Sovetlər dövrü



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
tarix12.12.2022
ölçüsü0,68 Mb.
#74003
a2 2



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I
Azərbaycan 
diplomatiyası 
1
 
Sovetlər dövrü 
1920-ci ilin aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti süqut etdirildikdən və ölkədə sovet 
hakimiyyəti qurulduqdan sonra köklü dəyişikliklər baş verdi. 1920-ci ilin yanvar ayında Versal Ali Şurası 
tərəfindən de-fakto olaraq tanınmış bir Azərbaycan dövləti tədricən beynəlxalq aləmdən təcrid olunmağa başladı. 
Bu dəyişikliklər az sonra respublikanın müstəqilliyinin mühüm atributu olan xarici siyasət funksiyasının itirilməsi 
ilə nəticələndi. 
Sovet hakimiyyəti Cümhuriyyət hökumətinin gərgin mübarizəsi nəticəsində müstəqil dövlətin ictimai-
siyasi həyatının bütün sahələrində əldə edilmiş uğurlardan, milli dövlətçilik ənənələrinin dirçəldilməsi 
istiqamətində atılmış addımlardan imtina etdi. 
Cənubi Qafqazda bolşevik işğalının ilk hədəfinə çevrilən Azərbaycan siyasi, iqtisadi, mədəni, mənəvi və 
milli asılılığın bütün ağırlığını öz həyatında yaşamalı oldu. 
Azərbaycanın işğalında və ölkənin silah gücünə sovetləşdirilməsində fəal rol oynayan kommunist 
düşərgəsinin sosialist ideyaları zəminində müstəqillik arzuları özünü doğrultmadı. Az sonra onlar dövlət 
idarəçiliyinin mühüm sahələrindən sıxışdırılıb çıxarıldılar. 
Ölkənin siyasi, milli-mənəvi həyatına nəzarət etmək, hüququ, iqtisadi zənginliklərini idarə etmək ixtiyarı 
tezliklə Moskvadan göndərilən emissarların sərəncamına verildi. Onlar hər şeyi, hətta Azərbaycanı idarə etmək 
iddiasında olan yerli bolşevikləri də idarə edirdilər. 
Xalq Cümhuriyyəti illərində Azərbaycanın idarəçiliyində mühüm rol oynamış siyasi partiyalar, onların 
rəhbər kadrları, geniş sosial bazası bolşevik terrorunun ilk hədəfinə çevrildi. Bu terror və cəza siyasətindən ən 
böyük ziyan çəkən sahələrdən biri respublikanın xarici siyasət institutu, diplomatik korpusu oldu. Azərbaycan 
Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin buraxılması, milli hökumətin xaricdəki nümayəndələrinin 
qanundankənar elan edilməsi, gənc Azərbaycan diplomatiyasına ağır zərbə vurdu. 
Xalq Cümhuriyyətinin devrilməsindən sonra onun xaricdəki diplomatları Azərbaycan siyasi mühacirətinin 
birinci nəslini təşkil etməyə başladı. Azərbaycan Respublikasının yeni formalaşdırılan diplomatik korpusunun 
birinci nəsli sözün tam mənasında məhv edildi. 
Sovet Rusiyasının əvvəlcə Millətlər Komissarlığı, sonra isə Xarici İşlər Komissarlığında Şərq siyasətinə 
məsul olan Nəriman Nərimanov Moskvada topladığı siyasi və diplomatik təcrübəni Azərbaycanda tətbiq edə 
bilmədi. 
Sovet Rusiyasının Cənubi Qafqazda menşevik Gürcüstanı və daşnak Ermənistanı ilə “dostluq” siyasəti 
bütövlükdə Sovet Azərbaycanın torpaqlarının peşkəş edilməsi üzərində qurulmuşdu. 1920-ci ilin may ayının 7-də 
Moskvada imzalanmış Rusiya-Gürcüstan, avqust ayının 10-da İrəvanda imzalanmış Rusiya-Ermənistan 
müqavilələri bunun aydın diplomatik təzahürü idi. Sovet Azərbaycanının iştirakı olmadan qonşu dövlətlərlə 
aparılan diplomatik danışıqlarda respublika torpaqlarının taleyi həll edilirdi. Aprel işğalından sonra formalaşan 
bolşevik hakimiyyətində Azərbaycan sovet diplomatiyası elə etimadsız bir vəziyyətə salınmışdı ki, Ermənistanla 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I
Azərbaycan 
diplomatiyası 
2
aparılan danışıqlarda respublikanı erməni, Gürcüstanla aparılan danışıqlarda isə gürcü kommunistləri təmsil 
edirdilər. Sovet hakimiyyətinin ilk illərində Azərbaycan bu etimadsız diplomatiyanın ağrı-acısını yaşamalı oldu. 
Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın ciddi torpaq itkilərinə məruz qalması ilk növbədə, 
Moskvada yeridilən siyasətin, Cənubi Qafqaza münasibətdə Azərbaycanın gözdən salınması siyasətinin məntiqi 
yekunu idi. 
Tarixin bütün zamanlarında vahid coğrafi məkan kimi tanınan Qarabağın dağlıq hissəsinin aranından 
ayrılması, onun Ermənistana birləşdirilməsi istiqamətində göstərilən cəhdlər, bu mümkün olmadıqda, 
Azərbaycanın mərkəzində daimi münaqişə ocağı kimi, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması 
Moskvanın Qafqaz Bürosu vasitəsi ilə Azərbaycana münasibətdə yeritdiyi siyasətin ən ağrılı yekunu idi. 
Sovet hakimiyyətinin birinci iki ilində respublika hökumətinin tərkibində Xarici İşlər Komissarlığı 
fəaliyyət göstərmiş, lakin bu fəaliyyət bir sıra məqamlarda formal xarakter daşımış, onun fəaliyyəti bir qayda 
olaraq, Moskvanın nəzarətinə keçmiş, ölkənin xarici əlaqələri Sovet Rusiyasının xarici işlər komissarı 
G. Çiçerinin təlimat və göstərişləri ilə idarə olunmuşdur.
Sovet hakimiyyətinin birinci iki ilində respublika hökumətinin tərkibində Xarici İşlər Komissarlığı 
fəaliyyət göstərmişdir. Sovetləşdirildikdən sonra Azərbaycanın Təbriz, Ənzəli, Qars, Trabzon və Batumda 
konsulluqları, Ankara, Tiflis və Moskvada səlahiyyətli nümayəndəlikləri və b. fəaliyyət göstərirdi. 
1921-ci ilin oktyabrında Azərbaycan SSR-in Türkiyədə səfiri təyin edilən İbrahim Əbilov Azərbaycanla 
Türkiyə arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsində mühüm xidmətlər göstərmişdir. 
Tədricən və xarici əlaqələrin məhdudlaşdırılmasına yönəldilmiş asılı idarəçilik forması, 1922-ci ildə 
Azərbaycanda və digər sovet respublikalarında beynəlxalq münasibətlərin subyekti olmaq hüququnu itirməsi 
onların Xarici İşlər Komissarlıqlarının ləğvi ilə nəticələndi. Ötən əsrin 20-ci illərində Sovet Rusiyası tərəfindən 
həyata keçirilən “direktiv diplomatiyası”, 1922-ci ildə SSRİ-nin yaradılması gedişində Azərbaycan və digər sovet 
respublikalarının xarici siyasət hüququnun Moskva tərəfindən mənimsənilməsi ilə başa çatmışdı. 
Sovet İttifaqının tərkibində Azərbaycanın və digər sovet respublikalarının müstəqilliyi formal, onların 
İttifaqın tərkibindən azad şəkildə çıxmaq hüquqları deklarativ xarakter daşıyırdı. 
1922-ci ilin aprel ayının 18-də AK(b) P MK Rəyasət Heyəti Azərbaycanla müvafiq müqaviləsi olmayan 
ölkələrin nümayəndəliklərinin təcili olaraq, Azərbaycanı tərk etməsi barədə qərar qəbul etdi. Qərarın icrası 
Azərbaycan XKS-yə tapşırılırdı. 1922-ci ilin iyun ayının 13-də Cənubi Qafqaz respublikalarının xarici 
siyasətlərini birləşdirmək haqqında Zaqafqaziya İttifaq Sovetinin dekreti verildi. Orada göstərilirdi ki, Cənubi 
Qafqaz respublikalarının xarici siyasətinə ümumi rəhbərlik İttifaq Şurası tərəfindən həyata keçirilir. Sənədin ikinci 
maddəsinə görə, Cənubi Qafqaz sovet respublikalarının xarici işlər komissarlıqları ləğv edilir, onların funksiyası 
İttifaq Soveti yanında təşkil edilən xarici əlaqələr şöbəsinə verilirdi. Bu şöbəyə ümumi rəhbərlik İttifaq Şurasının 
Rəyasət Heyətinə tapşırılır, yerlərdə onun işi Xalq Komissarları sovetləri tərəfindən tənzim edilirdi. 1922-ci ilin 
yayında aparılan müzakirələrdən sonra avqust ayının 1-də Cənubi Qafqaz respublikalarında xarici siyasət 
məsələləri üzrə katibliyin yaradılması haqqında qərar verildi. Avqust ayının 21-də Cənubi Qafqaz İttifaq Soveti 
“Xarici siyasətin birləşdirilməsi haqqında” dekret verdi. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I
Azərbaycan 
diplomatiyası 
3
1922-ci ilin avqust ayında Azərbaycanda Xarici İşlər üzrə Katiblik təsis edildi və az əvvəl Moskvada 
Azərbaycanın səlahiyyətli nümayəndəsi işləmiş Əliheydər Şirvani (Mustafabəyov) katibliyin rəhbəri təyin edildi. 
Yeni yaradılmış Katibliyin ilk işi xarici ölkələrin Azərbaycandakı nümayəndəlikləri və Azərbaycanın xaricdəki 
nümayəndələri haqqında məlumatları hazırlayıb, Tiflisə göndərmək oldu. 1922-ci ilin payızında Azərbaycanın bir 
neçə qonşu ölkədə diplomatik nümayəndəliyi fəaliyyət göstərməkdə idi. Ankarada səfirlik, Qarsda konsulluq öz 
işini davam etdirirdi. 1922-ci ilin payızında Bakıda Türkiyə Böyük Millət Məclisi hökumətinin diplomatik 
nümayəndəliyi, İran, Buxara Xalq Sovet Respublikasının səlahiyyətli nümayəndəliyi və Almaniya nümayəndəliyi 
fəaliyyət göstərirdi. Əvvəllər Bakıda fəaliyyət göstərən Belçika, Yunanıstan, Danimarka, Polşa, Finlandiya, 
İsveç, İtaliya, Estoniya, Litva, Hollandiya və digər ölkələrin diplomatik nümayəndəlikləri Azərbaycan sovet 
hökumətinin qərarı ilə artıq öz fəaliyyətlərini 
dayandırmışdı.
Sovet Azərbaycanının xarici siyasətinin 
mühüm istiqamətlərindən biri İranla bağlı idi. 
Bolşeviklər üçün Azərbaycan İrana, xüsusilə, 
onun Xəzər dənizi sahillərində yerləşən Gilan 
əyalətinə genişlənmək, kommunist ideyalarını 
Şərqə yaymaq üçün bir əməliyyat meydanı idi. 
Birinci Dünya müharibəsindən sonra Qərbdə 
inqilabların məğlubiyyəti bolşevikləri Şərqə 
yönəltmişdi. Bolşevik hakimiyyətinin ilk 
illərində Sovet Rusiyası və onun təsirində olan 
kommunist düşərgəsi üçün Şərq siyasəti Türkiyə, 
İran və Əfqanıstanı əhatə edirdi. Azərbaycan bu siyasətin mərkəzində dayanırdı. 1920-ci ilin sentyabrında Bakıda 
keçirilmiş Şərq Xalqlarının birinci qurultayı bunun aydın təzahürü idi. Lakin qurultay daha çox təbliğatı 
mülahizələr üzərində qurulduğundan, onun nəticələri praktiki əhəmiyyətə malik deyildi. Bakı qurultayının əsas 
hədəfi Şərq ölkələrində ictimai fikri İngiltərə əleyhinə səfərbər etməkdən ibarət idi. Həmin günlərdə Şərqdə 
Britaniya imperiyasına qarşı mübarizənin əsas cəbhəsi İrandan keçir, bu mübarizədə cəbhəyanı bir ölkə olan 
Azərbaycan SSR-in adından və imkanlarından geniş istifadə edilirdi. 
Sovet Azərbaycanının, bütövlükdə bolşeviklərin xarici siyasətində Türkiyə mühüm yer tuturdu. Birinci 
Dünya müharibəsində məğlub olmuş Osmanlı imperatorluğu və milli iradənin təmsilçisi olan kamalçı Türkiyəyə 
münasibətdə Azərbaycan diplomatiyası ötən əsrin 20-ci illərində maraqlı bir yol keçmişdir. 
Sovet Azərbaycanının xarici siyasətində Naxçıvan məsələsi mühüm yer tuturdu. Məhz Türkiyənin yardımı 
ilə Moskva və Qars danışıqlarında, həmin danışıqların nəticəsi kimi, imzalanmış müvafiq müqavilələrdə 
Naxçıvanın Azərbaycanın himayəsinə verildiyi təsdiq edildi. Eyni zamanda, bu himayədarlığa daimi xarakter 
vermək üçün Türkiyənin təkidi ilə Moskva müqaviləsində qeyd edildi ki, Azərbaycan Naxçıvan üzərində 
himayədarlıq hüququnu üçüncü bir dövlətə güzəştə gedə bilməz. Qars konfransında isə, Türkiyə və Sovet Rusiyası 
Şərq xalqlarının 1-ci qurultayı 
1-7.09.1920 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I
Azərbaycan 
diplomatiyası 
4
ilə yanaşı, Ermənistan Sovet Respublikası da Naxçıvanın Azərbaycanın himayəsinə keçdiyini təsdiq etdi. 
Naxçıvanın əbədi olaraq, Azərbaycanın tərkibində saxlanılması və buna dövlətlərarası müqavilələrlə təminat 
verilməsi Azərbaycan xarici siyasətinin mühüm uğuru sayıla bilər. 
1922-ci ilin dekabrında SSRİ-nin yaranması ilə milli respublikalar öz xarici siyasət hüququnu Moskvaya 
verdi. Bununla da, milli respublikalar, o cümlədən, Sovet Azərbaycanı müstəqilliyin ən mühüm əlaməti kimi, 
xarici siyasət yeritmək funksiyasını itirdilər. 1922-1939-cu illər arasındakı dövrdə Azərbaycan SSR Sovet 
İttifaqının xarici iqtisadi və mədəni əlaqələrində iştirakına aid müəyyən faktlar olsa da, bu, Bakı şəhərində xarici 
ticarət sərgilərinin təşkil edilməsi, SSRİ-nin Şərq ölkələri ilə ticarət-iqtisadi münasibətləri həyata keçirən 
idarələrinin filiallarının Bakıda açılması bir sıra mədəni tədbirlərin mübadiləsindən uzağa getmədi. 
SSRİ-nin yaradılmasından sonrakı dövrdə Azərbaycanın Parisdə yerləşən mühacir hökumətinin və ötən 
əsrin 20-ci illərinin ortalarında İstanbulda yaradılan Azərbaycan Milli Mərkəzinin fəal xarici siyasət addımları 
müşahidə edilməyə başladı. Hələ, 1920-ci ilin aprel işğalının ilk günlərində Azərbaycanın Fransa paytaxtında olan 
nümayəndə heyəti, onun başçısı Əlimərdan bəy Topçubaşov Sovet Rusiyasının işğalına qarşı fəal diplomatik 
mübarizəyə başladı. Onun Fransa, İngiltərə, İtaliya, ABŞ hökumətlərinin başçılarına, Millətlər Cəmiyyətinin 
rəhbərliyinə göndərdiyi notalar, məktublar, müraciətlər Azərbaycanın istiqlaliyyətini bərpa etmək yolunda 
əhəmiyyətli diplomatik addımlar idi. Ötən əsrin 20-ci illərinin əvvəllərində elə bir beynəlxalq əhəmiyyətli tədbir 
olmadı ki, Azərbaycan mühacir hökumətinin nümayəndələri ora baş vurmasın və ölkənin bolşeviklər tərəfindən 
işğalının doğurduğu siyasi nəticələri beynəlxalq birliyin diqqətinə çatdırmasın. 1920-1923-cü illərdə keçirilmiş 
San Remo, London, Spa, Kann, Genuya, Haaqa, Lozanna konfrans və müşavirələrindən Azərbaycanın Parisdə 
yerləşən sülh heyəti bütün vasitələrlə yararlanmağa çalışmış, respublikanın istiqlalının bərpa edilməsi 
istiqamətində beynəlxalq güclərdən yardım almağa səy göstərmişdilər. 
Ötən əsrin 30-cu illərində Sovet-Türkiyə münasibətlərinin yaxınlaşması fonunda Azərbaycan mühacirət 
təşkilatları Türkiyəni tərk etmək məcburiyyətində qaldı. 1931-ci ildən Polşada yerləşən Azərbaycan Milli Mərkəzi 
Varşava və Berlində öz nəşrlərini bərpa edib, fəal antisovet mübarizəsini davam etdirə bildi. Azərbaycan 
mühacirətinin hər iki mərkəzinin səyi ilə 1934-cü ilin iyul ayında Brüsseldə Gürcüstan və Şimali Qafqaz 
Respublikası ilə birlikdə Qafqaz Konfederasiya Paktı imzalandı. Bu Paktın imzalanması Azərbaycan mühacirət 
diplomatiyasının böyük siyasi qələbəsi idi. 
İkinci Dünya müharibəsinin başlanması ilə Azərbaycan məsələsi yenidən beynəlxalq müzakirələrin 
subyektinə çevrilmişdi. Dünya siyasətində neftin əhəmiyyətinin artması 1939-1940-cı illərdə Bakını müttəfiq 
dövlətlərin diplomatik müzakirələrinin mərkəzinə gətirmişdi. 
1941-ci ilin iyununda SSRİ-nin dünya müharibəsinə daxil olması ilə Azərbaycanın həyatında və taleyində 
yeni bir mərhələ başladı. Bu yeni mərhələdə Azərbaycanın neft sənayesinin təhlükəsizliyinin təmin edilməsi artıq 
müttəfiqlərarası bir məsələyə çevrilmişdi. Bu dövrdə müttəfiq dövlətlərin başçıları, xarici işlər nazirləri və hərbi 
komandanlarının müzakirələrində, kəşfiyyat orqanlarının məlumatlarında Bakı nefti, onun müharibə üçün 
əhəmiyyəti diplomatik yazışmalarda açıq-aydın etiraf edilirdi.


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I
Azərbaycan 
diplomatiyası 
5
İkinci Dünya müharibəsi illərində Sovet və 
Britaniya ordularının İrana daxil olması Cənubi 
Azərbaycan məsələsini gündəliyə gətirdi. 1939-1940-cı 
illərdə Şərqi Avropa və Balkanda baş vermiş sərhəd 
dəyişikliklərinin Cənubi Azərbaycana da şamil ediləcəyi 
gözlənilirdi. Bu məqsədlə İkinci Dünya müharibəsinin ilk 
aylarında Sovet Azərbaycanından İrana min nəfərə qədər 
siyasi işçi göndərilmişdi. Partiya, sovet, təsərrüfat, 
mədəniyyət və mətbuat nümayəndələrindən təşkil olunub, 
İrana göndərilən siyasi işçilər “xalq diplomatiyasının” ilk 
nümunəsi, əslində, hələ xarici siyasət idarəsinə malik 
olmayan Sovet Azərbaycanının xaricdə fəaliyyət göstərən 
ilk elçiləri idilər. 1942-ci ilin yanvar ayının 29-da İranın 
ərazi bütövlüyü haqqında SSRİ, Böyük Britaniya və İran 
hökumətləri arasında üçtərəfli sazişlər imzalandıqdan 
sonra 
Azərbaycan 
Kommunist Partiyası Mərkəzi 
Komitəsinin katibi Əziz Əliyev başda olmaqla siyasi 
işçilərin birinci dəstəsinin İrandan çıxarılması həmin 
dövrdə SSRİ-nin döyüş cəbhələrində zəif mövqeyi və 
üzərinə aldığı beynəlxalq öhdəliklərlə bağlı idi. Lakin 
İkinci Dünya müharibəsinin gedişində əsaslı dönüş başa çatdıqdan sonra Sovet rəhbərliyi yenidən İran məsələsinə 
qayıtdı və Cənubi Azərbaycanda öz mövqelərini gücləndirməyə qərar verdi. Təsadüfi deyildir ki, 1944-cü ilin 
yazından başlayaraq, Sovet Azərbaycanı siyasi işçilərinin ikinci dəstəsi Təbrizə ezam olunanda, bu adamların 
çoxu artıq, rəsmi diplomatik rütbələr almışdılar. 
1944-cü il yanvarın 28-dən fevralın 1-dək keçirilmiş SSRİ Ali Sovetinin X sessiyasının qəbul etdiyi 
qanunlara əsasən xarici dövlətlərlə bilavasitə əlaqə saxlamaq, beynəlxalq əlaqələri daha da genişləndirmək 
məqsədi ilə müttəfiq respublikalarda xalq xarici işlər komissarlıqları təşkil edilməyə başlandı. Sovet rəhbərliyi 
bununla yaradılacaq Birləşmiş Millətlər Təşkilatına müttəfiq respublikaları üzv etməklə tərəfdarlarının sayını 
artırmaq məqsədi güdürdü. Müvafiq qaydada həmin komissarlıq Azərbaycan SSR-də də yaradıldı. 
1944-cü ilin mart ayının 8-də keçirilən Azərbaycan SSR Ali sovetin sessiyası Azərbaycan SSR Xarici İşlər 
Xalq Komissarlığının yaradılması haqqında qanun qəbul etdi. Qəbul edilmiş qanuna əsasən yeni qurumun 
yaradılması ilə bağlı Azərbaycan SSR-in Konstitusiyasına bəzi əlavələr və əsas qanunun ayrı-ayrı maddələrinə 
bir sıra dəyişikliklər edildi. Konstitusiyaya əlavə edilən 16-cı maddədə yazılırdı - “Azərbaycan Sovet Sosialist 
Respublikası xarici dövlətlərlə bilavasitə əlaqələr qurmaq, onlarla saziş bağlamaq, diplomatik və konsulluq 
Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığının təşkili 
haqqında qanun 
08.03.1944 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I
Azərbaycan 
diplomatiyası 
6
nümayəndəliklərinin mübadiləsini həyata keçirmək hüququna malikdir”. Konstitusiyanın 19-cu maddəsinə edilən 
əlavəyə görə, Azərbaycan SSR xarici ölkələrlə əlaqələr qurmaq, 33-cü maddəyə edilən əlavəyə görə, xarici 
dövlətlərə diplomatik nümayəndəliklər göndərmək və geri çağırmaq, xarici ölkələrin Azərbaycanda akkreditə 
olmuş diplomatik nümayəndəliklərinin etimadnaməsini və geri çağırış sənədlərini qəbul etmək məsələləri əks 
olunmuşdu, lakin 46-cı maddəyə edilmiş əlavədə qeyd edilirdi ki, Azərbaycan SSR-in xarici ölkələrlə əlaqələri 
SSRİ-nin xarici ölkələrlə müəyyən edilmiş ümumi qaydalar çərçivəsində olmalı idi. 
SSRİ xarici işlər xalq komissarının müavini vəzifəsində işləyən Mahmud Əliyev 1944-cü ilin sentyabrında 
respublika xarici işlər xalq komissarı vəzifəsinə təyin edildi. SSRİ kimi böyük bir dövlətin xarici siyasət 
idarəsində yüksək vəzifə tutan bir şəxsin yeni yaradılmış komissarlığa rəhbər təyin edilməsi digər Sovet 
respublikaları ilə müqayisədə Azərbaycanın üstünlüyü, SSRİ-nin həmin dövrdəki Şərq siyasətində Azərbaycanın 
mühüm rolunun göstəricisi idi. Bu üstünlük respublika Xarici İşlər Xalq Komissarlığının təşkilatı baxımdan 
qurulması, diplomatik kadrların hazırlanması, protokol-konsulluq işlərinin qaydaya salınması və Cənubi 
Azərbaycanda ilk diplomatik addımların atılmasında özünü aydın şəkildə göstərirdi. Mahmud Əliyevin SSRİ 
Xarici İşlər Xalq Komissarlığında iş təcrübəsini nəzərə alaraq, hətta, bəzi xarici əlaqələr məsələlərində 
Azərbaycana Cənubi Qafqazın regional mərkəzi kimi baxılırdı. Lakin bütün bunlarla yanaşı, araşdırmalar göstərir 
ki, müttəfiq respublikalarda, o cümlədən, Azərbaycan SSR-də Xarici İşlər Xalq komissarlığı respublikaların 
hüquqlarını genişləndirmək, onların müstəqilliyini artırmaq zərurətindən deyil, müharibənin sonunda yaranmış 
beynəlxalq şərtlərin, siyasi konyukturanın təsiri altında yaradılmışdı. 
1945-ci ilin ortalarından başlayaraq Bakıya ABŞ, Britaniya və digər Qərb ölkələrindən çox nüfuzlu 
nümayəndə heyətləri səfər etmişdir. Sovet İttifaqına gələn bu heyətlərin Moskvadan kənar marşrut kimi 
Azərbaycan SSR-in paytaxtını seçmələri respublikanın beynəlxalq ictimai rəydə oynadığı rol və siyasi 
müzakirələrdəki yeri ilə bağlı idi.
Əslində bu səfərlər bir tərəfdən Sovet Azərbaycanı ilə tanışlıq xarakteri daşıyır, digər tərəfdən isə Bakı 
neftinin 
və 
Cənubi 
Azərbaycan 
hadisələrinin 
perspektivinə olan kəskin maraqdan irəli gəlirdi. 
Sovet 
İttifaqının 
İranda 
neft, 
Cənubi 
Azərbaycanda ərazi maraqları var idi. Moskva bu 
maraqların hər ikisini həyata keçirməyə qərarlı idi. 
İkinci Dünya müharibəsinin sonunda bu maraqlar 
SSRİ üçün üstün siyasi istiqamətə çevrilmişdi. Sovet 
xarici siyasətinin strateji hədəfinə çevirmiş hər iki 
istiqamətin 
həyata 
keçirilməsində Azərbaycan 
rəhbərliyi, respublika Xarici İşlər Xalq komissarlığı və 
digər yerli orqanlar fəal iştirak edirdilər. Tarixin həmin 
anında SSRİ-nin İrandakı siyasi və iqtisadi istəkləri ilə, Arazın hər iki tərəfində yaşayan azərbaycanlıların milli 
maraqları üst-üstə düşürdü. 1945-ci ilin sentyabr ayının 2-də dünya müharibəsinin başa çatması ilə Cənubi 
Türkiyə Cümhuriyyətinin prezidenti Cövdət Sunay Bakıda 
18.11.1969 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I
Azərbaycan 
diplomatiyası 
7
Azərbaycan Qərb-Şərq qarşıdurmasının başlıca əməliyyat meydanına çevrildi və bununla da, İran, Türkiyə və 
Şərqi Türküstanda Sovet siyasəti yeni mərhələyə daxil oldu. 
SSRİ-nin İran siyasəti müstəvisində Cənubi Azərbaycan hadisələrinin başlanması ilə respublika Xarici İşlər 
Xalq Komissarlığının qarşısında geniş fəaliyyət sahəsi açılmışdı. Bakıdan Tehrana, Cənubi Azərbaycanın 
müxtəlif şəhərlərinə və Xəzərsahili vilayətlərə ezam olunmuş yüzlərlə azərbaycanlı təyinat yerlərində böyük 
siyasi, hərbi və diplomatik təcrübə məktəbi keçir, soyuq müharibənin ilk qarşıdurmasının iştirakçısına 
çevrilirdilər. 
1946-cı ildən Xalq Xarici İşlər Komissarlığı Xarici İşlər Nazirliyinə çevrildi. Lakin XİN yenə də 
səlahiyyətsiz bir rəsmi qurum olaraq qalırdı. Mahmud Əliyevdən sonra, Azərbaycan yenidən dövlət 
müstəqilliyinə qovuşmasının ilk illərinədək Azərbaycanın xarici siyasət idarəsinə Tahirə Tahirova (1959-1983), 
Elmira Qafarova (1983-1987), Hüseynağa Sadıqov (1988-1992) 
başçılıq etmişdilər. 
Sovetlər dövründə də Azərbaycan mərkəzi hakimiyyət 
vasitəsi ilə ölkənin beynəlxalq əlaqələrində bu və ya başqa dərəcədə 
iştirak edirdi. 50-ci illərin ortalarından etibarən respublikanın 
beynəlxalq əlaqələrində canlanma yaranmışdı. Azərbaycan sovet 
dövlətinin əsasən mədəniyyət sahəsindəki əlaqələrində iştirak 
etməyə başlamışdı. Mərkəzin nəzarəti və rəhbərliyi altında Asiya, 
Afrika və Latın Amerikası ölkələri ilə əlaqələr qurulmuşdu. 
Tahirə Tahirova xarici işlər naziri kimi Azərbaycanın xarici 
ölkələrlə iqtisadi, elmi-texniki və mədəni əlaqələrinin ildən-ilə 
genişləndirilməsində, respublikanın sənaye və kənd təsərrüfatı 
müəssisələrinin SSRİ-nin xaricdəki ticarət-sənaye sərgi və 
yarmarkalarında öz mallarını nümayiş etdirməsində, Bakıda 
Bolqarıstan, Macarıstan, ADR, ABŞ və s. ölkələrin 
ixtisaslaşdırılmış sərgilərinin, Fransa, Danimarka, Portuqaliya, 
Avstriya və İtaliyada isə Azərbaycanın timsalında SSRİ günlərinin 
keçirilməsində, xarici diplomatlarla danışıqlar aparılmasında, BMT 
Baş Məclisinin XII, XXIII, XXX sessiyalarında sovet nümayəndə heyətləri tərkibində iştirak etmişdir. O, dünya 
ölkələrinin bu ali məclisində diplomat kimi iştirak etmiş ilk azərbaycanlı qadın olmuşdur. T.Tahirova 1960-cı ildə 
SSRİ nümayəndə heyətlərinin tərkibində Hindistan, Birma, İndoneziya və Əfqanıstanda, 1961-1962-ci illərdə isə 
SSRİ Qadınlar Komitəsi nümayəndə heyətlərinin tərkibində Tunis, Türkiyə və Əlcəzairdə səfərlərdə olmuşdur. 
70-80-ci illərdə Azərbaycanın beynəlxalq iqtisadi, mədəni, elmi-texniki və b. əlaqələri xeyli artmış, 
coğrafiyası daha da genişlənmişdi. Moskvanın vasitəsi və ciddi nəzarəti altında həyata keçirilən bu əlaqələrə 
bilavasitə Azərbaycan KP MK və Beynəlxalq əlaqələr şöbəsi rəhbərlik edirdi. Həmin illərdə Azərbaycanda bir 
sıra beynəlxalq tədbirlər keçirilmişdi.
Türkiyə Cümhuriyyətinin prezidenti
Cövdət Sunayın səfər proqramı 
18.11.1969 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
P R E Z İ D E N T K İ T A B X A N A S I
Azərbaycan 
diplomatiyası 
8
Xarici ölkələrin dövlət və siyasi xadimləri SSRİ-yə 
səfər edərkən Azərbaycana da gəlirdilər. 60-cı illərdə 
Türkiyə Böyük Millət Məclisinin sədri Suat Hayri 
Ürgüplü, baş nazir Süleyman Dəmirəl, Prezident Cövdət 
Sunay, 70-ci illərdə görkəmli siyasi-ictimai xadim Bülent 
Ecevit, 80-ci illərin əvvəllərində xarici işlər naziri İltər 
Türkmən Azərbaycana səfər etmişdilər. Onlar sovet 
sistemi şəraitində Azərbaycanın inkişafını xüsusi 
vurğulayır, SSRİ-Türkiyə münasibətlərində etibarlı körpü 
adlandırırdılar. 
Azərbaycana səfər edənlər arasında İran şahı, Finlandiya Prezidenti və b. görkəmli dövlət adamları da var 
idi. İran ilə sərhədyanı ticarət qurulsa da, Moskva Türkiyə ilə belə əlaqələrin yaradılmasına icazə verməmişdi. 
70-ci illərdə SSRİ XİN sistemində çalışan azərbaycanlı diplomatların sayı artmışdı. Təqribən 37 nəfər 
azərbaycanlı XİN-də diplomat olaraq işləyirdi. 
Elmira Qafarova 1983-1987-ci illərdə Azərbaycan SSR xarici 
işlər naziri vəzifəsini daşımış, Avropa, Asiya və Afrikanın bir sıra 
ölkələri 
ilə 
siyasi, 
ictimai 
və 
mədəni 
əlaqələrinin 
genişləndirilməsində, bir-birinə nümayəndələr göndərilməsində, 
beynəlxalq müşavirə, konfrans və sessiyalarda yaxından iştirak 
etmişdir. O, 1984-cü ilin oktyabr ayında BMT Baş Məclisinin XXXIX 
sessiyasının və onun komitələrinin iclaslarında iştirak və çıxış 
etmişdir.
1988-ci ilin yanvarından Azərbaycan SSR-in xarici işlər naziri 
vəzifəsinə Hüseynağa Sadıqov təyin edilmişdir. 1991-ci ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyi bərpa 
edildikdən sonrakı ilk yeddi ayda Hüseynağa Sadıqov xarici işlər naziri olmuşdur. Azərbaycanın müstəqilliyinin 
tanınması, ikitərəfli və çoxtərəfli əlaqələrinin qurulması sahəsində ilk addımlar məhz həmin dövrdə atılmışdır.
Finlandiyanın prezidenti Urxo Kekkonenin 
Bakı hava limanında qarşılanması mərasimi
17.11.1980 
Almaniya nümayəndə heyəti 
Heydər Əliyevin qəbulunda 
23. 03.1981 

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin