Ərazisi: 1,0 mln kv km. Dünyada 29-cu yer. Əhalisi: 67,0 mln nəfər (2000). Dünyada 15-ci yer. Paytaxtı: Qahirə



Yüklə 28,28 Kb.
tarix02.02.2020
ölçüsü28,28 Kb.
#30368
printeziya


  1. MISIR

İki qitədə: Afrikanın şimal-şərqində və Asiyanın qərbindəki, Si- nay yarımadasında yerləşmiş Misir, cənubda Sudan (1273 km), qər­bdə Liviya (1159 km), şərqdə İsrail (255 km) və Fələstinlə (11 km) həmsərhəddir. Şərqdə Qırmızı, şimalda Aralıq dənizlərinin suları ilə əhatə olunur. Ölkənin əlverişli hərbi-strateji və coğrafi mövqeyi var. Hind okeanından Aralıq dənizinə ən qısa su yolu olan Süveyş kanalı Misirin ərazisindədir.
Ərazisi: 1,0 mln. kv. km. Dünyada 29-cu yer. Əhalisi: 67,0 mln. nəfər (2000). Dünyada 15-ci yer. Paytaxtı: Qahirə (15 mln. nəfər - 2000).

Dövlət (rəsmi) dili: Rəsmi dil - Ərəb dili.

Din: Islam.

Milli pul vahidi: Misir funtu.



Ölkə ərazisinin böyük hissəsini (96 faiz) geniş səhralar: qərbdə Liviya, şərqdə Ərəbistan, cənubda Nubiya səhraları təşkil edir. Liviya səhrasında dəniz səviyyəsindən aşağı bir neçə çökək ərazi vardır. On­ların arasında, ərazisi 18 min kv. km və dəniz səviyyəsindən 133 metr aşağıda yerləşən Kattar çökəkliyini qeyd etmək olar. Ərəbistan səhra­sının böyük bir hissəsini hündür olmayan yastı dağlar tutur. Sinay ya­rımadasının şimalı - səhra, cənubu isə dağlıqdır. Misirin ən yüksək zirvəsi olan Cəbəl-Katrin dağı (2637 m) bu ərazidədir.

Misirin yeganə çayı olan Nil təxminən 1500 km məsafədə, Su­danla sərhəddən başlayaraq Aralıq dənizinə qədər bütün ölkə əra­zisindən keçir. Ölkənin cənubunda Asuan bəndinin yaratdığı Naser gölü yerləşir. Nilin bütün axarı boyu sahilləri qayalarla əhatə olunmuş ensiz vadilər üstünlük təşkil edir. Faydalı qazıntılar arasında - neft, təbii qaz, dəmir filizi, əhəng, manqan, sink, qurğuşun və fosfat yataq­larını qeyd etmək olar.

Ölkə ərazisinin böyük hissəsi, günəşli günlərin bol olduğu, isti, quru iqlimə malikdir. Şimal sahil rayonları və Nil deltasının iqlimi isə Aralıq dənizi tiplidir. Bu bölgədə orta illik yağıntının miqdarı (əsasən qışda düşür) 150-200 mm təşkil edir. Cənuba doğru həm yağıntının miqdarı azalır, həm də iqlimin kontinentallığı və sutkalıq temperatur amplitudu kəskin artır. Məsələn, Ərəbistan və Liviya səhralarında qışda səhərlər suyun səthi donur, dağların zirvələri isə qarla örtülür. Burada yağıntı əsas etibarı ilə dolu şəklində düşür.

Bütün Misir üçün iyul-sentyabr daha isti aylar hesab olunur.

Yazda (aprel-may), səhralardan əsən isti, quru küləklər xarakterikdir. Bu küləklər fasilələrlə 50 gün müddətində əsdiyi üçün “Xəmsin” (ərəbcə əlli) adlanır. Bu cür küləklər, 6-7 km yüksəyə qalxan isti, qumlu tozanaqlar yaradırlar. Xəmsin dövründə havanın istiliyi 40 də­rəcəyə çatır. ilin ən sərin vaxtı dekabr-mart aylarına təsadüf edir.

isgəndəriyyə (3,5 mln.), Giza (2,2 mln.) və Port-Səid (500 min), ölkənin ən böyük şəhərləri, isgəndəriyyə, Port-Səid və Süveyş isə portlarıdır. Ölkə əhalisinin əksəriyyəti (90 faiz) Sami-Hami qrupuna mənsub olan Misir ərəbləridir. Digər etnik qruplardan - bədəvilər, italyanlar, yunanlar və s. yaşayır. Orta ömür müddəti: kişilər üçün 59, qadınlar üçün 63 ildir.

Ölkənin rəsmi adı - Misir Ərəb Respublikasıdır (MƏR). Dövlət quruluşuna görə prezident respublikasıdır. Ölkə inzibati-ərazi cəhətcə 26 quberniyaya (mühafəzə) bölünür. Hər mühafəz öz növbəsində əyalətlərə (mərkəzlərə), hər mərkəz isə rayonlara (nahiyələrə) ayrı­lır.

28 fevral 1922-ci ildə Misir, Böyük Britaniyadan müstəqillik əl­də etmişdir. 23 fevral - inqilab günü (1952), Milli bayram kimi qeyd olunur. icraedici hakimiyyət, prezidentə (dövlət başçısı) və Nazirlər Şurasına rəhbərlik edən Baş nazirə məxsusdur.

Dövlət bölməsi iqtisadiyyatda üstünlük təşkil edir. Sənaye müəs­sisələrinin əksəriyyəti dövlətə məxsusdur. Toxuculuq, yeyinti, kimya, neftçıxarma və neftemalı, metallurgiya, sement istehsalı, sənayenin inkişaf etmiş sahələridir. Neft və neft məhsulları, metal, toxuculuq məhsulları, mühüm ixrac məmulatlarıdır.

Kənd təsərrüfatı Umumdaxili məhsulun 20 faizini təmin edir (pambıq ixracı üzrə dünyada altıncı yeri tutur). Digər mühüm kənd tə­sərrüfatı məhsulları - çəltik, buğda, meyvə və tərəvəzdir. Balıqçılıq da inkişaf etmişdir. Ölkə öz daxili tələbatını ərzaq məhsulları ilə tam təmin edə bilmir. Misir əhalisinin sürətli artımı da ərzaq problemini bir qədər kəskinləşdirir.

Misir dünyanın qədim sivilizasiya mərkəzlərindən biridir. On minlərlə il bundan öncə, burada insan cəmiyyəti yaranmış, Nil vadi­sində ovçuluq və balıqçılıqla məşğul olan köçəri qəbilələr yaşamışlar. E.ə. IV minillikdə Nilin vadisində bir neçə quldarlıq dövləti (nomlar) meydana gəlmiş, onlar e.ə. III minillikdə mərkəzləşmiş qədim qul­darlıq monarxiyasının özəyini təşkil etmişdilər. Əfsanəyə görə, Misi­rin şimal və cənub bölgələrini birləşdirən Min soyadlı ilk firon, Mem- fis şəhər-qalasının əsasını qoymuşdur (şəhərin xarabalıqları Qahirə yaxınlığındadır).

Memfis - Qədim Misirin mədəniyyət və incəsənət incisi hesab olunur. Burada fironların və yüksək rütbəli zadəganların məqbərələ­rindən tapılan bütlər və müxtəlif əşyalar Qədim Misir incəsənətinin nadir nümunələridir. E.ə. III minilliyə aid olan qədim şahlıq dövründə fironların möhtəşəm məqbərələri - piramidalar (ehramlar) tikilmişdir. Onlardan ən məşhurları, Qahirə yaxınlığındakı Giza şəhərində olan Xeops, Xefren və Mekerin piramidalarıdır. Çox möhtəşəm Böyük Sfinks, sarayların qalıqları və digər qədim abidələr də burada yerləşir.

Herodotun qeyd etdiyinə görə, ən iri və möhtəşəm (hündürlüyü 146 m) Xeops piramidasını 100 min adam 20 ilə tikmişdir. Sonrakı dövrlərdə (e.ə. XXI-XVIII əsrlər) nisbətən kiçik ölçülü piramidalar (hündürlüyü 40-70 metr) tikilirdi. E.ə. XVI-XI əsrlərdə isə fironların dəfn olunması üçün, piramidalar əvəzinə qaya məqbərələr inşa olu­nurdu. E.ə. VI əsrdən başlayaraq, uzun əsrlər boyu Misir, yadelli işğ­alçıların (assuriya, fars, roma, yunan, ərəb və türk) hücumlarına mə­ruz qalmışdır.

Misir, dünyaya qədim və möhtəşəm sivilizasiya bəxş edən ecaz­kar bir məmləkətdir. Adlı-sanlı fironlar, çariça Kleopatra, Müqəddəs Nil, Misir kahinləri, sfinkslər, papirus kimi bəşəriyyətin yaddaşında həkk olunmuş adlar hamıya yaxşı bəllidir. Misir piramidaları dünya­nın yeddi möcüzəsi sırasındadır.

Misirin tarixi, arxeoloji və mədəni mərkəzi, onun mədəni-tarixi abidələrinin - məşhur piramidaların, firon məbədlərinin (Qahirədən

Asuana qədər Nil vadisi boyu) yerləşdiyi ərazini əhatə edir.

*


* *



Çoxsaylı qədim mədəniyyət abidələri, xarici turistləri çoxdan bəri ölkəyə cəlb edir. MƏR-də turistlərin toplaşdıqları əsas mərkəz­lər - Qahirə, isgəndəriyyə, Asuan, Luksor şəhərləri və Qırmızı dəniz sahillərindəki (Xurqada, Şarm-əl-Şeyx, Əl-Quna) dəniz kurortlarıdır.

Qahirə turizm mərkəzi. Şəhər Nil vadisi ilə deltasının sərhəd- dində yerləşir. Qahirə öz qədimliyini və möcüzəliliyini qoruyub sax­lamaqla yanaşı, dünyanın ən böyük, müasir şəhərlərindən birinə çev­rilmişdir. Şəhər X əsrdə salınmış və Əl-Qahirə (ərəbcə qalibiyyətli, müzəffər) adını almışdır. Qahirə ölkənin iri sənaye və mədəniyyət mərkəzidir. Paytaxtın aeroportu, beynəlxalq aviaxətlərin mühüm kə­sişmə qovşaqlarından biridir.

Şəhər şərti olaraq qədim və yeni hissələrə bölünür. Yeni şəhərdə - müasir çoxmərtəbəli binaların yerləşdiyi geniş prospektlər, parklar və bağlar çoxdur. Qədim şəhərdə - alçaq və yastı damları olan gil ev­lərin yerləşdiyi dar küçələr, göyə ucalan minarələr vardır. Qahirədə

və ətrafında çoxsaylı tarixi abidələr və muzeylər yerləşir. Əmr, ibn Tul (IX əsr) və əl-Əzhar (X əsr) məscidləri, Sultan Həsən məscid- mədrəsəsi (XIV əsr), Məmlüklər məqbərəsi (XV əsrin sonu - XVI əsrin əvvəlləri), Ərəb mədəniyyəti tarixinin mühüm abidələrindəndir. Kübra əl-Qubbə məscidində Misirin tanınmış dövlət xadimi Camal Əbdül Naser dəfn olunmuşdur.

Giza şəhərində yerləşən firon piramidaları, Böyük Sfinks, çox­saylı turistləri həmişə cəlb edir. Burada axşamlar turistlər üçün səsli və rəngarəng işıqlı tamaşalar təşkil olunur. Turistləri avtobuslarla, projektorlarla işıqlandırılan piramidaların və Böyük Sfinksm yanma gətirirlər. Sfinksm üzərinə tuşlanan işıq şüaları dəyişdirildikcə, sanki Sfinksm siması canlanır və cizgiləri dəyişir.

Xeopsm piramidası tərəfdən gələn səslər, ağır daşları çiyinlərin­də daşıyaraq, piramidaları tikən inşaatçı qulların hay-küyü, tikinti aparıldığını xatırladır. Qəfildən səhrada əsgərlərin təbrik-qarşılma sədaları ucalır və yaxınlaşan atların ayaq səsləri eşidilir. Sonra projek­torların işıqları qaranlıqda bu və ya digər piramidaya tuşlanır və ya­xınlaşan dəfn mərasimi prosesinin qəmli hıçqırıqları və ağlaşma səs­lərinə qarışan kədərli musiqi sədaları eşidilir. Bu tamaşa turistlərdə unudulmaz təəssürat yaradır.

Qahirədə Qədim Misirin qiymətli, nadir abidələri toplanmış Mi­sir muzeyi, 700 min kitab cildinə malik olan Milli Kitabxana, 1869-cu ildə Süveyş kanalının açılması şərəfinə tikilmiş Opera teatrı fəaliyyət göstərir. 1871-ci ildə ilk dəfə bu teatrda Cüzeppe Verdinin “Aida” operası ifa olunmuşdur.

Misirin paytaxtı, həmçinin müsəlman mədəniyyətinin qədim mərkəzlərindən biridir. Məşhur Qahirə Universiteti, humanitar və texniki fənlər üzrə pedaqoq və mütəxəssislər hazırlayan Ayn-Şəms universiteti, Misir və bir çox müsəlman ölkələri üçün ali müsəlman ruhaniləri hazırlayan Əl-Əzhar universiteti burada yerləşir. Əcnəbi turistlərin qəbulu üçün Qahirədə 7 min yeri olan mehmanxana şəbə­kəsi vardır.

İsgəndəriyyə turizm mərkəzi. isgəndəriyyə şəhəri əhalinin sayma görə ölkənin ikinci böyük şəhəri, Aralıq dənizi sahillərində və Nil çayının deltasında əsas portudur. isgəndəriyyə - mühüm dəmir və avtomobil yolları qovşağıdır. Nil çayı və Mahmudiyyə kanalı vasitəsi ilə Qahirə ilə birbaşa əlaqə yaradılmışdır. Şəhər, e.ə. 331-ci ildə Ma­kedoniyalı isgəndər tərəfindən salınmış və tezliklə Yunan-Misir döv­lətinin paytaxtına və Ellin (qədim yunan) mədəniyyətinin mərkəzinə çevrilmişdir.

İsgəndəriyyə şəhərindən qərbdə yerləşmiş və orta əsrlər, isteh­kamı Kayt-Bəydən başlayaraq, şərqdə Mümtaz kral sarayına qədər olan 30 km-lik mənzərəli sahil zonasının turizm baxımından müasir­ləşdirilməsi işi başa çatdırılmışdır. Digər görməli yerlərdən - amfite­atrı, Pompey sütununu, hamamları, Anfuş və Kom aş-Şuqaf nekropo- larmı*, qədim dünyanın 7 möcüzəsindən biri olan Foros mayakını qeyd etmək olar. Bu mayak e.ə. 280-ci ildə tikilmiş, 1375-ci ildə çoxsaylı zəlzələlər nəticəsində dağılmış, sonradan yenidən inşa olunmuşdur. Son illərdə şəhərin müasirləşdirilməsi, onu əcnəbi turi­stlər üçün daha da cəlbedici etmişdir.



Luksor turizm mərkəzi. Luksor Nilin sağ sahilində e.ə. XV əs­rdə tikilmiş məşhur Amon-Ra məbədinin xarabalıqları yanında yerlə­şir. Məbədin divarları fironların qələbələrini əks etdirən rəsmlər və yazılarla zəngindir. Luksor yaxınlığında, əsas binası e.ə. XX əsrə aid olan başqa Amon-Ra məbədi də yerləşir. E.ə. XIII əsrə aid olan, 134 sütunu, fironların yürüşlərini əks etdirən freskaları olan böyük zal, tu­ristlərin xüsusi marağına səbəb olur. Luksor-Kamak rayonunda Yeni şahlıq dövrünə (e.ə. XVI-XI əsrlər) aid olan möhtəşəm, əzəmətli fi­ron məqbərələri qorunub saxlanılmışdır.

Fivadən qərbdə yerləşən Deyr əl-Bahari vadisi turistlər üçün maraqlı yerdir. Burada Qədim Misirin memarlıq abidələri: firon mə­bədi (e.ə. XXI əsr), Çariça Xatşepsutin məbədi (e.ə. XVI əsr, çariça tərəfindən silahlandırılan ekspedisiyanın Somali sahillərində təsvir edilən yürüşləri) turistləri cəlb edir. Burada fironların məqbərələri, həmçinin, bədii sənətkarlıq və heykəltaraşlıq əsərləri nümunələri aş­kar edilmişdir.

Asuan turizm mərkəzi. Eramızdan neçə əsr öncə əsası qoyul­muş qədim Asuan şəhəri, Misirin turizm baxımından görməli yer- lərindəndir. Qədim Roma şəhərinin əsası qoyulanda artıq Asuanın 3 min ilə yaxın yaşı var idi. İngiltərə müstəmləkəsi dövründə, Asuanda o zamanın ən iri irriqasiya tikililəri və su anbarı fəaliyyət göstərirdi.

Pambıq plantasiyalarının suvarılması məqsədi daşıyan bu tikililər təbii ki, ingilis müstəmləkəçilərinin mənafeyinə xidmət edirdi. Hazır­da Asuan Misirin mühüm energetika mərkəzidir. Burada Nil üzərində Asuan hidroenerji kompleksi yaradılmışdır. Nil suyunu süni göllərə yığan hündür bəndlər qurulmuş, həmin sudan geniş sahələrin suvarıl­ması və iri hidroelektrik stansiyanın işləməsi üçün istifadə olunur.

Qırmızı dəniz sahilləri kurort bölgəsi. Ötən əsrin 80-ci illərin-

Nekropol - (yunanca ölmüş və şəhər sözlərinin vəhdətidir) - adətən qədim dünya­nın kütləvi dəfn yerlərinə verilən ad.

də Misir hökuməti, əsas turizm mərkəzləri Xurqada və Şarm-əl-Şeyx şəhərləri olmaqla Qırmızı dəniz sahillərində çimərlik turizminin inki­şaf etdirilməsi üzrə xüsusi plan qəbul etdi. Qırmızı dənizin zəngin su­altı dünyası, idmanın sualtı növlərinin inkişafı üçün böyük imkanlar açır. Ötən əsrin 90-cı illərinin əvvəllərində burada, Qərbi Avropa tu­ristlərinin qəbulu üçün, yeddi turist kəndi tikilib istifadəyə verildi.

Xurqada - Misirin birinci və tanınmış dəniz sahili kurortudur. Burada qədim abidələr yoxdur. Turistlərə qumlu çimərlikləri olan də­niz və bol günəş təklif olunur. Sualtı qayıqla Qırmızı dənizin dibinə ekskursiyalar xüsusi maraq doğurur. Xurqadadan 22 km aralı əfsanəvi Əl-Quna kurort şəhəri yerləşir. Şəhər kanalların, kiçik buxtaların və ecazkar fyordlarm olduğu ərazidə salınmışdır.

Xurqadanın cənubunda Quseyr və Mersə Aləm kurortları sürətlə inkişaf etdirilir. Sinay yarımadasmdakı Taba və Nüveyba məntəqələri arasındakı ərazi "Misir Rivyerası" adlanır. Mersə Aləmdə 2001-ci il­də beynəlxalq aeroport fəaliyyət göstərdiyindən bu yerlərə səyahət etmək xeyli asanlaşmışdır.

Misirə gələn xarici turistlər arasında Şarm-əl-Şeyxdə istirahət arzusunda olanların sayı ildən-ilə artır. Şarm-əl-Şeyx dünya kurort tikintisinin ən son nailiyyətlərinə əsaslanaraq salınmışdır. Burada müxtəlif zövqlərə cavab verən otellər, kazinolar, restoranlar, diskote-

kalar və başqa əyləncə-istirahət ocaqları vardır.

*


* *



1979-cu ildə İsrail ilə sülh müqaviləsi imzalandıqdan sonra, Mi­sir siyasi cəhətdən sakit və stabil dövlətlərdən birinə çevrildi. Nəticə­də, ötən əsrin 90-cı illərində Misirdə turizm sürətlə inkişaf etməyə başladı. Misirin qədim tarixə və mədəniyyətə malik olması, dolğun ekskursiya proqramları, bütün il boyu dəniz sahillərində istirahətin mümkünlüyü, əla mehmanxanalar və yüksək olmayan qiymətlər öl­kəyə dünyanın hər yerindən daimi turist axınını təmin edir. ABŞ, Səudiyyə Ərəbistanı, Fransa, Almaniya, İtaliya, Yaponiya və Rusiya Misir üçün ən iri turist bazarlarıdır.

Bununla belə, Misir yaxınlığında baş vermiş “Səhrada fırtına” müharibəsi (1991) ölkə turizminin artım dinamikasına mənfi təsir gö­stərdi. Ötən əsrin 80-ci illərinin ikinci yarısında Misirə hər il təxmi­nən 1,8 mln. turist gəldiyi halda, 1991-ci ildə onların sayı 800 min nəfərədək azaldı. Amma 1992-ci ildə xarici turistlərin sayı yenidən artaraq, 1,67 mln. nəfərə çatdı. 1995-ci ildə ölkəyə - 2,8, 1996-cı ildə isə 3,5 mln. xarici turist gəlmişdir. Digər tərəfdən, ekstremist təşkilat­ların vaxtaşırı törətdikləri terror aktları, ölkəyə turist axınında dəyiş­

kənliyə səbəb olur.

Luksordakı terror aktından (noyabr, 1997) sonra Misirə turist axınının kəskin surətdə azalması nəticəsində, ölkə iqtisadiyyatına külli miqdarda ziyan dəydi. Həmin terror aktı 58 alman turistinin ölü­münə səbəb olmuşdu. iqtisadiyyatda turizmin böyük rolu olduğu Mi­sirə dünya ictimaiyyəti baykot elan etdi.

Ölkənin hakimiyyət orqanları turistlərin təhlükəsizliyinin təmi­natı üçün lazımi tədbirlər həyata keçirməyə başladılar. Nəticədə Mi­sirə turist axını bərpa olundu və artıq 1999-cu ildə ölkə, 4,5 mln. turi­sti qəbul etdi. Əcnəbi turistlər arasında Ərəb və MDB dövlətlərindən gələnlər üstünlük təşkil edir. Həmin il turizm fəaliyyətindən 3,9 mlrd. ABŞ dolları məbləğində gəlir əldə olunmuşdur. Ölkədə xarici turist­lərin qəbulu üçün 187 mindən artıq mehmanxana və digər yerləşmə vasitələrində yerlər mövcuddur (2000). 3,0 mln.-a yaxın misirli 1999- cu ildə xarici turist səfərlərində iştirak etmişdir.

  1. ƏLCƏZAİR

Afrikanın şimal-qərbində yerləşmiş Əlcəzair şimal qərbdə Mə­rakeş (1559 km) və Qərbi Böyük Səhra (42 km), cənub-qərbdə Mav- ritaniya (463 km), cənubda Mali (1376 km) və Nigeriya (956 km), şərqdə Liviya (982 km) və Tunislə (965 km) həmsərhəddir. Şimalda Aralıq dənizinin suları ilə əhatə olunur.
Ərazisi: 2,4 mln. kv. km. Dünyada 11-ci yer. Əhalisi: 30,5 mln. nəfər (2000). Dünyada 35-ci yer. Paytaxtı: Əlcəzair şəhəri (3,7 mln. nəfər - 2000). Dövlət (rəsmi) dili: Rəsmi dil - Ərəb dili.

Din: İslam.

Milli pul vahidi: Əlcəzair dinarı.



Əlcəzairin relyefi şimalda dağlıq, mərkəzdə - düzənlik, cənubda isə yaylalardan ibarətdir. Aralıq dənizi sahili boyu uzanan, o qədər də yüksək olmayan Tel-Atlas dağları, dənizə doğru yaylalar şəklində enir. Cənubda orta yüksəklikli dağlar (maksimal hündürlük - 2300 m) yerləşir. Bu dağların hündürlüyü qərbdən şərqə doğru azalır. Bu yay­lalar cənubda Böyük Səhra Atlas dağları ilə birləşir. Daha cənubda isə Əlcəzair Böyük Səhrası yerləşir.

Ölkənin hidroqrafiyası çox kasıbdır: bir neçə kiçik çay Aralıq dənizinə tökülür. Böyük Səhra zonasında qurumuş çayların yataqları­na, qurumuş duzlu göllərə rast gəlmək olur. Əsas faydalı qazıntıları: neft, təbii qaz, fosfat, dəmir filizi, uran, qurğuşun və sinkdir. Əlcəzai­rin iqlimi - şimalda subtropikdən tropikə, cənubda isə kəskin konti­nental iqlimə keçid təşkil edir. Aralıq dənizi sahillərində yanvarın orta temperaturu 5-12, iyulda 25 dərəcədir. Cənub rayonlarında yay çox isti, qış isə nisbətən soyuq keçir.

Oran (700 min), Konstantin (600 min) və Annab (400 min) ölkə­nin iri şəhərləri, Əlcəzair, Annab, Arzev, Bicaya, Mostaqanem, isə iri portlarıdır. Əlcəzairin əhalisi ərəblərdən və bərbərlərdən ibarətdir (99 faiz). Orta ömür müddəti: kişilər üçün 67, qadınlar üçün 69 ildir.

Ölkənin rəsmi adı - Əlcəzair Xalq Demokratik Respublikasıdır. inzibati cəhətcə ölkə 48 vilayətə bölünür. 1830-1962-ci illərdə Əlcə­zair Fransanın müstəmləkəsi olmuşdur. Əlcəzair xalqının silahlı mü­barizəsi, 5 iyul 1962-ci ildə atəşin dayandırılması haqqında Evian sa­zişinin bağlanması və Əlcəzairdə müstəqil respublika yaradılması ilə nəticələndi.

Qanunvericilik - Fransa və islam qanunlarına əsaslanır. 1 noyabr

- İnqilab günü (1954), Milli bayramdır. İcraedici hakimiyyət prezi­dentə (dövlət başçısı) və Baş nazirin rəhbərlik etdiyi Nazirlər Şurası­na məxsusdur. Qanunvericilik hakimiyyətini birpalatalı parlament - Milli Xalq Məclisi həyata keçirir.

Neft və qaz istehsalı (təbii qaz istehsalına görə dünyada beşinci yer) - iqtisadiyyatın əsas bölmələridir. Yüngül, dağ-mədən, neft- kimya, yeyinti sahələri də nisbətən inkişaf etmişdir. Əmək qabiliyyət­li əhalinin 22 faizi kənd təsərrüfatı sahələri ilə məşğul olur. Buğda,

arpa, üzüm, sitrus meyvələri, tərəvəz və zeytun yetişdirilir.

*


* *



Qumlu çimərliklər, Konstantin şəhərinin isti su mənbələri; “Əlc­əzair İsveçrəsinin” (Blid Atlası) istirahət zonaları, xizək idmanı və ovçuluğu, palıd meşələri; Mansurun mənzərəli şəlalələri, çoxsaylı ta­rix və mədəniyyət abidələri, Əlcəzairin əsas turizm ehtiyatlarıdır.

Turistlərin toplaşdığı əsas mərkəz olan Əlcəzair şəhəri, ölkənin iri sənaye və mədəniyyət mərkəzidir. Şəhər Aralıq dənizi sahilində, Əlcəzair buxtasının qərb hissəsində yerləşir. Şəhərdə beynəlxalq də­rəcəli aeroport vardır. Dağ ətəyində və yamaclarında amfiteatr şəklin­də salınmış Əlcəzair şəhəri portağal və zeytun parklarının zəngin ya­şıllıqları arasında qərq olmuşdur. Şəhərin qədim hissəsi (Kasba) öz arxitekturasına görə, yeni, Avropa hissəsindən fərqlənir.

Şəhərin Avropa hissəsində Hökumət Evi, Xalq Sarayı, Milli Ki­tabxana yerləşir. Kasba rayonunda qala (XVI əsr), Minarəli Böyük məscid (1096), Qədim binalar (XI-XIV əsrlər), Sidi Əbdürrəhmanın məqbərə-məscidi, Came-əl-Cədid məscidi qorunub saxlanılmışdır. Milli antik dövr muzeyi, Milli incəsənət muzeyi, Etnoqrafiya və Qə­dim tarix muzeyi, paytaxtın muzeyləri arasında daha maraqlarıdır.

Əlcəzairin digər iri şəhərləri, o cümlədən X əsrin əvvəllərində salınmış Oran port şəhəri, öz çoxəsrlik tarixi boyu dəfələrlə yadelli işğalçıların hücumlarına məruz qalan, Şimali Afrikanın qədim şəhəri - Konstantin, qədim Roma şəhərləri olan Qipas və Şerşelin, qədim ərəb şəhəri olan Mansurun qalıqları, dini və turizm mərkəzi, “Məğribin Mirvarisi” adlanan Tlemsen və s. görməli yerlər xarici tu­ristləri cəlb edir. Qədim zamanlarda Sirta kimi tanınmış Konstantin şəhərində qədim Roma tikililərinin qalıqları, Əhməd bəy məscidi (XIX əsr), məscid, mədrəsə, arxeologiya və incəsənət eksponatlarının toplandığı Sirta muzeyi vardır. Tlemsendə Böyük məscid (XII əsr), Sidi bel Həsən məscidini (XIII əsr, hazırda Arxeologiya muzeyidir), Sidi Halva və Sidi Braim məscidlərini (hər ikisi XVI əsr) qeyd etmək olar.

Ölkə turistlərə xidməti çoxsaylı mənzərəli oazislərdə (vahələr- də) təşkil etmək üçün əlverişli şəraitə malikdir. Əlcəzair ilin 9 ayında (ən yaxşı dövr mart-may və sentyabr-noyabr) əcnəbi turistləri qəbul edə bilir. Qızğın turizm dövrü, ənənəvi iyun-sentyabr aylarına təsadüf edir. Aparıcı turist dövlətləri ilə müqayisədə Əlcəzairdə turizm böyük miqyasda inkişaf etməsə də, onun dinamikliyi hiss olunur. Məsələn, 1995-ci ildə ölkə 520, 1997-ci ildə 635, 2000-ci ildə 800 mindən ar­tıq xarici turist qəbul etmişdir. Xarici turizmdən əldə edilən orta illik gəlir isə 25-30 mln. ABŞ dolları təşkil edir.

Əlcəzairə ən çox turist, keçmiş metropoliyadan - Fransadan gə­lir. Eyni dilə və dinə mənsub olan Mərakeşdən və Tunisdən gələn tu­ristlərin də xüsusi çəkisi böyükdür.

Ölkədə xarici turistlərin qəbulu üçün 68 mindən artıq meh­manxana və digər yerləşmə vasitələrində yer mövcuddur (2000). Hər il təxminən 1,0 mln. Əlcəzair vətəndaşı xarici səfərlərdə iştirak edir. Bu da ölkə əhalisinin təxminən 3% təşkil edir.


  1. TUNIS

Şimali Afrikada yerləşmiş Tunis, qərbdə Əlcəzair (965 km), şər­qdə və cənubda Liviya (459 km) ilə həmsərhəddir. Şimalda və şərqdə Aralıq dənizinin suları ilə əhatə olunur.
Ərazisi: 163,6 min kv. km. Dünyada 81-ci yer. Əhalisi: 9,4 mln. nəfər (2000). Dünyada 89-cu yer. Paytaxtı: Tunis şəhəri (1,8 mln. nəfər - 2000). Dövlət (rəsmi) dili: Rəsmi dil - Ərəb dili.

Din: Islam.

Milli pul vahidi: Tunis dinarı.



Səthi müxtəlifdir. Atlas dağları və dağ arası yaylalar (hündürlüyü 1500 m) ölkə ərazisinin üçdə birini təşkil edir. Mərkəzi hissədə yüksək və alçaq ovalıqlar (bəzən dəniz səviyyəsindən də aşağı) üs­tünlük təşkil edir. Cənubda Böyük Səhranın şimal hissəsi yerləşir. Tunisin dəniz sahilləri şimalda sərt və sıldırım, şərqdə isə alçaq və qumludur. Bilavasitə sahilə yaxın ərazidə dəniz dərin deyil.

Tunis mülayim isti iqlimə malik ölkədir. Yayın orta temperaturu 22-30, qışınkı isə 5-12 dərəcə arasında dəyişir. Şimal hissədə quru subtropik, cənubda isə tropik səhraların isti iqlimi üstünlük təşkil edir. ilin bir çox günlərində Böyük Səhradan Sirokko adlanan isti küləklər əsir. Sirokko əsdiyi zaman temperatur 53-59 dərəcəyə çatır. illik ya­ğıntının orta miqdarı, şimalda 600-1000, cənubda isə 150 mm-ə ya­xındır.

Tunis, Sfaks, Kayruan, Sus, Qabes, Monastir ölkənin iri şəhər­ləri, Bizerta, Qabes, Sus, Sfaks və Tunis isə əsas portlarıdır. Əhalinin böyük əksəriyyəti ərəblərdir. Avropalılar ölkə əhalisinin 1 faizini təş­kil edir. Orta ömür müddəti: kişilər üçün 71, qadınlar üçün 75 ildir.

Ölkənin rəsmi adı - Tunis Respublikasıdır. inzibati cəhətcə ölkə 23 əyalətə bölünür. Əyalətlər öz növbəsində rayonlardan ibarətdir. 20 mart 1956-cı ildə Tunis Fransadan müstəqillik qazanmışdır. Həmin gün Milli bayram (istiqlaliyyət günü) kimi qeyd olunur. Qanunveri­cilik, Fransa vətəndaş qanunvericiliyi sisteminə və islam qanunlarına əsaslanır. Dövlət başçısı prezidentdir. Baş nazirin rəhbərlik etdiyi hö­kumət üzvləri prezident tərəfindən təyin edilir. Qanunvericilik haki­miyyətini deputatlar palatası (birpalatalı parlament) həyata keçirir.

Təbii ehtiyatların az olmasına baxmayaraq, Tunis Afrikanın inki­



şaf etmiş ölkələri sırasındadır. Dağ-mədən, toxuculuq və yeyinti, sə­nayenin daha çox inkişaf etmiş sahələridir. Kənd təsərrüfatı (UMM- nin 16 faizi) ölkənin ərzaq məhsullarına olan tələbatının 80 faizini tə­min edir. Dənli bitkilər (əsasən buğda və arpa) və zeytun yağı isteh­salı kənd təsərrüfatında mühüm yer tutur.

*


*



Ölkədə turizm biznesi fəal inkişaf edir və tədricən iqtisadiyyatın əsas bölmələrindən birinə çevrilir. Tunis ilk növbədə özünün tarixi- memarlıq abidələri ilə xarici turistləri cəlb edir. Karfagen və Roma dövrlərindən məlum olan "Termal xəzinələr", su idmanının istənilən növü, xüsusilə balıq ovu və ümumiyyətlə, ovçuluqla məşğul olmaq imkanı, ərəb atlarının yarışları turistlərin marağına səbəb olur. Açıq səma altında muzeyləri xatırladan məbədləri, sarayları, amfiteatrları və digər qədim tikililəri ilə diqqəti cəlb edən Tunis, Sfaks, Kayruan və Sus şəhərləri, turistlərin toplaşdıqları əsas mərkəzlərdir.

Tunis turizm mərkəzi. Ölkənin paytaxtı - Tunis şəhəri, Aralıq dənizindən bir qədər aralı, iki gölün arasında yerləşir. Tunis əhalisinin sayma görə ölkənin ən böyük şəhəri və portudur. Şimali Afrikanın ən gözəl şəhərlərindən biri sayılan Tunisi "Məğribin* ətirli gəlini" ad­landırırlar. Şəhərdə qədim və yeni məhəllələr vardır. Mədinə adlanan qədim hissə qala divarları ilə əhatə olunmuş, ənənəvi ərəb memarlığı üslubunda tikilmiş evlərdən ibarətdir. Məscidi olan Kasba içqalası qə­dim şəhərin mərkəzi hissəsindədir.

Yeni şəhərdə əsasən dövlət idarələri, müxtəlif maliyyə, sığorta və sənaye müəssisələri yerləşir. Bu cür binaların, o cümlədən otel­lərin, turizm komplekslərinin, zəngin villaların tikintisində ənənəvi ərəb üslubundan geniş istifadə olunur. Tunis şəhərində çoxlu memar­lıq abidələri, qədim məscidlər, saraylar, qəsrlər, Belveder1, Afrika florası parkı vardır. Paytaxtda müstəqillik əldə edildikdən sonra açıl­mış Dövlət Universiteti, Müsəlman Universiteti, Ali Rəssamlıq Mək­təbi, Paster institutu, Aqronomluq institutu, Okeanoqrafiya institutu və s. fəaliyyət göstərir. Burada ərəb dilində zəngin kitab fondu olan iri kitabxana var.

Şəhərdən 12 km aralıda, antik dövrlərdə qüdrəti və şöhrətinə gö­rə Qədim Roma ilə rəqabət aparan Karfagen şəhər-dövlətin xaraba­lıqları yerləşir. Karfagenin çiçəkləndiyi dövrdə, burada möhtəşəm bi­

nalar tikilmişdi. Romalılarm, bizanslıların və ərəblərin viranedici bas­qınlarından sonra, burada Karfagenin böyük keçmişinin ancaq lal şa­hidləri - binaların xarabalıqları qalmışdır.

Paytaxtdan bir qədər aralıda, şəhərkənarı Bordo sarayında Alaun Milli Muzeyi yerləşir. Muzeydə gözəlliyi, cazibəsi ilə seçilən Roma mozaikasının nadir nümunələri kolleksiyası toplanmışdır. Paytaxtda islam incəsənəti muzeyi; XIII əsrə aid darvazalar; Böyük məscid (VIII-IX əsrlər), Əl-Ksar məscidi (XII əsr, minarə - XVII əsr); əl- Haua məscidi (XIII əsrin əvvəli); XVIII-XIX əsrlərə aid saraylar da vardır.

Kayruan turizm mərkəzi. Kayruan müsəlmanlar üçün qədim, müqəddəs şəhərdir. Çoxsaylı tarixi-memarlıq abidələrinə malik olan Kayruan Şərqi Məğribin qədim paytaxtıdır. Kayruan uzun müddət öl­kənin mühüm dini mərkəzi olmuşdur. Ərəblərin Məğribdə tikdikləri ilk məscid burada yerləşir. Ərəb yürüşlərinə rəhbərlik edən Sidi Ok- banın adını daşıyan bu məscid, indi də Şimali Afrika ərəblərinin ziya­rətgahıdır.

Sfaks turizm mərkəzi. Bu şəhər inzibati və sənaye mərkəzi, iri ticarət portu və zeytun yağı istehsalsıçıdır. Şəhərdəki Böyük məscid (IX-X əsrlər), şəhər divarlarının qalıqları, saray, Arxeologiya muzeyi, incəsənət və xalq sənətkarlığı muzeyi turistlərin diqqətini cəlb edir.

Sus turizm mərkəzi. Bu şəhərin əsası e.ə. XI əsrdə qoyulmuş­dur. Şəhərin görməli yerlərindən Əl-Xələf qülləsi, Kasba-qəsr (ha­zırda Arxeologiya muzeyidir), Bu-Fatat məscidi, Böyük Məscid (hər ikisi IX əsr), Ribat monastırı (VIII əsr, hazırda islam incəsənəti mu­zeyidir), Sidi Əli Əmmar məscidi (XI əsr), "Qəhvə əl-Qübbə" pavil­yonu (XI əsr) turistləri daha çox cəlb edir.

Dəniz sahili kurortlarda istirahətin təşkili üçün, Tunisin çox gö­zəl təbii imkanları vardır. Şəffaf buxtalar, ucsuz-bucaqsız çimərliklər, beynəlxalq dərəcəli otellər - Tunisin bu günüdür. Ölkədə hər cür şə­raiti olan mehmanxana və digər yerləşdirmə vasitələri çoxdur. Pay­taxtdan 60 və 75 km məsafədə yerləşən Xammamət və Nabil ölkənin tanınmış dəniz sahili kurortlarıdır. Şimal sahillərin ucqarında böyük çimərliyi olan Tabarka kurortu yerləşir. Cənub-şərq hissədə yerləşən Qabes kurortu böyük vahənin mərkəzindədir.

Tunisə məxsus olan Cəbr adasında da ölkənin mühüm kurort mərkəzi yerləşir. Mülayim, yumşaq iqlimi olan adada, palma ağacları, sitrus bitkiləri və üzümlüklərlə əhatə olunmuş geniş çimərliklər var­dır. Ölkənin bu guşəsi əcnəbi turistləri özünə cəlb edir. Ümumiyyətlə, çimərlik turizmi, Tunis turizminin aparıcı sahəsidir. 2000-ci ilə olan



məlumata əsasən, ölkədə turistlərin qəbulu üçün 192 mindən artıq olan mehmanxana və digər yerləşmə vasitələrində yer mövcuddur. Turistləri yerləşdirmə vasitələri əsasən şəhərlərdən kənarda, turistlər üçün salınmış kəndlərdədir.

*
*



*

Tunisə gələn xarici qonaqların sayı ildən-ilə artır. Müqayisə üçün rəqəmlərə müraciət edək. 1967-ci ildə ölkəyə 230, 1972-ci ildə 780 min, 1987-ci ildə 1,5 mln, 1990-cı ildə isə 1,7 mln. xarici turist gəlmişdir. Xarici turizm Tunis üçün xarici valyuta daxil olmalarının mühüm mənbəyidir. 1972-ci ildə Tunis xarici turizmdən 150 mln. ABŞ dolları məbləğində gəlir əldə etmişdir. Həmin dövrdə ölkənin mühüm təsərrüfat sahələri olan neft ixracından isə cəmi 50, fosfo- ritdən 40, şərabdan 10, sitrus bitkiləri ixracından isə 5 mln. ABŞ dol­ları əldə edilmişdir. Ölkənin gəlmə turizmi əsasən Avropa turizm ba­zarından asılıdır (83 faiz). Avropalı turistlərin əksəriyyəti (80 faiz) öl­kəyə çarter* aviareysləri ilə gəlmişlər.

"Səhrada fırtına" müharibəsinə qədər ölkəyə gələn turistlərin sa­yı, Tunisin hökumət dairələrinin arzu etdikləri sürətlə artmırdı. Müharibə dövründə turistlərin sayı 3 dəfə azalmışdı ("Səhrada fırtına" müharibəsində Tunis, İraqın mövqeyini müdafiə etdiyi üçün, Avropalı turistlər buraya gəlməyə ehtiyat edirdilər).

1990-cı ildən sonra Tunis üçün əsas turizm bazarı Fransa olaraq qalırdı. Çünki, uzun müddət Tunis Fransanın müstəmləkəsi olmuşdur. Amma, sonralar Almaniya, Fransanı ötüb keçdi. Ölkə üçün üçüncü mühüm bazar Böyük Britaniyadır. Tunisə qonşu Ərəb ölkələrindən, xüsusilə də Əlcəzair və Liviyadan, şopinq, qohumları və dostları ilə görüşmək məqsədi ilə də turistlər gəlir.

Tunisin iqtisadiyyatı "üç nəhəngin" - neft, fosfat çıxarılması və xarici turizm üzərində qurulmuşdur. 1996-cı ildə ölkəyə 3,9, 1997-ci ildə 4,2, 1998-ci ildə 4,7, 1999-cu ildə isə 4,8 mln. əcnəbi turist gəl­mişdir. Turizmdən əldə edilən gəlir 1996-cı ildə 1,4, 1997-ci ildə 1,36, 1998-ci ildə 1,55, 1999-cu ildə isə 1,56 mlrd. ABŞ dolları təşkil etmişdir. Ölkədə, həmçinin getmə turizmi də inkişaf etmişdir. Xarici səfərlərə çıxan tunislilərin sayı da ildən-ilə artır. 1997-ci ildə 1,4, 1998-ci ildə 1,5, 1999-cu ildə isə 1,7 mln. Tunis vətəndaşı xarici sə­fərlərdə olmuşdur.

Çarter (ingilis mənşəli sözdür) - beynəlxalq dəniz ticarətində və mülki aviasiyada gəmilərin kirayə edilməsi, daha doğrusu sazişlə təsis edilmiş şərtlərlə yerinə yetiri­lən kommersiya reysidir.

  1. MƏRAKEŞ

Qərbi Afrikada yerləşmiş Mərakeş, cənub-şərqdə və şərqdə Əl­cəzair (1559 km), cənubda Qərbi Böyük Səhra (443 km) ilə həmsər­həddir. Ölkə qərbdə Atlantik okeanın, şimalda Aralıq dənizinin suları ilə əhatə olunur.
Ərazisi: 446,6 min kv. km. Dünyada 56-cı yer. Əhalisi: 29,3 mln. nəfər (2000). Dünyada 33-cü yer. Paytaxtı: Rabat (1,6 mln. nəfər - 2000).

Dövlət (rəsmi) dili: Rəsmi dil - Ərəb dili.

Din: islam.

Milli pul vahidi: Mərakeş dirhəmi.



Səthi müxtəlifdir. Atlantik okeanı sahillərində yerləşmiş düzən­liklər 1600 km-ə qədər uzanır. Ər-Rif, Orta Atlas, Yüksək Atlas (öl­kənin ən yüksək nöqtəsi - Tubkal dağı 4165 m buradadır) və Antiatlas dağlarından ibarət dağlıq ərazilər, cənub-qərbdən - şimal-şərqə doğru bütün ölkə boyu uzanır. Mərakeşin cənub və cənub-şərqində səthi qumlu və daş-kəsəkli Böyük Səhra yerləşir. Ərəblər ölkəni Əl- Məğrib və ya Əl-Məğrib əl-Əqsa, yəni "Uzaq Qərb”, avropalılar isə onun qədim paytaxtı Mərrakeşin adı ilə Mərakeş adlandırırlar.

Mərakeşin iqlimi, quru, isti yayı və mülayim, rütubətli qışı olan Aralıq dənizi tiplidir. Ərazi böyük olduğundan ölkənin ayrı-ayrı his­sələrində iqlim fərqləri kəskin surətdə özünü büruzə verir. Ölkənin şimal-qərb hissəsinə okeanın təsiri daha böyük olduğundan oranın iq­limi daha yumşaqdır. Mərakeşin daxili rayonlarında iqlim daha konti­nentaldır. Yanvarın orta temperaturu 10-12, iyulunki 24-28 dərəcədir. Əsas faydalı qazıntılar: fosforit, dəmir filizi, qurğuşun, sink, kobalt, mis, kömür, neft, manqan və duzdur.

Kasablanka (4 mln.), Rabat (1,6 mln.), Mərrakeş (1,5 mln.), Fes (1 mln.), Ucda (500 min), ölkənin iri şəhərləri, Kasablanka və Tanjer isə böyük portlarıdır. Əhalinin böyük əksəriyyəti ərəblər və bərbər­lərdir (97 faiz). Ölkədə həmçinin, fransızlar, ispanlar və yəhudilər ya­şayır (bu, Avropadan öz qohumlarını görmək məqsədi ilə turist axını­na səbəb olur). Orta ömür müddəti: kişilər üçün 67, qadınlar üçün 71 ildir.

Ölkənin rəsmi adı - Mərakeş Məlikliyidir (krallığıdır). Dövlət quruluşuna görə konstitusiyalı monarxiyadır. inzibati cəhətcə ölkə 37

vilayətə bölünür, vilayətlər də öz növbəsində prefektura, dairə və kommunalardan ibarətdir.

2 mart 1956-cı ildə Mərakeş müstəqil dövlət olmuşdur (öncə Fransanın müstəmləkəsi idi). Qanunvericilik, islam hüququna, həm­çinin Fransa və İspaniyanın vətəndaşlıq hüquqlarına əsaslanır. Dövlət başçısı - Məlik II Həsən, 3 mart 1961-ci ildən hakimiyyətdədir. Hə­min gün (taxt-tac günü) ölkədə Milli bayram kimi qeyd olunur. Qa­nunvericilik hakimiyyəti birpalatalı parlament tərəfindən həyata keçi­rilir.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Avropa ittifaqı ölkələrinə toxuculuq məmulatlarının satışının bərpa edilməsi, idxal edilən malla­rın qiymətlərinin endirilməsi, emiqrant fəhlələrin azalması və Ərəb ölkələri tərəfindən yardımın artması ilə əlaqədar ölkədə iqtisadi və­ziyyət sabitləşdi. Fosforit çıxarılması və emalı (fosforit istehsalına gö­rə dünyada ikinci yer), yeyinti, toxuculuq məmulatları, gön-dəri sahə­ləri, sənayenin nisbətən inkişaf etmiş sahələridir.

*


* *



Ölkədə turizm fəal inkişaf edir. Sənətkarlıq, kustar istehsal, xü­susilə xalçaçılıq, dulusçuluq, gön-dəri istehsalı, keramika məhsulları (əcnəbi turistlər tərəfindən məmnuniyyətlə alınır), ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir.

Dövlətin paytaxtı Rabat, həmçinin Kasablanka, Mərrakeş, Fes, Meknes şəhərləri, Aralıq dənizi sahilində bir sıra rayonlar və Atlas dağları bölgəsi turistlərin toplaşdıqları əsas mərkəzlərdir.

Rabat turizm mərkəzi. Atlantik okeanı sahilində yerləşən Rabat ölkənin iri dəniz portu və paytaxtıdır. Şəhər, dəmir və avtomobil yol­ları vasitəsilə ölkənin digər yaşayış məntəqələri ilə birləşir. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli aeroport vardır. Rabat XII əsrdə, bir zamanlar dəniz quldurlarının istinad yeri olan qədim Sale şəhərinin xarabalıqları yaxınlığında salınmışdır. 1912-ci ildən 1956-cı ilədək (Mərakeş istiqlaliyyət qazandığı vaxtadək) Rabat, Fransanın Mərakeş protektoratlığı zonasının inzibati mərkəzi olmuşdur.

Müasir Rabat, planlı şəhərsalınması, geniş yaşıl bağları ilə seçilir. Şəhər iki - qədim və yeni hissələrdən ibarətdir. Mədinə adlanan qə­dim hissə köhnə daş divarlarla əhatə olunmuş, orta əsrlərə aid ərəb şəhərinin cizgilərini qoruyub saxlamışdır. Qüllə-Minarə (hündürlüyü 55 metr), Həsən Məscidi (1195-ci ildə tikilməyə başlamış, sona çat­dırılmamışdır), Yaqub əl-Mansur Məscidinin qalıqları (XII əsr), Üdəyya qalası (XII-XVII əsrlər), qala divarlarının dekorativ tağları, Böyük Məscid (XIV əsr), Məlik sarayı və s. Rabatın görməli yerlə-

rindəndir. Mərakeşin paytaxtında universitet, bir sıra muzeylər, o cümlədən: incəsənət, Arxeologiya, Təbiət elmləri, Poçt, Üdəyya mu­zeyləri fəaliyyət göstərir.

Kasablanka turizm mərkəzi. Kasablanka (ərəbcə "Dar əl-bey- da”, yəni Ağ ev mənasını daşıyır) Mərakeşin iri iqtisadi, mədəni və turizm mərkəzidir. Atlantik okeanı sahilində yerləşmiş Kasablankada çoxsaylı təmtəraqlı otellər restoranlar, gecə klubları və kazinolar var­dır.

Əhalinin sayma görə Kasablanka ölkənin ən böyük şəhəri, Af­rikanın isə ən işlək portlarmdan biridir. Şəhərin dəniz sahili çox gö­zəldir. Müasir avadanlıqla təmin olunmuş böyük çimərlikləri vardır. II Həsən Böyük Məscidi, Məlik sarayı, Akvarium turistlərin diqqətini daha çox cəlb edir.

Fes turizm mərkəzi. Fes ölkənin ən qədim şəhərlərindəndir. Burada, əsası 1100 il öncə qoyulmuş müsəlman universiteti fəaliyyət göstərir. Bir çox məscidlər öz gözəl memarlığı ilə seçilirlər. Məscid- universitet - Qarauyun (IX-XII əsrlər), Attarin və Bu-İnaniyyə məd­rəsələri, Mokfi hamamı (hamısı XIV əsr), dar-Batxa İncəsənət mu­zeyi fəaliyyət göstərir.

Meknes turizm mərkəzi. Meknes "Mərakeşin Versalı" adlanır. Okeandan xeyli aralıda yerləşmiş Meknesdə Bab əl-Mansur qədim şəhər qapıları, Dar Came məscidi (XIII əsr), İnaniyyə mədrəsəsi (XVI əsr), Dar əl-Maxzen sultan sarayı (XVII əsr), Böyük bazar turi­stləri maraqlandıran yerlərdir.

Mərrakeş turizm mərkəzi. Mərrakeş Yüksək Atlasın ətəklərin­də yerləşən vahə-şəhərdir. Asiya və Avropanın bir çox xalqlarının ta­rixi ilə sıx əlaqədar olan şəhərin tarixi böyükdür. Hazırda mühüm tu­rizm mərkəzidir. Dar si Səid və Bert Flint muzeyləri burada yerləşir. Erkən Mavritaniya memarlığına aid olan Qütbiyyə məscidinin mina­rəsi (XII əsr) (minarədən baxanda qədim şəhərin ecazkar mənzərəsi və Yüksək Atlasın qarlı zirvələri çox gözəl görünür), gümbəzli Qübbə-əl Büruddiyn pavilyonu (XI əsr), Bab-Aqvenau (XI-XII əsr­lər) şəhərin görməli yerlərindəndir. Mərrakeş yaxınlığında bir sıra dağ-idman mərkəzləri yerləşir.

Tanjer turizm mərkəzi. Cəbəllütariq boğazının sahilində yer­ləşmiş Tanjer, Avropanın ən yaxın dəniz sahilindən cəmi 15 km-lik məsafədədir. Dünyanın ən qədim şəhərlərindəndir. E.ə. II əsrdə fini­kiyalılar tərəfindən əsası qoyulmuşdur. Km-lərlə uzanan sahil boyu subtropik bitkilərlə əhatə olunan qumlu çimərliklərin olması, istirahət məqsədli turizmin inkişafı üçün əlverişli şərait yaradır. Əfsanəyə görə

Herkules*, qızıl alma bitən ağacı axtarmaq üçün buraya, "dünya yolla­rının kəsişdiyi yerə" gəlmişdir. Müasir Ərəb-Avropa qarışıq həyat tərzi şəhərə xüsusi özünəməxsusluq verir.



Görməli yerlər arasında, Mədinə (qədim şəhər) divarlarını, Böyük Məscidi, Kasba qalasını (hamısı XVII əsr), Dar əl-Maxzen sa­rayını (XVIII əsr), Qədimlik və Foros muzeylərini qeyd etmək olar. Əl-Hoseymə və Kasablankadan şimalda yerləşən Məhəmməddiyyə,

iri dəniz sahili kurortlar hesab olunur.

*


* *



Aralıq dənizi və Atlantik okeanı sahillərində Mərakeşin çimərlik ehtiyatları çoxdur. Ötən əsrin 70-80-ci illərində hökumət, dövlətli müştərilər üçün elita tipli turizmin inkişafına köməklik göstərirdi. So- nralar isə kütləvi, ailəvi turizmin inkişafına üstünlük verildi. Nəticədə, qiymət siyasətinin köməyi ilə ölkə bu sahədə hətta İspaniya ilə rəqa­bət aparmağa başladı. Mərakeş üçün əsas turizm bazarı Fransadır (28 faiz). Çünki, Mərakeş də Tunis kimi bu ölkənin müstəmləkəsi olmuş­dur. Sonrakı yerləri, İspaniya - 20 faiz (onun turistləri Cəbəllütariq boğazını keçərək Mərakeşə gəlirlər), Almaniya və Böyük Britaniya (hər biri 11 faiz) tuturlar. Əlcəzairdən şopinq məqsədi ilə ölkəyə tu­ristlərin fəal gəlməsi də müşahidə edilir.

1988-ci ildən - 1991-ci ilədək ölkəyə gələn turistlərin sayı 375 mindən, 1,4 mln. nəfərədək artmış, 1992-ci ildə 2 mln. nəfər təşkil etmişdir. 1995-ci ildə ölkəyə 2,6, 1998-ci ildə 3,2, 1999-cu ildə isə 3,8 mln. nəfər turist gəlmişdir. Xarici turizmdən daxilolmalar 1995-ci ildə 1,3, 1998-ci ildə 1,7, 1999-cu ildə isə 1,9 mlrd. ABŞ dolları təş­kil etmişdir. Xarici turistlərin qəbulu üçün ölkədə 128 minə yaxın (2000) mehmanxana və digər yerləşmə vasitələrində yerlər möv­cuddur. Mərakeşlilər özləri xarici turizm səfərlərində həvəslə iştirak etmirlər. 1999-cu ildə cəmi 1,6 mln. mərakeşli xarici səyahətlərdə olmuşdur.

Herkules qədim yunan mifologiyasında ən güclü pəhləvanlardan biri. Herkulesə si­tayiş Yunanıstanda geniş yayılmış, sonra başqa ölkələrə keçmişdir.

1 Belveder (italyan mənşəli sözdür. Hərfi mənada gözəl mənzərə) - binanın və ya təpənin üstündə müşahidə üçün qüllə, qalaça, eyvan mənalarında işlədilir.






Yüklə 28,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin