Elmi əsərlər -Ученые записки - Scientific works, №1, 2014 İSSN 1815-1779
Ekologiya-Экология-Ecology
N.Z. Abdullayeva
157
UOT 616.89
FÖVQƏLADƏ HALLAR NƏTİCƏSİNDƏ YARANAN PSİXOLOJİ ZƏDƏLƏNMƏLƏR VƏ
ONLARIN ANALİZİ
N.Z. ABDULLAYEVA
(Azərbaycan Texniki Universiteti)
E-mail: ird@aztu.edu.az
Xülasə: Məqalədə fövqəladə hallar nəticəsində yaranan psixoloji zədələnmələr analiz edilmişdir.
Açar sözlər: fövqəladə hallar, psixoloji zədələnmələr, emosional gərginlik.
İnsan psixologiyasının analizi, onun qarşısında duran problemlər, bu problemlərin fəsadları,
daim cəmiyyət qarşısında vacib problem olaraq qalır. İnsanın psixoloji sağlamlığı çox faktorlarla
bağlıdır. İnsanın psixoloji zəifliyi, ümumi həyat fəaliyyətində ona ciddi problemlər yaratması ilə
bərabər fövqəladə hallar zamanı bu daha böyük əhəmiyyət kəsb edir və ciddi problemlərin
yaranmasına gətirib çıxarır. Ona görə də fövqəladə hallarda əhalinin mənəvi psixoloji sağlamlığı ən
vacib məsələlərdən biridir. Fövqəladə hallar zamanı əhalidə çox böyük emosional gərginlik yaranır.
Dağıntıların ağır mənzərəsi, doğmaların itirilməsi, təhlükə qorxusu emosional gərginliyə səbəb olur.
Fövqəladə hallar zamanı yaranan psixostres müxtəlif insanlarda müxtəlif şəkildə özünü biruzə
verir. Bu orqanizmin fərdi xüsusiyyətindən, ətrafdan, psixoloji kompleksdən və s. amillərdən
asılıdır.
Fövqəladə hallar zamanı insanlar emosional gərginlik zamanı bir neçə mərhələni yaşayırlar.
İlkin mərhələdə güclü emosional şok yaranır, bunun nəticəsində güclü gərginlik sonralar insanlarda
ən azı fobyalar kimi ortaya çıxaraq böyük psixi problemlər yaradır.
Əhalidə yaranan bu və ya başqa problemlərin qarşısını almaq üçün əhalinin fövqəladə hallara
mənəvi psixoloji hazırlığı yollarının təkmilləşdirilməsidir [1-3].
Fövqəladə hallar zamanı əhalinin psixikasına zədələyici təsir edən iki əsas faktor vardır.
Birincisi sağlamlığın itirilməsi qorxusudur. Bu əsasən partlayış, yanğın, binaların dağılması,
radioaktiv zəhərləmə və s. zamanı insanda yaranan fizioloji tibbi pozuntulardır. İkinci əsas faktor
səhv məlumatların yayılmasıdır. Hər iki səbəb nəticəsində yaranan psixi zədələnmələrin aradan
qaldırılması fövqəladə hallar zamanı mümkün deyil. Lakin tibb işçilərinin və xilasedicilərin planlı
şəkildə psixoloji və sosial işi məsələni müəyyən qədər həll edə bilər.
Fövqəladə hallar nəticəsində yaranan psixi pozulmalar adətən 3 intervalda baş verir. Birinci
interval əhali üşün təhlükə yaranan andan xilasetmə işlərinin aparılmasına qədər dövrü əhatə edir.
Bu interval adətən 5 saat müddət çəkir. Bu zaman adətən stresin təsiri nəticəsində insanda həyəcan,
qorxu, özünü itirmə, baş verən hadisələri anlamamaq kimi hisslər yaranır, sonra aktivləşmə və
əzələlərin güclənməsi ilə əlaqədar insanlar təhlükəsiz yerlər axtarmağa başlayır. Bu halda aktiv və
passiv hərəkət yaranır. Birinci halda insan düşünülməmiş hərəkət edir. Bu da ona düzgün qərar
verməyə, təhlükəsiz yerə gizlənməyə imkan verir. Passiv halda isə insan donmuş halda qalır, kömək
göstərilən halda iradəsiz olaraq qəbul edir, ya da ki, müqavimət göstərir. Daha ağır psixi
zədələnmələr ən çox daxili zədələnmələr zamanı baş verir.
Fövqəladə hadisələr baş verdikdə bir sıra mənfi təsirlər yaradır. Fövqəladə vəziyyətlər zamanı
ekstremal şəraitdə qalan insanlar eyni zamanda psixoloji gərginlik keçirərək, psixi travmalar da
alırlar. Psixoloji təsirə hətta fövqəladə hadisənin baş verdiyi ərazidə yaşamayan insanlar da məruz
qalır.
Maraqlıdır ki, fövqəladə halın yaratdığı təhlükəli və zərərli faktorların təsir radiusuna nəzər
saldıqda görərik ki, psixoloji travmanın təsir radiusu daha genişdir. Fövqəladə vəziyyətin zərərli və
təhlükəli faktorlarının konkret əraziyə, orada yaşayan əhaliyə, tikililərə, flora və faunaya təsiri ilə
zədələnmə ocağı yaranır. Zədələnmə ocağının iki növü bəllidir:
- Sadə zədələnmə ocağı - bir zədələyici faktorun təsiri nəticəsində yaranan zədələnmə ocağı
(məsələn, partlayış və ya yanğın nəticəsində dağılma hadisəsi).
Elmi əsərlər -Ученые записки - Scientific works, №1, 2014 İSSN 1815-1779
Ekologiya-Экология-Ecology
N.Z. Abdullayeva
158
- Mürəkkəb zədələnmə ocağı - bir neçə zədələyici faktorun təsiri nəticəsində yaranan zədələnmə
ocağı (məsələn, partlayış nəticəsində yanğın törədən və kimyəvi təhlükəli maddələrlə dolu
həcmlərin hermetikliyinin pozulması ilə nəticələnən dağıntıların əmələ gəlməsi).
Zədələnmə ocağı bir çox hallarda mürəkkəb olur. Məsələn, zəlzələ nəticəsində nəinki dağılma,
eyni zamanda yanğınlar, yoluxucu xəstəliklər və sağ qalan sakinlərdə psixoloji pozuntular
(sarsıntılar) yarana bilər.
Zədələnmə ocağının forması isə mənbənin təbiətindən asılıdır. Belə ki, zəlzələ nəticəsində
dairəvi forma, qasırğa nəticəsində zolaq şəkilli, yanğın və çökmə zamanı isə qeyri-düzgün formalı
zədələnmə ocaqları yaranır.
Artıq bu halda psixi zədələnmələrin dərəcəsi tək zərərçəkənin şəxsi keyfiyyətləri ilə deyil eyni
zamanda aldığı zədələrin dətəcəsi ilə bağlıdır. Müharibələr adi silahların (odlu silah, yandırıcı
vasitələr, həcmli partlayış döyüş sursatları, kasetli döyüş sursatları) tətbiqi ilə başlanır. Adi silahlar
da getdikcə təkmilləşir və onların zədələyici amillərinin təsir qüvvəsi artər və fəsadlarının miqyası
genişlənir. Müasir müharibələrdə adi silahlarla yanaşi kütləvi qırğın silahları da tətbiq oluna
bilərlər. Əgər müharibə başlansa səhiyyə sisteminin fəaliyyəti çox mürəkkəb və spesifik bir şəraitdə
keçəcəkdir. Buna görə əhalinin tibbi təminatını səmərəli təşkil etmək üçün tibbi heyətin kütləvi
qırğın silahlarının zədələyici amilləri, onların təsiri nəticəsində meydana gələn zədələnmələr və
yaranan kütləvi zədələnmələr ocaqlarının tibbi-taktiki xarakteristikası haqqında kifayət qədər
məlumatları olmalıdır. Səhiyyə obyektlərinin Mülki Müdafiə (MM) rəisləri, MMTX rəisləri və tibb
qurumlarının komandirləri kütləvi zədələnmələr ocaqlarında əhalinin tibbi təminatının təşkili üzrə
qərar qəbul etməlidirlər. Qərarı düzgün qəbul etmək üçün onlar həmin ocaqlarda yaranmış şəraiti
qiymətləndirməyi bacarmalıdırlar. Şərait MMTX-nin fəaliyyətinə təsir göstərən fövqəladə hadisə
amillərinin məcmusu kimi başa düşülür. Şəraitin qiymətləndirilməsi yaranmış konkret vəziyyətdə
tibb ximətinin fəaliyyətinə müsbət və mənfi təsir göstərən amillərini təhlil edərək ümumi nəticə əldə
etməkdən ibarətdir.
Tibbi xidmətin yaranan şəraitin qiymətləndirilməsi. 1. Zədələnmiş əxslərin sayını
dəqiqləşdirməyə. 2. Tibb xidmətinin vəzifələrini, tibbi yardımın növünü və həcmini dəqiq müəyyən
etməyə. 3. Tibb xidməti qüvvə və vasitələrinə oan tələbatı hesablamağa. 4. FH-ın yaranmış
ocaqlarını ləğv edilməsində müalicə-təxliyə tədbirlərinin daha səmərəli formasını seçməyə imkan
verir. Kütləvi qırğın silahlarına (KQS) nüvə, kimyəvi və bakterioloji (bioloji) silahlar aiddir. Tətbiq
olunmuş KQS-ın növündən asılı olaraq kütləvi zədələnmələr ocaqları 4 qrupa bölünürlər:1) nüvə; 2)
kimyəvi; 3) bakterioloji; 4) kombinə olunmuş zədələnmə ocaqları.
Nüvə zədələnmələri ocağinda yaranmiş şəraitin qiymətləndirilməsi. Nüvə partlayışı reaksiyası
zamanı ayrılan nüvədaxili enerjinin zədələyici təsirinə malik olan döyüş sursatlarına nüvə silahı
deyilir. Nüvə partlayışı reaksiyaları ya bölünmə, ya sintez, yaxud da bu proseslərin hər ikisinin eyni
zamanda getməsi ilə baş verə bilər. Nüvə silahına bomba, mərmi, raket döyüş başlıqlarını
göstərmək olar. Onları tətbiq obyektlərinə aviasiya, raketlər və.s. vasitəsi ilə çatdırılır. Nüvə
sursatının enerjisinə bərabər partlayış enerjisini özündə daşıyan adi partlayıcı maddə (trotil)
kütləsinə trotil ekvivalenti deyilir. Trotil ekvivalenti ton (T), kiloton (KT) və meqatonlarla (MT)
ölçülür. Nüvə silahı yerin (suyun) səthində, havada yaxud yerin (suyun) altında tətbiq oluna bilər.
Nüvə partlayışın zədələyici amillərinə aşağıdakilar aiddir:1) zərbə dalğasi; 2) işıq şüalanması; 3)
ionlaşdırıcı şüalar (nüfuzedici radiasiya); 4) ərazinin radioaktiv madələrlə çirklənməsi; 5)
elektromaqnit impulsu.
Kimyəvi silahın tətbiqi nəticəsində yaranmış şəraitin tibbi qiymətləndirilməsi. Müasir dövrdə
insanların həyatına və fəaliyyətinə çox təhlükə yaradan nüvə silahından başqa bəzi ölkələrin
ordularının təchizatında kmyəvi silah da vardır. Zəhərli maddələrə (ZM), onların hədəfə çatdırma
(nəqletmə) və tətbiqi vasitələrinə kimyəvi silah deyilir. ZM-lər yüksək toksiki təsirə malik
birləşmələrdir. Onları insanları, heyvanları və bitkiləri zəhərləmək, həmçinin ərazini və obyektləri
kmyəvi cəhətdən çirkləndirmək məqsədi ilə tətbiq edirlər. Onlar raketlər, aerozol generatorları,
aviasiya kimyəvi bombalar, mərmilər, minalar, qranatlar və s.vasitəsi ilə hədəfə çatdırılırlar. ZM-in
çox xarakterik xüsusiyyətləri vardır: xarici mühitdə asan yolla yayılması; davamlı zədələyici təsirə
malik olması; zəhərlənmələrin klinikasının və inkişaf dinamikasının müxtəlifliyi; ZM-in bir
Elmi əsərlər -Ученые записки - Scientific works, №1, 2014 İSSN 1815-1779
Ekologiya-Экология-Ecology
N.Z. Abdullayeva
159
qisminin orqanizmə həm tənəffüs,həzm yolu və dəri vasitəsi ilə daxil olması; zəhərlənmələrin
inkişafı ZM orqanizmə daxilolma yollarından asılı olması; psixoemosional təsirə malik olması;
mühafizə vasitələrindən istifadə etmək zəruriyyətinin yaratması.
ZM-in müxtəlif əlamətlərinə əsaslanaraq tərtib edilmiş bir neçə təsnifatı mövcuddur. Aparıcı
kiliniki simptomlarına görə ZM-nı təsnifatı: 1. Sinir iflicedici (fosfor üzvi maddələr-FÜM)-zarin,
zoman,Vx-qazlar. 2. Ümumi zəhərləyici-sianid turşusu, xlorsian və s. 3. Boğucu-fosgen, difosgen
və s. 4. Dəri-rezobtiv təsirli-iprit,lüizit və s. 5. Psixokimyəvi (psixomimetiklər)-“BZ”,LSD və s. 6.
Qıcıqlandırıcılar-adamsit, xlorasetofenon, xlorpikrin və s.
Bakterioloji zədələnmələr ocağında yaranmış şəraitin qiymətləndirilməsi. İnsanları, heyvanları
və bitkiləri yoluxdurmaq üçün istifadə olunan patogen mikrorqanizmlərə, onların toksinləri,
viruslar, rikketsiyalar, göbələklər və s. təşkil edir. Bu silah növünə taun, vəba, tulyaremiya, təbii
çiçək, qara yara, tetanus və s. xəstəliklərin törədiciləri aiddir. Bakterioloji silahı bir neçə üsulla
tədbiq edirlər: aerozol, yoluxdurulmuş həşarat və gəmiricilər vasitəsi ilə; diversiya yolu ilə (su və
ərzaq); zəhərli maddələri bakterial toksinlərlə birlikdə. Bakteriolji silahın özünəməxsus
xüsusiyyətləri vardır: 1.Yüksək səmərəlilik potensialı (insanları və heyvanları cüzi doza ilə
yoluxdurmaq qabiliyyəti). 2. İnkubasiya dövrünün olması. 3. Kontagiozluq (xəstədən sağlam
insana keçmə qabiliyyəti). 4. Uzunmüddətli təsirə malik olması və xarici mühitdə davamlılığı. 5.
Aşkaredilmənin çətinliyi, qidalı mühitlərə münasibət və antibiotiklərə qarşı həsaslığının təyini. 6.
Törədicilərin xeyli çox olması. 7. Güclü psixoloji təsiri. 8. Hazırlanmasının (nüvə və kimyəvi
silahlara nisbətən) ucuz başa gəlməsi.
Kombinəolunmuş zədələnmələr ocağında yaranmış şəraitin qiymətləndirilməsi. Müasir dövrdə
nüvə, kimyəvi və bakterioloji silahların eyni zamanda, ya da onların ardıcıl tətbiqi təhlükəsi
mövcuddur. Onlar aşağıda göstərilən variantlarda: nüvə və kimyəvi; nüvə və bakterioloji; kimyəvi
və bakterioloji; nüvə və bakterioloji; KQS-ı adi silahlarla yanaşı tətbiq oluna bilərlər.
İki və ya daha artıq kütləvi qırğın silahlarının yaxud digər hücüm vasitələrinin təsiri
nəticəsində yerin və obyektlərin zərərləşdirilməsi və xilasedici işlərinin aparılmasını tələb edən
vəziyyət yaranmış əraziyə kombinəolunmuş zədələnmələr ocaği deyilir. Bir neçə silahın insan
orqanizminə təsiri nəticəsində kombinəolunmuş zədələnmələr: 1. Müxaniki tavmalar, yanıqlar,
radiasiya zədələnmələri. 2. Müxaniki ravmalar, zəhərlənmələr, yoluxucu xəstəliklər. 3. Şüa
zəhərlənmələri, mexaniki tavmalar, yanıqlar və s. kütləvi halda baş verməsi.
Zərərçəkənin psixi pozulması müxtəlif psixi xəstəliklərə psixoz, nevroz və kəskin psixi
pozulmalara gətirib çıxara bilər. Psixoz xəstəliyi daha təhlükəlidir. Çünki bu halda insan artıq
məqsədyönlü hərəhət edə bilmir. Əsasən fövqəladə hallar nəticəsində zərərçəkənlərdə psixozun 2
növü yarana bilər: şok və reaktiv psixozlar. Şok psixoz xəstəliyi əsasən insanın həyatı üçün təhlükə
yaranma anında baş verir (yanğın, zəlzələ, radioaktiv zəhərlənmə və s.). Reaktiv psixozlar isə
psixoloji depresiyadır. Bu xəstəlik depresiya nəticəsində yavaş-yavaş inkişaf edən bir pozuntudur.
Lakin bu halda psixi pozuntular o qədər də güclü olmur. Belə hallarda insanda müxtəlif səslər, uşaq
ağlamağı, qışqırıqlar kimi qulliçinaçiyalar yaranır, düşünmə qabiliyyəti itir. Bu halda insan suallara
düzgün cavab vermir, elementar hərəkətləri təkrar edə bilmir, hərəkətləri uşaq xarakterli olur, uşaq
kimi danışır, ağlayır və s. hallar baş verir.
Fövqəladə hallarda psixi zədələnmələrin kəskin yayılmış növlərindən biri də isterik
nevrozlardır. Bu halda insanda dilin tutulması, əzələnin zəifləməsi, bir yerdə dayanmaq
qabiliyyətinin itməsi, hissiyyat orqanlarının itməsi, korluq, karlıq, qusma hallatının artması, ürək
ağrsının yaranması və s. kimi hallar baş verir.
Qeyd etmək lazımdır ki, nevrozun yüngül və orta ağırlıq dərəcəsini keçirmiş insanlar bir
müddət əmək qabiliyyətini itirir, qərar vermək qabiliyyəti zəifləyir.
Fövqəladə hallar zamanı xəsarət alanların təhlükəsiz yerə daşındığı yer psixi pozulmalar
nöqteyi nəzərindən psixi zədələnmələr postu adlanır, yəni artıq stres keçirmiş zərərçəkən güclü
gərginlikdə olur.
Bu dövrdə əsasən özünü və ətrafı dərk etmə, yaxınları tanıması kimi hallar baş verir, psixoloji
diskomfort yaranır, beyini pozulması, qıcıqlanma, qəfləti qızışma kimi hallar yaranır.
Elmi əsərlər -Ученые записки - Scientific works, №1, 2014 İSSN 1815-1779
Ekologiya-Экология-Ecology
N.Z. Abdullayeva
160
Psixi zədə almış insanlara kömək göstərilmə qabiliyyəti xilaserdicilərdə ən vacib
keyfiyyətlərdən biridir, yəni onlar psixoloji hazır olmalı və psixoemosional tarazılığını saxlamaq
qabiliyyətinə malik olmalıdır. Psixi zədələnmə almış zərərçəkənlərə xüsusi yanaşma olmalıdır. Bu
halda göstərilən yardım nə qədər tez həyata keçirilsə, xroniki halların qarşısı da o qədər tez alınar.
İlk növbədə psixi zədələnmə almış zərərçəkənlər mümkün qədər evakuasiya edilməməlidir,
yerləşdiyi şəraiti dəyişmədən yardım göstərilməlidir. Onlara xəstə kimi yox, adi insan kimi
davranmaq lazımdır, onun əvvəlki halına qayıdacağına ümid yaratmaq, həyacan və stresi onunla
söhbət aparmaqla aradan götürmək lazımdır. Ona isti yemək və sakitlik verməklə, fikirlərini
söyləməyə imkan yaratmaq, yavaş-yavaş özünə və həyata inamı qaytarmağa çalışmaq lazımdır.
Ədəbiyyat
[1].Carroll R.J., Ruppert D., Stefanski L.A. Measurement Error in Nonlinear Models. – London:
Chapman & Hall, 1995. – 305 p.
[2].Ицков В.Я. Электромагнитные поля в окрестности радиотехнических станций. Т.1.
Электромагнитные поля в атмосфере Земли и их биологическое значение. с. 101-108, М.
Наука, 1994.
[3].Сподабаев Ю.М., Кубанов В.П.. Основы электромагнитной экологии. М, Наука, 2000. 341
стр.
АНАЛИЗ ПСИХОЛОГИЧЕСКИХ ТРАВМ ВО ВРЕМЯ ЧРЕЗВЫЧАЙНЫХ
СИТУАЦИЙ
Н.З. АБДУЛЛАЕВА
(Азербайджанский Технический Университет)
E-mail: ird@aztu.edu.az
Аннотация: На статье анализировано психологические процессы во время чрезвычайных
ситуациях.
Ключевые слова: чрезвычайная ситуация, психологическая травма, эмоциональная
состояния.
.
THE ANALYSIS OF PSYCHOLOGICAL INJURIES DURING EMERGENCY
SITUATIONS
N.Z. ABDULLAEVA
(Azerbaijan Technical University)
E-mail: ird@aztu.edu.az
Summary: On article analyzed psychological processes in time emergency situations.
Keywords: emergency situation, psychological trauma, emotional states.
Daxil olub:25.02.2014
Rəyçi: t.e.n., dosent A.A. Xəlilova
Dostları ilə paylaş: |