müxtəlif ölkələrin e-ticarət, vergi, informasiya texnologiyaları qanunveri- ciliyinin müxtəlifliyi;
kiber qayda pozuntularına qarşı mübarizə üzrə müxtəlif qanunvericilik.
Texnoloji amillər:
e-ticarət xidmətləri təqdim edən şirkətlərin informasiya sistemlərinin, server- lərinin müxtəlif ölkələrdə yerləşməsi;
müxtəlif ölkələrin elektron texnologiyalar sahəsində qeyri-bərabər inkişaf et- məsi. Məsələn, Azərbaycan Respublikası vətəndaşı Rusiya Federasiyası ərazisindən ABŞ-da təsis olunmuş e-bay vasitəsilə Böyük Britaniyada yerləşən kitab sifariş edir. Burada bir əməliyyatda 4 ölkə cəlb olunmuş olur. Bu isə özündə bir çox hüquqi, iqtisadi, texnoloji nəticələrə səbəb olur.