2. Mikroorqanizmlərin həyatında temperaturun kritik heddi . Mezofiller , termofiller , psixrofiller. Mühit temperaturu - mikrobların həyatına təsir edən ən mühüm amillərdən biridir . Hər bir mikroorqanizm müəyyən temperatur həddində inkişaf edə bilir . Onların inkişafı üçün ən aşağı temperatur minimal , on yüksək temperatur - maksimal , ən fəal inkişafı üçün olan temperatur isə optimal temperatur adlanır . Mikroorqanizmlərin inkişafını müəyyən edən bu üç temperatur göstəricisini kardinal nöqtə adlandırmaq qəbul edilmişdir . Psixrofillərə inkişafı aşağı temperatura uyğunlaşmış mikroorqanizmlər aiddir . Bura soyuq bulaqlarda , şimal dənizlərində və buzlaqlarda olan kif göbələkləri , özündən şüa buraxan fotobakteriyalar , bakteriyalar aiddir . Bunlar üçün minimal temperatur -10 ° C - dək , optimal 10 ° -15 ° C - dək , maksimal 20-30 ° C - dir . Soyuğa əksər mikroblar davamlıdır . Bağırsaq bakteriyası mənfi 190 ° C - də uzun müddət salamat qalır . 2 ) Mezofill mikroblar orta temperaturu sevənlərdir . Minimal temperatur 0 ° C - dən + 10 ° C , optimal 25-35 ° C , maksimal 40-50 ° C - dir . Bunlara təbiətdə geniş yayılmış bakteriyaların və göbələklərin , eləcə də onların əksər patogen nümayəndələri aiddir . Bu qrup mikroorqanizmlər əksərən yeyinti məhsullarının çürüməsinə , qıcqırmasına və onların əmtəə keyfiyyətinin aşağı düşməsinə səbəb olurlar . 3 ) Termofil mikroorqanizmlər nisbətən yüksək temperaturda inkişaf edirlər . Onlar üçün minimal temperatur + 30 ° C , optimal 50-60 ° C , maksimum 70-80 ° C - dir . Mikrobların termofilliyi hüceyra qlafi və qilafaltı pərdəsinin lipid tərkibi ilə xarakterizə olunur . Qlafin pərdədə olan 20 - dən artıq zülalları lipidlər ilə birləşərək mikrobun elastikliyini və temperatura davamlılığını artırırlar . Termofil bakteriyalar təbiətdə torpaqda , suda , peyində , torfda , isti su mənbələrində geniş yayılmışdır . Termofil mikroorqanizmlər taxıl , pambıq , un , yarma və s . kimi məhsulları nəm halında saxladıqda inkişaf edərək , onların qızışmasına səbəb olur . Yüksək temperatura fermentlərin inaktivasiyasına və sitoplazma zülalının denaturasiyasına səbəb olur ki , bu da mikrob hüceyrəsinin məhvi ilə nəticələnir . Sporsu : bakteriyaların əksəriyyəti 60-70 ° C qızdırıldıqda 15-30 dəqiqəyə , 80-100 ° C qızdırıldıqda isə bir neçə saniyədən 1-3 dəqiqəyə qədər müddətdə məhv olur . Bakteriyalar quru mühitə nisbətən nəmli mühitin yüksək temperaturunda daha tez məhv olurlar . Sporlu mikroblar daha davamlıdırlar.Onlar 120 ° C - də 20-30 dəqiqəyə tələf olurlar .