2/2013
65
XX əsrin ən möhtəşəm kəşflərindən biri hesab olunan internet şəbəkələrinin mey- dana gəlməsi və onun insan fəaliyyətinin demək olar ki, bütün sahələrinə nüfuz et- məsi iqtisadi münasibətlər sistemində yeni istiqamətləri müəyyənləşdirdi. İnternet və informasiya texnologiyalarının sürətli inkişafı, bir tərəfdən iqtisadiyyatın müxtəlif sektorları arasında informasiya mübadiləsini gücləndirdi, digər tərəfdən isə maliyyə transaksiyalarının sərbəst şəkildə və qısa zaman müddətində həyata keçirilməsi biz- nesin gələcək inkişafında yeni qeyri-ənənəvi sahələri yaratdı. Bu inkişaf is- tiqamətlərindən biri də elektron kommersiyadır. E-kommersiya özündə elektron ticarəti, elektron informasiya mübadiləsini, kapitalın elektron hərəkətini, elektron pulları, elektron bankinqi, elektron sığortanı və s. birləşdirir. Qeyd etmək lazımdır ki, elektron kommersiya yalnız sadalanan mal və xidmətlərin dəyərini ödəməklə həyata keçirilən onlayn-transaksiyalarla məhdudlaşmır. Buraya həmçinin marketinq tədqiqatlarını, müştəri və təchizatçılarla əlaqələrin təşkili, proseslərini, logistikanı də aid etmək olar.
E-kommersiyanın genişlənməsində elektron ödəmə vasitələrinin (kredit kartlar, debit kartlar, öncədən ödəmə kartları) də inkişafının böyük rolu olmuşdur. Elektron kommersiyanın ən geniş yayılmış növlərindən biri də elektron ticarətdir (e-ticarət).
E-ticarət 2 əsas növə bölünür:
Birbaşa e-ticarət - dedikdə, elə ticarət forması başa düşülür ki, həm ödəmə sis- temi, eyni zamanda məhsullar da elektron vasitələrin köməyilə təqdim edilir. Məsələn: e-ödəmə vasitəsilə kino, musiqi, elmi ədəbiyyat, proqram təminatı fayl- larının müştərinin fərdi kompüterinə yüklənməsi. Vergitutma baxımında e-ticarətin bu növünün vergiyə cəlb olunması çətinlik törədir. Çünki bu tip əməliyyatların izlənilməsi və onun aşkar edilməsi bəzən qeyri-mümkün olur.
Dolayı e-ticarət - elə ticarət növüdür ki, burada ödəmə e-ödəmə vasitəsilə, çat- dırılma isə ənənəvi ticarətdə olduğu kimi həyata keçirilir.
Birinci növdə elektron ticarət rəqəmsal iqtisadiyyatın meydana gəlməsilə əlaqədar olaraq sürətlə inkişaf etməyə başlamışdır. Rəqəmsal iqtisadiyyata aid edilə biləcək bazar seqmentləri Şəkil 1-də göstərilmişdir.
Eyni zamanda, e-kommersiya əməliyyatları əqdlərin aparılması formasına görə aşağıdakı növlərə bölünür:
business-to-business (B2B). E-kommersiyanın bu növü şirkətlər (sahibkarlar) arasında mövcud olan e-kommersiya münasibətlərini müəyyən edir. Məsələn, bir şirkət öz veb-saytı vasitəsilə böyük və kiçik müəssisələr üçün sənaye təchizatı ilə məşğuldur. Məqsəd yerli biznes nümayəndələri, onların istehsal etdikləri məhsullar və göstərdiyi xidmətlər barədə informasiyaların potensial alıcılara çatdırmaq yolu ilə biznes əlaqələrin qurulmasını dəstəkləməkdən, bazarlara sərbəst çıxışı təmin etməkdən ibarətdir.
Kitablar
Dostları ilə paylaş: |