7. nəticə
Qloballaşmış dünya iqtisadiyyatının inkişaf meyilləri gələcəkdə e-kommersiya əməliyyatlarının daha da genişlənməsini və iqtisadiyyatın, demək olar ki, bütün sahələrində tətbiq edilməsini reallaşdırır. Bu, bir tərəfdən, transaksiya xərclərinin azalmasına səbəb olur, digər tərəfdən isə, bazarın proqnozlaşdırılmasında, əhalinin istehlak davranışında, biznes subyektlərinin fəaliyyətində , insanların təfəkküründə yeni stereotip mexanizmlər yaradır. Transaksiya xərclərinin mənfi cəhətləri ilə yanaşı onun istehlak və istehsal bazarında fəaliyyət göstərən bazar agentlərinin qarşılıqlı münasibətlərinin yaranmasında stabilləşdirici xarakter daşıyan müsbət cəhətləri də mövcuddur. Elektron ticarət zamanı transaksiya xərclərinin kəskin şəkildə aşağı düşməsi artıq iqtisadi sistemi yeni bir turbulent vəziyyətə gətirir. Bu vəziyyətdə is- tehlak bazarının proqnozlaşdırılmasında və onun marketinq baxımından təhlilində qeyri-müəyyənlik yaranır. Mövcud mexanizmlər ös aktivliyini itirir yeni mexanizm- lərin yaranması üçün isə zaman tələb olunur. Lakin elektron ticarətin ənənəvi ticarətlə müqayisədə elə də böyük inkişaf tempinə malik olmaması bu ziddiyyətlərin kəskin xarakter daşımasına səbəb olmur.
Elektron ticarət zamanı vergi baxımından əsas problemlər birbaşa elektron ticarət zamanı baş verir. Vergitutma sahəsində beynəlxalq təcrübənin araşdırılması və onun tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi aşağıdakı əsas prinsiplərin qəbul edilməsini zəruriləşdirir:
Elektron ticarət transaksiyalarının həcminin bit ölçüsünə görə vergitutma prin- siplərinin aradan götürülməsi;
Neytrallıq prinsipi əsasında elektron ticarətin ümümi qaydada vergiyə cəlb edilməsi;
Eyni bir elektron ticarət əməliyyatının ikiqat vergidən sığortalanması;
Elektron ticarət zamanı dolayı vergilərə xüsusi ilə son istehlak məkanında vergiyə cəlb edilməsi;
Ticarətin elektron və ya ənənəvi üsullarla aparılması zamanı yol verilə bilən diskriminasiya halların aradan qaldırılması;
Birbaşa e-ticarət zamanı son təqdim edilmiş məhsulları xidmət kimi qiymətləndirərək onlara əlavə dəyər vergisinin tətbiq edilməsi.
Lakin, eyni zamanda, qeyd etmək lazımdır ki, elektron ticarət dinamik bir inkişaf prosesindədir. Bu prinsiplər daimi olaraq iqtisadi sistemin inkişaf meyilləri ilə uzlaş- malıdır.
Dostları ilə paylaş: |