İstifadəsi
üzrə təlimat
ZELENK
®
tablet
ZELENK
®
Tərkibi:
Hər tabletə daxildir:
Qlükozamin-sulfat
200 mq
Xondriotin-sulfat 300
mq
MSM (metilsulfonilmetan)
100 mq
1) Qlükozamin sulfat - qığırdaq toxumasının dağılma proseslərini ləngidir, bərpa proseslərini stimullaşdırır, iltihab
əleyhinə, ağrıkəsici təsir göstərir və oynaqdaxili mayenin sintezini yaxşılaşdırır. Qlükozamin-sulfat proteoqlikanlar
və hialuron turşusunun sintezində iştirak edir ki, bunlar da oynaq qığırdağının və kollogenin sintezi üçün vacib
komponentlərdir.
2) Xondriotin sulfat - qığırdaq toxumasının regenerasiyası üçün lazım olan proteoqlikanların və hialuron
turşusunun sintezində iştirak edir.
3) MSM (metilsulfanilmetan) - orqanizmdə kükürdün bioaktiv formasıdır, metionin və sistein amin turşularının
sintezini təmin edir, bunlar da öz növbəsində birləşdirici toxumanı formalaşdıran zülalları sintez edirlər. İltihab
əleyhinə və ağrıkəsici təsirləri vardır.
- Qığırdaq toxumasının xarici amillərin təsirinə qarşı davamlılığını artırır.
- Qığırdaq toxumasını dağıdan fermentlərin fəallığını azaldır.
- Oynaq və sümük ağrılarını azaldır və yox edir.
- Qığırdaq toxumasını və oynaq mayesini bərpa edir.
- Oynaqların hərəkililiyini yaxşılaşdırır.
- İltihab mediatorlarının sintezini dayandırır.
Göstərişlər:
- Oynaq xəstəlikləri: artrit, artroz, osteoxondroz və b.
- Oynaqların revmatoid zədələnmələri: revmatik poliartrit, revmatoid artrit və b.
- Osteoartrozların profilaktikası (yaşlı şəxslər, postmenopauzada olan qadınlar, idmançılar)
- Travmalardan sonrakı bərpa dövrü
- Osteoparoz
- Oynaq displaziyaları
- Artralgiyalar
- Podaqra
Əks göstəriş: 12 yaşdan kiçik uşaqlar, hamilə və süd verən qadınlar.
Əlavə təsiri: Müşahidə olunmamışdır.
Dozalanma: 2 tabletdən gündə 2 dəfə su ilə qəbul etməli.
Buraxılış forması: 60 tablet.
Saxlanma şəraiti: Quru, qaranlıq və sərin yerdə saxlanılmalıdır.
İstehsalçı:
Zeinpharma Germany GmbH,
D-64569 Nauheim,
www.zeinpharma.com