|
Balalar-Az. Com Atalar sözü və məsəllər
|
tarix | 05.05.2017 | ölçüsü | 25,54 Kb. | | #16922 |
|
Balalar-Az.Com
Atalar sözü və məsəllər
Ü
***
Üz verdik dəliyə, palçıqlı çıxdı xalıya.
***
Üz verən, astar da verər.
***
Üz verilən yerdən ərinmə, üz verilməyən yerdə görünmə.
***
Üz vermə, astar da istər.
***
Üz göstərsən qohumluq iddiası eylər.
***
Üz döndü, göz döndü.
***
Üz ki var - ətdəndir.
***
Üz götürüb gedəni zəncir ilə saxlamaq olmaz.
***
Üz üzdən utanar.
***
Üz ürəyin güzgüsüdür.
***
Üzdə gülür, dalda hürür.
***
Üzdən iraq!
***
Üzə gülür, ayaqdan çəkir.
***
Üzərliksən varsan, yetmiş dərdə davasan, o yerdə ki, varsan, qada-balanı qovarsan.
***
Üzrü günahından artıq.
***
Üzü ağ, qəlbi qara, mən belə dostu neylərəm?!
***
Üzü necədir, ürəyi də elədir.
***
Üzü şeyx, astarı kafər.
***
Üzük tanınar qaşı ilə, qız - qardaşı ilə.
***
Üzük-üzük oynayan gecələr yatmaz.
***
Üzüm ayağın altında!
***
Üzüm qaradırsa, alnım açıqdır.
***
Üzüm üzümə baxar qaralar.
***
Üzümə bax, halımı sor.
***
Üzümü əldə gör, çöpünü - yerdə.
***
Üzün qaralığı yaman deyil, qəlbin qaralığı yamandır.
***
Üzünü xalqa çevirənin arxası möhkəm olar.
***
Üzü üstə gələni arxası üstə çevirməzlər.
***
Ümid ilədir cahanda hər iş.
***
Ümid həyatın sərmayəsidir.
***
Ümidsiz yaşamazlar.
***
Ürək qulaq deyil ki, barmaqla qurdalayasan.
***
Ürək dənizdən dərindir.
***
Ürək götürməyəni əl götürməz.
***
Ürək yanar, göz yaşarar.
***
Ürək yanmasa gözdən yaş çıxmaz.
***
Ürək ki var - şüşədir, sındırarsan kim yamar?!
***
Ürək öz dostunu tanıyar.
***
Ürəyim qana dönüb.
***
Ürəyimin dərdini təzələmə.
***
Ürəyimin daşqınını ağız dəyər.
***
Ürəkdən ürəyə yol var.
***
Üstü bəzək, altı təzək.
***
Üstümü unlu görüb, adımı dəyirmançı çağırma.
***
Üç eşşək bir axurdan arpa yeməz.
***
Üç tümənlik eşşəyin on beş qranlıq qoduğu olar.
Balalar-Az.Com
Dostları ilə paylaş: |
|
|