business-to-consumer (B2C). E-kommersiyanın B2C növü istehlakçılar və şirkətlər arasındakı mövcud e-kommersiya münasibətlərini müəyyən edir. Sahibkar təqdim etdiyi mal, xidməti fərdi istehlakçıya çatdırır.
consumer-to-consumer (C2C). E-kommersiyanın C2C növü iki istehlakçı arasında həyata keçirilə bilər. Burada hər hansı bir şəxs satmaq istədiyi məh- sulu internet auksiyonlarda yerləşdirməsi kifayət edir. Məsələn, bu fəaliyyət üzrə dünyada ən geniş yayılmış şəbəkə ebay.com saytıdır.
business-to-goverment (B2G) - ümumi olaraq dövlət sektoru ilə şirkətlər arasında aparılan e-kommersiyanı əhatə edir. Sahibkarlar öz mal və xid- mətlərini xüsusi portallar vasitəsilə dövlət orqanlarına təqdim edirlər, dövlət orqanları burada son istehlakçı kimi çıxış edirlər.
Müasir dövrdə elektron kommersiya vasitəsilə əsasən aşağıda qeyd olunan fəaliyyət növləri həyata keçirilir:
elektron sistemlərindən istifadə etməklə müştəri tərəfindən sifariş olunub dəyəri ödənilən və çatdırılan “fiziki” malların satışı;
elektron məhsulların satışı (proqramlar, musiqilər vəs.);
real vaxt rejimində maliyyə xidmətləri (broker, bank xidmətləri vəs.);
informasiya xidmətləri (məsələn, qanunvericilik aktlarınınmətnləri);
telekommunikasiya xidmətləri (məsələn,videokonferensiyalarıntəşkilivəs.);
məlumatların işlənməsi və arxivləşdirilməsi (məsələn, məlumat bazalarının idarə edilməsi);
proqram təminatlarının müddətli istifadəsi.
Şübhəsiz ki, iqtisadi artımla əlaqədar olaraq elektron ticarət daha da genişlənərək yeni inkişaf mərhələsinə daxil olacaqdır. Gələcək inkişaf istiqamətlərini və proqnoz göstəricilərini müəyyən etmək üçün keçmişə və müasir vəziyyəti təhlil etmək bu sahədə əhəmiyyətli rol oynayır