Kadastr-sözü latın sözü olan “kapitastrum” sözündən əmələ gəlmişdir, verilmiş predmetlərin siyahıya alınması deməkdir.
Kadastr qovluğu–daşınmaz əmlakın kadastrına dair plan-kartoqrafik və mətn məlumatlarının, hüquqmüəyyənedici sənədlərin kağız şəklində və ya elektron formada toplusu.
Kadastr nömrəsi–daşınmaz əmlak obyektinin movcudluğunu təsdiq edən, zaman və məkan etibarilə dəyişilməyən və təkrar olunmayan, kadastr təşkilatı tərəfindən verilən unikal nömrə.
Dövlət torpaq kadastrı - torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyət uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur.
Torpaq kadastrının vahidliyi prinsipi - dövlət torpaq kadastr tədbirlərinin bütün ölkə ərazisini əhatə etməklə vahid sistem
Torpaq kadastrının qanuniliyi prinsipi- dövlət torpaq kadastrı aparılarkən bütün mülkiyyət növlərinin keşiyində duran qanunilik prinsipinin gözlənilməsi məsələsinə xüsusi diqqət yetirilir.
Torpaq kadastrının fasiləsizliyi prinsipi- dövlət torpaq kadastrı fasiləsizlik prinsipi əsasında fəaliyyət göstərməlidir, yəni o, vahid torpaq fondunda baş verən istənilən dəyişikliklər haqqında daim məlumat verməlidir.
Torpaq kadastrının obyektivliyi prinsipi- dövlət torpaq kadastrı obyektiv, torpaq kadastr sənədlərinin göstəriciləri isə dürüst və həqiqətə tam uyğun olmalıdır. Kənd təsərrüfatı yerləri haqqında məlumat onların faktiki vəziyyətini əks etdirməlidir.
Torpaq kadastrının əyanəliyi və sadəliyi prinsipi - torpaq kadastr məlumatlarından gündəlik istehsalat fəaliyyətində geniş istifadə etməkdən ötrü o, kənd təsərrüfatı mütəxəssisləri üçün kifayət qədər əyani və sadə şəkildə verilməli, əlavə göstəricilərdən, torpaqdan istifadəyə dair lüzumsuz qaydalardan və nəzarət sistemindən azad olmalıdır.
Dovlet reysteri--Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə sənədləşdirilmiş informasiyanı əks etdirən dövlət informasiya ehtiyatı.
Dovlet reysterinin informasiya sistemi-Dövlət Reyestrinin fəaliyyətini təmin edən xüsusi proqram, texniki, telekommunikasiya, linqvistik, hüquqi və təşkilati vasitələrin nizama salınmış məcmusu.
Dovlet reysterinin istifadecileri-Öz səlahiyyətlərinə uyğun olaraq, Dövlət Reyestrinin məlumatlarından istifadə edən dövlət və yerli özünüidarəetmə orqanları, Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.
Dovlet rusumu-Dövlət orqanlarının müəssisə, təşkilat və fiziki şəxslərə göstərdikləri xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət büdcəsinə ödənilən məcburi ödəniş.
Dovlet su kadastri-Su obyektləri, su ehtiyatları, su obyektlərindən istifadə və su obyektləri istifadəçiləri barədə məlumatların məcmusu.
Dovlet statistika orqanlari-mərkəzi və tabeçilik prinsipinə əsasən yerli statistika orqanları.
Dovlet vesaiti-Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, dövlət tərəfindən bağlanmış beynəlxalq sazişlərə və müqavilələrə əsasən alınmış kreditlər, qrantlar, xarici yardımlar, büdcədən maliyyələşdirilən təşkilatların büdcədənkənar fondlarının vəsaiti və qanunvericiliklə dövlət vasaitinə aid edilən digər vəsaitlər.
Servitutlar-müəyyən edilmiş həddə özgəsinin əşyasından istifadə etmək, yaxud onun mülkiyyətçisini müəyyən dərəcədə məhdudlaşdırmaq hüququ
Şəxsi mülkiyyət – vətəndaşlara məxsus olan mülkiyyət forması.
Şəxsi servitutlar – əmlaka (əşya servitutları kimi) deyil, konkret şəxsiyyətə yönələn servitutlar;
Torpağın normativ qiyməti – torpağın qiymətləndirilməsi və torpaq haqqının müəyyən edilməsinin formalarından biri.
Torpaq sahələrinin dövriyyəsi– Azərbaycan Respublikasının qanunvericiliyiilə müəyyən edİlmiş qaydada torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının dəyişməsi, torpaqların bir kateqoriyadan digərinə keçməsi və kateqoriyalar daxilində transformasiyası.
Torpaq bazarı – torpaq dövriyyəsi proseslərində torpaq sahələrinin alqı-satqısı, ipotekası, bağışlanması, habelə mülkiyyət, istifadə və icarə hüquqlarının digər formalarda dəyişməsiilə bağlı dövlət orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslər arasında yaranan iqtisadi və hüquqi münasibətlər.
Torpaq ehtiyatları – istifadə olunan və ya istifadə oluna bilmeyən torpaqlar.
Torpaq rentası – müvafiq torpaq sahəsinin mülkiyyətçisinə torpaq istifadəçisi-icarəçisi tərəfindən müntəzəm surətdə ödənilən ödəmə;