8. Mikroorqanizmlərin həyatında mühitin pH - in əhəmiyyəti. Bunlara mühitin tarkibi və reaksiyası , oksidləşmə - reduksiya reaksiyası aiddir . 1 ) Mühit reaksiyası mikroorqanizmlərin həyat fəaliyyətinə təsir edən mühüm kimyəvi amil hesab olunur . Mühitin turşuluğu pH işarəsi ilə ifadə edilir.pH kəmiyyəti neytral mühüt üçün 7,0 ; turş mühit üçün 0-6,0 və qələvi mühit üçün 8,0-14,0 bərabərdir . Mikroorqanizmlərin mühit reaksiyasına münasibəti çox müxtəlifdir.Əgər bəziləri pH kəmiyyətinin geniş həddində inkişaf edirsə , digər mikroorqanizmlərin inkişafıüçün isə pH dəyişməsi az həddə olur . Bir çox kif vəmaya göbələkləri üçün pH 3,0-6,0 , əksər bakteriyalar üçün isə pH7,0-7,5 əlverişlidir . Özləri turşu yaradan bakteriyalar ( sirkə turşusu , süd turşusu , limon turşusu və yağ turşusu ) istisna təşkil edir . Kəskin turş mühit bakteriyalara məhvedici təsir göstərir . Su hövzələrində və torpaqda yaşayan mikroorqanizmlər pH - in təsiri ilə əhəmiyyətli dərəcədə dəyişilməyə məruzqalmır . Ona görə də onlar pH qiymətinin geniş dairəsinə uyğunlaşmışlar.Əksinə , insan və heyvan bədənində yaşayan patogen mikroorqanizmlər pH - ın nisbətən dar diapazonunda inkişaf edirlər .