Bakı, Azərbaycan



Yüklə 51,79 Kb.
tarix03.12.2016
ölçüsü51,79 Kb.
#728



Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramı

Amerika Birləşmiş Ştatları Səfirliyi


Bakı, Azərbaycan

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramı üzrə müsabiqənin 2007-ci il payız mərhələsinin başlanmasını élan edir.


Birinci Hissə



Payız 2007 Elanı

Proqram üzrə layihə təklifləri 2007-ci il Sentyabrın 26-dan 2007-ci il noyabrın 2-dək axşam saat 18:00-dək qəbul ediləcək.

Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramında istifadə olunan ərizə/sənədlər paketi üç hissədən ibarətdir:


  1. Birinci hissəyə 2007-ci ilin payız mərhələsinin başlanması elanı daxildir (bu sənəd). Bura elan üzrə mövzular və habelə, layihə təklifinizin mövzu və məzmununa dair ümumi, xüsusi qayda və tələblər daxildir.

  2. Ikinci hissə 2007-ci ilin payız mərhələsi üçün ərizə doldurulması qaydalarını əks etdirir. . Bura ərizənin formatı ilə bağlı tələblər və Üçüncü Hissə 2007-ci ilin payız mərhələsi üçün ərizənin düzgün doldurulması qaydaları daxildir.

  3. Üçüncü Hissə 2007-ci ilin payız mərhələsi üçün Ərizə Formasıdır.

Əgər siz Birinci və İkinci hissələrdə qeyd olunmuş tələblərə riayət etməsəniz və ya Üçüncü hissədə təqdim olunan 2007-ci ilin payız mərhələsi üçün ərizə formasından istifadə etməsəniz, Demokratiya Komissiyası sizin təklifi qəbul etməyə bilər.


Demokratiya Komissiyasının Kiçik Qrantlar müsabiqəsində iştirak etmək üçün üç hissədən ibarət sənədlər paketini aşağıdakı ünvanlarda əldə edə bilərsiniz:
ABŞ-ın Bakıdakı Səfirliyinin internet səhifəsində

  • İngilis dilində: http://azerbaijan.usembassy.gov/demcom2.html

    • Azərbaycan dilində: http://azerbaijan.usembassy.gov/demmain_az.html

və ya

Suallarınız olarsa, ingilis dilində BakuDemCom@state.gov elektron poçt ünvanına göndərə bilərsiniz.





Proqram haqda ümumi məlumat və 2007-ci ilin payız mərhələsi üzrə mövzular
Demokratiya Komissiyası Kiçik Qrantlar üzrə Proqram nədir?
Demokratiya Komissiyası Azərbaycanda demokratik təsisatların və vətəndaş cəmiyyətinin inkişafına təkan vermək məqsədini güdən ABŞ Hökuməti tərəfindən maliyyələşdirilən bir proqramdır. Bu məqsədə nail olmaq üçün Azərbaycanın qeyri-gəlirli, qeyri-gəlirli qeyri-hökumət təşkilatları (QHT), qeyri-gəlirli icma əsaslı təşkilatlar (İƏT) və digər qeyri-gəlirli assosiasiya və icma qruplarına müsabiqə əsasında kiçik qrantlar təqdim ediləcəkdir.
Qrant təklifləri hansı sahələri əhatə edə bilər?
Layihələr yalnız aşağıdakı yeddi mövzudan birinə uyğun gəldiyi halda nəzərdən keçiriləcəkdir:

  1. 2008-ci ilin noyabr Prezident Seçkilərinin azad və şəffaf keçirilməsini dəstəkləyən layihələr

  2. Təhsil sistemində korrupsiya ilə mübarizə

  3. Azərbaycanın ali təhsil müəssisələrində akademik düzgünlüyün dəstəklənməsi

  4. Yeni Media Jurnalistikasının inkişafının dəstəklənməsi

  5. Lənkəran, Salyan, Kürdəmir, Xaçmaz və ya Sumqayıt QHT-lərinin layihə təklifləri

  6. Vətəndaş Cəmiyyətinin – Özəl Sektorla Əməkdaşlığın dəstəklənməsi

  7. Gənclərin dərsdənkənar fəaliyyətlərə cəlb edilməsi



Kimlər müraciət edə bilər?





  • Azərbaycanın qeyri-gəlirli, qeyri-hökumət təşkilatları (QHT), qeyri-gəlirli icma qrupları və digər qeyri-gəlirli assosiasiyalar və vətəndaş cəmiyyəti təşkilatları;

  • Hər bir təşkilat yalnız bir layihə təklifi təqdim edə bilər. Eyni təşkilat tərəfindən bir neçə layihə təklifi təqdim olunduqda, yalnız birinci qəbul edilmiş layihə nəzərdən keçiriləcək. Ərizələr təqdim olunduqdan sonra Amerika Səfirliyi onları hər hansı əlavələr etmək məqsədilə ərizəçilərə qaytarmaq iqtidarında olmayacaq.

Qrant üçün veriləcək maksimum məbləğ nə qədərdir?




  • Qrant üçün veriləcək maksimum məbləğ mövzulardan asılı olaraq fərqlənir. Zəhmət olmazsa, bu elanın dörd-yeddinci (4-7) səhifələrində əks olunmuş Xüsusi qayda və tələbləri nəzərdən keçirin.

Uğurlu layihə necə tərtib olunmalıdır?




  • Uğurlu layihə təklifləri 2007-ci ilin payız mərhələsinin ərizələr/təkliflər paketində göstərilmiş ümumi və xüsusi qayda və tələblərə uyğun olmalıdır/cavab verməlidir.

  • Siyasi partizançılıq, xeyriyyə fəaliyyəti və ya humanitar yardım, maliyyə axtarışı ilə bağlı olan və ya mövcud fəaliyyətləri təkrarlayan layihə təklifləri maliyyələşdirilmir.



  • Üstünlüklər aşağıdakı təşkilatlara veriləcək:




    • Minimum on faizə qədər xərclərin bölüşdürülməsini irəli sürən;

    • Digər yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT), icma qrupları və assosiasiyaları, orta məktəblər və universitetlər, təhsillə məşğul olan təşkilat və assosiasiyalar, resurs mərkəzləri, Azərbaycanın yerli və mərkəzi hakimiyyət orqanları ilə əməkdaşlığıa can atan,

    • Könüllülük prinsipini və regionlararası şəbəkələşməni dəstəkləməli,

    • Baş ofisi Bakıdan kənarda, regionlarda yerləşən təşkilatlar.

Layihələrin qəbul olunduğu müddət:




  • Təkliflər Amerika Səfirliyinə 2007-ci il sentyabrın 26-dan noyabrın 2-dək axşam saat 18:00-dək təqdim olunmalıdır. Gecikdirilmiş layihə təklifləri nəzərə alınmayacaqdır.

  • Demokratiya Komissiyası layihələr üzrə yekun qərarları 14 dekabr 2007-ci tarixli gündə və ya həmin ərəfədə çıxaracaq. Yekun qərar barədə cavablar layihə təklifləri təqdim etmiş bütün təşkilatların electron poçt ünvanına göndəriləcək. Nəticələr haqda məlumat üçün telefon vasitəsilə verilməyəcək.

  • Layihələrin icrasına 2008-ci ilin mart ayından tez olmayaraq başlanmalıdır.





Layihə Təklifi üzrə Ümumi Qiymətləndirmə Meyarları
Bütün təqdim olumuş qrant təkliflərini qiymətləndirərkən Demokratiya Komissiyası aşağıda əks olunmuş xüsusi qayda və tələblərlə yanaşı, aşağıdakı meyarları da nəzər alacaqdır:


  • Layihə təklifi aid olduğu mövzuya tam olaraq uyğun gəlməlidir.

  • Layihə təklifi təşkilatın bu layihəni həyata keçirmək üçün kifayət qədər səriştəyə, bacarıqlara və insan resurslarına malik olduğunu nümayiş etdirməlidir

  • Təşkilat layihənin həll etmək istədiyi əas problemi tam anladığını və əlavə ümumiləşdirmələrdən istifadə etmədən onu ifadə etməyə qadir olduğunu nümayiş etdirməlidir.

  • Təşkilat, layihənin yazıldığı mərhələdə müvafiq ədəbiyyata müraciət etməli və ekspertlər və potensial tərəfdaş təşkilatlarla məsləhətləşməlidir.

  • Təşkilat layihənin nailiyyət və nəticələrini artıran müvafiq faydalananlar vı ya hədəf qrupunu müəyyən etməli, və layihə aydın məqsədə və həyata keçirilə bilən fəaliyyət sahəsinə malik olmalıdır.

  • Layihənin ideya və yanaşması yeni olmalı, layihə üzrə təklif edilən fəaliyyətlər isə konkret və ətraflı olmaqla yanaşı, məqsədəuyğun iş planı ilə əsaslandırılmalıdır.

  • Layihənin büdcəsi düzgün tərtib edilmiş, ətraflı və əsaslandırılmış olmalıdır. Layihələr qarışıq xərcləri əks etdirən büdcə maddələrinə malik olmamalıdır. əyləncə və alkoqollu içki xərcləri büdcədə daxil deyildir. Təqdim olunmuş layihə büdcəsi təşkilatın kobud smeta tərtib etmək əvəzinə, layihə çərçivəsində olan faktiki xərcləri planlaşdırmağa və onları araşdırmağa vaxt sərf etmiş olduğunu nümayiş etdirməlidir.

  • Təşkilat, layihənin həyata keçirilmə mərhələsində öz fəaliyyətini konkret kəmiyyət və keyfiyyət yönümlü qitmətləndirmə alətlərindən istifadə etməklə necə qiymtələndirəcəyini və ölçəcəyini aydın ifadə etməlidir.

  • Layihə təklifi, layihə başa çatdıqdan sonra qazzanılmış nəticələrin yüksək dayanıqlığını təmin etmək üçün istifadə olunacaq yanaşmanın aydın təsvirini əks etdirməlidir.



Xüsusi Qayda və Tələblər



  1. 2008-ci ilin Prezident Seçkilərinin azad və şəffaf keçirilməsini dəstəkləyən layihələr


Məqsəd: Bu qrantın məqsədi gəncləri (seçici hüququna malik) və qadınları demokratik prosesdə, xüsusilə də 2008-ci ilin president seçkilərində fəal iştiraka həvəsləndirməkdir.
Layihə üzrə maksimum büdcə: 20,000 ABD məbləğində müəyyən edilib.
Texniki şərtlər: Məlumatlılığın artırılması ilə bağlı bütün cəhdlər yüksək seçici iştirakı ilə nəticələnməli və bu mövzu üzrə təqdim edilmiş uğurlu layihələrdə təşkilatın öz fəaliyyətini ölmək üçün hansı əyarlardan istifadə etmək niyyətində olduğu öz əksini tapmalıdır. Hər hansı yeni broşür, vərəqə və ya məarifləndirmə yönümlü materialların tərtibatı və nəşri onlara sərf ediləcək xərclərə qənaət baxımından dəqiq təhlil edilməli və bu məqsədlə də təşkilatlar artıq nəşr edilmiş və mövcud olan materialların istifadəsinə üstünlük verməlidir. uğurlu layihələr regionlarda olan ən baxımsız icmaları hədəf seçməlidir. İrəli sürülən fəaliyyətlər yalnız passiv informasiya qəbulu ilə kifayətlənmədən, mümkün qədər fəal iştiraka yönəldilmiş olmalı, və auditoriyaya uyğun müəyyən edilməlidir.



  1. Təhsil sistemində korrupsiya ilə mübarizə

Məqsəd: Bu qrant layihəsinin məqsədi tələbələr, valideynlər və müəllimlər arasında düzgünlüyü və etik davranışı dəstəkləməklə və rüşvətxor davranışın geniş ictimaiyyət arasında qəbul edilməsinin qarşısını almağa cəhd göstərməklə təhsil sistemində mövcud korrupsiya ilə mübarizə məqsədilə əhali içərisindən irəli sürülmüş effektiv təşəbbüslərin hazırlanmasıdır.
Layihə üzrə maksimum büdcə: 20,000 ABD məbləğində müəyyən edilib.
Texniki şərtlər: Bu mövzu üzrə layihə təklifi irəli sürən təşkilatlar təhil sektorunda təhsil sisteminin bütün səviyyələrində korrupsiyanın geniş nüfuz etmiş olduğu ölkələrdə həyata keçirilmiş uğurlu layihələrin təsvir olunduğu mövcud ədəbiyyatlara müraciət etməlidirlər. Uğurlu qrant layihələr cəmiyyəti təhsil sistemindəki korrupsiya əleyhinə danışmağa səfərbər edən və onu korrupsiyanın ölkənin social-iqtisadi inkişaf perspektivlərinə və xüsusilə də gənc nəslə dağıdıcı təsirləri barədə məlumatlandıran korrupsiya əleyhinə effektiv məlumatlandırma kompaniyaları keçirmək məqsədilə yeni mediadan yararlanmaq üçün yeni vasitələrdən, məsələn: mobil telefonlar, bloqlar və videobloqlardan və elektron medianın digər formalarından istifadə edə bilərlər. Layihə təkliflərinin hədəfi əhali içərisindən olan iri səhmdarlar (valideynlər, müəllimlər və tələbələr) olmalıdır.



  1. Azərbaycanın ali təhsil müəssisələrində akademik düzgünlüyün dəstəklənməsi

Məqsəd: Bu qrant layihəsinin məqsədi universitetləri tələbələr, fakültə, müəllimlər və inzibatçılar arasında, bu dəyişikliyə aparan əsas qüvvə olan tələbələrlə akademik cəhətdən düzgün davranmanı dəstəkləyən düzgünlük məcəlləsinin qəbul edilməsinə, həyata keçirilməsinə və idarə edilməsinə həvəsləndirməklə geniş yayılmış akademik dələduzluğa (yalan, rüşvətxorluq və plagiatlıq) qarşı mübarizə etməkdir.
Layihə üzrə maksimum büdcə: 15,000 ABD məbləğində müəyyən edilib.
Texniki Şərtlər: Bu mövzu üzrə təqdim edilmiş layihə təklifləri institut səciyyəli olmaldır. Yalnız xüsusi dövlətəməxsus universitet və ya digər ali təhsil müəssisəsinin filialı olan rəsmi və qeyri-rəsmi tələbə qurumları onların öz universitetini hədəf seçmiş layihə təklifləri ilə müraciət etmək hüququna malikdir. Layihə təklifləri universitet rəhbərliyinin və fakültənin bu proqramı hansı dərəcədə dəstəkləyəcəyini göstərməlidir. Uğurlu layihə təklifləri bütün tələbə kütlələrini vicdansızlıq və dələduzluq, o cümlədən yalan, rüşvətxorluq və plagiatlığı elm və təhsil aləmindən çıxarmaq üçün təşəbbüs ətrafında birləşməyə səfərbər edə bilən və fakültənin və rəhbərliyin iştirakına imkan yaradan fəaliyyətləri müəyyən etməlidir. Qrant təklifi başa çatanadək düzgünlük məcəlləsinin universitet mədəniyyətinin və funksional təzyiq mexanizminə malik rəsmi qaydalarının ayrılmaz bir hissəsinə çevrilməsi nəzərdə tutulur. Bu layihə təklifində səciyyəvi və effektiv fəaliyyət ölçmə alətləri, məsələn: sorğular öz əksini tapmalıdır. Akademik dələduzluqla mübarizə aparılmasına və tələbələr, fakültə və rəhbərlər arasında düzgünlüyü, ləyaqətliliyi həvəsləndirən, onları qeyri-etik davranışlara görə cərimə qoyan bir mədəniyyətin yetişdirilməsinə olan uğurlu yanaşmalara dair mövcud ədəbiyyatlara müraciət etmək tələbə qurumlarına ciddi tövsiyyə olunur. Bu kateqoriya altında təqdim olunmuş bütün qrant təkliflər üçün həyata keçirilmə dövrü bi təqvim ilini əhatə etməlidir. Komissiya bu kateqoriya üzrə qalib təkliflərin qiymətləndirilməsi üçün ümumi qiymətləndirmə meyarlarından istifadə etməlidir (bax: aşağıda).

  1. Yeni Media Jurnalistikasının inkişafının dəstəklənməsi

Məqsəd: Bu qrant təklifinin məqsədi vətənadş jurnalistikasının və vətəndaşların demokratik proseslərə töhfəsinin və cəlbininin dəstəklənməsi məqsədilə yeni mediadan, o cüməldən bloqlardan, podkastinqlərdən, videobloqlardan, videogöndərmə saytlarından və medianın aqreqasiyası və reytinq saytlarından istifadədir.


Layihə üzrə maksimum büdcə: 15,000 ABD məbləğində müəyyən edilib.
Texniki Şərtlər: Uğurlu təkliflər cari məsələlərin və siyasi təhlillərin canlı onlayn müzakirəsinə gerçək töhfə etmək üçün hədəf qruplarını diqqətlə müəyyən etməli və vətəndaş jurnalistikası yaratmaq üçün yeni texnologiyaları dəstəkləməlidir. Bu kateqoriyadan olan layihələr, informasiya və bilik mübadiləsinə çıxışın yaxşılaşdırılması vasitəsilə hökumətdən hesabatlılıq tələb etmək üçün yeni media alətlərinin adi vətəndaşlar tərəfindən istifadə olunmasının mümkünlüyü və vacibliyi haqda ictimai məlumatlılığın artırılmasına yönəldilməlidir.


  1. Lənkəran, Salyan, Kürdəmir, Xaçmaz və ya Sumqayıt QHT-lərinin layihə təklifləri

Məqsəd: Bu qrant təklifinin məqsədi yuxarıda adı çəkilən regionlarda yerləşən QHT-lər və digər icma əsaslı təşkilatlar üçün təşkilatın texniki bacarıqlarından və imkanından ən yaxşı yararlanan və icmanın xeyrinə maksimum uzunmüddətli təsir göstərəcək və faəl vətəndaş iştirakına səbəb olacaq bir layihənin müəyyənləşdirilməsi, planlaşdırılması və həyata keçirilməsidir.


Layihə üzrə maksimum büdcə: 10,000 ABD məbləğində müəyyən edilib
Texniki Şərtlər: Yuxarıda adı çəkilən regionlardan olan QHT-lər və digər qeyri-rəsmi icma qrupları layihə təklifi təqdim edərkən bu elanda sadalanan xüsusi mövzularla məhdudlaşdırılmır. Onlar savadlı və fəal vətəndaşlığın dəstəklənməsi ilə bağlı istənilən mövzuda layihə təklifləri təqdim edə bilərlər. Demokratiya Komissiyası bu mövzu üzrə təqdim edilmiş layihə təkliflərini qiymətləndirərkən bu elandakı digər mövzular üzrə təqdim edilmiş layihə təkliflərinin qiymətləndirilməsi üçün nəzərdə tutulmuş ciddi meyarlardan istifadə edəcəkdir. Siyasi partizançılıq, xeyriyyə fəaliyyəti və ya humanitar yardım, maliyyə axtarışı kampaniyalarını dəstəkləyən layihə təklifləri maliyyələşdirilmir. Seçilmək üçün layihə təklifləri yerli icmaların irəli sürülən fəaliyyətlərdən necə faydalanacağını aydın göstərməlidir.



  1. Vətəndaş Cəmiyyətinin – Özəl Sektorla Əməkdaşlığın dəstəklənməsi

Məqsəd: Bu qrant təklifinin məqsədi özəl şirkətin səriştə və texniki bacarıqlarını və iztisaslı insane resurslarını vətəndaş cəmiyyətinin icma ehtiyaclarını həll edən layihələri müəyyən etmək və həyata keçirmək bacarığı ilə birləşdirməklə özəl sektorun yerli icma ilə qarşılıqlı faydalı və dayanıqlı zəmində əməkdaşlığına təkan verməkdir.


Layihə üzrə maksimum büdcə: 10,000 ABD məbləğində müəyyən edilib
Texniki Şərtlər: Demokratiya Komissiyası gəliryönümlü təşkilatları və maliyyə axtarışı üzrə layihə təkliflərini maliyyələşdirMİR. Uğurlu layihələr aşağıdakıların həyata keçirilməsini nəzərdə tutan effektiv bir strategiya hazırlamalıdır:

  1. özəl gəliryönümlü şirkətlərin fəaliyyət göstərdikləri və vətəndaş cəmiyyətinin funksiya və komponentləri ilə bağlı maarifləndirdikləri icmalar vasitəsilə əldə edə biləcəyi gəlirlər (məsələn: şirkətin nüfuzunun artması, adının tanınması, müştərilərin məlumatlılığının artması) haqda məlumat verilməsi;

  2. icmada, xüsusi qeyri-maddi material şəkində texniki yardım, ekspert xidmətləri və bacarıqlı könüllü kadr ehtiyatları təmin edən özəl sektorun ödəyə biləcəyi xüsusi ehtiyacların müəyyənləşdirilməsi;

  3. özəl şirkətlərin təmin etdiyi resurslardan icmaya maksimum təsir və mənfəət baxımından effektiv istifadə etmək üçün planın təklif edilməsi; .

  4. dayanıqlı, uzunmüddətli tərəfdaşlığa cəhd göstərilməsi.

Uğurlyu layihələr məlumatlılığın artırılması üzrə fəaliyyətlərlə məhdudlaşdırılmamalı və özəl sektorla vətəndaş cəmiyyəti qurumları arasında icmanın xeyrinə xüsusi uğurlu əməkdaşlıq nümunəsi olmalıdır.





  1. Gənclərin dərsdənkənar fəaliyyətlərə cəlb edilməsi

Məqsəd: Bu qrant təklifinin məqsədi vətəndaş məsuliyyətinin, könüllülüyün, dözümün, düzgünlüyün, müstəqil düşünmək bacarığının və gənclər arasında təşəbbüsü ələ almaq istəyinin incəsənət, musiqi, teatr və idman daxil olmaqla, lakin bunlarla məhdudlaşdırılmamaqla, dərsdənkənar fəaliyyətlər vasitəsilə artırılmasıdır.


Layihə üzrə maksimum büdcə: 10,000 ABD məbləğində müəyyən edilib
Texniki Şərtlər: Uğurlu layihələr, irəli sürülmüş fəaliyyətlərin gənclərin öz cəmiyyətləri daxilində müsbət istiqamətdə dəyişiklik yaradılmasında oynadığı rolu aşkara çıcxartmaq üçün gənclərə necə kömək edəcəyini aydın göstərməlidir. Nümunəvi layihələr qrup yaratma fəaliyyətlərini, debatları, təqlidedici məhkəmə proseslərini, təqlidedici seçkiləri, və yaradıcılığa, məsuliyyətə, sərbəst düşücə qabiliyyətinə, və digər fikirlərə hörmətlə yanaşma və onları nəzərə almaq bacarıqlarına sövq edən digər fəaliyyətləri özündə əks etdirməlidir.




- -

Yüklə 51,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin