İqtisad elmləri doktoru, professor,
AMEA-nın müxbir üzvü
AZ1073, Bakı ş., landau 16.
akif.musayev@taxes.gov.az akif.musayev@gmail.com
iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent
AZ1073, Bakı ş., landau 16.
imran.garayev@taxes.gov.az igarayev@hotmail.com
Xülasə
Tədqiqatın məqsədi – elektron kommersiya əməliyyatlarının müasir şəraitdə inkişaf is- tiqamətlərinin təhlili və onların vergiyə cəlb edilməsi xüsusiyyətlərinin araşdırılması.
Tədqiqatın metodologiyası – müqayisəli təhlil,
sistemli yanaşma, analiz, sintez və deduksiya üsulları.
Tədqiqatın nəticələri – elektron kommersiyanın iqtisadiyyatın inkişafında rolu və onun vergiyə cəlb edilməsi sahəsində mövcud çətinliklərin aradan qaldırılması yolları barədə təkliflərin verilməsi.
Tədqiqatın məhdudiyyətləri – elektron kommer- siyada vergitutma məsələləri onun müxtəlif sektor- ları üzrə aparılmalı və yalnız dərin elmi cəhətdən əsaslandırıldıqdan sonra praktiki əhəmiyyətə malik ola bilən təkliflər verilməlidir.
Tədqiqatın praktiki əhəmiyyəti – hal-hazırda elektron kommersiya əməliyyatlarının qloballaşmış dünyada sürətlə artması və demək olar ki, iqti- sadiyyatın bütün sahələrini əhatə etməsi mobil vergi mexanizmlərinin tətbiq edilməsini tələb edir. Praktiki tətbiq
edilə bilən vergi mexanizmləri, ilk növbədə, elmi cəhətdən əsaslandırılmalıdır.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiq edilən problemlər və bir çox faktlar xüsusilə Azər- baycanda elektron ticarət sahəsində vergitutma məsələləri elmi iqtisadi ədəbiyyatda yeni olaraq daxil edilmişdir.
Açar sözlər: elektron kommersiya, vergitutma, proqram təminatı, internet texnologiyalar