Bakı şəhərinin Xətai Rayon Məhkəməsinə tərəfindən



Yüklə 18,09 Kb.
tarix28.12.2021
ölçüsü18,09 Kb.
#48031
shikayet


Bakı şəhərinin Xətai Rayon Məhkəməsinə

________________________ tərəfindən

Ünvan:

Bakı şəhərinin Xətai Rayon Məhkəməsinin _________saylı qərardadından

Ş i k a y ə t

Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru __________ təqdimatla məhkəməyə müraciət edərək, borclu _________ adına qeydə alınmış Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin, həmçinin onun adına olan avtomobillərin üzərinə borc məbləği həddində həbs qoyulması, həmçinin qeyd olunan avtomobillərin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən saxlanılaraq, müvəqqəti saxlama dayanacağına təhvil verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

Bakı şəhərinin Xətai Rayon Məhkəməsinin __________________________ saylı qərardadı ilə təqdimat qismən təmin edilərək, __________________ adına qeydə alınan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 0,06 ha torpaq sahəsinin, həmçinin onun adına olan avtomobillərin üzərinə borc məbləği həddində həbs qoyulmuş, qalan hissədə təqdimat təmin edilməmişdir.

Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin ____________________qərardadı nümayəndəsi olduğum _________________ hüquqlarını pozduğuna görə həmin məhkəməyə müraciət edərək, qeyd olunan qərardadın surətinin bizə təqdim olunmasını xahiş etdik.

Həmin qərardadın surəti bizə 25 aprel 2013-cü ildə təqdim olundu.

Aşağıda qeyd olunanlara əsasən Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin _____________________ saylı qərardadını Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin üzərinə həbs qoyulması hissəsində qanunsuz və əsassız hesab edirik.

Belə ki, üzərinə həbs qoyulmuş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi nümayəndəsi olduğum şəxslər - _____________________, həmçinin həmin ailənin digər üzvü _______________ümumi mülkiyyətində olmuşdur. Hazırki iş üzrə boclu olan _______________həmin şəxslərin yaxın qohumudur. Borclu ________________ mənzil tikintisi ilə məşğul olduğuna görə, yuxarıda adları qeyd olunan qohumları, yaşamağa yerləri olmadığı üçün, onunla belə bir razılığa gəlmişlər ki, özlərinə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsini __________________ bağışlasınlar, sonuncu isə bunun müqabilində 2 ədəd 2 otaqlı mənzil inşa edərək onların mülkiyyətinə versin. Bu razılaşmadan sonra onların arasında Bakı şəhəri, ___ saylı notariat kontorunda, _______ il tarixli bağışlama müqaviləsi bağlanmışdır. Bundan sonra _________ həmin torpaq sahəsinə ________ mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və onun adına müavifiq çıxarış verilmişdir. Lakin ____________ üzərinə götürdüyü öhdəliyi icra etməmişdir.

Mülki Məcəllənin 670.1-ci maddəsinə əsasən - Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.

Həmin Məcəllənin 670.3-cü maddəsinə əsasən - Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər.

Həmin Məcəllənin 673.1.3-cü maddəsinə əsasən - hədiyyə alan bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə, hədiyyə verən bağışlamaqdan imtina edə bilər.

_______________ üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün torpaq sahəsinin əvvəlki mülkiyyətçiləri bağışlamadan imtina etdiklərini _______________ bildirmiş və bağışlama müqaviləsinin ləğv edilməsini ondan tələb etmişlər. ________________ oğlu bu tələblə razılaşmış və Bakı şəhəri, ____saylı notariat kontorunda tərəflər arasında bağışlama müqaviləsinin ləğvinə dair ___________- tarixli saziş imzalanmışdır.

Mülki Məcəllənin 673.4-cü maddəsinə əsasən - Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.

Bağışlama müqaviləsi ləğv edildikdən sonra torpaq sahəsinin əvvəlki mülkiyyətçiləri həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması üçün müvafiq sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə təqdim etmişlər. Həmin İdarədən verilən cavab məktubunda isə qeyd olunan torpaq sahəsinin üzərinə qadağa qoyulduğu bildirilmiş və şikayətçilərin həmin torpaq üzərində hüquqlarını qeydə almaqdan imtina edilmişdir.

Sonradan şikayətçilərə məlum olmuşdur ki, Bakı şəhəri, Xətai Rayon İcra şöbəsinin icra məmuru _____________ dövlət reyestrində həmin torpaq sahəsinin ________________ adına qeydə alındığını və sonuncunun məhkəmə qərarı əsasında borclu olduğunu əsas götürərək, onun üzərinə, həmçinin Rəhimov Rövşən Əliyar oğlunun adına olan avtomobillər üzərinə borc məbləği həddində həbs qoyulmasını xahiş etmiş və yuxarıda qeyd etdiyimiz kimi, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin _____________- qərardadı ilə həmin əmlakların üzərinə həbs qoyulmuşdur.

“İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə məhkəmə yalnız borcluya aid olan əmlak üzərinə həbs qoya bilər. Yuxarıda qeyd etdiyimiz sənədlərdən isə görünür ki, məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş əmlak əvvəllər bağışlama müqaviləsi əsasında borclu _________________ adına qeydə alınsa da, sonradan həmin müqavilə ləğv edilmiş və əmlak əvvəlki sahiblərinə qaytarılmışdır. Lakin, sonradan həmin torpaq sahəsinin üzərinə həbs qoyulduğuna görə, şikayətçilərin həmin əmlak üzərində hüquqlarının dövlət reyestrində qeydə alınması mümkün olmamışdır. Hazırda həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüququ şikayətçilərə məxsus olsa da məhkəmənin _____________________ qərardadı şikayətçilərin həmin torpaq sahəsi üzərində hüquqlarınının qeydə alınmasına mane olur və bu, onların öz əmlakları üzərəndə mülkiyyət hüquqlarını pozur.

Bundan başqa, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən - Borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir.

Həmin Qanunun 10.3-cü maddəsinə - İcra zamanı borclunun yaşayış yeri və ya olduğu yer yaxud onun iş yeri dəyişdikdə və yaxud borclunun, əvvəl olduğu yer üzrə tələbin yönəldilə biləcəyi əmlakının olmadığı və ya həmin əmlakın tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadığı aşkar edildikdə, icra məmuru tərəfindən bu barədə akt tərtib olunur. İcra məmuru aktın tərtib edildiyi vaxtdan bir gün müddətində icra sənədini həmin aktın surəti ilə birlikdə borclunun yeni yaşayış yeri və ya olduğu yer üzrə yaxud yeni iş yeri üzrə və ya borclunun əmlakının olduğu yeni yer üzrə icra məmuruna göndərir və bu barədə tələbkara, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana yazılı məlumat verir.

Həmin Qanunun 10.4-cü maddəsinə əsasən - İcra məmuru tərəfindən göndərilmiş icra sənədini müvafiq ərazi üzrə digər icra məmuru icraata qəbul etməlidir. İcra hərəkətlərinin həyata keçirilməsi yeri ilə bağlı icra məmurları arasında yaranmış mübahisələr icra xidmətinin rəhbəri tərəfindən həll olunur.

Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş ______cü il tarixli arayışdan görünür ki, borclu _________ əvvəllər qeydiyyatda ünvandan 05 may 2011-ci ildə, məhkəmə qərarı əsasında çıxarılmışdır. Həmin arayış hazırki şikayətə əlavə olunmuşdur. Xətai rayonunun ərazisində onun heç bir əmlakı da yoxdur. Üzərinə həbs qoyulan əmlak isə Bakı şəhərinin Qaradağ rayonu ərazisində yerləşir. Bunu nəzərə alsaq, icra hərəkətləri məhz həmin rayonda, yəni Bakı şəhərinin Qaradağ rayonunda həyata keçirilməlidir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin _______________saylı qərardadı məhz bu baxımdan da qanuni və əsaslı deyildir.

Mülki Prosessual Məcəllənin 267.1-ci maddəsinə əsasən - Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər.

Həmin Məcəllənin 267.2-ci maddəsinə əsaəsn - İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər.

Həmin Məcəllənin 267.3-cü maddəsinə əsasən - Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.

Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən -Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.

Həmin Məcəllənin 396.1-ci maddəsinə əsasən - Birinci instansiya məhkəməsinin qərardadından Şikayət həmin qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər.

Həmin Məcəllənin 269-cu maddəsinə əsasən - şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir.

Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 267-269-cu maddələrinə əsasən,

Xahiş edirəm:

Bakı şəhərinin Xətai Rayon Məhkəməsinin _________________________ qərardadını Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin üzərinə həbs qoyulması hissəsində ləğv edəsiniz.

Şikayətə aşağıdakı sənədləri əlavə edirəm:

1.


Etibarnamə üzrə nümayəndə

____________________

____” _______________ 2013-cü il
Yüklə 18,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin