Vergiqoyma


E-ticarətin vergiyə cəlb edilməsindəki problemlər



Yüklə 158,25 Kb.
səhifə14/20
tarix02.01.2022
ölçüsü158,25 Kb.
#38892
növüXülasə
1   ...   10   11   12   13   14   15   16   17   ...   20
arastrmx 25825 2 pp 65-82-dönüştürüldü

E-ticarətin vergiyə cəlb edilməsindəki problemlər:




İqtisadi-coğrafi amillər:


  • iştirakçı tərəflərin (alıcı və satıcının) və mal-xidmətlərin fərqli ölkələrdə yer- ləşməsi - sonrakı bölmələrdə qeyd olunduğu kimi mal, satıcı, vasitəçinin başqa ölkələrdə fəaliyyət göstərməsi, bu ölkələrdəki mövcud e-kommersiya, vergi qanunvericiliklərinin kolliziyası ilə nəticələnir. Bəzi ölkələrdə e-kommersiyaya güzəştlər digər ölkədə olmaya bilər, bu da əlavə çətinliklər yaradır.

  • e-xidmət təklif edənin təsis olunduğu yerin, daimi nümayəndəliyin yerinin müəyyən edilməsindəki çətinliklər. Ənənəvi ticarətdə sahibkarın ticarət apardığı konkret məkan - mağaza, ofisin ünvanı dəqiqdir və vergi orqanında həmin sahibkar bu ünvan üzrə qeydiyyata düşüb, bu baxımdan vergi orqan- larının yoxlama aparmaq məqsədilə gedəcəyi ünvan dəqiqdir. E-kommersiyada internet-mağaza konkret məkanda deyil, virtual məkanda hər hansı bir ölkədə onun serveri yerləşir. Bu baxımdan OECD məhz server yerləşən ölkənin yuris- diksiyasının tətbiq edilməsini tələb edirlər. Lakin əgər server ofşor zona hesab

olunan dövlətlərdə yerləşirsə, onlara vergi ya tətbiq olunmur, ya da çox aşağı səviyyədə tətbiq olunur. Bu zaman vergi rəqabətliliyi pozulmuş olur. Yəni eyni mal satan ənənəvi kommersanta nisbətən e-kommersiya ilə məşğul olan sahibkar daha az (və ya ümumiyyətlə ödəmədiyindən) vergi ödədiyindən daha çox rəqabət üstünlüyünə malik olur. E-kommersiyaya artan maraq da bununla izah olunur.



  • vergi bazasının köçürülməsi. Elektron ticarət zamanı vergi bazasının başqa ölkələrə köçürülmə imkanı müxtəlif vergi riskləri meydana gətirir.

Yüklə 158,25 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin