E-kommersiyada istehlakçının hüquqlarının pozulması baxımından çatış- mayan cəhətləri
Hər kəs e-kommersiya vasitəsilə ticarətə başlaya bilər, bəzən onlar arasında fırıldaqçılara da rast gəlinir. E-kommersiyada ödəniş əvvəlcədən həyata keçi- rildiyindən bəzən ödədiyiniz məhsul sizə gəlib çatmır. Buna “neqativ anon- imlik” fenomeni deyilir. Təbii ki, bu halda vergilərdən yayınma halları da baş verir;
Məhsulun keyfiyyətinə zəmanət verilmir. Aldığınız məhsula fiziki cəhətdən toxunmaq mümkün olmadığından siz onun haqda şəkillər və məlumatlarla ki- fayətlənməli olursunuz;
Bəzən əldə etmək istədiyiniz məhsulun dəyərini ödədiyiniz halda onun yerləş- diyi yerdən asılı olaraq sizə çatdırılmasını bir aya qədər gözləməli olursunuz;
Bəzən texniki nasazlıqlar gözlənilməz nəticələrə, eyni mala görə sizin hesabınızdan bir neçə dəfə vəsaitin çıxılmasına səbəb ola bilər.
Dövlət üçün elektron biznesin ən mənfi cəhəti e-kommersiya şirkətləri və biz- nesmenlərinin vergidən yayınmasıdır.
On-layn ticarət zamanı sizin daxil etdiyiniz kart məlumatlarınızı hakerlər əldə edib sonra istifadə edə bilərlər.