Bolinformasiyatəminatı- Ənənəvi mağazalarda malın üzərində informasiya yerləşdirilməsi üçün müəyyən məhdudiyyətlər vardır. Ənənəvi mağazalarda gərək hər malın yanına o mal barədə geniş məlumata sahib olan satıcı qoyasan, e-kom- mersiya veb-səhifələrində müştərilərə istənilən qədər əlavə məlumat təqdim etməyə imkan verir. Bu məlumatların yerləşdirilməsinə satıcı heç bir əlavə vəsait sərf etmir. Məqsədliəlaqəninyaradılması- E-kommersantlar müştərinin doldurduğu anket formalarındakı məlumatlar vasitəsilə müştəriləri haqqında kifayət qədər məlumat əldə etməyə imkan verir. Bu məlumatlar vasitəsilə e-kommersantlar öz müştəriləri ilə əlaqə saxlaya, müəyyən şərtlər, endirimlər təklif edə bilirlər. Məsələn, əgər siz Amazon.com saytında hər hansı kitab axtarırsızsa və istədiyinizi tapa bilmirsizsə,
sizin istəyinizə uyğun seçimlər saytda olan kimi sizə emaillə məlumat daxil olur.
Fasiləsizaçıqfəaliyyət- Əgər ənənəvi mağazalar müəyyən vaxt ərzində fəaliyyət göstərirsə, e-mağazalar 24/7/365 formulu ilə hər an işləyir və sizin sifarişinizi qəbul etmək imkanına malikdir. İnternet satıcıların fikrincə bu onlara edilən müraciətlərin sayının artmasına şərait yaradır.
Xüsusi (Nişe) növ məhsullar bazarının yaradılması- Xüsusi növ ənənəvi ol- mayan məhsul alıcı və satıcılarının fiziki dünyada görüşməsi kifayət qədər çətindir. Virtual dünyada isə istədiyiniz növ məhsulun adını axtarış sistemində yığmaqla istədiyinizi tapa bilərsiziniz. Məsələn, köhnəlmiş avadanlıq üçün ehtiyat hissəsi almaq üçün bu barədə istəyinizi e-portallarda yerləşdirməniz kifayətdir. Satıcı sizin elan vasitəsilə özü sizi taparaq istədiyinizi sizin ünvana çatdıra bilər.