığı ilə yaranır.Qatilıq artıq olduqda , bu təzyiq yüksək olur.Osmotik təzyiq nə qədər yüksək olarsa , suyun fəallığı və onun hüceyrəyə daxil olması bir o qədər az olur . Bakterial hüceyrələrin daxilində osmotik təzyiq 10-20 % -li saxaroza məhlulunun təzyiqinə müvafiq gəlir.Əgər bakteriyalar yüksək osmotik təzyiqli məhlula daxil edilərsə , o zaman hüceyrələrdə plazmoliz hadisəsi baş verir və bunun da nəticəsində onlar inkişafdan qalır. Çox yüksək təzyiqli mühitdə öz həyat fəaliyyətlərini davam etdirən mikroorqanizmlərə osmofillər deyilir . Əksərən bunlar duz sevənlər - holofillər olub , natrium - xlorida yüksək dərəcədə tələbkar olmaları ilə səciyyələnirlər . Holofillərözləri də mülayim və ifrat holofillər olmaq üzrə 2 qrupa bölünür . Mülayim holofillər mühitdə NaCl duzunun qatılığı 2-5 % olduqda , normal inkişaf edirlər.Çox yüksək duzlu mühitəuyğunlaşan mikroorqanizmlərə rast gəlinir ki , bunlara da ifrat holofillər deyilir . Belə mikroorqanizmləraşoran torpaqlarda , Ölü dənizin suyunda rast gəlmək olur.

Yüklə 19,73 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin