Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt neft və SƏnaye universiteti-nin



Yüklə 31,87 Kb.
səhifə1/3
tarix13.11.2022
ölçüsü31,87 Kb.
#68809
  1   2   3
DOC-20221110-WA0012.


AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ-nin

nəzdində


BAKI NEFT – ENERGETİKA KOLLECİ
“Azərbaycan tarixi” fənnindən

T Ə Q D İ M A T


“Cənubi Azərbaycan Rza şahın illərində”
İxtisas: Neft emalı, neft kimyası
Qrup: 545/1
Tələbə: Mənsimov Elgün
Müəllim: Dəmirova Sərvinaz
Bakı 2022
Mündəricat
Giriş

  1. Cənubi Azərbaycan Rza şahın hakimiyyəti illərində. Səh 3


  1. Plan

Plan 1: Rza şah diktaturasının süqutu. Səh 6
Plan 2: Milli hərəkatın başlanması. Səh 6
Plan 3: Cənubi Azərbaycan mədəniyyəti 1920-1930-cu illərdə. Səh 7

  1. Ədəbiyyat siyahısı Səh 8

Giriş


1920-ci illərin birinci yarısında ictimai-siyasi vəziyyət mütərəqqi liberal-demokratların deyil, əks-təmayüllü qüvvələrin xeyrinə dəyişməyə başladı. Burada öz nüfuzunu yaymaq məqsədi güdən Böyük Britaniya fəal surətdə İranın daxili işlərinə qarışırdı. Əvvəlcə iri feodallara arxalanaraq yerini möhkəmləndirməyə çalışan ingilislər tezliklə fikirlərini dəyişərək daha çevik olan və Sovet Rusiyasına nifrət edən Rza xan kimi hərbçilərə üstünlük verdilər. Hələ 1920–1922ci illərdə Cənubi Azərbaycanda demokratik hərəkatın silah gücünə yatırılması zamanı buraya göndərilmiş hökumət qoşunları, əsasən, Hərbi nazir Rza xanın komandanlığı altında olan kazak diviziyasının hissələri Təbrizi və digər şəhərləri tutdular. Hərbi vəziyyət elan edildi. 1924–1925ci illərdə Təbriz, Ərdəbil, Miyanə, Diklidaş nahiyələrində yaşayan tayfalar silahsızlaşdırıldı.1925-ci ilin iyulunda Rza xan Cənubi Azərbaycana səfər edib Təbriz, Xoy,
Salmas, Ərdəbil şəhərlərində oldu. O, səfərə çıxmamışdan əvvəl xüsusi bəyanatında bildirdi ki, 1924-cü ilin yazında və yayında bu səfəri Azərbaycanın fövqəladə xidmətlərini nəzərə alaraq edir. Əslində isə məqsəd Azərbaycandakı bütün qüvvələri səfərbər edib Qacarları devirməyə hazırlaşdırmaq idi. İşsizlikdən, bahalıqdan, rüşvətxorluqdan, özbaşınalıqdan bezən geniş xalq kütləsi Rza xanın yağlı vədlərinə inanırdı. Nəhayət, 1925-ci ildə Qacarlar sülaləsi devrildi və hakimiyyətə Rza şah Pəhləvi gəldi.
Rza şah Pəhləvi— İran şahı (1925–1941), Pəhləvilər sülaləsinin banisi. Əhməd şah Qacarı devirib Pəhləvi xanədanını qurmuşdur. Onun qurduğu Pəhləvi rejimi sekulyarist, milliyyətçi, militarist və anti-kommunist rejimdir.

Yüklə 31,87 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin