B a z a r I q t I s a d I y y a t I plan. Bazarın obyekt və subyektləri. Bazar sisteminin üstünlüyü. Bazarın təsnifatı



Yüklə 406,59 Kb.
tarix28.09.2023
ölçüsü406,59 Kb.
#150249
bazar iqtisadiy

B A Z A R İ Q T İ S A D İ Y Y A T I Plan. 1.Bazarın obyekt və subyektləri. 2.Bazar sisteminin üstünlüyü. 3.Bazarın təsnifatı.

Bazar - əmtəələrin alqı-satqısı əməliyyatlarının məcmusudur. Bazar - satıcı və alıcıların görüşdüyü məkandır və s. Bunlar bazar haqqında ən səthi təsəvvürlərdir. Bir qədər geniş tərif verənlər bazarı aşağıdakı kimi səciyyələndirirlər. Bazar - tələb və təklifin məcmusudur. Bazar - ayrı-ayrı əmtəələr və xidmətlər üzrə satıcılarla alıcıların birgə fəaliyyət mexanizmidir.

Bazarın strukturu. Müasir inkişaf etmiş ölkələrdə funksional təyinatına görə çoxsaylı bazarlar fəaliyyət göstərir və bazarlar sistemini yaradır. Bazarlar çoxsaylıdır, nə qədər əmtəə və xidmətlər varsa, bir o qədər də bazar vardır.

1) İstchlak məhsullarının bazarı; 2) istehsal vasitələri bazarı; 3) xidmətlər bazan; 4) əmək (iş qüvvəsi) bazarı; 5) elmi və təcrübəkonstruktor işləmələr bazarı (elmin məhsulları, istehsala tətbiq üçün hazır olan texnologiyalar); 6) borc kapitalı/bazarı; 7) qiymətli kağızlar bazarı; 8) valyuta bazan; 9) mənəvi nemətlər bazarı (alimin, yazıçının, rəssamın və s. intellektual fəaliyyətinin məhsullarının pulla reallaşdırılması); 10) informasiya məhsulları bazarı

Bütün bu bazarların iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərməsi onların rolunun getdikcə artmasının sübutudur. Bazar, istehsalı onun bütün amilləri ilə təmin edən bir sahəyə çevrilmişdir. Buna görə də, bütün ən iri istehsal sahələri ixtisaslaşmış bazarlara möhtacdır. Elə buna görədir ki, bazarın hakim olduğu milli iqtisadiyyatlar bazar iqtisadiyyatı kimi səciyyələndirilir.

Bazar mürəkkəb münasibətlər sistemidir və bu münasibətlər bazara xas olan qanunlarla və onların fəaliyyət mexanizmləri ilə tənzimlənirlər. Bu qanunlara aiddir:


1
    • Tələb qanunu

2
    • Təklif qanunu

3
    • Rəqabət qanunu

4
    • Dəyər qanunu

5
    • Mənfəət qanunu

Öz konkret növündən asılı olmayaraq, hər bir bazar aşağıdakı əsas ünsürlərə söykənir, onlara əsaslanır;


Qiymət
Tələb
Təklif
Rəqabət

İnkişaf etmiş ölkələrdə bazar iqtisadiyyatının bir neçə modeli formalaşıb:


Azad
Sosial yönümlü
Dövlət tərəfindən idarə olunan bazar.

Bazar iqtisadiyyatının qeyd edilmiş modelləri ümumi və bir sıra spesifik xüsusiyyətlərə malikdir. Ümumi əlamətlərə aiddir: müxtəlif mülkiyyət növlərinin mövcudluğu – xüsusi, ictimai, dövlət; rəqabət və dövlət tərəfindən dəstək. Spesifik xüsusiyyətlər ölkənin tarixi, mədəni, dini, siyasi xarakteri ilə əlaqədardır. Dövlət iqtisadiyyat, maliyyə bazarının təşkili və sosial problemlərin həllində müxtəlif rol oynayır.

Məsələn, ABŞ-da cəmiyyətin iqtisadi həyatında dövlət məhdud rol oynayır. Bu, tarixi amillər, mədəniyyətin müxtəlifliyi, eləcə də məskunlaşmış xalqların dini və digər ənənələri ilə şərtlənir. Ilk avropalı mühacirlər qanun və dini təqiblərdən qaçan, eləcə də özünü şəxsiyyət kimi təsdiq etmək istəyən insanlar idilər. Məhz bunun əsasında da ABŞ-da bazar prinsipləri formalaşdı. Qərbi Avropa ölkələrinin əksəriyyətində bazarın yaranması feodal sistem şərtləri daxilində baş verirdi, elə monarxizm prinsipləri əsasında formalaşmış qanunlar cəmiyyətin iqtisadi və sosial həyatında dövlətin rolunu müəyyən etdi.

İqtisadiyyatın yapon modelinin xüsusiyyətləri ölkənin xarici dünyadan təcrid olunması (1603-1854), feodal sisteminin xüsusiyyətləri və konfusiçiliyin əsrlərə əsaslanan ənənələri ilə bağlıdır. Bu və digər tarixi, təbii-iqlim, mədəni amillər Yaponiyanı digər inkişaf etmiş ölkələrə nisbətən daha individual cəmiyyətə çevirir

Ölkələrin sosial siyasətə yanaşmalarındakı fərqliliyin nəticələrindən biri də əhali gəlirlərindəki diferensiasiyadır. ABŞ-da yoxsulluq səviyyəsində yaşayan insanların xüsusi çəkisi Avropa və Yaponiyaya nisbətən yuxarıdır, baxmayaraq ki, Amerika dünyanın daha inkişaf etmiş ölkəsi sayılır. Sənayedən post-sənaye sisteminə keçən əksər ölkələr üçün bazar iqtisadi modelinin effektivliyinin əsas amili kimi şəxsi imkanların realizasiya səviyyəsi, insanların mövcudluğu üçün ən münasib iqtisadi, sosial, ekoloji və psixoloji şərtlərin təmin olunmasını qeyd etmək olar.

Cəmiyyətdə formalaşan bazar münasibətləri təsərrüfat həyatının bütün sahələrinə təsir edir və: 1) Informasiya vermə; 2) Vasitəçilik etmə; 3) Qiymətəmələgətirmə; 4) Tənzimləmə 5) Sağlamlaşdırma vəzifələrini yerinə yetirir. Bazar, istehsalın iştirakçılarına qiymətlərin, kreditlər üzrə faiz dərəcələrinin dəyişməsi, bazara gətirilən əmtəə və xidmətlərin miqdarı, çeşidi və keyfiyyəti haqqında obyektiv informasiya verir.

Bazarın tənzimlənməsində tələblə təklif arasındakı nisbət mü­hüm rol oynayır. Qiymətlərin artması istehsalın genişləndirilməsinə, aşa­ğı düşməsi isə ixtisar olunmasına işarədir. Müasir dövrdə iqtisadiyyat təkcə «gözəgörünməz əl»in kömə­yi­lə deyil, həm də dövlət tərəfindən müxtəlif iqtisadi «vasitələrdən» isti­fa­də olunmaqla idarə edilir. Lakin buna baxmayaraq bazarın tənzimlə­yi­ci, iqtisadiyyatda tarazlayıcı rolu yenə də qalmaqdadır.

Bazar mexanizmi xeyriyyəçilik sistemi deyildir. O, sosial bəra­bər­sizliyə, təbəqələşməyə şərait yaradır. Bazar, rəqabətin köməyilə icti­mai istehsalı iqtisadi cəhətdən qeyri-sabit, həyatda özünü doğrultmayan təsərrüfat vahidlərindən təmizləyir, daha çox səmərə verən, təşəbbüs­kar, bacarıqlı, zirək təsərrüfat vahidlərinə isə «yaşıl işıq» yandırır. Bu­nun nəticəsində iqtisadi vahidlər üzrə ümumilikdə orta sabitlik səviy­yə­si nəinki saxlanılır, hətta yüksəlir.


Yüklə 406,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin