Bakı Dövlət Universiteti Sərbəst iş n 9



Yüklə 0,53 Mb.
tarix27.11.2022
ölçüsü0,53 Mb.
#70835
serbestis9


Bakı Dövlət Universiteti
Sərbəst iş N 9
Ad :Məhəmmədəli
Soyad :Abbaszadə
Fakültə: Tətbiqi riyaziyyat və kibernetika
Qrup :TK-75
Kurs :4
Fənn: Mülki müdafiə
Müəllim :Ağayev Natiq
Mövzu: Fərdi mühafizə vasitələri və onlardan istifadə qaydaları

Müasir qırğın silahlarından mühafizə məqsədilə əhalinin mühafizə qurğularında daldalandırılması, təhlükəli sahələrdən köçürülməsi ilə yanaşı, fərdi mühafizə və tibbi fərdi mühafizə vasitələrindən vaxtında və düzgün istifadə etməsi də çox vacib əhəmiyyətə malikdir. Bu mühafizə vasitələrindən istifadə edilməsi lüzumu onunla izah edilir ki, nüvə, kimyəvi və ya bakterioloji silah işlədilərkən əhali, qoşunların, mülki müdafiə dəstələrinin şəxsi heyəti müəyyən müddət radioaktiv maddələrlə (RM), zəhərləyici maddələrlə (ZM), yaxud bakterial vasitələrlə (BV) zəhərlənmiş sahələrdə və ya atmosferdə qalmaq məcburiyyətində (köçürülərkən, istehsalatda və xilasetmə tədbirlərində işləyərkən) olacaqlar. Fərdi mühafizə vasitələri bunlardan ibarətdir:

Tənəffüs orqanlarını mühafizə vasitələrinə əleyhqazlar, respiratorlar və əhalinin özü tərəfindən hazırlanan ən sadə vasitələr aiddir.

Əleyhqazlar. Müasir əleyhqazlar adamın tənəffüs orqanlarını və gözlərini havadakı zəhərləyici maddələrin (buxar, duman, qaz, tüstü, ZM damcılarının) radioaktiv maddələrin təsirindən, həmçinin aerozol halındakı yoluxdurucu patogen mikroorqanizmlərdən və toksinlərdən mühafizə etmək üçün kifayət dərəcədə yüksək qoruyucu xassələrə və istismar göstəricilərinə malikdir. Bu əleyhqazların təcridedici və süzücü növləri vardır. Süzücü əleyhqazlar (mülki əleyhqazlar, uşaq əleyhqazları) daha geniş yayılmışdır; onların quruluşu – içərisində fəallaşdırılmış (katalizator) kömür və aerozol əleyhinə (tüstü əleyhinə) süzgəclər olan süzücü-uducu qutunun daxili qatlarından keçərkən zəhərli havanın süzülüb təmizlənməsi prosesinə əsaslanır.

Respiratorlar. Tənəffüs orqanlarını radioaktiv maddə və bakterial vasitə aerozollarından (tozlarından), habelə zəhərli tüstülərdən mühafizə üçün respiratorlardan istifadə olunur. ZM buxarlarından mühafizə üçün respiratorlar yararlı deyil. Yaşlı əhali üçün R-2, uşaqlar üçün R-2D növlü respiratorlar mövcuddur. R-2 respiratoru süzücü yarım-maskadan ibarətdir ki, ondan dəfələrlə istifadə etmək və 12 saatadək mühafizə olunmaq mümkündür.
Dəri səthinin mühafizə vasitələri - bədənin açıq sahələrini, paltarları, sursatı və ayaqqabıları onların səthinə ZM damcıları, yoluxucu xəstəliktörədiciləri, radioaktiv toz düşməsindən, həmçinin qismən də işıq şüalanmasının təsirindən mühafizə etmək üçün nəzərdə tutulmuşdur. Bunlar tabel vasitələrinə - ümumqoşun mühafizə komplekti - OZK, yüngül mühafizə kostyumu L-1 və əlaltı vasitələr məişət paltarlarının ünsürləri - növlərinə ayrılır. Mühafizə prinsipinə görə tabel vasitələrinin süzücü (hava keçirən) və təcridedici (hava keçirməyən) növləri olur.


Süzücü materialdan tikilən mühafizə paltarları ya həmişə, ya da vaxtaşırı istifadə üçündür. Belə paltarlar adi parçadan tikilib xüsusi kimyəvi məhlul hopdurulmuş geyimdən ibarətdir. Özünün sanitariya-gigiyenik xassələrinə görə belə paltarlar hər gün geyilmək üçün yararlıdır.
Dərini mühafizə edən süzücü vasitələrə ZFO-58 markalı süzücü mühafizə paltarı komplekti (dəsti) aiddir: Bu paltar dəsti: xüsusi biçimli və xüsusi kimyəvi maddə - pasta məhlulu hopdurulmuş parça kombinezondan, habelə kişi alt paltarından (tuman və köynək), parça şlem altlıqdan, iki cüt ayağa sarınan parça zolaqlardan ibarətdir ki, bunların hər birinə kombinezona hopdurulmuş pasta hopdurulur. Hopdurucu pasta məhlulu ya zəhərləyici maddə buxarlarını tutub saxlayan (adsorbsiya tipli), ya da bu buxarları neytrallaşdıran (xemosorbsiya tipli) kimyəvi maddələrdən ibarətdir. Alt paltarlar, şlem altlıq və hopdurulmuş bir cüt ayağa sarınan parça zolaqlar adamın bədəninə kombinezonun sürtünməsinin və kombinezona hopdurulmuş məhlulun dərini qıcıqlandırmasının qarşısını almaq üçündür.
Süzücü mühafizə paltarı komplektindəki kombinezonların ölçüləri: birinci ölçü - boyu 160 sm-ə qədər, ikinci ölçü - boyu 160 sm-dən 170 sm-ə qədər və üçüncü ölçü - boyu 170 sm-dən artıq olan üçündür.
Dərinin təcridedici mühafizə vasitələri - hava keçirməyən materialdan hazırlanır, həm tam hermetik (adamın bütün bədənini örtüb ZM damcıları və buxarlarından qoruyan kostyum və kombinezonlar),həm də qismən, yaxud tamamilə qeyri-hermetik (plaşlar, bürünclər önlüklər və s.) ola bilər. Qismən qeyri-hermetik vasitələr (ümumqoşun mühafizə komplekti OZK, yüngül mühafizə komplekti L-1,mühafizə kombinezonu və ya kostyumu), əsasən maye damcıları halındakı ZM-dən mühafizə edir.
Ümumqoşun mühafizə komplekti OZK - mühafizə plaşından mühafizə corablarından və mühafizə əlcəklərindən ibarətdir, adətən hopdurulmuş üst və alt paltarların üstündən geyilir.
Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin