Vergiqoyma



Yüklə 158,25 Kb.
səhifə16/20
tarix02.01.2022
ölçüsü158,25 Kb.
#38892
növüXülasə
1   ...   12   13   14   15   16   17   18   19   20
arastrmx 25825 2 pp 65-82-dönüştürüldü

Azərbaycanda e-ticarət

Azərbaycanda e-ticarətin təşkili və həyata keçirilməsinin hüquqi əsaslarını, onun iştirakçılarının hüquq və vəzifələrini, habelə e-ticarət haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Qanuna əsasən elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyətdir. Maliyyə bazarı, o cümlədən sığorta və qiymətli kağızlar bazarı istisna olmaqla, bu Qanun Azərbaycan Respublikasında bütün digər sahələrdə həyata keçirilən elektron ticarətə şamil olunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsində elektron ticarət haqqında əsas məqamlar “Əqdlər haqqında ümumi müddəalar” (maddə 331.5 - Yazılı əqd), “Öhdə- liklər haqqında ümumi müddəalar” (maddə 386.4 - Öhdəliklərin əmələ gəlməsi əsasları) və “Öhdəliklərin icrası” (maddə 430.4 - Öhdəliyin icrasından imtina) fəsil- lərində nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində də elektron ticarətlə bağlı məsuliyyət məsələləri nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 240.1-ci maddəsinə (Elektron ticarət haqqında qanunvericiliyin pozulması) əsasən: Elektron ticarətdə satıcı (təchizatçı) tərəfindən alıcıya (sifarişçiyə) və səlahiyyətli




dövlət orqanlarına yanlış məlumatın verilməsinə görə - fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər əlli beş manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.

Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisinin xidmət göstərərkən ötürdüyü, saxladığı informasiyaların ümumi monitorinqinin aparılması və ya qanun- suz fəaliyyətin həyata keçirilməsini sübut etmək məqsədi ilə fəal surətdə faktların və ya təfərrüatların müəyyənləşdirilməsi üzrə hərəkətlərə məcbur edilməsinə və ya bu hərəkətlərin elektron sənəd dövriyyəsi vasitəçisi tərəfindən fərdi təşəbbüs qay- dasında həyata keçirilməsinə görə - fiziki şəxslər otuz manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər yetmiş beş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.

Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisi tərəfindən xidmət göstərdiyi alıcıların (sifarişçilərin), satıcıların (təchizatçıların) qanunsuz fəaliyyəti və ya qanunsuz informasiya ötürməsi barədə səlahiyyətli dövlət orqanlarına məlumatın verilməməsinə və ya səlahiyyətli dövlət orqanlarının müraciətinə əsasən xidmətlərin alıcılarının (sifarişçilərinin), satıcıların (təchizatçıların) müəyyən- ləşdirilməsinə imkan verən məlumatların təqdim edilməməsinə görə - fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər doxsan manat miq- darında, hüquqi şəxslər üç yüz manat miqdarında cərimə edilir.

Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisi tərəfindən məhkəmənin qərarı və ya qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanının müraciəti əsasında hüquq pozuntularının qarşısının alınması məqsədi ilə göstərilən xidmətin dayandırılmamasına, informasiyanın saxlanılması xidmətinin göstərildiyi halda informasiyanın silinməməsinə və ya ona çıxışın məhdudlaşdırılmamasına görə



  • fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər doxsan manat miqdarında, hüquqi şəxslər üç yüz manat miqdarında cərimə edilir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən kompüter, internet və digər elektron şəbəkələr, elektron poçt və digər oxşar va- sitələrlə xidmətlərin göstərilməsi, yaxud bu cür şəbəkələrdən və ya xidmətlərdən is- tifadə hüququnun verilməsi üzrə əməliyyatlar həyata keçirildiyi işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi yer sayılır. Qeyd etdiyimiz kimi, beynəlxalq təcrübədə, xüsusilə də AB-də kənardan informasiya xidmətləri əldə olunarkən elektron məhsulların xidmət kimi vergiyə cəlb olunması və verginin istehlak yeri üzrə tutulması mövqeyi üstünlük təşkil edir. Bu mövqe OECD tərəfindən də təsdiqlənir. Bu cür yanaşmada əsas problemlər e-ticarətin B2C növündə qalır. Yəni, kənardan informasiya xidmətləri əldə olunarkən burada alıcı ƏDV üzrə vergi ödəyicisi hesab olunmur, buna görə də onu vergi agenti prinsipinə əsasən vergi ödəməyə hesabat verməyə məcbur etmək çətinliklər yaradır. E-ticarətin ƏDV-yə cəlb edilməsi məsələləri isə Vergi Məcəlləsində öz əksini tapmışdır.

Azərbaycanda “Elektron ticarət haqqında” qanun 2005-ci ildə qəbul olunsa da bu sahənin ilkin cücərtiləri yalnız 3 il sonra, yəni 2008-ci ildə özünü göstərməyə başlayıb. Bunun ən əsas səbəblərindən biri internet üzərində ödəmə sisteminin ol- maması olub. 2008-ci il dekabrın 2-də isə “SilverKey Azərbaycan” şirkəti Azərbay- canda ilk dəfə olaraq “Visa” və “MasterCard ” tərəfindən xüsusi lisenziya almış “GoldenPay” adlı onlayn ödəmə sistemi qurub, şirkətlərə və dövlət qurumlarına təqdim etdikdən sonra Azərbaycanda e-ticarət formalaşmağa başlayıb.

Artıq Azərbaycanda 17 şirkətdə “GoldenPay” sistemi tətbiq olunur. Bu şirkətlər internet üzərindən ödəmələr qəbul edir və bəlli xidmətlərini internet üzərindən təqdim edirlər:


    • “Bakıelektrikşəbəkə”nin bu sistemi sayəsində 10 minlərlə insan elektrik ener- jisi haqqını internet üzərindən ödəyir.

    • Tələbə Qəbulu üzrə Dövlət Komissiyası da oxşar sistemlə abituriyentlərə xid- mət göstərir. TQDK-dakı ödəmə kartları artıq elektron ödəmə kartları ilə əvəz- lənib. Bu da elektron ticarət növüdür, predmet isə xidmətdir.

    • “Azərfon” şirkətindən də konturları internet üzərindən almaq olur. “sinta.az” saytını yaradanlar isə “GoldenPay” sistemindən yararlanaraq, faktiki olaraq Azərbaycanda ilk dəfə Skandinaviya auksionu təşkil ediblər, yəni bu gün Azər- baycanda internet vasitəsi ilə müxtəlif saytlara daxil olub arzu olunan malı seçmək mümkündür.

    • Onlayn formasında da ödəmə xidməti göstərən şirkətlər də mövcuddur. “Bestkompt”, “NLT Telekom”, “NLİNK”, “NEXUS”, kimi elektron mağazalarda isə həm də kartla da ödəmə etmək mümkündür.

Dövlət Statistika Komitəsi tərəfindən Azərbaycanda e-ticarətin həcmi 2012-ci ildən açıqlanır. 2012-ci ilin yanvar-avqust aylarında e-ticarətin həcmi 905,1 min manat olub.

Son vaxtlar ölkəmizdə www.terasell.com adlanan virtual ticarət mərkəzi yaradılmışdır. Bu resurs vahid platforma çərçivəsində Azərbaycanın müxtəlif inter- net-dükanlarını birləşdirəcək internet məkanıdır. Əsas məqsədi ölkədə elektron- ticarətin inkişafına yeni təkan verməkdən ibarətdir. Onun konsepsiyasına əsasən, bütün ticarət şirkətlərinin Terasell.com platformasında pulsuz şəkildə virtual mar- ketin açılması üçün imkanlar yaradılır. Tutaq ki, şəhərin gözəl bir yerində market vardır. Buna görə böyük məbləğdə icarə haqqı ödənilir, işçi saxlanılır, işıq, qaz, su pulu ödənilir. Lakin Siz bütün bu xərclərə qatlanmadan kiçik bir vəsait ödəməklə də mağaza sahibi ola bilərsiniz. Bu onu göstərir ki, elektron ticarətdə transaksiya xərcləri ənənəvi ticarətə nisbətən aşağı olur. Transaksiya xərcləri mübadilə pro- sesində mülkiyyət hüququnun bir tərəfdən digərinə verilməsi ilə bağlı olan xərclərdir. İlk dəfə iqtisadi ədəbiyyatda transaksiya xərcləri termini Nobel mükafatı laureatı R.Kouz tərəfindən işlədilmiş və müasir institusional nəzəriyyədə geniş tətbiqini tap- mışdır [6].




Transaksiya xərclərinin 5 əsas növü mövcuddur:

  1. İnformasiyanın əldə edilməsi ilə bağlı xərclər;

  2. Müqavilələrin və danışıqların aparılması ilə bağlı xərclər;

  3. Qiymətləndirmə və gözləmə effekti ilə bağlı xərclər;

  4. Mülkiyyət hüququnun qorunması ilə bağlı xərclər;

  5. Opportunist fəaliyyətlə bağlı xərclər.

Bu xərclərin bilavasitə kəmiyyət xarakteristikalarının olmamasına baxmayaraq onlar ümumi xərclərə təsir göstərir. Məşhur Kouz teoreminə görə mülkiyyət hüququ müəyyənləşdiyi halda transaksiya xərcləri sıfıra bərabər olduqda resursların yer- ləşdirilməsi effektivliyi mülkiyyət hüququnun dəyişməsindən asılı deyildir. Lakin real iqtisadiyyatda transaksiya xərcləri həmişə mövcuddur və sıfıra bərabər deyildir. Lakin ixtiyarı halda informasiyanın əldə edilməsi, müqavilələrin və danışıqların aparılması, mülkiyyət hüququnun qorunması ilə bağlı xərclərin azalması praktikada müxtəlif nəticələrə gətirir. Belə ki, elektron ticarətdə transaksiya xərclərinin aşağı olması əqdlərin qısa bir müddətdə bağlanmasına şərait yaradır. Zaman anlayışı artıq elektron ticarətdə başqa məna daşımağa başlayır.


Yüklə 158,25 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin