yeni – zelandiyanın təcrübəsi
Yeni-Zelandiyanın vergi qanunvericiliyinə əsasən mallar və xidmətlər vergisi (GST) üzrə qeydiyyatdan keçən şəxs Yeni-Zelandiyadakı istehlakçılara mallar, işlər və xidmətlər təqdim edirsə, GST vergisini tutmağa borcludur. Bu qayda e-ticarət əməliyyatlarına da tətbiq edilir. Yəni Yeni-Zelandiyada GST üzrə qeydiyyatdan keçən şəxs malları internet vasitəsilə təqdim edirsə və mallar fiziki olaraq çatdırılırsa, bu zaman GST ümumi dərəcə ilə tutulmalıdır. Əgər mallar internet vasitəsilə Yeni- Zelandiyanın hüdudlarından kənarda olan şəxslərə təqdim edilirsə və fiziki olaraq çatdırılırsa GST “0” dərəcə ilə tutulur. Qeyd etmək lazımdır ki, bu qayda rəqəmsal malların və xidmətlərin təqdim edilməsinə də tətbiq edilir.
Digər bir tərəfdən Yeni-Zelandiyanın GST üzrə qanunvericiliyinə əsasən, Yeni- Zelandiyanın rezidentləri tərəfindən mallar internet vasitəsilə xarici ölkədə olan şəxs- dən sifariş edildikdə və mallar fiziki olaraq çatdırıldıqda, GST Yeni-Zelandiyada gömrük orqanları vasitəsilə tutulur. Qeyd etmək lazımdır ki, e-ticarət əməliyyatların- dan GST yığılması üzrə xərclərin azaldılması məqsədilə Yeni-Zelandiyaya gətirilən malların dəyərinə hədd tətbiq edilir, yəni malların qiyməti 400 Yeni-Zelandiya dol- larından aşağı olduqda GST-dən azad edilir.
Həmin qanunvericiliyə əsasən, Yeni-Zelandiyanın rezidentləri tərəfindən Yeni- Zelandiyada olan müştərilərə qeyri-maddi əmlakın (intellektual mülkiyyət) təqdim edilməsi GST-yə cəlb edilir. Digər bir tərəfdən rəqəmsal malların (proqramların) Yeni-Zelandiyanın hüdudlarından kənarda olan şəxslər tərəfindən birbaşa olaraq in- ternet vasitəsilə yüklənməsi GST məqsədləri üçün xidmət hesab edilir və xidmətlərin ixracı GST-dən azad edilir.
Dostları ilə paylaş: |