Vergiqoyma


E-kommersiyanın inkişaf mərhələləri



Yüklə 158,25 Kb.
səhifə4/20
tarix02.01.2022
ölçüsü158,25 Kb.
#38892
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   20
arastrmx 25825 2 pp 65-82-dönüştürüldü

E-kommersiyanın inkişaf mərhələləri

E-kommersiyanın inkişafı dünya iqtisadiyyatının qloballaşması və rəqabətin güc- lənməsi, dünya kompüter-internet şəbəkəsinin yaranması, bank, sığorta, menecment sahələrində innovasiyaların tətbiqi nəticəsində müasir səviyyəyə gəlib çatmışdır. Lakin e-kommersiyanın bügünkü səviyyəsi də son inkişaf mərhələsi deyil, daim bu sahədə irəliləyişlər baş verdiyindən növbəti 20 ildə daha mobil və çevik kommersiya mexanimlərinin meydana gəlməsi gözlənilir. E-kommersiyanın ilk mərhələsi avia- bilet sifarişləri, bank əməliyyatları, müəssisələrin resurslarının idarə edilməsinin av- tomatlaşdırılmasından ibarət olmuşdur.

1960-cı ildə “American Airlines” və IBM şirkətləri aviareyslərə bilet sifarişlərinin avtomatlaşdırılması üçün SABRE (Semi-Automatic Business Research Enviroment) yarımavtomat kommersiya tədqiqatları avadanlığını yaratdılar. Bu e-kommersiya sahəsində ilk təcrübə idi. Bu sistem sıravi vətəndaşlar üçün reyslərin qiymət tarifləri, vaxtları barədə məlumatları daha əlverişli etməklə bərabər onlara əvvəlcədən bilet sifariş etmək imkanı yaradırdı. 1964-cü ildə bir gündə sistem 26 min sərnişinin si- farişini qəbul etmişdi.

“E-kommersiyanın inkişafında bank sistemindəki yeniliklər də mühüm rol oy- namışdır. Belə ki, 60-cı illərin ortalarında ilk plastik kredit kartları meydana gəlmişdir. Kartlarda olan maqnit lent maliyyə-hesablaşma əməliyyatlarının avtomat- laşdırılmasına imkanı verirdi. Bank sahəsində daha bir yenilik 1968-ci ildə Bri- taniyada BACS (Bankers Automated Clearing Services) və 1970-ci ildə ABŞ-da CHİPS (Clearing House İnterbank Payment System) elektron köçürmələr və klirinq sistemlərinin yaradılması ilə hesablaşmaların kağız çeklər formasından elektron for- maya keçmiş oldu.

Elektron ödəniş sistemləri yarandıqdan sonra yalnız əhalinin az bir hissəsi bu xid- mətlərdən istifadə edərək ödənişlər aparırdı, plastik kredit kartlarının kütləvi yayıl- masına Bank of America və İnterbank Cards Association banklarının ABŞ vətəndaşlarına poçt vasitəsilə kartların göndərilməsilə təkan verilmiş oldu. Əhalinin poçt ünvanlarına göndərilən kredit kartlarında müəyyən qədər pul limiti var idi və vətəndaş həmin kartdan istifadə etməklə bankın müştərisinə çevrilirdi və ayın sonuna qədər banka olan borcunu ödəməli idi. 1972-ci ildə ABŞ-ın Federal Rezerv sistemi plastik kart industriyasını tənzimləyən ilk təsisat oldu. Beləliklə plastik kartların da dövriyyəsinə nəzarət yaradıldı.

E-kommersiyanın inkişafını internetsiz təsəvvür etmək mümkün olmazdı. Odur ki, internetin inkişaf tarixini də izləmək maraqlı olardı. İlk illərdə bu tip şəbəkələrə müdafiə məqsədilə ancaq hərbçilər maraq göstərirdi. 1966-cı ildə ABŞ-da Bob Tey- lor dövlət tərəfindən eksperimental kompüter şəbəkəsi ARPA-nın (Advanced Rese- arch Project Agency) reallaşdırılması üçün 1 mln dollar sifariş almışdır. Sifariş ABŞ Müdafiə nazirliyi tərəfindən maliyyələşdirilirdi. Bugünkü internetin ulu babası hesab


olunan kompüterlər şəbəkəsi ABŞ-da nüvə müharibəsi zamanı fasiləsiz elektron məlumat mübadiləsini təmin edilməsi məqsədilə yaradılmış sistemlər hesab olunur. Karib böhranından sonra ABŞ-da mərkəzləşməmiş kompüter şəbəkəsi yaradılmasına başlanıldı, bunun da əsas məqsədi ondan ibarət idi ki, şəbəkənin bir və bir neçə siq- mentinin sıradan çıxması şəbəkənin idarə olunmasına təsir etməməli idi.

Kompüter texnologiyalarının təkmilləşdirilməsi və fərdi kompüterlərinin kütləvi yayılması da e-kommersiyanın inkişafına böyük təkan vermişdir. Hazırda qlobal məkanda istifadə olunan internetin əsası ABŞ-da qoyulsa da bunu amerikalılar uzun müddət gizli saxlamış, şəbəkəyə yalnız hərbiçilərin çıxışı olmuşdur. Lakin 1989-cu ildə Tim Berns Li Avropa elementar hissəciklər fizika mərkəzində (CERN) World Wide Web standartını işləyib hazırladı. Artıq 1990-cı ildən etibarən internet təkcə hərbçi və alimlərin inhisarından çıxmaqla geniş əhaliyə xidmət etməyə başladı. Əl- bəttə burada siyasi cəhətdən “Soyuq müharibə”nin bitməsi, qloballaşma meyillərinin artması da böyük təsir etmişdi. Həmçinin 1990-cı ilə qədər ABŞ Milli elm fondu (National Science Fundation) internetin kommersiya məqsədləri üçün istifadəsini reqlamentləşdirmişdi. İri kommersiya şirkətlərinin internetə çıxış əldə etməsi və in- ternetə nəzarətin federal strukturlardan fərdi şəxslərin əlinə keçməklə internet mil- yonlarla istifadəçinin gündəlik həyat tərzinə çevrildi.

1992-ci ildə ABŞ konqresi internetin kommersiyalaşdırılmasına yol verən qanun qəbul etdi. 1993-cü ildə ABŞ prezidentinin İcra hakimiyyəti orqanları və Prezident şurasına təqdim olunan “Elektron ticarətlə alış verişin rasionalizasiyası” memoran- dumunda dövlət ehtiyacları üçün alış verişin təşkil edilməsi məqsədilə elektron sis- temin yaradılması məsələsi qoyulmuşdu. Yeni yaradılacaq sistem vaxt itkisi və xərcləri azaltmalı idi.

Getdikcə internet mağazaların sayı artdı, 1994-cü ildə internetdə ilk elektron ödəmə sistemi First Virtual, 1994-cü ildə Yahoo, eyni ildə Amazon fəaliyyətə başladı. İnternet vasitəsilə onlayn kommersiyanın meydana gəlməsilə onun vergiyə cəlb olunmasındakı çətinliklər kimi vergi inzibatçılığında yeni fenomen meydana çıxmış

oldu.


1998-ci ilin mayında Ümumdünya Ticarət təşkilatı (ÜTT) internet vasitəsilə təqdim olunan informasiya tipli fayllar və proqram təminatına tətbiq olunan gömrük rüsumunu ləğv etdi. Digər ölkələr isə dövlət proqramı çərçivəsində e-kommersiyanın inkişaf etdirilməsi istiqamətində real addımlar atdı. ABŞ federal səviyyədə e-kom- mersiya ilə satışdan vergiyə moratorium qoydu, qeyd edək ki, bu moratorium 2014- cü ilə qədər uzadılmışdır. Lakin ABŞ-da hər ştatda satışdan vergi qalmaqdadır və bu ştatlar üzrə fərqlənir.

Invesp.com saytının məlumatlarına əsasən, 2011-ci ildə e-kommersiyanın həcmi dünya üzrə 680,6 mlrd ABŞ dolları həcmində olmuşdur. Bu təşkilatın proqnozlarına görə 2015-ci ildə bu göstərici 1,4 trln ABŞ dollarına çatacaq. Təşkilatın 2011-ci ildə e-kommersiyanın 10 ən inkişaf etdiyi dövlətlər içərisində Hindistan, S.Ərəbistanı,


İndoneziya, Avstraliya, Filippin, İsveçrə, Sinqapur, BƏƏ, Çin və Honq-Konq yer alır. ABŞ Ticarət Departamentinin məlumatlarına əsasən, 2010-cu ildə ABŞ-da e-ticarətin həcmi 165.4 mlrd dollar olmuşdur. Data Insight tədqiqat agentliyinin məlumatlarına əsasən, Rusiyada 2010-cu ildə e-kommersiyanın həcmi 7,68 mlrd ABŞ dolları həcmində olmuşdur. Bu isə ümumi Rusiya pərakəndə ticarətinin 1,6%- i deməkdir. Bu göstərici AB-də 5,7%, ABŞ-da 6,4% təşkil edir.




  1. Yüklə 158,25 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin