Vergiqoyma



Yüklə 158,25 Kb.
səhifə12/20
tarix02.01.2022
ölçüsü158,25 Kb.
#38892
növüXülasə
1   ...   8   9   10   11   12   13   14   15   ...   20
arastrmx 25825 2 pp 65-82-dönüştürüldü

ABş-ın təcrübəsi


ABŞ-da hazırda isə e-ticarətçilərin böyük hissəsi “İnternetin vergidən azad edilməsi haqqında” (Internet Tax Freedom Act) qanuna əsasən federal səviyyədə vergi və ƏDV tətbiq edilmədən fəaliyyət göstərirlər. 1998-ci ildə qəbul edilmiş qa-

nunun müddəti mütəmadi uzadılmışdır və hazırda 2014-cü ilədək qüvvədədir. Bu qanun internetə girişi, o cümlədən şəbəkə vasitəsilə göstərilən xidmətləri (şəbəkə vasitəsilə təqdim edilən “fiziki” mallar istisna olmaqla) vergidən azad edir. Lakin ABŞ-da ştatlar və yerli qanunvericiliklər səviyyəsində e-kommersiyadan satış vergisi tutulmaqdadır.

Satışdan vergi ABŞ-da Böyük depressiya zamanı xəzinə ehtiyatını artırmaq məqsədilə tətbiq olunmuşdur və həmin dövrdən etibarən ABŞ-ın ştat və şəhərlərinin əsas gəlir mənbəyi kimi fəaliyyət göstərir. Pərakəndə satış onun üçün əsas vergitutma obyekti hesab edilir. Bu verginin tətbiqi ştatdan ştata, hətta bələdiyyə səviyyəsində fərqlənir.

ABŞ-da satışdan tutulan vergi ilə əlaqədar 6000 müxtəlif qanunlar var. Tək vergi dərəcələri deyil, həmçinin vergi bazasının hesablanması qaydaları fərqlənir. Belə ki, bəzi ştatlarda (məsələn, Kaliforniya) yalnız maddi aktivlərin təqdim olunması, bəzilərində isə qeyri-maddi aktivlər (bura rəqəmsal məhsullar da daxildir) vergiyə cəlb olunur (məsələn, Nyu-Meksiko).

Ümumiyyətlə, ABŞ satışdan verginin əsas konsepsiyası “əlaqə” (nexus) məfhu- mudur. Yəni satıcının hansı ştatla əlaqəli olması vergitutma baxımından çox əhəmiyyətlidir. Bu məfhum müəyyən qədər daimi nümayəndəliyə bənzəsə də, ondan fərqlidir. Belə ki, əgər şirkətin həmin ştatda fiziki mövcudluğu, ofisi, personalı, bəzi hallarda hətta mülkiyyəti varsa, belə əlaqə vardır. Lakin belə əlaqə olmadıqda şirkətin müəyyən ştatda müştərilərinin olması da bu əlaqənin olması kimi təfsir edilə bilər. Ümumiyyətlə, ABŞ-da e-kommersiya satışdan vergiyə cəlb olunmur, o mənada ki, onu satıcı (həm şirkət, həm fiziki şəxs) ödəmir. Əvəzində kompensasiya kimi alıcı aldığı malın dəyəri ilə bərabər “istifadə vergisi” (“use tax”) də ödəməlidir. Bu cəhət ənənəvi kommersiya şirkətləri qarşısında e-kommersiya ilə məşğul olan şirkətlər

üçün rəqabət üstünlüyü yaradır.

Əgər internet-mağaza Kaliforniya və Nyu-Meksikoda yerləşirsə və alıcı da bu iki ştatdan birində yerləşirsə, şirkət malın (xidmət, qeyri-maddi məhsul) dəyərinə satış- dan vergini də əlavə etməklə alıcı ödəyir, əgər alıcı bu iki ştatdan deyilsə, onda satış- dan vergi olmur. Satışdan verginin tutulması ilə bağlı, əsas problem o zaman yaranır ki, sifariş edilmiş mal fiziki qaydada çatdırılmasın və yalnız birbaşa olaraq internet- dən yüklənilsin.

Belə ki, bu zaman şirkət (e-ticarətçi) öz ştatının sakinlərindən satışdan vergini tutmalıdır, digər ştatların sakinlərini isə satışdan vergidən azad etməlidir, çünki bu şəxslər öz ştatlarında verginin (use tax) ödəyiciləridirlər. Bu zaman alıcının yerləşdiyi yeri müəyyən etmək qeyri-mümkün olduğu üçün alıcı olduğu yer barədə satıcıya məlumat verməlidir. Lakin burada heç bir zəmanət yoxdur ki, alıcı yerləşdiyi yer barədə düzgün məlumat versin.

Bu problem ABŞ-nın vergi orqanlarının qarşısında duran və hələlik öz həllini tap- mayan əsas problemdir.


Yüklə 158,25 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin