İnformasiyanın miqdarı



Yüklə 13,09 Kb.
tarix02.01.2022
ölçüsü13,09 Kb.
#38231
İnformasiyanın miqdarı


İnformasiyanın miqdarı

Bütün kəmiyyətlərin ölçülməsi üçün ölçü vahidlərindən istifadə edilir.İnformasiyanın miqdarının ölçülməsi üçün bir neçə yanaşma mövcuddur.

1.Məzmun yanaşma-məzmun yanaşma əsasən insani nöqteyi-nəzərdən başa düşülür.Bu halda ətraf aləmin dərk edilməsi prosesi informasiyanın biliklər formasında toplanmasına səbəb olur.İnsan yeni-yeni informasiya aldıqca onun bilik dairəsi genişlənir yəni biliklərindəki qeyri məyyənlilər aalır.Belə yanaşmada informasiyanın miqdarı onun məzmunundan yəni əsas mənasından asılı olur.Texniki qurğularda isə tam fərqli olaraq,informasiyanın məzmunu qurğu tərəfindən başa düşülmür.

2.Əlifba və ya texniki yanaşma-bu yanaşma məyyən əlifbanın simvollarından təşkil edilmiş mətnlərdəki informasiyanın miqdarını ölçməyə imkan verir.Texnikada informasiya dedikdə müəyyən işarələr sisteminin simvollarının ixtiyarı ardıcıllığı nəzərdə tutulur.

İstənilən dilin əlifbasında xüssusi simvollar yığını yəni dilin əlifbası dayanır.Hər hansı dildə informasiya təqdim etmək üçün istifadə olunan simvollar yığınına əlifba deyilir.Əlifbaya hərflərlə yanaşı rəqəmlər,durğu işarələri,mötərizələr də həmin əlifbanın əsas elementləri hesab edilir.İnformatikada isə bütün simvollarla yanaşı boşluq simvolu da əlifbanın elementlərinə daxildir.

Müxtəlif əlifbalarda olan simvolların sayına həmin əlifbanın gücü,yaxud da əlifbanın ölçüsü deyilir.Əlifbanın gücü N hərfi ilə işarə edilir.Məsələn:Az.əlifbasını gücü N=32,Rus N=33,İng. N=26, ASCİİ N=256 və.s.Əlifba yanaşmasında hesab edilir ki, mətnin hər bir simvolu informasiya miqdarına malikdir.İnformasiyanın ən kiçik vahidi bit adlanır.

Texniki yanaşmada başqa əlifbaların simvollarının informasiya miqdarı həmin simvolları kodlaşdırmaq üçün ikilik say sisteminin rəqəmləri olan “0” və ya “1” istifadə edilərək ikilik simvolların miqdarı ilə müəyyən olunur.Bir simvolun informasiya tutumnu “i” ilə işarə etsək:

i=1 olduqda N=2 ,i=2 olduqda N=4,i=3 olduqda N=8 ...,i=8 olduqda N=28=256 və.s. olur.

N= 2i dsturu əlifbanın gücünü müəyyən edir (Hartli düsturu).
Ölçmə zamanı Azərbaycan əlifbasının bir hərfi 5 bit informasiya daşıyır.Əgər simvollar eyni informasiya miqdarı daşıyırsa onda məlumatdakı informasiyanın miqdarını İm, bir simvolun daşıdığı informasiya miqdarını İs,kodun uzunluğuna “K”-ya vurmaqla informasiyanın miqdarını müəyyənetmək olar.(K-verilmiş məlumatda olan simvolların sayıdır)

İm= İs*K



Misal: İnformasiya tutumu 600 bit olan məlumat 200 simvoldan ibarətdir.Əlifbada neçə simvol var? Simvolun çəkisi N=600/200=3 bit ,N=23=8
Yüklə 13,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin