4. E-ticarətin vergiyə cəlb olunması
Elektron ticarət əməliyyatlarının virtual aləmdə həyata keçirilməsi həmin əməliyyatların vergiyə cəlb edilməsi məsələlərini çətinləşdirir. Elektron ticarət əməliyyatları aparan şəxslərin (alıcının və satıcının) fərqli ölkələrin rezidentləri ol- ması, informasiya sistemlərinin (serverlərin) isə digər ölkələrdə yerləşməsi malların (işlərin, xidmətlərin) təqdim edildiyi yerin, vergi ödəyicisinin və vergi məbləğinin müəyyən edilməsini mürəkkəbləşdirir.
Bəzi hallarda vergi ödəyiciləri elektron ticarət əməliyyatlarının virtual aləmdə həyata keçirilməsini əsas götürərək elektron ticarət əməliyyatlarına görə heç bir vergi öhdəliklərinin yaranmadığını iddia edirlər. Hazırda dünya elm və iqtisadi dairələrində e-kommersiyanın vergiyə cəlb olunmasında müxtəlif fikirlər mövcuddur.
OECD e-ticarətin bilavasitə həyata keçirildiyi internet serverin yerləşdiyi yer üzrə vergi yurisdiksiyasının tətbiq edilməsini təklif edir.
E-ticarətdə ofşor zonalara (Kipr, Malta, Honk-Konq, Kayman a-rı) meyillilik hazırda daha geniş yayılmışdır. Digər maliyyə xidmətləri kimi e-ticarət ofisləri, veb serverləri ofşor zonalarında yerləşməklə özlərini vergi cənnətlərində hiss edirlər və vergi ödəmirlər. Ofşor zonalarda vergi fırıldaqçılığının qarşısını almaq məqsədilə bir sıra ölkələrin qanunvericiliyində ofşor zonaların vergidən yayınmada istifadəsinə mane olan müddəalar qəbul edilmişdir.
Dostları ilə paylaş: |