1. Mikroorqanizmlərin mühitin su rejiminden aslılığı. Osmofiller ve hallofiller



Yüklə 19,73 Kb.
səhifə5/6
tarix18.05.2023
ölçüsü19,73 Kb.
#116096
1   2   3   4   5   6
mikro

7.Fermentlər haqqında anlayış . Mikroorqanizmlərin həyatında fermentlərin rolu Mikrobların tənəffüsü dedikdə , bakteriya hüceyrələrində mürəkkəb üzvi maddələrin sadə maddələrə parçalanmasını , yəni dissimilyasiyanı başa düşürük . Bu vaxt enerji əmələ gəlir ki , onu mikroblar özlərinin müxtəlif fəaliyyəti üçün istifadə edirlər . Tənəffüs prosesində hidrogen atomları ( və ya elektronlar ) üzvi maddədən molekulyar oksigenə köçürülür , yəni tənəffüsdə oksigen hidrogen akseptoru rolunu oynayır . Bütün bakteriyalar tənəffüs tipinə görə obliqat aeroblar , mikroaerofillər , fakulatativ anaeroblar va obliqat anaeroblara bölünürlər . Obliqat aeroblar - atmosferdə 20 % -ə qədər oksigen olduqda normal yaşaya bilir . Mikroaerofillər öz inkişafı üçün nisbətən az oksigen talab edir . Molekulyar oksigen çox olduqda bunlar tələf olmasa da inkişafdan qalır . Məs : aktinomisetlər və s . Fakultativ anaeroblar - ham molekulyar oksigenli və həm də oksigensiz şəraitdə çoxala bilir . Obliqat anaeroblar - molekulyar oksigensiz şəraitdə normal inkişaf edirlər . Bunlar oksigeni istifadə etdikləri qidalı mühitlərin parçalanmsı nəticəsində alırlar . Beləliklə , mikroblarda maddələr mübadiləsi zamanı daima hüceyrənin qidalanmasını və tənəffüsünü təmin edən müxtəlif maddələrin parçalanması və sintezi prosesi gedir . Belə müxtəlif biokimyəvi proseslərin həyata keçməsini mikrob bədənində çoxlu miqdarda olan fermentlər həyata keçirirlər . Mikroorqanizmlərin bədənində bitki və heyvan orqanizmlərində olan kimyəvi maddələr vardır . Bakterial hüceyrə orta hesabla 80-85 % sudan , 15-20 % isə quru maddələrdən ibarətdir . Su hüceyrədə gedən kimyəvi proseslərdə iştirak edir . Su hüceyrədə iki formada olur : sərbəst və birləşmiş halda . Sərbəst su hüceyrə hissəcikləri arasında əlaqə yaradır , birləşmiş su isə hüceyrə kolloidləri ilə əlaqədardır . Quru maddələr əsasən üzvi birləşmələrdən ibarətdir . Üzvimaddələrdən əsasyeri zülallartutur .

9. Mikroorqanizmlərdə dəyişkənliyin formaları. Genetika orqanizmlərin irsiyyəti və dəyişkənliyi haqqında elmdir. Hər bir orqanizmin inkişafı onu əhatə edən mühitdə baş verir. Mühitin müxtəlif amilləri orqanizmlərin inkişafında ona təsir edərək dəyişkənlik əmələ gətirir. Mikroorqanizmlərdə baş verən dəyişkənlik uzun illərdən bəri tədqiqatçıların diqqətini cəlb etmişdir. Mikroorqanizmlərdə nəzərə çarpan dəyişənlik hadisəsibarədə elmdə iki cərəyan meydana gəlmişdir. Bunlardan biri polimorfizm, digəri isə monomorfizm idi. Birincilər mikrob növlərinin həddən artıq dəyişkənliyə uğradıqlarını iddia etdikləri halda, ikincilər bu növlərin sabit qaldığını, dəyişilmədiyini göstərirdilər. Beləliklə, müəyyən olunmuşdur ki, dəyişkənlik digər canlılar kimi,mikroorqanizmlərə də xas olan xüsusiyyətdir. Lakin mikroorqanizmlər ali orqanizmlərə nisbətən daha tez dəyişkənliyə uğrayırlar. İlk dəfə 1925-ci ildə Q.A.Nadsen və Q.S.Filippov rentgen şüalarının təsiri ilə maya göbələklərinin dəyişilmiş formalarını almışdır. Beləliklə, onlar bu şüaların mutagen təsirini kəşf etmişlər. Xarici mühitin təsiri altında mikroorqanizmlərdə baş verən dəyişiklik sayəsində koloniyanın rəngi, forması, ölçüsü və s. xüsusiyyətləri dəyişilir. Burada təkcə morfoloji əlamətlər deyil, fizioloji, biokimyəvi xüsusiyyətlər də dəyişir. Hazırda dəyişkənlik və irsiyyət hadisələri digər orqanizmlərə nisbətən mikroorqanizmlərdə daha tam öyrənilmişdir. Bu da bakteriyalardan çox asanlıqla, qısa müddət ərzində onlarla və hətta yüzlərlə nəsil alınması ilə əlaqədardır. Digər orqanizmlərdə olduğu kimi, bakteriyalarda, viruslarda irsiyyət və dəyişkənlik hadisələri DNT ilə əlaqədardır. İrsiyyətin mexanizmi bütün canlılar üçün ümumidir, lakin hər bir canlı orqanizm özünə xas olan xüsusiyyətlə digərindən fərqlənir. İrsiyyətdə əsas rolu nuklein turşuları, xüsusilə hüceyrənin nüvəsində yerləşən DNT oynayır. Hər hansı orqanizmin spesifik xüsusiyyətini əmələ gətirən zülal sintezini DNT kodlaşdırır. Xromosomu əmələ gətirən DNT zəncirinin ayrı-ayrı hissələrində olan irsi informasiya daşıyan genlər orqanizmin irsi xüsusiyyətini müəyyənləşdirən amildir. Hər bir irsi əlamət uyğun genlə müəyyənləşir. DNT molekulunda və bakteriyanın vahid xromosomunda irsi informasiyaların kodu xətt üzrə yerləşir, bu da biokimyəvi növbəliyə səbəb olur. Mikroorqanizmlərin irsiyyətində ən vacib xüsusiyyətlərdən biri onların biokimyəvi prosesləridir. Burada əsas fermentlər bir maddənin digərinə çevrilməsini həyata keçirirlər. Fermentlər fəal qrupa malik olan zülallardan ibarətdirlər. Ona görə də biokimyəvi xüsusiyyətlər zülalın sintezi ilə sıx əlaqədardır. Zülalların nuklein turşuları vasitəsilə sintez olunduğu nəzərə alınaraq, bu turşuların irsiyyət və dəyişkənlikdə mühüm rolu meydana çıxmışdır. Mikroorqanizmlərdə əsasən iki formada dəyişkənlik nəzərə çarpır: 1) irsiyyətlə əlaqədar olan dəyişkənlik bu nəslə keçir və mutasiya1 adlanır; 2) geri qayıda bilən və genetik aparatla əlaqədar olmayan dəyişkənlikdir ki, bu da modifikasiya adlanır.



Yüklə 19,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin