TəHSİLİn sosiologiyasi və onun xüsusiYYƏTLƏRİ Dos., Mütəllim Rəhimov1



Yüklə 18,07 Kb.
tarix02.01.2022
ölçüsü18,07 Kb.
#43907
teh-sos-Mutallim Rahimov-tez-2021


TƏHSİLİN SOSİOLOGİYASI VƏ ONUN XÜSUSİYYƏTLƏRİ

Dos., Mütəllim Rəhimov1

Təhsil dedikdə, müəllimlər və tələbələr, uşaqlar və gənclər, uşaq bağçası müəllimləri və tərbiyəçiləri, şagird və ustalar, valideynlər və məktəb rəhbərləri və s. bu sahənin iştirakçıları yada düşür. Buna görə təhsil təlimçi ilə təlim keçənlər arasındakı şəxsi münasibətlərin başa düşülməsi kimi başa düşülə bilər. Daha aydın ifadə etsək, müəllim və şagird (tələbə) arasındakı qarşılıqlı münasibətlərin növü və izləri, uşaq inkişafı ehtiyacları, təhsil əlaqəsinin baş verdiyi məktəb və ətraf mühit, təhsilə təsir edən mühit və amillər, uşaqların təcrübəsi və qabiliyyətləri, tərbiyəçi, pedaqoji məqsədlər, istifadə olunan təlim vasitələri və metodları araşdırılır.

Təhsil cəmiyyətin sosial institutlarından biri və əhəmiyyətli hissəsidir. Hər uşaq müəyyən bir ailədə doğulur, müəyyən bir sosial təbəqənin dili və etik qaydalarını öyrənir, kənddə və ya şəhər şəraitində böyüyür, ibtidai məktəbdə və təhsil sisteminin digər mərhələsini həyata keçirən məktəblərdə oxuyur. Uşaqlar kiçik yaşlarından onları əhatə edən dostları ilə müxtəlif oyunlar oynayır, söhbət edir, bu qruplara inteqrasiya olunurlar. Kitab, qəzet, jurnal oxuyur, kinoya, teatra gedir, radio dinləyir, televizora baxır və s. bütün bu kimi hərəkətlərlə böyüdükləri, yaşadıqları cəmiyyətdən təsirlənirlər. Bu mühit uşaq və gənclərə həyatın məqsədi, xurafat və dəyər müddəaları, münasibət, vəziyyət, alışlar, düşüncə və davranışın bütün sahələrinə dair təsir yaradır və onları istiqamətləndirir. Buradan bir daha görsənir ki, ki, təhsil və tərbiyə arasındakı qarşılıqlı münasibətlərin insanlara təsirini öyrənən elm sahəsi təhsil sosiologiyası adlanır.

Təhsil sosiologiyası olaraq adlandırılan elm sahəsi haqqında dünya ədəbiyyatında ikitərəfli yanaşmalar ifadə edilir. Yanaşmalar fərqli olsa da, əhatə olunan məsələlər eynidir. Təhsil sosiologiyasında hər iki yanaşma - təhsil və cəmiyyət məsələlərinin həlli yolları və nəticələr birlikdə verilməyə çalışılır.

Sosioloji baxımdan təhsil qabiliyyəti, münasibətləri və digər müsbət davranışlar formatlarını inkişaf etdirən proseslər toplusudur.

Təhsilin sosiologiyası sosioloji biliyin bir sahəsi olub, sosial institut olan təhsil sistemini, onun fəaliyyət və inkişaf qanunauyğunluqlarını, cəmiyyətlə qarşılıqlı təsirini oyrənir.




1 Bakı Avrasiya Universiteti, “Humanitar fənlər və regionşünaslıq” kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru, e-mail: mutallimr@inbox.ru


Yüklə 18,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin